Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

manyak qatil öncə Zəncilər adasını əldə etməkdə

ona yardımçı olan Ayzek Morrisi öldürür, bun‐

dan sonra doqquz nəfər üstüörtülü cinayət

törədənlərin cəzasını verməyə başlayır. Bu, qü‐

sursuz bir plandır. Planı açmağa heç kimin

gücü çatmır, hətta polislər də geniş axtarışlarla

cinayətkarın kim olduğunu tapa bilmir. Buna

səbəb, bayaq dediyimiz kimi, Uorqreyvin

özünün də “ölü qonaqlar” sırasında olmasıdır.

Hər şeyi gözdən çıxarmış qatil ən sonda özü

üçün xüsusi tələ qurub özünü öldürür. Lakin

onu digərlərindən fərqləndirən xırda, amma

önəmli cəhət var. “Ölü qonaqlar”dan olan

Uorqreyv öz günahının bir nəfərin günahsız

yerə edamı olduğunu göstərir. Bu edamda isə

hakimin, həqiqətən, heç bir günahı olmur. O,

tamamilə faktlara əsasən bu qərarı verir. Әsərdə

qatili tapmağa azacıq ipucu verən yer buradır,

ancaq həmin səhnə qatilin kim olduğunun

açıqlanmasına az bir vaxt qalan anda olduğu

üçün böyük bir hadisənin sonuna çatan və

həyəcanla qatilin kim olduğunu anlamağa

çalışan oxucu, yəqin ki, buna diqqət yetirmir,

birbaşa ad axtarır. Bu da əsərin necə mükəmməl

quruluşda olduğunu göstərir.

Detektiv əsərin mükəmməlliyinin əsas

tələbinin dəqiqlik olması fikri ilə hərəkət etsək,

qatil, əsərdə bütün faktları son dəqiqliyinə

kimi araşdırıb və öyrənib. O, şəxsən tanımadığı

insanlar haqqında ətraflı araşdırma aparıb və

onların nə vaxt və harada, hətta hansı tanışları

olduğunu da aydınlaşdırıb. 

Qatil öz qurbanları haqqında məlumatları

bilir, lakin bir araya gəlmiş şəxslər bir‐birini

tanımır. Ona görə də günahları səsləndirilincə

əvvəla, heç kim öz işini etiraf etmir, hər kəs

adı çəkilən cinayətlərlə bağlı günahsız olduğunu

söyləyir. Onlar bir‐bir qətlə yetirilincə isə insan

psixologiyası qədər mozaik bir quruluş bütün

bu olay, həyəcan, stresslərə tab gətirmir və

yavaş‐yavaş “cinayətkarlar” öz günahlarını

etiraf edirlər: sevdiyi biri üçün onun qızını

öldürən Vera, Şərqi Afrikada 20 nəfərin ölümünə

şərait yaradan Lombard, arvadının məşuqunu

bilərəkdən ölümə göndərən Makartur, avto‐

mobil qəzası ilə iki uşağı öldürən Morston,

evində işləyən qulluqçunu hər yerdə biabır

edərək onu intihar həddinə gətirən miss Brent,

içkili halda əməliyyata daxil olub xəstənin

ölümünə səbəb olan doktor Armstronq, ka‐

torqaya göndərilən birinin ölümündə

günahlandırılan yalan ifadə vermiş Blor və öz

sahibələrini öldürən Tomas və Etel Rocerslər.

Onuncu günahkar və “qonaqlar”ın arasında

olmayan Morris isə narkotik ticarəti ilə məşğul

olub, müxtəlif qanunsuz işlər görüb, hətta bir

gənci intihara sürükləyib.

Qatilin diqqət etdiyi başqa bir qəribə məqam

da Zəncilər adası haqqında olan şeirdir. Bu

şeir orada olan hər kəsin otağında var, elə qatil

cinayəti planlaşdırarkən də bu şeiri xatırlayıb.

Qətllər hər beytində on zənci balasının bir‐bir

necə öldüyünü təsvir edən şeirlə üst‐üstə düşür.

Şeirdəki bəzi ölümlərin adada həyata keçirilməsi

mümkün olmasa da, o, bunu simvolik yollarla

edir. Məsələn, miss Brentin şprislə zəhərlənməsi,

lakin şeirdəki kimi “arı sancması” nəticəsində

ölməsi görüntü‐fantaziyası kimi və digər buna

bənzər qətllər. Әn sonda tək qalan Vera isə

psixoloji sarsıntı nəticəsində qatilin onun üçün

hazırladığı planla özünü asır, eynən şeirin so‐

nuncu beytində göstərildiyi kimi: “son zənci

balası yoruldu nəsə, gedib özün asdı, qalmadı

kimsə”. 


Ümumiləşdirmə apararaq deyə bilərik ki,

süjet cinayətkar qonaqların bir araya gətirilməsi,

günahlarının elan olunması, sıra ilə xüsusi fan‐

taziyaya uyğun ölümü və qatilin kim olduğunun

bildirilməsindən ibarətdir. Әsər yüksələn‐

həyəcan artıran bir templə getsə də, bütövlükdə

axıcıdır. Yəni olaylar artan xətlə gedir, lakin

biri‐birinin ardını gətirir, bağlılıq yaradır. Final

oxucunu özünə doğru çəkir. Әsəri birnəfəsə

oxumaq heç də çətin deyil. Süjetə uyğun olaraq

əsərin təlqin etmək istədiyi fikir isə heç bir

günahın, hərəkətin cəzasız qalmadığını

göstərmək və hər kəsi həyatında bacara bildiyi

qədər az səhv etməyə çağırmaqdır.



Aylıq ədəbiyyat dərgisi

53

ULDUZ /

Yanvar 2016



TӘLӘDİ, BİLİRӘM, BU QӘFİL GÖRÜŞ

Qırx ildir çatırsan, dolu gedirəm,

Fələk, insaf eylə, boş gəlim bir az.

Daha mənə yüksən axsaq xəyaltək,

Düş, özüm özümə xoş gəlim bir az.

Tələdi, bilirəm, bu qəfil görüş,

Bir yandan gün düşür, gecədi, Tanrı.

O qız ayrı yolun yolçusu çıxdı,

Mən hardan bilim ki, necədi, Tanrı?

Ta baş qaşımağa qorxur külək də,

Bir‐iki çörək qoy tabağa, çəkim...…

Allah, gözlərimə bir ruh daraşıb,

İzn ver, kölgəmi qabağa çəkim.

ARZULAR ÇӘP GÖRÜNÜR…

Ömür yanımdan ötür

Bir kölgə, bir fon kimi.

Arzular çəp görünür,

Sonuncu vaqon kimi.

Deyən, dərdə xoş gəlir

Sifətimin ağlığı.

Nə qədər gözləyəcəm

Burax bu uşaqlığı.

Ürəyin ağ varaqdı,

Bir kəlmə yaz, uzat, qız.

Mən gəlməyən yollara 

Gözünü az uzat, qız.

RUHUM VӘCDӘ GӘLİR…

Ruhum vəcdə gəlir lal sevda kimi,

Cismimin altında təpə oynayır.

Sən elə süzürsən, elə bil ki, qız,

Suların qoynunda ləpə oynayır.

Kölgəmin tabutu elə durub ki,

Elə bil torpağa düz xətt qoyublar.

Sənə vermədiyim vədin altından

İmza əvəzinə yüz xətt qoyublar.

Eşqdən kim yorulub, biz də yorulaq,

Deyəsən, gün keçir, boynum üşüyür.

Sanki xəzan vurmuş quru yarpaqdı,

Qızlar bir‐bir düşür, qoynum üşüyür.

54

ULDUZ /

Yanvar 2016

Hikmət MӘLİKZADӘ

ŞEİR VAXTI



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə