Üç aylıq ədəbiyyat dərgisi
23
tapmadım. İndi görünür, arxiv ermənilərə
qaldı, nə varsa bütün kağız-sənəd-filan
dağılıb, heç-puç oldu.
ÜÇ QARDAġ BĠR BACI
Keçirəm özümə, özümüzə . Üç
qardaş bir bacı olmuşuq. İndi qalmışıq bir
qardaş bir bacı, axırıncı doğulanlar.
Böyük qardaşım Cəmil barədə
mən yazmışam. Cəmil məni də özüylə
məktəbə aparır, hətta dərslərdə oturdurdu.
Buna direktor, başqası bəlkə, uşaqları
körpəlikdən
sinifə,
məktəbə
alışdırmaqdan ötrü icazə verirdilər.
Cəmil orta məktəbi 41-ci ildə
bitirdi, fərqlənmə diplomu ilə. AZİ-yə
girmək istəyirdi, müharibə başladı. Gərək
ki, bir azacıq raykopittifaqda işlədi.
Dostu, bizim qohumumuz, Xanım xalanın
oğlu İlyasla Cəmil bir oxumuşdu, orta
məktəbi bir bitirmişdilər. İkisi də gözəl
şahmat oynayırdı, İlyas yaxşı da şəkil
çəkirdi,
qabiliyyətli
oğlandı.
O,
prokurorluqda
katib
işlədi,
sonra
müstəntiq oldu. Daha kişilər gethagetdə
idilər, orta təhsili olan yeniyetmələr
başlamışdı onların yerində işləməyə. İlyas
Cəmildən tez getdi əsgər. Cəmil onun
yerində prokurorluqda katib, axıramacal
müstəntiq oldu, prokurorluq Məmməd
bəyin mülkündə idi. O, evin yiyəsi
Məmməd bəyin qızı həkim Əbabil, oğlu
Cəbi,
qızları Qonça idi, Cəmillə
oxumuşdu. Sonralar Məmməd Əsgərova
ərə getdi. O vaxt ki, naxçıvanlı Əsgərov
Mahmudluda
MTS-in
direktoru
idi.
Əbabil də Mahmudluda həkimdi. Görünür
Məmməd Əsgərov onun bacısı Qonçanı
da onda, bacısının yanında görüb
bəyənmişdi.
Çox sonra Vaqif də
Cəbrayılda raykom katibliyindən azad
olduqdan sonra, onda Şamxorda işləyən,
birinci
katib,
Məmməd
Əsgərovun
başçılıq
etdiyi
rayonda
istehsalat
idarəsinin rəisi oldu. Görünür, Qonça bizi
yaxşı tanıdığını, yaxınlığımız olduğunu
ərinə söyləmişdi. Qonçanın başqa bir
bacısı Ziba müharibəyə getdi. Qardaşları
Cəbi yaşca böyük olsa da, dostluq eləyirdi
mənimlə.
Cəmilgil 42-ci ilin fevralın
axırında getdilər. Cəbrayıldan 18 nəfər
uşağı
–
cavanı
apardılar.
Seçib
göndərdilər
zabitlik
məktəbinə.
Bəzilərinin yaşı çağrışa çatmasa da, başa
saldılar: bu, zabitlik məktəbidir. Siz oranı
bitirincə yaşınız da əsil əsgər yaşına
çatacaq. Dəllək Məhəmmədin oğlu Şəmil,
daha kimlərdi, bilmirəm. Getdilər, üç gün
çəkmədi, qayıtdılar. Orada yoxlamışdılar,
hərə bir kələklə canını qurtarmışdı. Biri
özünü lallığa qoymuşdu, o biri demişdi
rusca heç nə bilmir. Qalmışdı Cəmil.
Cəmildən komandir soruşmuşdu: “ Jelaeş
bıt
krasnım
komandirom?”.
O,
dinməmişdi, uşaqdı, yoldaşlarından ayrıla
bilmirdi. Onda komandir onun susduğunu
görüb bildirmişdi: “Znaçit ne jelaet”.
Beləliklə,
həmin
on
səkkiz
cavanın hamısı qaytarılmışdı Cəbrayıla.
Biz uşaqdıq. Qəmləndik, qardaşımız
komandir olacaqdı, biz də öyünəcəkdik
onunla. Olmadı. Deyəsən özü də təəssüf
edirdi. Bir var hərbi məktəb bitirəsən,
zabit olacaqsan, bir də basacaqdılar
gedəcəkdin, allah bilir harada təpik
döyəcəkdin…
Cəbrayılda
hərbi
komissar
Rüstəmov Mürsəldi. O göndərdi, bütün
cavanlar getdi, hətta “«neqodnı”ları da
göndərdi. Bircə öz oğlu Rəşiddən başqa.
Cəbrayılda müharibə illəri bütün millət,
bütün cavan, ahıl getdiyi halda hərbi
komissar, oğlunu hansı bəhanə ilə saxladı,
salamat qaldı. Onun tay-tuşları allah bilir
harda ölüb qaldılar, itdilər, əsir düşdülər.
42-ci il Novruz bayramı, bayram
gecəsiydi. Aş qazanımız ocağın üstdə dəm
alırdı. Cəmil gəldi və bildirdi ki, məni
aparırlar.
Yağışlı
bir
axşamdı.
Kürəxananın yaxınlığında mindi Osman
əminin faytonuna. Çən-çiskin içində
yollandı Mahmudlu stansiyasına, qatar
ayağına. Oradan qatarla gedəcəkdi
Bakıya. O gedən getdi, daha nə o