‐ Həmsədrlərdən
müsahibə götürmək
istəyirəm.
‐ Niyə? – kişi təəccüblə soruşdu.
‐ Suallarım var, cavabını yazıb qəzetə
verəcəm.
‐ Niyə? – Deyəsən, qocanın tərs damarı
tutmuşdu. Qıza elə gəldi ki, nə soruşursa
soruşsun, o, elə hey «niyə» deyib dayanacaqdı.
‐ Bəs buranın adamları hardadı?
‐ İməciliyə gediblər. Adını da jurnalist
qoymusan, xəbərin yoxdu? Bizimkilər Moskva
prospektini abadlaşdırırlar, ağac əkirlər,
qazonları sulayırlar. Həmsədrləri tapmaq
istəsən, həftənin cüt günləri iməciliyə get.
‐ Bəs tək günləri?
‐ Tək günləri burda rus sektorunun
uşaqlarına milli rəqslər öyrədirlər. Bir azdan
gələcəklər, istəsən, onlardan da müsahibə ala
bilərsən…
Boğunuq, alaqaranlıq zirzəmiyə necə
anlaşılmaz hisslərlə düşmüşdüsə, eləcə də
oradan çıxdı. Hələ də təslim olmaq istəmirdi,
məyusluqdan yaxa qurtarmaq üçün üz tutacağı
sonuncu ünvana – bloklara qoşulmayanların
partiyasının qərargahına tərəf cumdu. Hərçənd
ki, bu partiya haqqında çox az məlumatı vardı,
onlar yalnız seçkidən‐seçkiyə boy göstərir,
sədrləri mandat alan kimi səslərini içlərinə
salıb heç yerdə görünmür, heç kimlə dinib‐
danışmırdılar. Dillərində əzbər olan bir sözü
təkrar eləməkdən zövq alırdılar – «biz bloklara
qoşulmuruq». Elə partiyanın binası da üzvlərinin
xarakterinin göstəricisi kimi şəhərin böyük
parkının kənarında tənha monastıra oxşayırdı.
O, tərəddüdlər içində bura gəlsə də, binanın
ətrafında xeyli avtomobilin dayandığını və
insanların tələm‐tələsik ora‐bura vurnuxduğunı
görüb sevincəyə düşdü. Yəqin, sədr içəridədir,
ya da idarə heyətinin iclasıdır, – deyə düşündü.
Sual vermək istəyən jurnalist üçün bundan
yaxşı fürsət ola bilməzdi. Elə rastına çıxan
birinci şəxs də həqiqətən binada möhtəşəm bir
tədbirə hazırlıq getdiyini təsdiqlədi. Müsahibə
üçün gəldiyini eşidəndəsə adam gülməkdən
özünü zorla saxladı. «Nə partiya, canım, bura
ancaq seçkilər yaxınlaşanda partiya olur, qalan
vaxtları «xeyir‐şər» evi kimi işlədirik. Elə indi
də hörmətli bir kişinin cümə axşamına
hazırlaşırıq», ‐ dedi.
«Bəs bloklara qoşulmayanları hardan
tapmaq olar?» sualını verməyə də lüzum
qalmadı… «Yəqin, indi seçicilərinə Moskva
konfetləri paylayırlar. Yaxşı olar ki, seçki vaxtı
gələsiniz» ‐ adam yarızarafat, yarıciddi qımışa‐
qımışa əlavə elədi.
Artıq yaxasını məyusluqdan qurtarmağın
yeri yox idi, indən belə nəyəsə cəhd eləmək də
mənasız görünürdü – belə qismətin sadəcə bir
adı vardı – məğlubiyyət. Әl bulamadığın işin,
başlamadığın mübarizənin, sadəcə olaraq etmək
istədiyin cəhdlərin məğlubiyyəti.
Başını aşağı salıb addımlarını yeyinlətdikcə
«Gənclər qəzeti»nin qoca redaktorunun sözləri
beynini döyəcləyirdi: «Bizim oxuculara iki şey
lazımdır: teatr və sirk. İndi özün seç!..», «Qız
uşağısan, ağıllı ol, bığlı‐saqqallı kişilərin
girişmədiyi işlərlə niyə başını ağrıdırsan?»,
«Qızım, hər ehtimala qarşı bu bileti götür.
Vallah, yaxşı tamaşadı…»
Başını qaldıranda özü də hiss eləmədən
lap yaxınlığından keçdiyi Gənclər teatrını gördü.
Teatrın qarşısındakı iri, rəngli afişada «Samuel
Bekket «Kreppin son lent yazısı» sözləri həkk
olunmuşdu. Daha inadkarlıq göstərməyə,
müqavimətə, tərəddüdlərə vaxt yox idi.
Tamaşanın başlamasına dəqiqələr qalırdı.
…İşıqlar söndü, pərdələr qalxdı. Taqətdən
düşmüş qoca sıx tüstü‐dumanın arasından
çıxaraq düz səhnənin ortasında dayanıb, sınıq‐
salxaq maqnitofonunu işə saldı…
İyul 2014
Qeyd: İlk dəfə çap olunan bu hekayə 2014‐cü
ildə Avrasiya Yazarlar və Azərbaycan Yazıçılar
birliklərinin təşkilatçılığı ilə keçirilmiş III Beynəlxalq
Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin ölkə
seçimlərində ikinci mükafata layiq görülüb.
Aylıq ədəbiyyat dərgisi
36
ULDUZ /
Yanvar 2016
Şeir həmişə bu dünyanın özü kimi qəribə ‐
liklərlə səni özünə cəlb edir. Eyniliklər səni
yorur‐ hər səhər işə getməyin də, işdən
qayıtmağın da, salam verib salam almağın da,
yatmağın da, yuxudan ayılmağın da, tele vizi ‐
yaya baxıb eyni musiqiləri dinləməyin də, yas
yerində mollanın eyni avazla eyni sözləri
oxumağı da, cibində bir qara qəpiyin olmayıb
dünyanın üzünə tüpürməyin də yorur səni…
Baş götürüb bu zalım dünyadan qaçmaq, bir ‐
yolluq yaxanı qurtarmaq istəyirsən.
Və birdən… Səhər, sübh çağı günəş doğur.
Hər gün gördüyün günəşdi, amma sənə sanki
təzə doğulmuş kimi görünür. Ürəyində o günəş
boyda bir günəş şölələnir və bütün varlığını
sirli, sehirli bir işıq bürüyür.
Nola gər əmvatə ehya versə sübhün dəmləri,
Zikri‐ləlindir kim, eylər dəmbədəm təkrar sübh.
Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çəkər,
Səfheyi‐gərdunə nəqşi‐arizi –dildar sübh.
(Sübhün dəmləri ölüləri diriltsə, təəccüblü
deyil, ləl dodağının zikridir ki, hər an sübh
onu təkrar eləyir… Sübh bir rəssamdır ki, hər
gün göy üzünə qızıl qələmlə yar yanağının
şəklini çəkir‐Məhəmməd Füzuli)
Təzə şeir də günəşi və hər gün doğulan
sübhü xatırladır sənə.
Vüqar Әlisoyun şeirlərini oxuyanda da bir
təzəlik, kimsəni təkrar etməyəcəyi bir tərz,
yalnız özünün dünyaya orijinal baxışını ifadə
edən poetik bir duyum hiss elədim. Onun
şeirləri səndə belə bir təsəvvür yaradır ki,
bunlar adilikdə qeyri‐adiliyi görmək, anda
zamanı hiss etmək canatımından doğub.
Şairliyin birinci əlaməti elə bu qeyri‐adiliyi
poeziyaya gətirmək hünərindən yaranır. Vüqar
Әlisoy hər şeirində buna cəhd edir və ilhamının
gücü, potensial imkanları nəyə çatırsa, o
məqama yetə bilir.
Yatanda
Ürəyini açıq qoy,
Birdən yuxu aparar
Xəyalına gələrəm.
Birdən Tanrı, nəhayət,
Gülər bir gün üzümə;
Gözündə uyuyaram,
Könlündə dincələrəm…
Zahirən adi sevgi şeiridir. Amma bu adiliyin
nizamını pozan şeirin ilk misralarıdır ki, sonra
gələn misralar ilk dalğanın ardınca yüyürən
dalğalar kimi onu sona yetirir.
Vüqar Әlisoyun şeirlərinin təzəliyini,
mübaliğə olmasın, bənzərsizliyini mən mövzu
seçimində yox, mövzuya yeni rakursdan
yanaşmaqda görürəm. O, sevgidən yazanda
da, insanın bu ali, müqəddəs hissini poeziya
dili ilə ifadə edəndə də çalışır ki, şablonlardan
qaçsın. Hər sevgi təzədir və hər sevginin sənə
aşıladığı hiss də təzə olmalıdır. Həsrətdən,
ayrılıqdan çox yazırlar, amma Vüqar Әlisoyun
bu həsrət şeiri ifadə tərzinə görə həsrətin təzə
bir variantını yaradır, hardasa bu şeir Әli
Kərimin «Qayıt» şeiri ilə səsləşir:
37
ULDUZ /
Yanvar 2016
TRİBUNA
Vaqif YUSİFLİ