Üç aylıq ədəbiyyat dərgisi
7
Şekspirə aid daha
bir xəbər
Böyük
Britaniya
və
Şimali
İrlandiya
Birləşmiş
Krallığının
ölkəmizdəki səfiri Kerol Meri Kroftsun
təşkilatçılığı ilə dahi ingilis şairi və
dramaturqu Uilyam Şekspirin 450 illik
yubileyinə həsr olunmuş “Ən yaxşı
xalça” eskizi müsabiqəsi keçirilmişdir.
Müsabiqəyə
Britaniyanın
“British
Council” təşkilatının direktoru Elizabet
Vayt rəhbərik etmişdir.
Artıq müsabiqəyə yekun vurulmuş
və
Azərbaycan
Xalça Muzeyində
“Azərbaycan
Şekspir
Xalçası”
mükafatlarının
təqdimat
mərasimi
keçirilmişdir.
Münsiflər
heyətinin
üzvləri–
Azərbaycan Rəssamlıq Akademiyasının
rektoru, Xalq rəssamı Ömər Eldarov,
Azərbaycan Xalça Muzeyinin direktoru
Şirin Məlikova, Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığının
ölkəmizdəki səfiri Kerol Meri Krofts və
Britaniyanın
“British
Council”
təşkilatının direktoru Elizabet Vayt
təqdim edilmiş çoxlu sayda yaradıcı və
rəngarəng dizaynlardan bir neçə turdan
sonra ən yaxşı 15-nin mükafata layiq
görülməsi barədə razılığa gəlmişlər.
Həmin
əsərlər
sərgidə
nümayiş
etdirilmişdir.
Əsas mükafata “Qanadlı Şekspir”
eskizinə görə Saatlı Tarix Diyarşünaslıq
Muzeyinin
direktoru,
Əməkdar
mədəniyyət işçisi Sürəyya Muğanlı layiq
görülmüşdür. Onun eskizi əsasında
“Şekspir-450”
xalçası
toxunacaq.
Dərgimizin yaradıcı qrupunun üzvünü
təbrik edirik!
Dantedən 714 il sonra
üzr istənildi
İtaliyanın
Qubbiyo
şəhərinin
rəhbərliyi 714 il sonra Dantedən üzr
istəyib. Roma papasının adamlarından
olan qubbiyolu hakim Kante Qabriel
italyan dilinin atası sayılan şair Danteyə
ölüm hokum vermişdi. Hökmə görə,
əgər şair Florensiya torpağına ayaq
basarsa, yandırılaraq öldürülməli idi.
Buna görə də, şair ölümdən qurtulmaq
üçün uzun müddət sürgün həyatı
yaşamalı olur. Məhz bu səbəbdən
Qubbiyo şəhər bələdiyyəsi Kante
Qabrielin hərəkətinə görə üzr istəyib.
Üç aylıq ədəbiyyat dərgisi
9
YAZIÇILARIN
ARX
İV
İND
ƏN
SABİR ƏHMƏDLİ
Yazılmayan yazı
memuar roman
(Əvvəli ötən saylarımızda)
Üç qardaşın kiçiyi, xatakar, “gölə
qələm sancan”. Mən anadan olandan az
sonra bizim tanışımız, atamla yaxın dost
olan Nigar xala zahını və uşağı görməyə
gəlibmiş, ərik gətiribmiş pay. Nigar
xalagilin bağındakı ərik indi də qalır.
Şəhərin yuxarı başındakı meyvələr,
aşağıya görə gec yetişir. Yarəhmədli
bağlarında alınça sümükləyib sulananda,
yuxarı bağlarda, hələ sarfa olur. Ərik də
elə, aşağılarda saralanda, yuxarıda hələ
kal olur. Tut da, gilas , başqa
meyvələr də
şəhərin ayağına görə başda, yuxarı,
şimala doğru gec yetişir. Nigar xalagilin
evi şəhərin yuxarısında, atamgilin,
Vaqifin təzə yurd saldıqları yerə yaxındı.
“Ərik yeyiləndə…” deyirdisə anam, bu
təxminən, iyulun əvvəlləri olar. Mən də
“ərik yeyiləndə”ni Nigar xalanın zahıya
gətirdiyi pay ilə qoşub, o günü saydım
iyulun onu. Qalanları ikicə, üçcə il
keçəndən sonra özümün yadımdadır. Bir
onu anlaya bilmirəm, niyə müsəlman
aləmində, azərbaycanlılar doğulan uşağın
yaşını bir kağız qırığına yazmır,
saymırlar. Niyə? Bəlkə,bunda da bir
anlaşılmaz məna var. Niyə axı, dünyaya
bir insanın
haçan gəldiyi,
özü də bir- başa
sizin günahınızla bilinməz olsun, yazıya
alınmasın?
Yaş kağızı, metrika yoxdu,
hökumət bu mənada yoxdu, məktəb
yoxdu, ya nə idi bu? Yoxsa bu, ayıb
sayılırdı? Qadınlar , gəlinlər böyüklərin
qabağında öz uşağı, onun doğulmağı
barədə bir kəlmə belə danışa bilməzdilər.
Bu, abır-həyadan uzaq olardı. Cavan ər,
bəy
ata-anasının
yanında törətdiyi
məxluqun adını çəkməz, onu ortaya
gətirməz, əsla qucmaz, öpməzdi. Bu da
bir qəbahət sayılırdı. Övladın valideyn
qarşısında öz uşağından danışmağı əsla
yolverilməzdi, bundan hətta utanırdılar.
Necə ki, ərimin atası əvəzinə "qayınata",
ərimin qardaşı yerinə "qayın" deyilirdi,
"ər" sözü araya gəlməsin, "ər" əvəzinə
"kişi", "uşaqların atası",… Azərbaycanda
bu sarıdan maraqlı işlər var. Ailə, övlad,
uşaq dolaşıqlara məruz qalır. İndinin
özündə də çox halda oğul atasının,
anasının yanında öz uşağını oxşamaz,
öpməz, uşağın bunun olduğunu üzə
verməz. Bu qaydanı, abır-haya timsalı
təki indi də gözləyənlər az deyil, daha
artıq kəndlərdə, elat içində. Guya , o uşaq
bunun
deyil,
yəni
onun törətdiyi,
törətməyinsə, nə demək olduğu anlaşılır,
yozulursa, onda ayıb bir işarə alınır.
Guya yaddırlar, guya bu uşaq allahın
rizası ilə beləcə diri, canlı olaraq gözə
görünür. Baba, nənə onu oxşaya bilər,
öpər, amma onu əsl baisi əsla. Çünki
onda uşağın, bu körpəciyəzin haradan,
nədən yarandığı düşünüləcəkdi. Bu da
qəliz bir yozumdur.
Rusdilli erməni şairəsi Marietta
Şaginyan
söhbətlərinin
birində