ÜÇÜn təDRİs olunan «Fəlsəfə» FƏNNİNİN İŞÇİ TƏDRİs proqrami


M ö v z u 13. Şüur. İctimai şüurun formaları



Yüklə 96,12 Kb.
səhifə13/18
tarix16.08.2023
ölçüsü96,12 Kb.
#120610
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   18
C fakepath2023 SILABUS FELSEFE hm dov Y. son

M ö v z u 13. Şüur. İctimai şüurun formaları
Şüur, onun mənşəyi və mahiyyəti. Şüurun ictimai təbiəti. Şüurun yaranmasının ilkin bioloji şərtləri. Şüurun mənbələri. Fəlsəfədə şüur probleminin qoyuluşu və onun həllinin çətinlikləri. Fəlsəfə şüuru öyrənən digər elmlər. Şüurun materiya ilə münasibətinin tarixi, qnoseoloji, ontoloji və praksioloji aspektləri.
Ruh anlayışı. Ruh və şüuru. Ruh və bədən, onların vəhdəti. Şüurun tarixdən əvvəlki dövrü. İnikas materiyanın ən ümumi xassəsidir. İnikasın səviyyələri: (cansız təbiətdə, canlı təbiətdə və ictimai mühitdə) formaları (sadə, elementar inikas, qıcıqlanma qabiliyyəti, duyğu, psixika) və tipləri (aktual, funksional və qeyri-funksional inikas). İnikas və informasiya, onların ümumi və fərqli cəhətləri.
Şüurun strukturu: duyğu, qavrayış, təsəvvür, anlayış, təfəkkür, emosiya, iradə və s. Şüur və idrak. Şüurun yaranması və formalaşmasında əməyin rolu. Şüur və beyin. Şüur və şüursuzluq. Şüursuzluğun daxili məzmunu. Qeyri şüursuzluğun davranışda rolu. Freydin psixioanaliz təlimi. Beynin funksiyaları. Şüurun formalaşmasında beynin rolu.
Şüur mürəkkəb sistemdir. Şüurun daxili məzmunu. Şüur və təfəkkür. Zəka və dərrakə. Ağıl və müdriklik. Şüur, mənlik şüuru və özünü dərketmə. Mənlik şüurunun formaları. Şüur və emosiya. Şüur və iradə.Şüurun formalaşmasının mənbələri. Şüur və dil. Obraz və işarə. İşarə – simvol sistemləri.
İdeallıq problemi. Subyektiv reallıq kimi ideallığın mahiyyəti haqqında baxışlar. İdealın iki tipi: fərdiləşmiş ideal və ictimai ideal. İdealda qnoseoloji və aksioloji tərəflər. «İdrakın subyekti» anlayışı. Şüur və kibernetika. Təfəkkür proseslərinin kompüter texnikası vasitəsilə formalaşdırılması və modelləşdirilməsi. İnsan və kompüter sistemlərinin dialoqunun zəruiliyi.
İctimai şüur anlayışı. Şüurun ictimai təbiəti və ictimai şüur. İctimai şüurun mahiyyəti, cəmiyyətin inkişafında onun rolu. İctimai şüur və ictimai varlıq, onların dialektik əlaqəsi.İctimai şüur və cəmiyyətin mənəvi həyatı.
İctimai şüurun sosial təbiəti. İctimai şüurun funksiyaları: idraki, tənzimedici, uyğunlaşdırıcı, məlumatverici. İctimai şüurun strukturu. Adi şüur insanların gündəlik əməli fəaliyyətində yaranır və onların empirik təcrübəsinə əsaslanır. Sosial hadisələr və proseslərin adi şüurda inikasının sistemsizliyi. Adi şüur insanların dünyaya münasibətində onların həyati təcrübəsindən doğan çoxsaylı və faydalı məlumatları özündə cəmləşdirir.
İctimai ideologiya insan qruplarının və mili birliklərin əsas mənafeləri və tələbatının nəzəri səviyyədə ifadəsidir. İdeologiyanın nəzəri konseptual xarakteri. İctimai ideologiya və elm. İctimai ideologiyanın sosial-sinfi mahiyyəti. İdeologiyada mili ilə ümumbəşəri mənafelərin əlaqələndirilməsi məsələsi. Müasir dövrdə milli ideologiya, müstəqillik, mili dövlətçilik, mili həmrəylik, mili əqidə və inamın vəhdəti. Azərbaycan xalqının mili ideologiyasının yaradılmasının zəruriliyi.İctimai və fərdi şüur, onların dialektikası. İctimai şüurun nisbi müstəqilliyi, ictimai şüurun inkişafında varislik. Kütləvi şüur, ictimai rəy.
İctimai şüurun formaları, onların yaranmasını zəruri edən tarixi amillər.
Siyasi şüur. Siyasi şüur və siyasət. Siyasi şüurun formalaşmasının səbəbləri. Siyasi şüurun spesifikliyi. Siyasi şüurun ictimai şüurun digər formaları arasında xüsusi yeri. Siyasətin vəzifələri və növləri.
Hüquqi şüur. Hüquq və hüquqi şüur anlayışları. İlkin sinifli cəmiyyətlərdə hüquqi şüurun yaranması. Miflər və dini inamlar hüquqi şüurun mənəvi əsaslarıdır. Hüquqi şüurun funksiyaları: idraki, qiymətləndirici və tənzimləyici. Hüquqi şüurun formaları – hüquqi hisslər, hüquqi vərdişlər və adətlər, hüquqi biliklər.Hüquqi şüurun siyasi şüurla əlaqəsi və onları fərqləndirən cəhətlər.
Əxlaqi şüur. Əxlaq anlayışı. Əxlaqın ictimai funksiyalarının təzahür üsulları: əxlaqi norma və əxlaqi qiymət. Əxlaq və mənəvi şüur. Əxlaqi şüurun hüquqi şüurla əlaqəsi və onların fərqi. Əxlaq və mənəviyyat. Mənəvi hisslər, mənəvi anlayışlar. Əxlaqi şüur şəxsiyyətlərarası münasibətlərin həllinin tənzimləyicisidir.
Dini şüur. Din və dini şüur. Dini şüurun mahiyyəti. İnnam anlayışı,onun spesifikliyi. Dini inamın əsas obyekti – Allah ideyasıdır. Dində fövqəltəbiiliyə inam. İbtidai dini inamların formaları: etnik və dünya dinləri. Dini psixologiya və dini ideologiya. İslam dinin tarixi mövqeyi. Müasir cəmiyyətdə dinin rolu.
İctimai şüurun yeni formalarının – iqtisadi şüur, ekoloji şüur – formalaşması.



Yüklə 96,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə