Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

Samirə Məmmədli. Ona görə müdrikanə

bir aura yaranır. Bir də, məncə, bu, başqa

şeylərlə də bağlıdır. Bəli, o şeirlə sənin ömrün

arasında bir məsafə yaranır və sən o məsafədən

baxıb nələrisə, hətta arzu etmədiyin şeyləri

görmək fürsəti qazanırsan.

Həmin məqamda, yəni hansısa nəticələrə

gəldikdən sonra, təcrübi anlamda, əlbəttə,

yazılanlar şeirlərdə zəngin informasiyaya

çevrilir. Bu zəngin informasiya mətndə əvvəlcə

bildiyi kimi paylanır, sonra daxili gücə tabe

olur və dağılır...

Beləliklə... Bütün olay bundan sonra başlanır.

Cavanşir Yusifli. Səlim bu mətndə birdən

adi sözlərə üz tutur, adi deyiliş tərzindən

istifadə edir və sonra nə baş verir. Adi deyiliş

tərzindən intonasiya kəskin enişə düşür, məsələn

belə bir keçid var:

Zaman həmişə irəliləyir.

İliyimizə.

Bir azdan zəng çalınacaq. Hamı zəngi gözləyir.



Samirə Məmmədli. Bəli, bu adi bir təsdiqdir,

zaman işləyir, dayanmır. Sonra deyir: iliyimizə.

Bu, artıq mətləbin kəskin şəkildə döndəril ‐

məsidir.


Şeirdə belə bir məqam da var: kitab rəfləriylə

bağlı.


Kitab rəfləri qürur yerləri deyil, yalnız əşyadır.

Hərçənd qorxudur,

Ancaq nahaq

Fərz edin ki, hamının yüz il yaşamaq imkanı var.

Və ilk gündən oxumağı bacarırıq.

Gündə bir kitab hesabıyla...

Sonra:

Odur ki, kitablarla yox, mətləblərlə öyünün



Әn yaxşısı isə öyünmək yox, böyüməkdir.

Bu da bayaqkı hadisəyə bənzər bir şeydir.

Həm də Səlimin özünün yaradıcılıq yolunu

bildirən bir ifadədir

Daxilən böyümək.

İçindən gələnləri düzgün seçmək.

Və çoxaltmaq.

Cavanşir Yusifli. Düzdür. Digər şeirlərində

olduğu, kimi burda da belə bir hadisə baş

verir, sənin “çoxaltmaq” sözün yadıma saldı

bunu. Onun şeirlərində mənalar sanki

parçalanır, vahid məcra pozulur. Sözün içindəki

mənanın “didərgin düşməsi” mətndə dilləşmə,

bəhsləşmə effekti yaradır.

Samirə Məmmədli. Elədir. Biri digərini

do ğurur.  Sözün ifadə etdiyi mənalar assosiativ

şəkildə çoxalır. Zəncir qırıldığı yerdən birləşir,

nə qədər qırılsa da, qırıqlıq, sitüativlik hiss

edilmir.

Cavanşir Yusifli. Amma bir gözlənti var:

bu ömür başa çatacaq, bitəcək, üstünə güllər

qoyulacaq və o güllərin arasından təzə nələrsə

cücərəcək...

Әslində də belə olmalı deyilmi?! Özünün

olan, özünə əks olan məna elementlərini bir

yerə toplayır . Yəni bunu müəllif ideyası edir.

Sanki adi mətləbdir

adi mətləb qəfildən öz məcrasından çıxır.

Tale seçmir bilirsiz, çoxdan deyilib, ‐ bunu

Səlim də adi tonla təsdiq edir.

O, bizə bənd olur, əsl Leyli‐Məcnun he ‐

kayətidir bu, birtərəfli...

Samirə Məmmədli. Həqiqətən bu hadisə

baş verir. Demək, yuxarıdakı misalda, adi

gedişlə Leyli‐Məcnun hekayəti də mənalanır,

insanların bildiyi əhvalatın da məcrasından

çıxır. Və ikinci həmlədə sözün büründüyü mə ‐

na, yəni həqiqət bıçaq kimi kəsir insanı sanki...

Amma burda onun əslində birtərəfli olması

irəli sürülür və əzab da, gözəllik də budur...

Bu kəskin dönüşlər, sizcə nə ilə əlaqəlidir?

Bu barədə nəsə deyə bilirsinizmi?



Cavanşir Yusifli. Bu, məncə o daxildəki

səslə birbaşa bağlıdır. Görünən həqiqətlər var.

Şair ilk əvvəl onu deyir və bu bizə o qədər də

təsir etmir. Ancaq ikinci həmlədə, o öz həqiqətini

deyir. Yəni çatdığı həqiqəti.

Həm də nəzərə alın: bu, üslub məsələsidir.



Samirə Məmmədli. Baxın, onda sanki hər

şey yerindən oynayır.



Aylıq ədəbiyyat dərgisi

46

ULDUZ /

Yanvar 2016



Aylıq ədəbiyyat dərgisi

47

ULDUZ /

Yanvar 2016

Bu zaman bildiyimiz həqiqətlərin əslində,

bilmədiyimiz olduğunu öyrənirsiniz. Onun üs‐

lubu artıq formalaşıb, bunun əsas parametrləri,

təəssüf ki, araşdırmadan kənarda qalıb, halbuki

bu şeirlər bizim ədəbiyyatda orijinal və yeni

üslub hadisəsidir. Və bu sarsıdıcıdır, necə ki,

Həmidin bir neçə şeiri.



Cavanşir Yusifli. Keçən əsrin 90‐cı illərində

Həmid, sonra Səlim başda olmaqla milli poeziya‐

da yeni üslublar yarandı. Onlar sovet dövrünün

ənənələrindən sıçrayıb çıxaraq birbaşa orta

əsrlərə yollandılar.

Samirə Məmmədli. Bunu doğru qeyd et‐

diniz. Bu nöqtə üzərində bir az dayanmalıyıq,

məncə. Hər ikisinin, xüsusən Səlimin (çünki o

davam elədi, başqa janra keçmədi, onları öz

təcrübəsində həll elədi) klassik mətnləri

oxuması, öyrənməsi, istinadgah bilməsi

müəyyən rol oynadı.

Samirə Məmmədli. Düzdür. Bir çox

şeirlərindən bu, aydın görünür. Səlim Nizami

Gəncəvini çox ciddi şəkildə mütaliə etdi. Daha

sonra Xaqani, onlara trafaret kimi deyil, orijinal

bucaqdan yanaşdı.

Cavanşir Yusifli. Әsas mətləb budu: yanaşa

bildi! Buna çox adam can atır, ancaq, zənnimcə,

düzgün yol seçmir, Nizami Gəncəviyə təkcə

şair kimi yanaşmaq çox az şey verir.



Samirə Məmmədli. Әsas da budur. Yəni

öz içində elə şeylər tapdı ki, klassikanın dəyərləri

ilə üst‐üstə düşdü. Özü də Səlim təkcə mətn

oxumur, orda poetik şeylər axtarmır təkcə.



Cavanşir Yusifli. Haqlısınız. O həm də

ilahi mətləblər axtarır. Ona görə də elə bu

şeirdə olduğu kimi, bu keyfiyyət, yəqin, ikimizin

də fikrincə, onun üslubunun şah damarı sayıla

bilər. Şeirdə etdiyi dönüşlər məhz bunlarla

bağlıdır.



Samirə Məmmədli. Yəni təsdiq eləyirsən

ki, gəldiyi qənaətlər sizə hansısa ciddi didaktik

əsəri xatırladır, həm də klassik şeirdəki gizli

pərdələrlə bağlı mətləb Səlimin şeirində

yerindədir. Söz pərdə içindədir, söz qışqırmır,

sükutla danışır, daha doğrusu, sükutun dilində

danışır.

Cavanşir Yusifli. Elədir. Deməli, bu mət ləb ‐

lərin içində bir üslub hadisəsi kimi daha nə lər

var? Məncə, yəqin, elə ikimiz də belə deyə bilərik;

bir dəfə kəskin dönüş olduqdan sonra trayektoriya

öz içinə yığılmır, mərkəzdən qaçdıqca qaçır.

Yuxarıdakı şeirdə olduğu kimi:

8:15‐dir. Zaman həmişə işləyir

İliyimizə



Samirə Məmmədli. Elədir, çox yaxşı ifadə

edirsiniz bu prosesi.

Bir azdan zəng çalınacaq

Hamı zəngi gözləyir...



Cavanşir Yusifli. Birinci pasajdan sonra

sanki üzümüzə didaktika havası dəyir,

düşünürsən ki, müəllif nəsə nəsihətamiz sözlər

deyəcək, ancaq orda da durmur,

Deyir: Bir azdan zəng çalınacaq

fikir ver, uşaqlar doğrudan da, zəngi gözləyir

burda ikimərtəbəlilik var, hiss edirsənmi, zaman 

işləyir, ancaq iliyimizə

İki mərtəbədir məna: real və irreal

zəng çalınsa, hamı harasa gedəcək…



Samirə Məmmədli. Bir də başqa bir məqam

var. Sizin dediyiniz o məna anidən dəyişir,

hər şey qarışır, bilmirsən, bu nədir, əcəl

zəngidirmi, yoxsa başqa bir şey ?

Heminqueydəki kimi.

Cavanşir Yusifli. Bu ayrıntı, Səlimin üslubun

ana xəttidir, mən bilən, XVII əsrdə ispan

poeziyasındakı barokko hadisəsindən irəli gəlir

və onu xatırladır.

Ümumiyyətlə, bu yazıçıya bir istinad var

şeirdə, adı çəkilməsə belə.

Bu şeirdə, sənin ifadənlə deməli olsaq, isti‐

nadlar çoxdur, həm də “sitatlar”.



Samirə Məmmədli. Nə mənada?

Cavanşir Yusifli. Bayaq barokkonu ded‐

im.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə