Üç aylıq ədəbiyyat dərgisi
121
sinfin
ədəbiyyat
kitabını
elə
əzbərləmişdi ki, həm inşa yazıdan, həm
də
şifahi
imtahandan
“5”
aldı.
(Təəccüblənməyin, mən 50-ci illərdən
danışıram.
Onda
hələ
qəbul
imtahanlarını İmir götürmürdü, o
doğulsa da, tumançaq gəzirdi. Hələ
rüşvət bugünkü kimi həyat norması
olmamışdı.
Hələ
adamları
zorla
oxutdururdu Sovet hökuməti.) Ali
məktəbi də fərqlənmə ilə bitirdi və
rəhmətlik Əli Sultanlının təkidi ilə onu
universitetdə
saxladılar. Həmin il
aspiranturaya qəbul olundu. Əsgərliyi
bitirib gələndən üç il sonra namizədlik
işini uğurla müdafiə etdi. (Əslində,
burda bir qədər sürətlə getdik. Yəni,
müdafiə zamanı qanqaraçılığı olmuş,
elmi işin müdafiəsi dayandırılmışdı.
Yalnız bəzi dəyişiklik və redaktələrdən
sonra bir ilin tamamında o, elmi işini
müdafiə edə bilmişdi. Mövzusu o qədər
maraqlı və diqqətçəkən idi ki, həm ilk
müdafiə dövründə, həm ikinci cəhddə
müdafiəyə bütün institutlardan adamlar
gəlmişdi. Mövzu ədəbi dərnəklərə və
ustad-şagird
münasibətlərinə
həsr
olunduğundan mübahisəli məqamlar çox
idi. Əlbəttə, Sovet dövrünə qədər hissəni
həm Firudin bəy Köçərli tamam
işlədiyindən, həm arxivlərdə kifayət
qədər fakt və material olduğundan
asanlıqla yazıb tamamlaya bilmişdi.
Ancaq Sovet dövrünə gələndə burada
həm 37-ci il hadisələri zamanı gənc
proletkultçularla qocaman ədiblərin
savaşı, sonra isə Səməd Vurğun və Rəsul
Rza cəbhələşməsinə də toxunduğundan
və bir çox hallarda məsələlərə tam
obyektiv yanaşdığından həm 37-ci illə
bağlı mətləblərin işıqlandırılması – hələ
o hadisələrə bais olan S.Rüstəm,
S.Vurğun,
M.Rahim,
M.İbrahimov,
R.Rza və digərləri sağ idilər və onların
varlığında bu insan qırğınını və şair-
yazıçı qətliamını tam aydınlığı ilə açıb-
ağartmaq ölümə bərabər olardı - qeyri-
mümkün idi. Amma o, təcrübəsizlik
edərək dissertasiya işinə bir sıra konkret
məqamları, məsələn Məmməd Rahimin
Mikayıl
Müşfiq
haqqında
yazıb
“Ədəbiyyat qəziti”nin 1 iyul 1937-ci il
tarixli
sayında
çap
etdirdiyi
“Kontrrevolüsioner, kontrabantçı, oğru” adlı
şantaj və böhtan dolu məqaləsini də təhlilə
çəkmiş, yazını ədəbiyyat adamının deyil, sanki
bir müstəntiqin yazdığı kimi şərh etmişdi. Yaxud
Səməd Vurğunun Hüseyn Cavidi ittiham edən
yazısı da bu sıradan idi. Elmi işdə bu kimi
məqamlar çox idi.
Elə ilk etiraz və təhdid Yazıçılar
İttifaqından gəldi. Professor Əli Sultanlı
sevimli tələbəsini bağrına basıb demişdi:”Alındı,
alındı! Sən bütün bu qaraguruhun üstünə gedə
bildin! Və sübut elədin ki, onları da laxlatmaq
olar.”
Abasqulu fağır-fağır müəllimi və həm
də elimi rəhbəri olan Əli Sultanlının üzünə baxıb
ağlamsınmışdı:”Nə qələbə? Müdafiə baş
tutmadı axı?”
Onda Əli müəllim özünün və digər
qocaman ədəbiyyatşünasların qisasını bu
Yazıçılar İttifaqı generallarından almış olan –
uzun illər onlar həqiqəti deməyi qadağan
etmişdilər bu ədəbiyytaşünaslara - tələbəsinə
fəxrə baxıb demişdi:”Mən özüm bu faktları
saxlamağını istəmişdim dissertasiyada. Qoy bu
alçaqlar bilsinlər ki, onların zamanına az qalıb.
Və bir də sən artıq bir gənc alim kimi
məşhurlaşdın... Biz isə belə edirik: elmi işin bu
variantını olduğu kimi saxlayıb, gizlədirik. İkinci
variantı isə təmizləyib, bir il sonra müdafiə
şurasına təqdim edirik. Özü də müdafiədən
qabaq mən Mirzə İbrahimova yeni variantı
oxutdurub rəy alacam, daha qabağında bircə
maneə də olmayacaq!”
Dedikləri kimi də etmişdilər və onun
dissertasiyası haqqında söz-söhbətlər, şaiyələr
uzun müddət səngiməmişdi. Axırda Əli müəllim
özü də tələbəsinin gözlədiyindən də qabağa
getdiyini sinirə bilməmniş, onu universitetdən
uzaqlaşdıraraq Pedoqoji İnstituta dəyişməyə
122
№ 4 (20) Qış- 2016
nail olmuşdu. Arqumenti də bu olmuşdu ki,
burdakı qurdlar sənin qabağına kötük atacaqlar.
Get ora, ol birinci adam. Tezliklə doktorluğunu
da yaz, müdafiə elə, ol institutun beş adamından
biri...)
...-Yaxşı, bəs siz o dissertasiyanın ilk
nüsxəsini neynədiniz? – içkidən gözləri
xumarlanmış İmir Abasqulu müəllimə
heyranlıqla baxa-baxa soruşdu. Abasqulu
Abasquliyev siqaretinin külünü külqabına çırpıb
qəhərli-qəhərli dedi:
-Yandırdım onu...
-Niyə?! – İmir eşitdiyinə inanmayaraq
heyrətlə içini çəkdi.
-Çünki Yazıçılar İttifaqına rəyi almağa
gedəndə Natəvan adına klubun qabağında bir
xalq yazıçısıyla bir xalq şairi qabağımı kəsib iki
kəlmə söz dedilər və mən də evə qayıdan kimi
ilk nüsxəni yandırdım.
-Kim idi onlar? Nə dedilər ki?! – İmirin
sərxoşluğu bircə anda keçmişdi.
-Bu da mənim sirrim olsun. Sənə də
məsləhət görürəm ki, bir az sirli adam ol. Alim
hər bildiyini yazmaz, hər gördüyünü deməz. Bir
az sirli-sirpicli adam olar alim... Ladna, daha
bəsdir. Dostluğumuzu və iş birliyimizi qeyd
etdik, yaxşıca vurduq, yetər... Hə, bir də bu gün
biz çox mətləblərdən danışdıq... Eşitdiklərin
müəlliminin sirridir. Sənə əmanət etdi.
Rəhmətlik Əli Sultanlı mənə əmanət etdiyi
kimi... Tak şto, mən sənə etibar edirəm. Amma
ruslar necə deyiblər? Doveryay, proveryay...
Toçka.
Maşında
gedəndə
qəfildən
Abasquliyev soruşdu:
-İmir,
sən heç erkək heyvan
axtalananda görmüsən?
-Hə, anam körpə vaxtı erkək
çəpişlərimizin lezva ilə xayasının dərisini kəsir,
xayalarını dartıb çıxardır, sonra yerinə duz basıb
buraxırdı... Həm sürüb iylənmirdilər, həm də
kök olurdular...
-Amma mən, adamların axtalanmasını
görmüşəm...
İmir az qala sükanı buraxacaqdı. Qəfil
geri qanrılıb arxa oturacağa yayxanmış
Abasquliyevə heyrətlə baxdı:
-Necə?! Haçan?!
Professor sözü tez dəyişdi, gülə-gülə
dedi:
-İmir,
necə
dedin,
çəpişləri
axtalamayanda iy verirlər? Ha-ha-ha!......
-Hə də, - İmiri də gülmək tutdu , - onlar
təkə olandan sonra dişi çəpişləri o qədər sürürlər
ki, iylənirlər. Ətini yemək cəhənnəmə e,
yanlarınnan keçmək də olmur... Ha-ha-ha!........
İkisi də qəhqəhə ilə gülüşdülər.
Abasquliyev uğunub gedə-gedə dedi:
-Əpişi, Çəpişi də ... Ha-ha-ha... yıxasan
yerə, lezva ilə axtalayasan!.. Ha-ha-ha!......
Dəsmalını çıxardıb göz yaşlarını sildi
və nisgilli səslə dedi:
-Əslində bizim hamımızı axtalayıblar...
Sonra süni bir gülüşlə özünü əvvəlki
halına qaytarmağa çalışdı:
-Sən o şeiri çox ləzzətlə söyləyirsən, bir
də söyləsənə? Nədi o, “Axta zoğal” məsələsi?
İmirin səsi içkidən bir az da
qalınlaşmış, daha da qaltanlı olmuşdu. Adamı
cərəyan kimi vuran səsi ilə Vaqifin məşhur
şeirini söyləməyə başladı:
Bayram oldu heç bilmirəm,
neyləyim,
Bizim evdə axta zoğal da
yoxdur...
KALİQULA MƏNTİQİ
“Kamyunun “Kaliqula” pyesini
oxuyandan sonra Kaliqula ilə aramızda ortaq
nöqtə tapdım. ”Sadəcə, qəflətən hiss
elədim ki, mənə mümkün olmayan
şeylər gərəkdir” - Kaliqulanın bu fikrini
mən də hiss etmişdim: Abasquliyevlə
İsmayıl Şıxlı arasında seçim edəndə. Ya
İsmayıl müəllim kimi “ac qulağım, dinc
qulağım” deyib sakit, rahat və ortabab
həyat sürməliydim, ya da Abasquliyev
Dostları ilə paylaş: |