126
№ 4 (20) Qış- 2016
...Diləfrüz adlı qız heç yadından
çıxmır. Gözəl deyildi. Sadəcə şeytan
tükü vardı üstündə. Adam gözünü ondan
çəkə bilmirdi. O ki qala İmir kimi
“babnik”. Neçə dəfə qıza demişdi ki,
aaz, özünü yığışdır, gözlərində cin
oynayır, olmamışdı. Tələbələr pambığa
gedəndə bir yağışlı gündə qızla öz
maşınında gedib çıxmışdı Göyçayda Əli
Kərimin qəbrinin üstünə. Orda qızla
şeirləşmişdilər. Hətta iş o yerə çatmışdı
ki, qız Əli Kərimin az qala bütün
şeirlərini əzbər demişdi. “İki sevgi”
şeirini isə elə vəchlə söyləmişdi ki, ürəyi
getmişdi İmirin. Damağını basmışdı elə
ordan. Qıza əməlli-başlı vurulmuşdu. İlk
dəfə öpmüşdü. Sonra maşındaca
soyunmuşdular. Və elə əmişmənin şirin
yerində alt paltarını soyunduranda qız
ağlamışdı:
-Mənim atam yoxdur... Mənə
toxunma... harama dəyirsən, dəy. Orama
dəymə... Sonra məni alan olmaz...
Və ilk dəfə qızla qeyri-ənənəvi
yolla yaşamışdı...
Sonra
Diləfrüz
gəlib
aspiranturaya girmiş, onun özünün elmi
rəhbərliyi ilə dissretasiya yazmışdı.
Ərini, uşaqlarını onunla tanış eləmişdi.
O, Diləfrüzü bu 19 qızın içinə daxil
etməmişdi heç vaxt. Bu ayrı şey idi...
Qeyri-ənənəvi...
...Minə adlı qızı heç vaxt
xatırlamaq istəmir. Minə uşaq kimi idi.
Heç birinci kursun birinci semestrinin
imtahanları başlamamış tələyə düşdü.
Minə Gürcüstandan idi. Atasının
pulu ilə
girdiyi institutu elə həmin pulla da
bitirmək istəyirdi. Pul yığılanda ilk
verən o olurdu. Amma İmir ondan pul
istəmədi. Arxa partada oturdub qulağına
pıçıldadı:”Xoşuma gəlirsən. Mənə xoş
anlar, xoş dəqiqələr yaşat. Qiymətin
hazırdır. O biri müəllimlərdən də
yazdıraram...”
Kənd qızı idi. Heç özü də
bimədi ki, haçan titrəyə-titrəyə “hə”
dedi.
Və
bir
gün
gördü
ki,
mikrorayondakı
8-ci
mərtəbədə
“yelləncəkdə” uçur... İki gün sonra
Minənin meyitini dənizdən çıxartdılar.
Kirayədə qaldığı otaqdan bir məktub
tapılmışdı:”Günahkar özüməm. Bir də
dəli eşqim. Eşqi isə günahkar etməzlər.
Minə.”
İMİR ÇİNGİZ
O öz mazoxizmindən həzz
alırdı. Ya da bunu heç mazoxizm
saymırdı. O, xəstə-zad deyildi. Bütün
elədikləri
şüurlu bir aksiya idi:
uşaqlıqdan
qarşısına
qoyduğu
məqsədlərdən biri kimi çoxlu qadını və
qızı olmasını arzulamışdı. Fəqət onun bu
istəyi heç özünün də xəbəri olmadan
şəhvət hissindən çıxıb anormal bir hala
çevrildi. O evləndiyi qadınla yatağa
girənə qədər üç bakirə qızın bakirəliyini
pozmuşdu və hər dəfə bu hal baş
verəndə onda qəribə bir hiss yaranırdı:
özünün istəyinin apogey nöqtəsində
olduğu təntənəni içində bayram etmək!
O hər dəfə o qanın qoxusunu duyanda
elə bil sağlamlaşırdı, gümrahlaşırdı,
hansısa düşməni üzərində qələbə çalırdı
sanki!
(Təbii, söhbət təkcə ona təslim
olmuş köməksiz qızdan getmirdi.) Freyd
sanki bu yerdə demişdi:”Mazoxistin
istəyi, başqalarının onunla köməksiz,