Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə16/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

qazanırmış.
Necə  deyərlər,  öz  arzun  üçün  çalışmasan  başqasının 
arzusu üçün çalışacaqsan.
Hədəflər  müəyyən  şərtlərə  uyğun  olmalıdır.  SMART-ın 
açıqlanması:  specific  (aydın),  measurable  (ölçülə  bilən), 
achievable (real), relevant (son məqsədə xidmət edən və təsir edə 
biləcəyiniz hədəf), time-bound (icra zamanı müəyyən edilən). 
Misal  üçün  yaxın  hədəflərdən  biri  belə  yazılıb:  mən  çox 
oxuyacam. Aydın deyil nə oxuyacaqsan (tutaq ki, mikrobiznesə 
başlama mövzusunda kitab). Ölçmək mümkün deyil neçə kitab 
oxumalısan  (tutaq  ki,  10).  Realdırmı  bu  hədəf?  Tam  realdır, 
sadəcə müəyyən edimiş vaxtdan asılıdır. Son məqsədə xidmət 
edirmi? Əgər tutaq ki, bizneslə məşğul olmaq istəyirsənsə, bəli. 
Kitab  oxumaq  bizim  təsir  edə  biləcəyimiz  hədəfdirmi?  Bəli, 
sadəcə  kitabı,  məsələn,  internetdən  tapıb,  iradəmi  toplayıb 
oxumalıyam  (əslində  son  məqsəd  səni  nə  qədər  çox 
ruhlandırırsa  ona  çatmaq  üçün  çəkilən  zəhmət  bir  o  qədər  az 
gözə görünür). Vaxt müəyyən edilməyib (tutaq ki, 1 ay). Deməli, 
“mən  çox  oxuyacam”  hədəfi  SMART  prinsiplərinə  uyğun 
dəyişdirilsə belə alınacaq: “mən bu gündən etibarən 1 ay ərzində 
mikrobiznesə başlama mövzusunda 10 kitab oxuyacam”.
Xoşbəxtliyi necə təsəvvür edirsiz? Dörd aspektdə yazın: iş 
və  qazanc,  şəxsi  inkişaf,  ailə,  sağlamlıq.  Onlara  çatmaq  üçün 
SMART-a uyğun olaraq yaxın 12 ay ərzində azı 10 hədəfi qeyd 
edin. Bunu etməklə siz dünyanın 3%-ləri sırasına daxil olmuş 
olursuz. 
Amma  diqqətli  olun.  Əgər  nərdivanı  yanlış  divara 
söykəsəz, məqsədinizə çatmayacaqsız, hə a aktiv olsaz belə.
Bununla yanaşı digər hədəflər də ola bilər. İnsan həyatda 
müxtəlif rollar oynayır. Hər bir rol (və ya bir neçə rol) həyatın 
müəyyən  dövründə  əsas  olur.  Məsələn,  həyat  yoldaşı,  ailə 
başçısı, övlad, işçi, dost, müdir, tələbə, şəxsiyyət, vətəndaş və s. 
32
Dörd əsas istiqamətə daxil olmayan rollara uyğun əlavə hədəf və 
planlar da ola bilər.
Bu  planların  icrası  sizi  qorxutmasın.  Unutmayın  ki,  ən 
uzun yolun da fəthi ilk addımdan başlayır. 
Praktiki tapşırıq:
1.  Gələcək  xoşbəxt  həyatı  təsəvvür  edərək  buna  çatmaq 
üçün ən azı 4-5 sahə üzrə (iş, şəxsi inkişaf, ailə, sağlamlıq (beşinci 
hədəf kimi dostları və ya daha geniş mənada netvorkinq (əlaqə 
şəbəkəsinin  yaradılması)  nəzərdə  tutula  bilər)  uzunmüddətli 
hədəflərinizi  yazın.  Bu  hədəfləri  SMART-a  uyğun  olaraq  12 
aylıq, aylıq/həftəlik hədəflərə bölün. Bunu etməklə siz dünyanın 
3%-ləri sırasına daxil olmuş olursuz.
4. Vaxtınızdan səmərəli istifadə edin, işlərinizi sonraya 
saxlamayın.
Amerikalı tarixçi Parkinsonun birinci qanununa əsasən iş 
ona ayrılmış bütün vaxta bölünür. Yəni, bir çox hallarda iş üçün 
üç gün də ayrılsa, dörd gün də ayrılsa iş ayrılan bütün vaxtımızı 
alacaq  və  onu  eyni  vaxtda  bitirəcəyik.  Yadınıza  belə  hallar 
düşürmü: vaxtın qurtarmağına az qaldıqda fikirləşirik ki, əlavə 
bir  saat  da  (işdən  asılı  olaraq  bir  gün  və  ya  bir  həftə)  olsaydı 
çatdırardım  işi:).  Tədqiqatlara  əsasən  Amerikada  iş  vaxtının 
50%-i işə sərf olunmur (söhbətlər, telefon danışıqları, gecikmələr 
və s.). Əminəm ki, bu vəziyyət bizdə də aktualdır. Reallıqda işə 
saat 10-da başlanılır (əvvəl mütləq çay və ya kofe hazırlanmalı 
və içilməli, yeniliklər müzakirə edilməlidir və s.). Vaxtın qalan 
50%-i də əslində səmərəli istifadə olunmur. Tələbələr 4-5 il təhsil 
alırlar,  amma  xeyli  hissəsi  elementar  biliklərə  malik  olmur, 
deməli,  sərf  etdikləri  bu  vaxt  hədər  gedib  (insan  beyninin  ən 
yaxşı işləyən vaxtı).
Nəticəyə  tuşlanma  olduqca  vacib  keyfiyyətdir.  Günəş 
33


şüaları  insanı  yandırmır,  amma  lupa  ilə  şüalar  cəmlənsə 
yandırar. Sadəcə etmək kifayət deyil, nəticə əldə etmək lazımdır. 
Çalışın nəticələriniz digərlərindən yüksək olsun.
Nəticə  etibarilə  zamanı  düzgün  idarə  etmək  3  hissədən 
ibarətdir:
1. Lazım olan işləri görmək.
2. İşləri vaxtında və effektiv görmək.
3. Lazımsız işlərdən imtina etmək və ya ötürmək.
Hədəfləri  prioritetə  görə  bölün  və  icra  planlarını 
hazırlayın. Stiven Kovi buna dair maraqlı bir müqayisə gətirir. 
Bir vedrə götürün. İçinə mümkün qədər çox iri daş doldurun. 
Hesab  edirsiz  ki,  yer  qalmayıb?  İndi  boş  yerləri  daha  kiçik 
daşlarla  doldurun.  Yer  qaldımı?  Sonra  boşluqları  qumla 
doldurun.  Yenə  boşluq  qalıbmı?  Sonda  vedrə  dolanadək  su 
tökün.  İndi  vedrə  doğrudan  da  doludur.  Bu  əşyalar 
gördüyümüz işlərdir. Əşya nə qədər böyükdürsə vacibliyi bir o 
qədər  artıqdır.  Əgər  biz  vedrəni  əvvəl  lazımsız  şeylərlə 
doldursaydıq,  vacib  şeylərə  yer  çatmayacaqdı.  Əvvəlcə  vacib 
işlərdən başlayın.
Eyzenhauer matrisi:
ABŞ  prezidenti  Eyzenhauerin  matrisini  işinizdə  rəhbər 
tutun. İşləri 4 hissədən ibarət dördbucaq üzrə bölün.
1-ci  hissəyə  aid  iş  nümunəsi  (SMART  üzrə  yazılmayıb): 
xəstələnmişəm  və  həkimə  getməliyəm.  2-ci  hissəyə  aid  iş 
nümunəsi: xəstələnməmək üçün idmanla məşğul olmalıyam. 3-
cü hissəyə aid iş nümunəsi: telefon zəng çalır (dəstəyi qaldırmaq 
1-təcili (uzağı 24 saat ərzində edilməli) və 
vacib işlər
2-təcili olmayan vacib işlər
3-təcili, amma vacib olmayan işlər
4-təcili olmayan və vacib olmayan işlər
34
təcilidir,  amma  əksər  hallarda  qaldırmasan  da  problem 
yaranmaz).  4-cü  hissəyə  aid  iş  nümunəsi:  daxil  olan  e-mail-a 
baxmalıyam.
1-ci  hissəyə  tuşlanmaq  olmaz.  2-ci  hissəyə  işləyərək 
çalışmalıyıq ki, 1-ci hissəyə iş az keçsin, əks halda ömrü boyu 
necə deyərlər yalnız “yanğını söndürməklə” məşğul olacaqsız. 
Misaldan da görünür ki, 2-ci hissənin icrası məhz elə bir vəziyyət 
yaradır ki, oradan 1-ci hissəyə işlər ya heç daxil olmur, ya da az 
daxil olur. 2-ci və 4-cü hissələrin həlli üçün proaktivlik lazımdır. 
Çox güman ki, sizin gələcəyinizə ən çox təsir edən işlər məhz 2-ci 
hissədəkilərdir.
İşə  dərhal  başlayın,  sonraya  saxlamayın.  Brayan  Treysi 
sonraya  saxlanan  işləri  qurbağaya  bənzədir.  Nə  qədər  nifrət 
etsək də onları yeməliyik. Əvvəl onlar balaca olur, vaxt getdikcə 
isə  böyüyür.  Bu  işləri  əvvəl-axır  etməliyik  deyə  yaxşı  olar  ki, 
qurbağalar  balaca  olanda  onları  udaq,  əks  halda  böyümüş 
qurbağaları tikələrə bölərək yeməyə məcbur olacağıq.
Vaxtınızı böləndə mövcud vaxtın 50-60%-ini nəzərə alın. 
Gözlənilməz  hadisələr  ola  bilər.  Amma  bundan  sonra  gərək 
nəzərdə tutduğunuz işləri vaxtında bitirəsiz. 
İtalyan iqtisadçısı Pareto 20/80 qaydasını yaratmışdı. Bu 
qayda demək olar ki, hər yerdə özünü doğruldur. Bizim hala 
tətbiq  etsək  bu  o  deməkdir  ki,  işlərimizin  ancaq  20%-i 
əhəmiyyətli  dərəcədə  həyatımıza  təsir  göstərə  bilir.  Belə  ki, 
uğurlarımızın  80%-i  məhz  həmin  20%-lik  işlərin  icrası 
nəticəsində əldə olunur. Bu 20% demək olar ki, tamamilə 2-ci 
hissədəki işlərdən ibarətdir. 
“Yox” deməyi bacarın. Planlarınızı icra etməyə mane olan 
dostlarınıza  (planlarınızda  onlara  da  müəyyən  qədər  vaxt 
ayırmalısız),  müdirinizə,  vaxtyeyənlərə  (mobil  telefon, 
kompüter,  televizor,  sosial  şəbəkələr  və  s.)  “yox”  deməyi 
bacarmalısız.  Orta  hesabla  insan  ömrünün  7,6  ilini  televizora 
35


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə