Üç aylıq ədəbiyyat dərgisi
167
Bir də gördüm Parapet tərəfdə -
zirzəmidəki
qəlyanaltıya
gəlib
çıxmışam.
(Qəribədir, bura mən gənclik
vaxtlarımda,
əlim
aşağı
olanda
gələrdim. Olar bir ildir əlim tutub,
qəbula-zada düşürəm, pulum-param var
deyin, daha bura yox, bir az bahalı
restoranlara gedirəm. Vaxtilə Raillə,
Tofiqlə gəlirdik bu zirzəmiyə. Necə olub
ki, bura gəlmişəm?) Çeşməkli dazbaş
bufetçi
gördüm
yanındakını
dümsükləyir:
-Alə, alə, mına bax, alə! Gör
kim gəlib... İmir döyü bu? Bəs nöş
dəstəsiz ? Nöş təkdür? Ya day onnarı
begenmür? Belə baxanda, yəqin heç
bizü də begenmez... Həri ya, deyirlər,
qəbula-zada düşür, pul qırır?!
Sonra uca səslə:
-Ooooo! Müəllim xoş gəlib! Bəs
nöş tək gəlmisüz? Dostunuz vardı ye...
Adı neydi? Hə, hə, yadıma düşdü...
Rail... O hərdən gəlir... ama tek gəlir
nədənsə? Dözstənüz dağılıb deyəsən,
həri?
Nəsə mızıldanıram. O halımın
pis olduğunu bilib bir çappa stəkan araq
süzür. İçib bir az rahatlanıram. Gözümə
işıq gəlir. Sosiskanın parasını dişləyib
bir çappa da vururam və ağzım açılır.
Üzümü dazbaşa tutub deyirəm:
-Bilirsən, qədeş, bu gün, bu
gün... Məhz bu gün, bizim elmimiz
böyük bir insanı itirdi!.. O intihar etdi...
-Kim?! Rail intihar edib? Oy
daaaa! Yazıq... Nöşün?..
Üçüncü çappa stəkanı yarıyacan
içib stola çırpıram:
-Nə Rail alə! Rail kimdir!? Mən
sənə alim deyirəm, alim! Bizim elmimiz
öldü! Fsyo!..
Yadımda o qalıb ki, kimsə gəlib
yanımda əyləşdi. Onunla qucaqlaşıb
ağlaşdıq da.
Yenə içdik, içdik...
Daha heç nə yadımda deyil...
Gecənin bir aləmi, saat dördddə
oyandım ki, elə paltar-palazda divanda
yatmışam. Durub su içdim. Bir az o yan-
bu yana gəzdim evin içində. Sonra
telefonu götürüb nədənsə Tofiqə zəng
elədim. Telefon ikinci dəfə “düüüüd”
eləyəndən sonra o başdan Tofiqin səsi
gəldi:
-İmir, sənsön? Necəsən? O nə
içməyiydi, alə? Fısqırıqsan e!
-Tofiq, sən hardan bilirsən
mənim içməyimi?
-Alə, intiresni cayılsan, vallah!
Biz bir dostumla təsadüfən dönmüşdük
qəlyanaltıya,
gördük
sən
əyləşib
vurursan... bizi də qonaq elədün, bu heç.
Amma sonra bir oyun çıxartdun ki,
danışılası dögül... Məsud Əlioğlunnan
danışırdın o dazbaş kraxobora... alə o nə
bilir Məsud Əlioğlu kimdür axı?!
Qeyitdi ki, atası müftəyeyənin biridür.
Elə yaxçı oldu öldürdü özünü! Sən də
ərax stəkanını atdın ona.
Aləm dəydi bir-
birinə... Gücnən səni çıxartdım aradan
e...
-Tofiq...
-Alə, sən ayılmısan de görüm?
Bura bax. Bəd xəbər də bir-birinün
dalıncan gələr həmişə... neybəttiy basdı
bizi... Sən get duş qəbul elə, tapson, bir
əlli qram ərağ iç ki, bəlkə paxmelin
düzələ... Yoxsa başıvun ağrısınnan dura
bilmiyeceysən... Nəysə, Məhhəmməd