Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

BAŞINI QAT

As özünü ürəyindən,

unut onu.

Sən nağıl olduğun kimi,

nağıl düşün varlığını.

Göydən düşən almalara

nağıl danış

və özün yat,

başını qat.

İnanmadığını söylə,

de ki, yalandı sevgisi.

Sonra sığın yalanına,

gerçəyi sat,

başını qat.

Qat başını şirin‐şirin,

ovut kədərini,

ovut.

Ovut onsuz qalan səni,



sənsiz qalan onu ovut.

Bir dilək tut,

içinə at,

başını qat.

Dost‐tanışdan əhval soruş,

qoy onlar da sevinsinlər.

Unudulmuş adlarını

bir də səndən eşitsinlər.

Bir az dərdləş,

sussun həyat,

başını qat.

Aldan bir az

kitablara, şeirlərə.

İnan bir az

bu dünyanın içindəki

şairlərə.

Gör nə yazır Әli Kərim,

nə istəyir Ramiz Rövşən?

Gör dünyanın harasıdır,

harda qalıb Әsli, Kərəm?

Axtarmaqçün

bir yol uzat,

başını qat.

Sevsən də, 

sevməsən də,

“bu dünyanı sevirəm!” de.

Oynamaqçün

bir də püşk at,

başını qat.

Qat odunla,

ocağınla.

İsin üşüyən qəlbində,

üşü onsuz qucağınla,

ölməsən də,

ölümü dad,

başını qat.

Od ocaqda üşüyəndə,

köz suya düşüb sönəndə,

sevgi həsrətə dönəndə...

... o, sənsiz,

yad qucaqda,

özünü kəm,

səni onsuz düşünəndə

nələr çəkir,

təsəvvür et,

başını qat.

58

ULDUZ /

Yanvar 2016



Ramilə

QARDAŞXANQIZI

ŞEİR VAXTI


Gör nə deyir ürəyində,

gözləriylə nə söyləyir,

bəlkə, nağıllardan qorxur,

göydən düşən o üç alma

onu yeyir.

Yuxuludur,

su tök, oyat, 

başını qat.

Şair ol,

şeir gətir bu dünyaya,

misralarda onu öldür,

sonra yenə

başdan yarat,

başını qat.



ELӘ‐BELӘ

Ara‐sıra düşünürəm,

görən, sən də gülürsənmi?

xəyalında mən olanda

ya da mənsiz, 

tək qalanda,

elə‐belə

dinirsənmi?

Öz‐özündən uzaqlaşıb

bir musiqi dinləməyi,

gecələrin təkliyində

filmləri izləməyi,

səbr etməyi, 

gözləməyi,

için‐için özləməyi 

bilirsənmi?

Dalğaları səsli‐küylü,

Qayaları sərt baxışlı

‐ Sənin kimi...

Sahilləri hay‐haraylı,

Bəzən tənha

‐ Mənim kimi...

Mavi gözlü, 

həm də sirli,

dənizi seyr edirsənmi?

SİL GÖZÜMDӘN BU DӘNİZİ

Yağış yağır narın‐narın,

Yağır, ürəyim islanır.

Yaş süzülür gözlərimdən,

Süzülür, yanağım yanır.

Sənsiz darıxan əllərim

Әl çəkib başımdan, sanır.

Üzüm gülür boş ətəyə,

Tökülməmiş daşın danır.

Din qəlbimdə, tut əlimi,

Tök ətəyimdən bu daşı.

Al içimi, ruhum sənin;

Әlim də atsın bu başı.

Yağış sussun narın‐narın,

Sil gözümdən bu dənizi.

Saçlarımda baxışların

Salsın ömrümüzə izi.

Gözlərində itir məni,

Görən olmasın, məhrəmdi,

Ay sevdiyim, dərd‐sərimə

Bircə nəfəsin məlhəmdi...

Aylıq ədəbiyyat dərgisi



Şəmil iki-üç il idi evlənmişdi, təzə-təzə xoş

həyat görürdü, kəndlərindəki sovxozun fəaliyyəti

dayandırılıb ləğv edildi. Ömrünün çətinlik dolu

günləri də elə o vaxtdan - sovxoz dağılandan başladı.

Daha sovxozun fəhləsi işləyə bilmədi. Bir müddət

işsiz qaldı. Həmin vaxt yaşı otuzu keçmişdi. Ən

pisi də əlindən fəhləlikdən savayı bir işin gəlməməsi

idi. Otuz yaşdan sonra hansı sənət dalınca getsin,

qərarlaşdıra bilmirdi.

Evlənəndən sonra qonşuluqdakı boş qalmış

evlərdən birinə köçmüşdü. Ev ona görə  boş qalmışdı

ki, yiyəsi qocalıb rəhmətə getmişdi, övladları da

şəhərdə məskunlaşmışdılar. 

Şəmil tənbəllik etdi torpaq alıb təzə ev tikməyə.

Ev tikmək elə də asan iş deyildi. Əzab-əziyyətindən

çox, ətək-ətək xərci vardı. O qədər xərci ona kim

verəcəkdi, gündəlik çörəkpulunu güclə tapırdı.

Bu evdə çoxdandı kimsə yaşamırdı. Damının

qalın ağacdan yan-yana düzülən pərdiləri, pərdilərin

arasındakı ensiz  taxta zabaqları, divarlarının suvağı

baxımsızlıqdan, insan əli, nəfəsi dəymədiyindən

öz-özünə uçub tökülürdü. O, burada yaşamaqla

əslində evə yenidən həyat verirdi, abad edirdi,

xarabaya dönməsinin qarşısını alırdı.

Amma anlaqsızlıq edərək nə evi öz adına keçirdi,

nə də rəhmətlik ev yiyəsinin övladını, nəvəsini

axtarıb evin halallığını almağa çalışdı. Eləcə “torpaq

əkənin, ev yaşayanındı” ağlı ilə evin uçuq-sökük

yerini düzəldib yaşamağa başladı.

Bir müddət işsiz qalandan sonra Şəmil kənd

məktəbində gözətçi işinə düzəldi. Bir neçə il işləmişdi

ki, işi ixtisara düşdü. Sonra da klubda, mağazada,

orda-burda gözətçilik etdi. Bəxtindən hara gedirdisə

işi ixtisara düşürdi.

Bunun bir səbəbi kəndin əhalisinin il-ildən

azalması idi. İşi olmayan, kiçik təsərrüfatlarından

qazanc görməyən adamlar yavaş-yavaş dağdan

arana, şəhər ətrafına köçürdülər. Kənddə evləri boş

qalan məhəllələr yaranırdı. Məktəbdə şagirdlərin,

mağazada alıcıların sayı hər il azalırdı. Cavan

qalmadığından klub tamam unudulmuşdu. Şəhər

ətrafında özünə ev almış ailələrin əksəriyyəti kənddəki

evinə yaydan-yaya iki-üç aylıq gəlirdilər. Sovet

dövründə hər gün “evlərində top atılan”, mərkəzi

meydanı adamla dolu kənd, indi, xüsusilə qış

aylarında sükunətə qapılırdı. Mərkəzi meydan isə

ayaq dəymədiyindən toyuqların, qazların otladığı

çəmənliyə çevrilmişdi.

Başqa bir səbəbi də Şəmilin heç kimin xoşuna

gəlməyən gərəksiz təkəbbürü, özündənrazılığı idi.

Qəti zarafatla arası yox idi. Söz soruşanda qayda-

qanuna əsaslanan ötkəm cavablar verirdi. Əlindən

gözətçilikdən qeyri iş gəlməyən adamın bu sayaq,

yəni özünü olduğundan artıq aparması yaxşı halda

gülüşə səbəb olur, lağa qoyulması ilə nəticələnirdi.

Ona görə də Şəmil küçədə, xeyir-şərdə yalnız ciddi

adamlarla, ən çox da müəllimlər olan yerlərdə

görsənərdi. Yenə sözlə ilişəcəklərindən  ehtiyatlanıb

həmyaşıdlarının yanında dayanmazdı.

Gözətçilikdən əlavə, Şəmilin məşğuliyyəti xırda

şəxsi təsərrüfatı idi. Evlənib ayrılanda atası ona bir

inək, iyirmi qoyun, beş qutu da arı pətəyi vermişdi.

Atası və anası rəhmətə gedəndən sonra böyüdüyü

evin ixtiyarını kiçik qardaşına vermişdi. Şəmil ona

60

ULDUZ /

Yanvar 2016



NӘSR

Rövşən YERFİ  


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə