Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

‐ Bəsdir, David! ‐ çığırdı. ‐ Güllələ onu.

Daha vurma.

Cavab olmadı. Artıq Xuan onları gör 

mürdü: hindu ilə qardaşı bir‐birindən yapışıb



ocağın yanında yerə yıxılıb süpür ləşirdilər.

Onları görmək olmurdu, amma dəyən

zərbələrin boğuq səsi, arabir isə söyüş, ya da

dərindən alınan nəfəsin səsi eşidilirdi.

‐ David, ‐ Xuan çığırdı, ‐ çıx ordan, atəş aça‐

cam. 


Ruhuna dolan həyəcana qalib gəlməyə

çalışaraq bir neçə saniyədən sonra təkrar etdi:

‐ Burax onu, David. Vallah, atəş açacam.

Yenə cavab gəlmədi.

İlk atəşi açandan sonra Xuan bir anlıq çaşıb

qaldı, amma dərhal nişan almadan çaxmaq boş

barabanı döyəcləyənə qədər atəş açmağa

davam etdi. Donub qaldı və tapançanın əlin ‐

dən yerə düşdüyünü hiss etmədi. Şəlalənin

şırıltısı itdi, bədəni titrəməyə başladı, vücu ‐

dunu tər basdı, çətinliklə nəfəs aldı. Çığırdı:

‐ David!


‐ Burdayam, ay heyvan, ‐ yaxınlıqdan təlaş

və qəzəb dolu səs eşidildi. ‐ Başa düşürsənmi,

sən məni də vura bilərdin? Başın xarab olub?

Xuan dabanlarının üstə qalxıb əllərini irəli

uzadaraq qardaşını qucaqladı. Qardaşını

bağrına basan Xuan onun mızıldanaraq, inil ‐

dəyərək dediyi sözləri başa düşmür, Davidin

onu sakitləşdirmək cəhdini anlamırdı. Xuan

içini çəkərək nə isə anlaşılmaz sözlər deyirdi.

Sakitləşən kimi hindunu xatırladı.

Bəs o nə oldu, David?

‐ O? ‐ David yenidən soyuqanlılıqla, sərt

səslə danışdı: ‐ Səncə, nə olmalıydı?

Ocaq yansa da, işığı zəifləmişdi. Xuan əl

atıb ocaqdan iri bir kösöv götürdü və hindunu

axtarmağa başladı. Onu tapanda dayanıb bir

müddət qardaşına baxdı, sonra əlindəki

kösövü yerə atdı, kösöv söndü.

‐ Görə bildinmi, David?

‐ Hə, gördüm. Gedək buradan.

Xuan yuxudaymış kimi yerində donub

qalmışdı və Davidin onu yoxuşa doğru

çəkdiyini hiss etmirdi. Yoxuş onların bir xeyli

vaxtını aldı. David bir əli ilə fənərdən, o biri əli

ilə də bədəni əski kimi yumşaq olan  Xuandan

yapışmışdı. O, ayağını ən sərt daşların üstünə

qoyanda belə yerində yırğalanır, heç nəyə fikir

vermədən yerə çökürdü. Yuxarı çatanda ikisi

də gücdən düşmüşdü. Xuan başını əlləri ilə

tutub əyildi və dərindən nəfəs aldı. Qalxanda

fənərin işığında ona baxan qardaşını gördü.

‐ Yaralanmısan, ‐ David dedi. ‐ Gəl yaranı

sarıyım.

Dəsmalını iki yerə bölüb Xuanın şalvarının

yırtığından görünən qanlı dizini sarıdı.

‐ Bu müvəqqətidir, ‐ David əlavə etdi. ‐

Qayıtmaq lazımdır. İnfeksiya düşə bilər. Sən

dağlara dırmaşmağa öyrəncəli deyilsən. Lenor

səni müalicə edər.

Soyuqdan atlar da üşüyürdü, sifətlərinə

göyümtül köpük yayılmışdı. David onların

üzünü əli ilə sildi, belini sığalladı, sonra da

dodaqlarını atın qulağına yaxınlaşdırıb pıçıltı

ilə dedi: “İndi qızışarsız”.

Onlar atların tərkinə qalxanda hava işıq ‐

lanırdı. Səhərin zəif şəfəqi dağları qucağına

almışdı, ağ duman üfüqü ikiyə bölsə də,

dərələr hələ ki, qaranlıq idi. Yola çıxmazdan

əvvəl David su qabını götürüb başına çəkdi və

doyunca içəndən sonra qabı Xuana uzatdı,

amma o, su içmədi. 

Günəş qalxana qədər atlarına dinclik verə‐

verə ətrafdakı ürək sıxan mənzərələrin əha ‐

27

ULDUZ /

Yanvar 2016



təsində getdilər. Günorta vaxtı dayanıb qəhvə

bişirdilər. David Kamilonun çantaya qoyduğu

pendir və paxla ilə nahar etdi. Qüruba yaxın

uzaqdan çəpəki xaç şəklində basdırılmış  iki

ağac göründü. Onun üzərində yazılı lövhə

asılmışdı: “La Aurora”. Atlar kişnədi: hey 

vanlar ərazini tanımışdı.



‐ Axır  ki, ‐ David dilləndi. ‐ Yaman ləngi dik.

Yorulub əldən düşmüşəm. Dizlərin necə dir?

Xuan cavab vermədi.

‐ Ağrıyır? ‐ David təkidlə xəbər aldı.

‐ Sabah mən Limaya qayıdacam, ‐ Xuan

cavab verdi.

‐ Nəyə görə?

‐ Mən bir də bura gəlməyəcəm. Dağlar

məni boğaza yığıb. Şəhərdə yaşayacam. Yəni

məni kəndə bağlayan heç nə yoxdu.

Xuan qardaşının baxışlarından yayınaraq

irəli baxdı.

‐ Әsəbisən, ‐ David davam etdi. ‐ Təbii

şeydir. Sonra danışarıq.

‐ Yox, ‐ Xuan cavab verdi. ‐ Elə indi danışaq.

‐ Yaxşı, ‐ David sakit səslə dilləndi. ‐ Nə

olub sənə?

Xuan qardaşına tərəf çevrildi. Sifəti yorğun,

səsi xırıltılı idi.

‐ Nə olub mənə? Heç olmasa nə danışdığını

özün başa düşürsən? Şəlalənin yanındakı

oğlan yaddan çıxdı? Әgər burada qalası olsam,

əvvəl‐axır hər şeyə haqq qazandırmalı olacam.

O əlavə edib “elə sənin kimi” demək istəsə

də, susdu.

‐ Yaramazın biriydi, ‐ David çılğınlıqla

danışmağa başladı. ‐ Sənin şübhələrin yer ‐

sizdir. Bəlkə, onun bacına etdikləri yadından

çıxıb?

Xuanın atı dayanıb şahə qalxdı, sonra da



arxa ayaqlarını yerə döyəcləməyə başladı.

‐ Xuan, indi yüyənini çeynəyib qıracaq, ‐

David dedi. ‐ Әlini boşalt. Boğacaqsan heyvanı.

Xuan yüyəni boşaltdı və heyvan sakitləşdi.

‐ Cavab vermədin, ‐ David dedi. ‐ Onu nəyə

görə axtardığımız yadından çıxıb?

‐ Yox, ‐ Xuan cavab verdi. ‐ Heç nə yadım ‐

dan çıxmayıb.

İki saatdan sonra qardaşlar Kamilonun ev

ilə at tövləsinin arasında olan komasına çat ‐

dılar. Onlar dayanmazdan əvvəl komanın qa ‐

pısı açıldı və Kamilo astanada peyda oldu.

Әlindəki həsir şlyapanı yelləyərək onları sa ‐

lam layan Kamilo qardaşları qarşılamaq üçün

irəli addımladı, atların arasında dayanıb

yüyənləri aldı.

‐ Hər şey yaxşıdır? ‐ David soruşdu.

Kamilo başını tərpədərək yaxşı olmadığını

bildirdi.

‐ Balaca Leonora...

‐ Leonoraya nə olub? ‐ Xuan onun sözünü

kəsərək üzəngiyə dayaq verib dikəldi.  

Kamilonun səsi xırıldadı, sıxılaraq izah

etməyə başldı, dedi ki, səhərin alatoranında

balaca Leonor otağının pəncərəsindən qar 

daşların getməyini görüb. Qardaşlar evdən



təxminən bir kilometr aralanana qədər əyninə

at çapa bilmək üçün şalvar və çəkmə geyinərək

evdən çıxıb, çığıraraq atını yəhərləməyi tələb

edib. Kamilo Davidin tapşırığına əsasən onun

əmrini yerinə yetirməyib. İşi belə görəndə o

özü tövləyə girib, özü kişi kimi sevimli El

Koloradosunu ‐ La Auroradakı ən əsəbi ayğırı

‐ yəhərləyib, çullayıb. Qız ata minmək is 

təyəndə qulluqçular və Kamilo özü onu zorla



saxlamaq istəyiblər. Belə olduqda qızın sö ‐

yüşlərinə, təhqirlərinə tuş gəliblər. Belə ki,

özündən çıxan Leonor onları qamçılayıb, sonra

da dil tökərək qardaşlarının ardı ilə getməyə

imkan vermələrini xahiş edib.

‐ Onun dərsini verəcəyəm! ‐ David dedi. ‐

Әminəm ki, bu iş Xasintanın başının altından

çıxıb. Bu gecə masaya o qulluq edirdi və yəqin

ki, bizim Leandro ilə danışığımızı eşidib.

‐ Qız çox həyəcanlı idi, ‐ Kamilo davam

etdi. ‐ Qulluqçuları və məni təhqir edib qur‐

taran kimi hönkürüb ağladı, sonra da evə

qayıtdı. Evdə otağına çəkilib qapını arxadan

bağladı, hələ də bayıra çıxmayıb.

Qardaşlar atları Kamiloya verib evə tərəf

getdilər.

‐ Leonora heç nə demək lazım deyil, ‐ Xuan

dilləndi.

‐ Məlum məsələdir, ‐ David dedi. ‐ Bir

kəlmə də.



* * *

İtlər ağız‐ağıza verib hürməyə başlayanda

Leonor qardaşların qayıtmağını başa düşdü.

Gecə səhərə qədər tərpənmədən oturub ağ ‐



Aylıq ədəbiyyat dərgisi

28

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə