Üç aylıq ədəbiyyat dərgisi
127
asılı bir körpə kimi davranmasıdır.
Ancaq o həm də bu körpənin yaramaz
olmasına da çalışır.”
Onun
doğulduğu
yurd
(respublikanın şimal-qərb zonasında
kiçik bir kənddə doğulmuşdu) lap
qədimlərdə
zaman-zaman
Xəzər
türklərinin basqınlarına məruz qalmış,
bir
növ
bu
regionu
xəzərlər
formalaşdırmışdılar. Hətta onlardan
qabaq Çingizxanın oğulları, nəvələri bu
yerlərəcən gəlib çıxmış, demək olar ki,
çoxunu qırdıqları yerli əhalinin təzədən
formalaşmasında
mühüm
rol
oynamışdılar. O Çingizxan ki, dünya
insanının törənməsində təkcə hökmdar
kimi deyil, bir erkək, bir kişi kimi də
böyük rola malik idi. İmir müəllimin
Çingizxan haqqında tarixi mənbələrdən
tapdığı qəribə bir yazı vardı Qeyd
Dəftərində. O yazı budur:
“Dünya əhalisi ən məhsuldar
11 atanın qanını soraraq formalaşıb ki,
onlar o kişilərin qanının daşıyıcıları
sayıla bilər. O 11 ata ki, onlardan nə az,
nə çox, düz 830 milyon insan törəyib.
Başlayaq, saysız-hesabsız arvadı olan
Çingizxandan…
Genetiklər
çağdaş
Asiya
əhalisinin “Y” xromosomlarında
nukleoidlərin
qəribə
ardıcıllığını
müəyyən ediblər. Və onların cəmi bir
neçə atadan törədiyi bəlli olub. Atalığı
müəyyənləşdirmək
üçün
“Y”
xromosomu
əsas
götürülür.
Bu
xromoson SRY geninin daşıyıcısıdır.
Atadan oğula keçir və doğulan uşağın
oğlan cinsindən olmasını təyin edir.
Zaman keçdikcə xromosomda müxtəlif
mutasiyalar baş verir. Amma bu, insanın
həyatına təsir etmir. Və bu mutasiyalar
min illər ərzində qohumluq əlaqəsini
müəyyənləşdirməyə
imkan
verir.
Alimlər Asiyanın müxtəlif 127
regionu üzrə 5321 kişinin “Y”
xromosomunu analiz ediblər. Qərbi
Türkiyədən Evenkiyə, Qazaxıstandan
Vyetnama qədər aparılan araşdırmada
ən çox rast gəlinən tipləri tapıblar.
Nəticədə, müayinə olunan adamlardan
37,5%-nin 11 kişidən törəndiyi üzə çıxıb.
Əgər, bu faiz göstəricisini Asiyanın
ümumi əhalisinə uyğun hesablasaq, belə
çıxır ki, 830 milyon insan onlardan
törəyib. Təsadüfi mutasiyaların analizi
əsas atanın yaşadığı dövrü və yeri
tapmağa
imkan
verir.
Britaniyalı genetik Kris Taylor
Smit iddia irəli sürdü ki, ən çox övladı
olan ata tarixdə Çingizxan sayılır. Onun
sonsuz sayda arvadı var idi və oğlanları,
nəvələri hökmdar olaraq, Çingizxanın
çoxlu sayda övlad gətirmə həvəsini
davam etdirdilər. Taylor Smitin fikrincə,
yer üzünün 0,5% kişisi (bu 16 milyon
deməkdir)
Çingizxanın
oğul
törəmələridir. Sonra gəlir digər on
məşhur kişi…”
Arxası onunçün artıq maraqsızdır.
Çünki o özünü də Çingizxanın törəməsi
sayırdı. Hətta o qədər gerçəkləmişdi ki,
məqalələrinin altından son vaxtlar İmir
Piriyev imzası əvəzinə, İmir Çingiz
imzası qoyurdu. Çingizxan haqqındakı
qeydlərdən sonra İmirin özünün yazısı
var. Budur o sətirlər:
“GÜZƏŞT OLMAYACAQ!
Çingizxan
mənim
kumirimdir.
Qəlblərə hakim olmaq, insanları özünə
tabe etmək, tabe olmayanları sındırmaq,
əzmək və öz qüdrətini nümayiş
etdirmək! Küçük Allahverdi anamı
gözümüzün önündə yatağa çəkəndə,
müəllimlərimiz
nənəmə
Qolfstrm
cərəyanı girib deyəndə, Abbasqulu
Abbasquliyev məni gənə kimi əzəndə
böyük fatehin obrazı gözümün önündən
getmirdi. Onun bu məşhur kəlamı məni
daim irəliyə səsləyirdi, amansız olmağa,