Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə80/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   76   77   78   79   80   81   82   83   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
165 
 
Düz 20 dəqiqəyə referatı bitirdi. 
Sonra əlimi sıxıb dedi: 
 
-Təbrik  edirəm!  Kişi  adamsan. 
Gözəl 
yazmısan... 
Hətta 
mənim 
məqalələrimdən  də  istifadə  etmisən?! 
Hə,  mən  axə  Yusif  Vəzir  haqqında 
yazmışam...  Cavidlə  də  müqayisə 
aparmısan?!  Nə  gözəl  ifadə  etmisən 
onların  talelərini:  “tale  qohumları”... 
Həəə, qəribədir... “Tale qohumları”... 
 
Qəfil  üzü  sərtləşdi.  Qələmini 
yerə qoyub diqqətlə gözlərimə baxdı: 
 
-Sən 
bilirsən 
ki, 
Cavidin 
“Əllidən bir kəm” adlı əsəri olub? 
 
-..? 
 
-Mən başa çatdırmadığım layihə 
haqqında  danışmağı  sevmirəm...  Amma 
sənə  demək  olar!  Neyçün  ki,  sən  mənə 
çox doğma gəlirsən... Olub belə bir əsəri 
və  onu  katorqada  yazıb,  Sibirdə.  Onlar 
49  nəfər  imişlər  barakda...  Mən  o  əsəri  
tapmışam, 
bu 
yaxınlarda 
 
çap 
elətdirəcəyəm... 
Düzdür, 
əlyazması 
qalmayıb...  Amma  Cavid  Əfəndinin  bir 
barak yoldaşı əsəri tamam əzbərləyib. Di 
gəl  ki,  kağıza  köçürməyə  qorxub...  İndi 
biz  həmin adamın əzbər söylədiyi əsəri 
onun  ağzınnan  kağıza  köçürür,  üstündə 
işləyirik...  O  yazıq  da  katorqa  görüb 
axı...  Xəstədir.  O  nadir,  əlçatmaz 
misraları    elə-belə  xatırlaya  bilmir.  O 
ekstaz  halına  girincən  ölür-dirilir. 
Mərsiyə  eşitmisən?  Elə  bil  mərsiyə 
söyləyir: 
 
 
Əzəliyyət şəfəqlərində açan 
 
Tazə bir qönçə, pənbə bir yıldız. 
 
Əbədiyyət üfüqlərində uçan 
 
Tanrı qoynunda bəslənən bir qız. 
 
Şerü hikmət, zəka ilahəsiyəm
          Ulu dahilərin nədiməsiyəm... 
 
 
 
Mən  təəccüblə  Məsud  müəllimə 
baxıram: 
 
-“Peyğəmbər”? 
 
Onun iri gözləri parıldayır: 
 
-Əvət, 
əvət! 
Cavidin 
“Peyğəmbər” dramındandır, “Əllidən bir 
kəm”in epiqrafıdır bu... O qiymətli adam 
hər dəfə özünü bu misralarla hazırlayır... 
Bir  ağı,  bir  mərsiyə  kimi  oxuyur, 
oxuyur... 
 
Bir yanım qövsü qüzehi andıran ovalar 
Bir yanım qəsvətlər saçan  havalar. 
Haqqın dili lal, iştə kardır qulağı 
O xurafat qəhr olsun, kor qoydu bulağı! 
Öylə bir dövr içrəyəm, ortam yanıyor, 
Qönçələr açmıyor ki, qanıyor, qanıyor.... 
 
 
Məsud 
müəllim 
özü 
də 
bilmədən,  mənə  “Əllidən  bir  kəm”dən 
parçalar  oxuyurdu.  Yox,  oxumurdu  ki... 
Mərsiyəxan  səsi  ilə  gumuldanır,  ağı 
deyir, ağlayırdı...  
 
Bir  də  gördüm  ki,  mən  də 
ağlayıram  –  göz  yaşlarım  axıb-axıb  ta 
sinəmə,  titrəyən  əlləriməcən  gəlmişdi... 
Bunu  görən  Məsud  müəllimin,  elə  bil 
mənə yazığı gəldi, azançı səsilə oxuduğu 
tonlarla 
ağırlığı 
olan 
misraların 
səsləyişini saxladı.  
          -Yaxın  müddətdə  əsər  üzərində  iş 
bitəcək...  Bir    neçə  Cavidşünasla    birgə  
işləyirik    bu  əsərin  üstündə...    Biri  var, 
Bakı  əhlidir,  Sara  xanım  adında.  Gözəl 
mətnşünasdır.  Elə  sizin  institutda  işləyir 
gərək ki... Nəysə... Böyük hadisə olacaq 
o  əsərin  nəşri...  Cavidin  yenidən 
doğuluşu kimi! 


166
№ 4 (20) Qış- 2016
 
 
Vəcdə  gəlmiş  halda    durub 
otaqda  var-gəl  elədi.  Mənə  sarı  dönüb 
göz  vurdu  və  dodaqaltı  “iştə,  hər  şey 
yaxşı olacaq” dedi. Elə bil o məni görüb 
ürəklənmişdi,  sevinirdi.  Sonralar  başa 
düşdüm  bunun  sirrini:  o  həmfikir 
tapdığına  görə,  arxasıncan  gələnin 
olduğuna görə sevinirdi. 
          Referata  ayrıca  bir  vərəqdə  geniş 
rəy yazıb gülümsəyərək əlavə etdi: 
 
-Namizədlik 
işini 
də 
Çəmənzəminlidən 
yazarsan. 
Elmi 
rəhbərin  də  özüm  olacam.  Bir  az  çətin 
yol seçmisən, amma şərəfli yoldur. Alim 
gərək  qorxmaz  ola!  Millətin  nicatı  siz 
gənclərdədir. Əlaqəni kəsmə. Gəl-get. 
 
Və  qalxıb  bir  az  aralıdakı  kiçik 
soyuducunu  açdı,  iki  “Qaraqum” 
şokaladı  və yarısı içilmiş konyak şüşəsi 
çıxardıb qədəhlərə  süzü.  
 
-Sənin    yazını  mütləq  qeyd 
etməliyik! 
Çox 
sevindim 
ki, 
Azrbaycanda 
sənin 
kimi  düşünən 
gənclər var! Sənin sağlığına... 
 
O  içdi.  Amma  mən  əlimdə  
qədəh    duruxub  qalmışdım.  Kişi  
şokaladın  kağızını  aça-aça  göz  vurdu 
mənə.  Bir  də  gördüm  ki,  içmişəm. 
Şokaladı    isə  yeməyə  utandım.  Elə 
əlimdəcə gətirmişdim özümlə...” 
 
...İllər  öncə  Qeyd  Dəftərinə 
yazdıqları  gözləri  önündən  keçdikcə 
qəhərdən  boğulurdu.  Ağlamamaq  üçün 
dişini-dişinə  qıcasa  da,  qəhər  boğazını 
biçirdi. İçini almaz kimi doğrayan sözlər 
dilinin ucunacan gəlir, onu yaralayırdı: 
 
“Əlaqəni  mən  kəsmədim,  kor 
tale  kəsdi.  (Sonra  tək  bircə  dəfə  Railin 
təkidiylə getdim yanına.) Üstündən bir il 
keçməmiş, kişi canına qəsd elədi... 
 
Mənim 
ondan 
yazdığım 
məqalənin də  taleyi Məsud müəlliminki 
kimi faciəli oldu... 
 
İndi  illər  sonra  Abasquliyev 
mənnən  basdırdığı  ölünü  diriltməyimi 
istəyir.  
 
Üstündən neçə illər keçib, amma 
bir  şeyə  üzülürəm:  “Əllidən  bir  kəm”i 
doğrudanmı  tapmışdı  Məsud  müəllim? 
Tapmışdısa  niyə  çap  etdirmədi?  Çap 
etdirmədisə,  əlyazması  niyə  evindən 
çıxmadı? Dayan... Həəə... Axı o bir söz 
də  demişdi:  əsəri  onun  barak  yoldaşının 
ağzından  kağıza  köçürürdü...  Ay  səni! 
Gör  e!  Əsər  bizim  qulağımızın 
dibindəymiş  ki...  Yanasan,  ay  fələk! 
Yandırdın bizi... 
 
Abasquliyev  də  deyir  ki,  o 
məqaləni  işlə,  gətir  çap  edək.  Deyə 
bilmirəm  ki,  ay  it  oğlu,  sən  bu 
yazdıqlarımı  heç  indi  də  olduğu  kimi 
verməyəcəksən,  bir,  ikincisi  də  mən 
daha o kökdə deyiləm axı... Hardan alım 
Məsud  Əlioğlunu  ki,  kökdən  düşmüş, 
kökü  kəsilmiş,  kökündən  ayrılmış  mən 
bədbəxti kökləyə bilsin??? 
 
Budeee,  yenə  düşüb  dalımca. 
Abasquliyev  kökümü  kəsmişdi,  bu 
dalıma düşən başımı kəsəcək...” 
 
           ZƏRBƏ DALINCA ZƏRBƏ 
 
“İnstitutdan    necə    çıxdığımı 
bilmədim.  Mühazirənin  heç  ikinci  qırx 
beş dəqiqəsinə girmədim belə. Dəli kimi 
bir  az  şəhərdə  gəzdim.  Sonra  şəhər  də 
gözümdən  düşdü.  O  boyda  alim  özünə 
qəsd  edib,  bu  adamlar  isə  deyir,  gülür, 
hətta  ora  bax:  qızla  oğlan  parkda 
öpüşürlər.  


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə