Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə84/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   80   81   82   83   84   85   86   87   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
175 
Allen Ginzberq 
       
(ABŞ)
 
 
 
 
Amerika 
 
Amerika, hər şeyimi sənə verdim və indi 
heç nəyəm. 
Amerika, iki dollar iyirmi yeddi sent,  
1956-cı ilin 17 yanvarı. 
Özümdən zəhləm gedir. 
İnsanlar haçan müharibədən əl 
çəkəcəklər,  
Amerika? 
Götür öz atom bombanı dalına sox. 
Yaxşı deyiləm, məni narahat etmə. 
Şeir də yazmayacağam nə qədər ki, 
 ağlım başımdadır. 
Amerika, haçan mələyə çevriləcəksən? 
Haçan əynindəkiləri soyunub  
anadangəlmə olacaqsan? 
Haçan özünə qəbiristanlıqdan 
baxacaqsan? 
Haçan milyonlarla Trotskinə layiq 
olacaqsan? 
Nə üçün kitabxanaların göz yaşıyla 
doludur, 
 Amerika? 
Haçan Hindistana yumurta 
göndərəcəksən,  
Amerika? 
Sənin sarsaq tələblərin məni boğaza 
yığıb. 
Haçan supermarketə gedib gözəlliyim 
üçün 
 lazım olanları ala biləcəyəm? 
Olanlardan sonra ölməyən bir sən 
qalmısan,  
Amerika, bir mən. 
Sənin quruluşun da xoşuma gəlmir. 
Məndə müqəddəs olmaq arzusu 
oyandırdın sən. 
Bunun bir açıqlaması da olmalıdır axı. 
Berrouz Tanjirdədir, inanmıram ki,  
qayıtmaq istəsin. 
Sən qəddarsan, yoxsa bu bir zarafatdır? 
Hansısa bir qərara gəlmək istəyirəm. 
İnadkarlığımdan əl çəkməyəcəyəm. 
Nə etdiyimi bilirəm, Amerika, əl çək 
məndən. 
Gavalıların çiçəkləri tökülür, Amerika. 
Aylarla qəzet oxumuram
 hər gün kimsə qatil olur, tutulur. 
Vobblilərə yazığım gəlir, Amerika. 
Uşaqlıqda kommunist olmuşam,  
Amerika və peşman deyiləm. 
Marixuana çəkirdim imkan tapan kimi. 
Günlərlə evdə oturub məşğuliyyət olsun 
deyə  
dibçəkdəki güllərə baxıram. 
Çaynatauna gedəndə içirəm,  
amma heç vaxt heç kimlə yatmıram. 
Ağlımın ucuyla da olsa hiss edirəm, 
 pis şeylər olacaq. 
Məni Marksı oxuyanda görməliydin. 
Psixoloqum deyir ki, tamamilə 
sağlamam. 
Mistik gözəgörünmələrim və 
 kosmik titrəyişlərim olur. 
Maks əmi Rusiyadan qayıdandan sonra  
ona nələr etdiyindən hələ 
danışmamışam,  
Amerika. 
Müraciətim sənədir. 
Taym jurnalının hisslərimizi idarə 
etməyinə 
 icazə verəcəksənmi? 
Taym jurnalından xoşum gəlir. 
Hər həftə oxuyuram onu. 


176
№ 4 (20) Qış- 2016
 
Onun üz qapağı konfet dükanının 
tinindən 
 məni səsləyir. 
Onu Berkli Xalq kitabxanasının 
zirzəmisində 
 oxuyuram. 
O mənə həmişə məsuliyyətdən danışır. 
 İş adamları ciddidirlər. 
Rejissorlar ciddidirlər.  
hamı ciddidir, tək məndən başqa. 
Amerika mənəm deyə fikirləşirəm. 
Və yenə də müraciətim özümə 
ünvanlanır. 
Asiya mənə qarşı baş qaldırır. 
Bir çinli qədər də şansım yox. 
Yaxşısı beynəlxalq əlaqələrimi 
incələyim. 
Mənim beynəlxalq əlaqələrim 
 iki parça marixuanadan, 
milyonlarla cinsiyyət orqanından,  
saatda 1400 mil sürət edən  
dərci qadağan şəxsi ədəbiyyatdan 
və iyirmi beş min dəlixanadan ibarət. 
Mən türmələrimdən və  
saxsılarda günəş şüasıyla yaşayan 
 milyonlarla kasıblarımdan 
danışmayacağam. 
Fransadakı fahişəxanaları məhv etdim,  
növbədə Tanjirdəkilərdir. 
Arzum prezident olmaqdır,  
katolik olmağıma baxmayaraq. 
Amerika, kefinin yaxşı olmadığı vaxtda  
necə müqəddəs şeylər yaza bilərəm? 
Henri Fordun yolunu davam 
etdirəcəyəm. 
Şeirlərim onun buraxdığı maşınlar kimi  
rəngarəngdir. 
Şeirlərimi sənə 2500$ satacağam,  
Amerika, köhnə şeirlərimə görə 500$ 
endirərəm. 
Tom Munini azadlığa burax, Amerika. 
İspan millətçilərinə kömək et, Amerika. 
Sakko və Vansetti ölməməlidir, 
Amerika. 
Mən Skottsboro uşaqlarıyam, Amerika. 
Yeddi yaşım olanda, Amerika, anam 
məni 
 Kommunist partiya iclaslarına aparırdı. 
Onlar hər biletə görə bir ovuc ləbləbi 
verərdilər, 
 biletin biri beş sentə 
mövzu sərbəst idi, hamı mələk idi və  
hamının fəhlələrə yazığı gəlirdi 
bütün bunlar elə səmimiydi ki,  
sən heç bilə bilməzsən 
1935-ci ildə partiyanın necə gözəl 
olduğunu 
Skott Nirinqin necə yaxşı qoca 
olduğunu,  
əsil menşevik Blur Ananın bir dəfə məni 
necə  
ağlatdığını 
bir dəfə orda israilli gördüyümü. 
Ola bilər hamısı casus idi. 
Əslində sən müharibə etmək istəmirsən, 
 Amerika. 
Bütün bunlar alçaq rusların əməlləridir,  
Amerika. 
Bu ruslar, bu ruslar, bu çinlilər və bu 
ruslar. 
Rusiya bizi diri-diri yemək istəyir.  
Başdanxarabdır rus hakimiyyəti. 
Ona bizim maşınlarımız və  
qarajlarımız lazımdır.  
O Çikaqonu tutmaq istəyir. 
Ona Red Riders Daydjest lazımdır.  
Bizim maşınqayırma zavodlarımız  
onun Sibirinə lazımdır. 
Onun iyrənc bürokratiyası  
yanacaqdoldurma məntəqələrimizə 
hökmrandır. 
Bu pisdir. Uf! O qaradərililərə savad 
verəcək.  
Ona güclü zəncilər lazımdır. 
Ha-ha.  
O bizi gündə 16 saat işləməyə məcbur 
edəcək.  
Kömək edin. 
Bu çox ciddidir, Amerika. 
Bunlar televizora baxanda 
gördüklərimdir,  


Üç aylıq ədəbiyyat dərgisi 
177 
Amerika. 
Bütün bunlar doğrudurmu, Amerika? 
Yaxşısı indidən özümə iş tapım. 
Amma mən orduya yazılmaq və ya  
fabriklərdə aparat çarxı fırlatmaq 
istəmirəm. 
Nə qədər olmasa da bacarıqsızam və 
 ürəkkeçmələrim olur. 
Səni dəliliyimlə dəstəkləyirəm, Amerika 
  
 
 
Çevirdi Həmid Piriyev 
 
 
 
     Poeziya  və  ya  onun  haqqında 
kitablarla  dolu  olan  üç  və  ya  dörd 
olduqca sadə otaq, burda qarmonium 
(musiqi  aləti),  orda  meditasiyalar 
üçün  balaca  xalı…  Buddist  və  Narop 
Buddizmi  İnstitutu  yanında  Cek 
Keruak  məktəbinin  yaradıcılarından 
biri 
olan 
Ginzberq 
gündəlik 
meditasiya edir. 
      1956-cı ildə  “Fəryad” poeması ilə 
bütün  Amerikanı  hərəkətə  gətirən, 
ötən ilin iyununda 70 yaşı tamam olan 
Allen  Ginsberq    bu  gün  geri  dönmüş 
əfsanənin  Sonuncu  Qəhrəmanı  kimi 
görünür… 
 
Şairlə söhbətdən parçalar: 
            –  17  yaşım  olanda  Nyu-Yorkda 
Kolumbiya  Universitetində  oxuyurdum.  
Uilyam  Berrouzla  qarşılaşdım,  o  vaxt 
onun iyirmi doqquz yaşı vardı – ilk dəfə 
Villic  ərazisinə,  Nyu-Yorkun  bu  bohem 
kvartalına ayaq basdım. Mən ora birbaşa 
hansısa  davanın  içinə  düşmüşdüm 
və   Berrouz   bu  həngamədə  Şekspirdən 
gətirdiyi sitatla vəziyyəti şərh edirdi. İlk 
dəfəydi  ki,  belə  bir  mərəkədə  Şekspirin 
oxunduğuna  şahid  olurdum.  Biz  dost 
olduq. 
     Yazar  olaraq  bizim  hər  birimiz 
qəribə, fərqli, gənc nəslə təsir edə bilən, 
həyəcanlandıran  müəlliflər  idik:  Keruak 
romantik  entuziazmı,  Berrouz  dövləti 
aşırı  dərəcədə  ağıllı  şəkildə  tənqid 
etməsi,  mən  isə  –  öz  adiliyim, 
dürüstlüyüm və parıltımla. 
      Berrouzun  təsiri  Bob  Dilandan  Kurt 
Kobeynə  qədər  bütün  rok  artistlərini 
sardı 
və 
“Bitlz”, 
“Blondi” 
və 
digərlərinin  içərisindən  keçib  getdi. 
Güman etmək olar ki, əlli il sonra bizdə 
bu  gün  dərin  yuxuya  dalmış  şərq 
ideyalarına, buddist meditasiyalara qarşı 
böyük maraq yaranacaq. 
      Keruak  təkcə elə ona görə bu qədər 
nüfuzlu  idi  ki,  sosialist  ölkələri  ilə 
Amerikanın  özündəki   qeyri-sosialistlər 
arasındakı dəmir pərdəyə diqqət çəkirdi. 
O, öncüllərə ilham verirdi… Nisbətən az 
məşhur  olan  Qreqori  Korso  ruhun 
kəşfinə 
inanan, 
incəsənətin 
dəyərləndirməsi  və  hər  şeyə  ağıllı 
yanaşma  ilə   razılaşan  hər  kəsə  böyük 
təsir  gücünə  malik  idi.  Heri  Snayder 
ekoloji  tarazlığı  saxlamaq  tərəfdarı  idi 
və  Amerikada  zen-buddizmin  bələdçisi 
olan   poetik  hərəkatın  liderlərindən  biri 
oldu.  Bu  gün  San-Fransiskoda  zen 
müəllimi olan Filip Uolen kimi.     
      Mən  hələ  əllinci  illərdən  ciddi 
maraqlanırdım. 
Amma 
müəllimin 
rəhbərliyi 
altında 
əsl 
praktikanı, 
meditasiya təcrübəsini isə mən özümçün 
1970-dən  tez  kəşf  edə  bilməmişdim. 
Yəqin  bilirsiz  də,  1974-cü  ildə 
müəllimim  Çyoqmam  Tranqpa  ilə 
birlikdə  Narop  İnstitutunun  əsasını 
qoyduq. 
 
–  Otağınızda  meditasiya  üçün 
balaca xalça dəydi gözümə, hər gün 
meditasiya edirsiniz? 
    –  Hə,  meditasiya  formaları  kifayət 
qədərdir.  Ya  mantralar,  ya  da  görmələr 
vasitəsilə… 
 
    -69  yaşınız  üçün  həyatın  mənası 
haqqında çox bilirsiniz, yoxsa az? 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə