16
№ 4 (20) Qış- 2016
araları yoxdu, elə hey öcəşirdilər. Qabil
müəllimi niyə aparmadılar əsgərliyə –
atası yüzbaşı olmuşdu. Maşanlı torpaqları
ona baxırmış Nikolay vaxtı. Yeni
hökumət gələndə, Dünyamalı yüzbaşı bu
torpaqların həddilə bir ağ bayraq
sancmış, demişdi : “Şorba hökuməti
buradan keçə bilməz”.
Qabil müəllimi bir kərə " stroy
bata" apardılar, tez də qayıdıb gəldi.
Səfqulu
müəllimi niyə aparmadılar
davaya?- bunu bilmədik. Deyəsən onun
da
"sinifi
cırıq"dı.
Hələ
dava
başlanmazdan
Naxçıvanda
ikiillik
müəllimlər institutunu bitirib Vətənə-
Cəbrayıla, Qorki adını daşıyan bizim
məktəbə ədəbiyyat müəllimi göndərilmiş
Qabil müəllim doğrudan qabildi. Qərb
ədəbiyyatını bilirdi, o zaman Hüqonun,
Stendalın, Emil Zolyanın, Mopassanın
əsərləri Azərbaycan dilinə çevrilmişdi.
Qabil müəllim bu əsərlərin hamısını
oxumuşdu.
Onun
dərsi
keçəcəyi
mövzudansa, bu əsərlərə həsr olunurdu.
Qabil müəllim başlayırdı “Qırmızı və
qara”nı danışmağa. Onun söhbəti –
roman danışmağı indiki serial filmlər təki
bir həftə gedirdi. Özü də yuxarı siniflərdə
baş verirdi bu nağıl. Orada artıq
böyüyüb, yetişmiş qızlar oxuyurdu. Qabil
müəllimsə, “Tələ”də, “Səfillər”də olan
açıq-saçıq yerləri də şagirdlərə danışırdı.
“Qırmızı və qara”dakı sevgi macəraları
uşaqları, sevgi yaşına çatmış qızcığazları
özgə, sehirli aləmlərə çəkirdi. Qabil
müəllimin kitabxanası vardı. O uşaqlara
belə kitablardan verirdi, O illər “kitab
oxumaq” dəbdə idi.
Kino yox, teatr yox –
hərdən Karyagin teatrının qastrolları olsa
da, televizor hələ yarım əsr sonra
çıxacaqdı. Böyüklər, kişilər, kitab
oxuyurdu. “Çalı quşu”, “Ötən günlər
dəftərindən”, “Qorxulu Tehran” və qərb
romanları əl-əl, ev-ev gəzirdi. Bu kütləvi
mütaliənin yayılmasında Qabil müəllimin
təsiri çox olmuşdu. Elə həyəcanlı
danışırdı bu romanları, elə yerdə kəsirdi,
qızlar, oğlanlar onun gələn dərsini,
“dalısı
sonra”nı
intizar
içində
gözləyirdilər. Onun söylədiyi romanların
havası
yeniyetmələri
götürmüşdü.
Cəbrayılda Ovodlar, Jülyenlər, hətta
madam de Renallar törənməkdə idi.
Qabil müəllim idmançıydı. O
illər
müharibəqabağı
idman
geniş
yayılmışdı. Gənclər, ərgənlər hamısı
idmana qoşulmuşdu. Futbol, voleybol,
qaçmaq, tullanmaq. “QTO”, “BQTO”,
“OSVXAİM”,
hərbiləşmiş
idman
yaranmışdı. Hər birinin də döş nişanı
vardı. “Voroşilovski strelok” ən sayılanı
idi. Hələ müharibə başlamamış, ən çox
idman və atıcılığa görə verilən bu nişan
cavanların sinəsini bəzəyir, onunla
öyünürdülər. Həqiqi döyüşdə , doğruçu
müharibədə
əsl
orden,
medallar
verilənədək.
Məktəbin idman meydanı vardı.
Qabil müəllim ucaboydu, yaxşı voleybol
oynayırdı. Qonşu Karyagin rayonu ilə
yarışırdıq.
Onların
idman
dəstəsi,
məktəblilər gəlirdilər bizə yarışa, ya
bizimkilər gedirdik oraya. Uzaq deyildi,
cəmi otuz kilometr yoldu aramız. Bir də
sərhədçilərlə
yarışırdıq.
Qərargah,
sərhədçi
dəstəsi
bizim
şəhərcikdə
yerləşirdi. Sərhədçilərin təlim meydanları
Ağoğlan yaxası, Dəyirman dərəsiydi.
Hərdən sərhədçilər yerli cavanlarla futbol
yarışı da keçirirdilər. Qabil müəllim
bizimkilərin başlıca məsləhətçisi, birinci
idmançıydı. O, hündür, yaraşıqlı, özünə
güvənən insandı. İri ala gözləri vardı,
saçını darayıb yatırırdı. Ondan cavanlar,
qocalar da çəkinirdi. Başarıqlı insandı.
Cəbrayılda ədəbiyyatın, kitab oxumaq
mədəniyyətinin,
idmanın,
musiqinin
yaranıb artmasında onun əməyi çoxdu.
Yaxşı da tar çalırdı. Onun səhnəyə
çıxmağı, artistliyi unudulmazdı. Kefli
İsgəndəri əla oynayırdı. Şeyx Nəsrullahı
ifşa etdiyi son səhnə, axırıncı monoloq
Üç aylıq ədəbiyyat dərgisi
17
indi
də
qulaqlarımda
gurlayır
Üsyankarcasına
qışqırır,
bayılmaq
həddinə çatırdı. Coşğun təbiətli insan elə
qızışır, çılğınlaşırdı, adamlar tamaşa
salonunda riqqətə gəlir, titrəşirdilər.
Qabil müəllimdən danışanda bir
hadisə düşür yadıma.
Bizimlə qonşuluqda
bir alt-üst ev vardı. Üst qat şüşəbənd –
eyvan, alt – açıq, artırmaydı. İkinci qata
taxta pilləkan qoyulmuşdu. Bu pilləkanla
sakinlər
qalxırdılar
evə,
otaqlara.
Milislər, nüfuzlu məmurlar gəlirdilər o
evə. Orada böyüklər ailəsilə yaşayırdı.
NKVD, KPO, KQB rəisi… Biri gedir, o
biri gəlir, iki-üç ildən bir dəyişirdi orada
yaşayan gəlmə ailə. Beləliklə biz böyük
məmurun, onun ailəsinin yaşayışını,
dolanışığını, iç həyatını daha yaxından
görən, bələd olan qonşulardıq. Onların
əksəri eldən çəkinir, aralı, qapalı
yaşayırdılar. Buradaca beş addımlıqda
onların
uşaqları
da
qonşulara
yovuşmurdular.
Nə qədər olsa da biz qonşu idik,
bəzən ünsiyyətdə olurduq, daha artıq
uşaqlar. NKVD rəisi Qarayusifli idi yeni
qonşu. Onun kiçik qızı mənimlə bir
sinifdə oxuyurdu, üçüncüdə. Totuq,
koppuş, qaragöz bir qızdı. Bir kərəm
məktəbdə böyük tənəffüsə çıxanda bir
mənzərə gördüm. Şagirdlərin əksəri
məktəbin
arxadakı geniş həyətində
oynayır, gəzinirdilər. Baxdım, Qabil
müəllim də buradadır. Qucağında bir qız
uşağı, bu qız yekəcə uşaqdı, “qucaqlıq”
deyildi. Qabil müəllim bu totuq qızı
almışdı bir qolunun üstünə, qız ucaboy
Qabil müəllimdən hündürdə idi, Qabil
müəllimin bir əlində kitab vardı, o, kitabı
tutmuşdu, qızın gözü qabağına və ona
dərs öyrədirdi. Bu nə hərəkətdi, hansı
müəllim uşağa bu sayaq dərs öyrədirdi?
Bütün məktəbin şagirdlərinin gözü
qabağında. Bu uşaq bizim qonşu, NKVD
rəisinin qızı Zərifə idi. Bilmirəm, bəlkə
Qabil müəllim - keçmiş yüzbaşı oğlu
bütün məktəbdən çəkinmədən, uşağa
qılıqlanmaqla onun atasının rəhmini
qazanmağa səy göstərir, gülünccəsinə
yarınırdı. Mən də uşaqkən həmin bu
koppuş, kök, mamılı-matana soyuq
baxmırdım. Bu yerdə mənim körpə
ürəyimdə bir qısqanclıq baş qaldırdı.
Sonralar yayda, pioner düşərgəsində mən
bir kələk qurdum.
Yayda rayon mərkəzində pioner
lageri – düşərgə açılırdı. Biz də lagerə
gedirdik, götürürdülər. Pioner düşərgəsi
ŞKM-in binasında olurdu. Həmin yay
Qarayusiflinin qızı Zərifə də bizimlə
birlikdə düşərgədə dincəlirdi. Cırtdan
Zəkara bizim dəstə başçımızdı. Bir gün
uşaqlar
yemək
yeyirdilər,
sonra
gələcəkdilər dincəlməyə. Mən Zərifənin
çarpayısını tanıyırdım. Zəkaraya dedim,
girdim onun çarpayı üstdəki döşəyin
altına. Gözlədim. Uşaqlar gəldilər otağa.
Zərifə özünü atdı çarpayıya, birdən
altında
tərpəniş duyub, qışqırıb qaçdı…
Məni Qabil müəllimin taleyi
düşündürür. Bu adam çox işləri bacarırdı.
Yaxşı voleybol oynayırdı, " tapit"lərini
kimsə götürə bilmirdi. Yarım arşından
artıq torun üstünə qalxır və topu var gücü
ilə endirirdi rəqib meydanına. Onun
zərbəsini az-z «alan» olurdu. Karyaginlə
voleybol yarışlarında başlıcası onun
sayəsində
bizimkilər
uduzmur,
oynayırdılar. Qabil müəllim güclüydü
rayon miqyasında. Ondan irəli getmədi.
Az-çox qüvvəsi də eləcə rayonda əridi,
tükəndi.
Qabil müəllim yaxşı tar çalırdı,
yaxşı mizrab vururdu. Başını tarın
sağanağına qoyub, çalırdı. Amma o, adlı-
sanlı musiqiçi, tar çalan da olmadı. Qabil
müəllim ədəbiyyatı bilirdi, düşünmək
qabiliyyəti vardı. Əli Sultanlı, Mikayıl
Rəfilidən dərs almışdı. Əli Sultanlı
müəllimlə yaxınlıqları varmış. O, alim
ola bilərdi, ədəbiyyat sahəsində parlaya