Üç aylıq ədəbiyyat dərgisi
55
- Kələyimi kəsmişdi, - nəfəsi
yerinə qayıdan Cahid minnətdarlıqla
Əfiqəyə baxdı, - sən olmasaydın məni
öldürəcəkdi…
Özünə
gələrək
Şamxalı
üzərindən ağır yük kimi kənara itələyib
ayağa durdu. Əfiqə etdiyi hərəkətin
gərginliyindən hələ tam azad olmamışdı.
Görəsən o, düzmü etdi, - düşünürdü.
Düz, ya səhv, başqa yolu yox idi, -
özünə haqq qazandırırdı.
- Hə, indii neyniyək? – Cahid
üst-başını qaydaya salıb soruşdu.
-
Nə
qədər
ayılmayıb
öldürməliyik. Biz onu öldürməsək,
ayılıb ikimizi də öldürəcək, - Əfiqə israr
etdi, - gözlə mətbəxdən baltanı gətirim.
Əyilib Şamxalın nəbzi yoxlayan
Cahid etiraz etdi:
- Zəhmət çəkməyə dəyməz.
Murdar olub.
- Ölüb? – Əfiqə inana bilmədi.
-
Deyirsən
ölə
bilməz?
İnanmırsan özün yoxla.
Ölməyin nə olduğunu sanki indli
dərk etmiş Əfiqə ayaq üstə dura bilmədi,
yaxınlıqdakı divanda əyləşib başını
əllərinin arasına aldı:
- İndi necə olacaq? Bu cəmdəyə
görə hər ikimizi tutacaqlar.
- Sən narahat olma, - Cahid ona
yaxınlaşıb başını əlləri arasından çıxarıb
özünə sıxdı. – Hamısı mənlikdi. Səndən
kim soruşsa, de ki, otaqda olmamışam.
Eyvana çıxmışdım, dava necə oldu
görməmişəm. Buradan çıxıb özüm
polisə xəbər verəcəyəm.
Cahid
onun
saçlarından,
dodaqlarından öpüb otaqdan çıxdı.
Əfiqənin könlündən ağlamaq keçsə də
gözündəki yaş da özü kimi donmuşdu...
***
O şirinli-acılı xatirələri Cahid hər
dəfə xatırladıqca
özünə yer tapa
bilmirdi. Ətrafındakı hər kəsdən
kənarlaşıb dünyadan küsmüş guşənişinə
dönürdü…
Həmin gün Cahid Şamxalı
öldürdüyünü
xəbər verib,
özünü polisə
təslim etdi…
...Məhkəmənin başlanmasına iki
həftə qalmış
qəfildən onun görüşünə
gələn İbişovdan Əfiqənin hamiləlikdən
azad
olduğunu, qızı dünyaya
gəldiyini
eşitdi.
- Qız kimindi? Düzünü de,
sənindimi?
Müstəntiqin ilk baxışdan adi
görünən sualına veriləcək səmimi cavab
qaranlıq qalan mətləbləri aça bilərdi.
Ona görə də eşitdiyi xəbərdən
sevinməklə yanaşı Əfiqənin yanında
olmamasından qəmlənən Cahid keçirliyi
hisslərini gizlətməyi bacardı. Qaşlarını
çatıb gülümsədi:
- Düzünü anası bilər, mən
haradan bilim?
- Zarafatı boşla. Belə güman
edilir ki, doğulan qız uşağı səndəndir.
Əgər təsdiqləsə, onda gərək
Əfiqə ilə olan bütün münastbətlərini açıb
tökməliydi ortaya:
- Yox, mənlik deyil. Məndən
olsaydı oğlan olardı, qız yox.
-
Hamiləliyin
başlanğıcı
Şamxalın gəlməyindən əvvələ düşürsə,
səndən deyilsə, bəs kimdəndir?
- Bilmirəm, - yenidən əsəbiləşdi,
- bilmək də istəmirəm. Bəyəm uşaqların
hamısı vaxtında doğulur? Vaxtından tez
olanı olmur?
- Olur, olur. Həyatda hər şey
olur. Hələ
təəccüblənəsi çox işlər olacaq,
- İbişov mənalı nəzərlərlə süzdü, - mən
nə bacarırdım, onu da etdim. Mən işimi
bitirdim. Yaxın günlərdə məhkəmən
başlayacaq, cəza müddətin təyin olunub,
həbsxanaya göndəriləcəksən. Harda
olsan, nə vaxt istəsən, fikrini dəyişəndə
məni axtara bilərsən.
56
№ 4 (20) Qış- 2016
Müstəntiqin işini qurtarsa da
ondan əlini üzmək istəməməsini Cahid
heç cürə başa düşə bilmirdi. O, nə
istəyirdi, nəyə ümid edirdi? Yaxasını
əlindən güclə qurtardığı adamı bir daha
nəyinə gərək olacaqdı ki, axtarsın da…
***
Həftələr ötdü. Dörd aydan çox
uzanan istintaqdan sonar nəhayət
məhkəmə quruldu. Məhkəmənin hökmü
ilə müstəntiq İbişovun söylədiyi kimi on
il azadlıqdan məhrum edilmə cəzasına
məhkum
olunan
Cahid
şəhər
kənarındakı cəzaçəkmə müəssisəsinə
göndərildi.
Qazamatda günləri elə də pis
keçmirdi. Müntəzəm olmasa da yaxınları
hər həftə görüşünə gəlir, onu həyatdan
küsməyə qoymurdular. Dilinə gətirməyə
üzü gəlmədiyinhdən gəlib gedəndən
qəlbən umduğu yalnız Əfiqə və körpəsi
haqqında hər hansı məlumat idi: görəsən
necədirlər? Bütün
istintaq boyu Əfiqənin
adının ləkələnməməsi üçün sadəcə
sevməyindən qeyri aralarında heç bir
yaxınlığın baş vermədiyini, deyilənlərin
şayiə olduğunu bildirmişdi. İndi kimə
deyə bilərdi ki, Əfiqənin qızı mənimdi.
Düşünürdü, görəsən balacanın ona
bənzəri vardımı? Kaş qızını bircə dəfə
yaxından görə biləydi…
Nədənsə heç kim onlar haqqında
soruşmasa danışmaq istəmirdi. Əksinə,
başını yırğalayıb üstüörtülü sözlərlə
həyatını boş yerə korladığına görə
qınayırdılar. Görəsən nə baş vermidi?
Niyə hamı Əfiqədən söz salanda söhbəti
döndərib ayrı mövzuya keçirdi? Görüşə
gələn əmisi oğlundan güc-bəla ilə
öyrəndiyi şayiələrə inanmağı gəlmirdi.
Yəqin ki, deyilənlərin əksəri Şamxalın
qohumlarının uydurmaları idi. Guya
Əfiqə Şamxalı öldürtdürəndən sonra
Cahidin də on il həbsdə qalacağını görüb
ondan da əlini üzüb. İndi də Şamxalın
uzaq qohumu Təyyarla gəzir. Təyyar
hara, o hara? Ağıla sığan işə oxşamırdı, -
inanmırdı Cahid. Qabalığı, kobudluğu
ilə seçilən bağlarda gözətçi işləməkdən
savayı bir iş bacarmayan, yaşı ötsə də
özünə bir gün-güzəran qura bilməyən,
pozğun
qadınların
arxasınca
sümsünməyi ilə qürrələnən, ağıldan
kəmin birisinin Əfiqə ilə münasibəti
necə
yarana
bilərdi?!
Utanmır
qohumunun arvadı ilə ad çıxarır...
Ürəyini ağrıdan suallar Cahidə
günlərlə rahatlıq vermədi. Ona mütləq
inandığı insan gərək idi ki, danışılanların
şayiə,
yoxsa
həqiqət
olmasını
aydınlaşdırsın.
Yoxsa
fikir
onu
üzəcəkdi.
Anasını xatırladı. Təcili onu
görüşə çağırıb ürəyini boşaltmalıydı.
Anası hökmən ona həqiqəti çatdıracaqdı,
acı olsa belə. Vaxtında, o, Əfiqə ilə olan
münasibətini
gizlətməyib
anasına
bildirsəydi, indi gəlib həbsə düşməzdi,
buraxdığı səhvlərin qarşısı alınardı.
Anası ondan incimişdi. Həbs
olunarkən oğlunun insanlıq xatirinə
gələcəyini qurban etdiyini düşünən ana
Şamxalın
valideynlərinin
Cahid
barəsində dediklərini heç cürə qəbul
etmirdi. Onun oğlu qonşunun arvadını
sevsin, gizlin əlaqədə olsun? Bu ola
bilməzdi. Özünün haqlı olduğuna
inanmaq istəyən ana elə birinci görüşdə
onu sorğu-suala tutmuşdu:
- Mənə düzünü de. Deyirlər
guya sənin Şamxalın arvadı ilə gizlin
münasibətin varmış, ona görə də
müdafiə etmisən. İnsanlıq-filan bekara
söhbətimiş. Doğrudur? Gözümə düz
bax…
Kimə yalan desə də, anasını
aldatmağı
bacarmayacaqdı.
Boğazı
quruduğundan
udqunub
gözlərini
qaçırtdı. Başını aşağı salladı:
- Ana, mən Əfiqəni yeddinci
sinifdən sevirəm…