172
№ 4 (20) Qış- 2016
Mən,
Birdə ki Tanrı!
Öncə Tanrı yumdu gözlərini
Və biz sevişdik, gizlicə
Sonra sən yumdun gözlərini
Tanrı ilə mən savaşdıq, gizlicə
Ama mən
Heç zaman yummayacam gözlərimi...
El ş
ə
n
Böyükv
ə
nd
“Yuxu körpüsü”
İran kinosundan reportaj
Kanadanın
York
universitetində
rejissorluq və film nəzəriyyələri üzrə
akademik təhsilini başa vurmuş Oktay
Bərahəninin “Yuxu Körpüsü” adlı filmi
Tehran Fəcr Kino festivalı yarışmasında
ən mübahisə doğuran filmlərdən biri idi.
Oktay Bərahəni 1974-cü ildə İranın
Tehran şəhərində dünyaya göz açıb. Ana
və Ata tərəfindən Azərbaycan Türkü
olan rejissorun, çox ünlü və dünyaca
tanınmış atası Rza Bərahəni İran ədəbi
tənqidinin banisi, şair, yazıçı, jurnalist
və siyasi activstdir. Anası Sanaz Sehət
isə tanınmış tərcüməçi, ingilis dili və
ədəbiyyatı mütəxəssisidir.
Oktay
Bərahəni
atasının siyasi
görüşləri və azərbaycançılığına görə
çoxlu haqsızlıqlara məruz qalıb. İranın
Mədəniyyət Nazirliyi neçə ildən sonra
onun “Yuxu körpüsü” adlı filminin
çəkiliş işlərinin başlanmasına izin
verdikdən sonra, rejissor ilk uzun
metrajlı filmini çəkməyə başladı.
Mədəniyyət Nazirliyinin tətbiq etdiyi
senzura nəticəsində gənc rejissorun
ömrünün 7-8 ili nazirlikdən izin almağa
keçib. Prezident Əhmədinejad zamanı,
demək olar ki, azad sənətkarlar təzyq və
haqsızlıqlara məruz qalırdılar. Yeni
prezidentin gəlişi ilə vəziyyət azacıq da
olmuş olsa yumuşalıbdır.
“Yuxu körpüsü” filminin çəkilişi
bitdikdən sonra bir çoxları filmin yolunu
səbirsizliklə gözləməkdə idilər. Bu
arada, İranın dünyaca məşhur olan
rejissoru
Abbas
Kiyarostami
Üç aylıq ədəbiyyat dərgisi
173
(ölümündən əvvəl) isə ssenarinin
möhtəşəm və taysız olduğunu etiraf
etmişdi. Kiyarostami kimi görkəmli bir
sənətçinin ssenari haqda bu fikiri
söyləməsi
filmin
kino
zallarında
ekranlaşmasını gözləyənlərin sayını iki
qat çoxaltmışdı.
Filmin rejissoru və ssenari müəllifi olan
Oktay
Bərahəni
əsərini yazmaqda
Dostoyevskinin “Cinayət və cəza”
romanından ilham aldığını qeyd edib.
Rejissorun bundan öncə “Vanet”
(İranda bir növ yük daşıyan maşına
deyilir) adlı qısametrajlı filmi böyük
maraqla qarşılanmışdı.
Bunlara baxmayaraq Fəcr Kino
festivalında “Yuxu Körpüsü” filmi
gözlənilən uğuru qazanmadı. Festivalın
juri heyyəti rejissoru solçuluqda ittiham
ediblərmiş. Onun rəsmi iran islam
ideologiyasını tərənnüm etməyən filmi,
münsiflər
heyyətinin
rəğbətini
qaznamayıb.
Rejissor isə verdiyi müsahibələrdə
ruhdan düşmədiyini və öz yolunda daha
güclü
addımlarla
irəliyə
doğru
yürüyəcəyini
vurğuladı.
Bərahəni,
münsiflər heyyətinn onun filmi haqda və
siyasi-ictimai
görüşləri
barədə
səsləndirdikləri ittihamları bütünlüklə
rədd edir.
ÇEVİRM
Ə
Marina
Svetayeva
Nə vətən həsrəti? Müəmma deyil,
Sirr deyil bu hoqqa çoxdan heç kimə.
Mənə tamamilə birdir, eynidir,
Harda tamamilə tənhayam, təkəm.
Və hansı daşlarla ayaq əzərək,
Zənbili süruyüb evə gələsən.
Elə kazarma tək, ya hospital tək,
Sənin olduğunu bilməyə evsə.
Nə fərqi kimlərin içində əsir
Aslan tək kinimdən qabara yalım.
Hansı cəmiyyətdın qəti, tələsik,
Mən öz aləmimə sıxışdırılam,
Qapılam duyğular səltənətində.
Buzlarsız Kamçatka ayısı kimi,
Harda yovuşmayım (istəmirəm də!),
Və harda alçalım – nə fərqi var ki?
Aldanan deyiləm ana dilimin,
Mənə şirin-şirin “gəl” deməyinə.
Axı nə fərqi var rastıma gələn,
Məni hansı dildə anlaya bilmir!
174
№ 4 (20) Qış- 2016
(Tonlarla qəzeti oxuyan, udan,
Gövşəyən, süd kimi əmən qeybəti).
İyirminci əsr – onu yaradan,
Bütün əsrlərdir məni yetirən.
Bağdan ayrı düşən bir ağac kimi,
Quruyub dirəyə çevrilən zaman,
Hər şey eyni mənə, eynidir hamı,
Və bəlkə hər şeydən çox eyni olan
Və həm doğma olan – olub keçəndir.
Bütün nişanlarım, əlamətlərim,
Tarixim – pozulub, yoxmuş elə bil.
Qəlb qalır - əlçatmaz doğulan yeri.
Elə qorunmadım yurdda ki, əgər,
Dünyanın ən mahir xəfiyyəsi də,
Tapa bilməyəcək duyğudan əsər,
Çevirə qəlbimin altını üstə.
Hər məbəd mənə boş, hər evsə yaddır,
Hər şey indi mənə eyni, bərabər.
Amma kol bitirsə yol qırağında,
Həm də kolun adı üvəzsə əgər...
Boris
PASTERNAK
DƏYİŞİKLİK
Haçansa aşnaydım kasıb-kusubla,
Səbəbi deyildi ancaq əqidə.
Həyatları sadə, haqlı, hesablı,
Nə parad var idi, nə də dəbdəbə.
Tanışlığım vardı ağalarla da,
İncə cəmiyyətə bələddim hərçənd.
Müftə yeyənləri uzaq qovurdum,
Mənə qardaş idi lüt və dilənçi.
Alnının təriylə çörək qazanan,
İnsanla can atdım mən ünsiyyətə.
Elə buna görə mən də o zaman,
Cındır çağırıldım, yetib hörmətə.
Məni kəlməsiz də anlayırdılar,
Cisimdim, maddəydim, çəkim var idi.
Necə ki bəzəksiz zirzəmilər var,
Ya da ki çardaqlar – yox şüşə, pərdə.
İndi dəyişmişəm, mən pozulmuşam,
Elə bil zamanın güvəsi dəydi.
Hamı optimistdir, hamı da meşşan,
Hamı ayıb sayır qüssəni, dərdi.
Kimə etibarım vardısa bir vaxt,
Çoxdan hamısına etibarsızam.
İnsanı, İnsanı, itirdim, heyhat!
Onu hamı, hər kəs itirən andan.
1956
Çevirən Xeyrulla Xəyal
Dostları ilə paylaş: |