David üstündə uzanıb dincəldiyi arxalığı
götürüb çiyninə atdı və özündən asılı ol ma ‐
yaraq tapançanın barabanına güllə dol dur ‐
mağa başladı. O, tapançanı doldurub qaburaya
qoyana qədər Xuan oğrun‐oğrun onun
əllərinin hərəkətini izlədi, sanki barmaqlar
onun iradəsi ilə deyil, öz‐özünə işləyirdi.
‐ Gedək? ‐ David soruşdu.
Xuan başını tərpətdi.
Yol ensiz dağ çıxıntısı boyunca qalxdığı
üçün atlar bu dar cığırla üzüyuxarı çox
çətinliklə hərəkət edirdilər. Tez‐tez ayaqları
son günlər yağan aramsız yağışlardan üstü
selik bağlamış daşlara dəyib sürüşürdü.
Qardaşlar susurdu. Onlar yerlərindən
tərpənən kimi hiss edilməyəcək qədər narın
bir yağış başladı, amma az sonra kəsdi.
Serro de Los Oxos adı ilə tanınan zirvə
uzaq dan görünməyə başlayanda artıq, hava
qaralırdı. Alaqaranlıqda görünən yastı təpələr
dəvə hürgücünə oxşayırdı.
‐ İstəyirsən, baxaq, bəlkə ordadır? ‐ Xuan
xəbər aldı.
‐ Ehtiyac yoxdur. Bilirəm, o hələ də
şəlalənin yanındadır. Bilir ki, burada onu görə
bilərlər, yol kənarında olmaq təhlükəlidir.
‐ Necə istəyirsən, ‐ Xuan dedi və elə tez də
soruşdu: ‐ Bəs birdən adam yalan deyibsə?
‐ Kim?
‐ Onun burada olduğunu görüb xəbər
verən adam.
‐ Leandro? Yox, onun məni aldatmağa
cəsarəti çatmaz. Onun şəlalənin yanında giz ‐
lənməyi düz xəbərdir. Özün görərsən.
Hava tam qaralana qədər yola davam
etdilər. Az sonra gecənin qaranlığı onları qoy ‐
nuna aldı. Bu yerlərin qaranlığa qərq olan
kənd‐kəsəksiz, insan nəfəsi dəyməyən yetim,
hələ ki, cansız görünən görkəmi ətrafa üzücü
bir sakitlik bəxş etmişdi. Atın yalmanına yatan
Xuan da bu nabələd cığırlarda heç nəyi
gözündən yayındırmamağa çalışırdı. Çünki bir
qədər əvvəl, qəfildən yastı meydançaya çatan ‐
da artıq zirvədə olduqlarını başa düşmüşdü.
David qalan yolu piyada getməli olacaq ‐
larını işarə ilə başa saldı. Onlar tələsirdilər.
Atları daşa bağladılar. Böyük qardaş atının
yalını sığalladı, belini tumarladı və qulağına
pıçıldayaraq:
‐ Bircə səhərə qədər donub eləmə, ‐ dedi.
‐ Aşağı enəcəyik? ‐ Xuan xəbər aldı.
‐ Hə, ‐ David cavab verdi. ‐ Sənə soyuq
deyil ki? Dərədə gecələsək, yaxşıdır. Həm də
dincələrik. Qaranlıqda aşağı enməyə qorxmur‐
san?
‐ Yox, istəyirsən enək.
Enməyə başladılar. David əlindəki fənərin
işığını özünün və kiçik qardaşının getdiyi yola
salaraq irəlidə gedirdi. Balaca qızılı işıq haləsi
ani olaraq kiçik qardaşın gedəcəyi yola düşüb
qalırdı. Bir qədər sonra Xuan tərlədi və əlini
qaya parçasına vurub yaraladı. Qarşısında
ancaq işıqlı dairəni görürdü, amma qardaşının
nəfəsini duyur və onun hərəkətlərini izləyirdi.
Qardaşı irəlidə getdiyindən onun sürüşkən
qaya parçalarını inamla aşdığını, maneələri
asanlıqla keçdiyini hiss edirdi. O isə, əksinə,
hər dəfə addımını atmazdan əvvəl yolu
yoxlayır, ayağını qoyub‐qoymamağı sınaqdan
keçirir və yapışmaq üçün bir istinad yeri
tapmağa çalışırdı; buna baxmayaraq, bir neçə
dəfə az qala yıxılacaqdı.
Onlar uçuruma çatanda Xuan elə fikir
‐
ləşmişdi ki, aşağı enmək bir neçə saat çəkəcək.
Gücü tükənsə də, daha şəlalənin səsini aydın
eşidirdi. Bu, zirvədən axaraq çayın mənbəyinin
başlandığı gölə iti axınla tökülən möhtəşəm su
pərdəsi idi. Gölün ətrafında yay‐qış yaşıl otlar,
mamırlar bitirdi və yaxın iyirmi kilometrlik
ətrafda bitən yeganə yaşıllıq hesab olunurdu.
‐ Burada dincəlmək olar, ‐ David dedi.
Yerdə dirsəklənib yanaşı oturdular. Gecə
soyuq, hava rütubətli, səma qara buludlarla
dolu idi. Xuan siqaret alışdırdı. Yorğun olsa da,
yatmaq istəmirdi. Qardaşının uzandığını,
əsnədiyini hiss etdi; sonra daha heç bir hərəkət
etmədi, daha sakit və müntəzəm nəfəs almağa
başladı, arabir mırıltıya oxşar səslər çıxararaq
yuxuya getdi.
Xuan da yatmağa çalışdı. Daşların üstündə
yerini bacardığı qədər rahatlamaq və hər şeyi
unutmaq istəsə də, alınmadı. Yenə bir siqaret
çıxarıb alışdırdı. Malikanəyə üç ay əvvəl
gəlmişdi, ‐ iki il idi ki, qardaşı ilə bacısını gör‐
mürdü. David onun uşaqlıqdan həm pərəstiş,
həm də nifrət etdiyi həmin o kişi idi, Leonor isə
dəyişmişdi. O daha pəncərəsindən boylanaraq
oradakı hindu dustaqlara daş atan həmin o
Aylıq ədəbiyyat dərgisi
25
ULDUZ /
Yanvar 2016
balaca qız deyildi. Ucaboy, sadə hərəkətləri ilə
diqqət çəkən, gözəlliyinə ərtaf aləmin təbiəti
kimi nə isə bir kobudluq əlavə olunmuş qız idi.
Gözləri alışıb‐yanırdı. Xuan hər dəfə onun
xəyalında qalan obrazını canlandırmaq
istəyəndə nə üçünsə başı gicəllənir, gözləri
qaralırdı. Sanki qəfildən quduzlaşdığını hiss
edirdi. Amma bu gün səhər Kamilonun ev ilə
at tövləsini ayıran yolu keçərək atları
yəhərləməyə getdiyini görəndə bir qədər
tərəddüd etdi.
‐ Sakitcə çıxıb gedək, ‐ David dedi. ‐ Balaca
oyansa, yaxşı olmaz...
Və o, ayaqlarının ucunda addımlayaraq
eyvanın pillələri ilə enəndə, sonra da köhnə yol
ilə şumluğa doğru gedəndə Kordilerin ən uca
zirvəsindəymiş kimi qəribə bir havasızlıq hiss
edirdi. Qara bulud kimi hücum çəkən, açıq ‐
lıqda qalan “şəhərli dərisinə” doğru şığıyaraq
onu dalayan mığmığaları görmə mişdi. Dikdiri
qalxanda havasızlıq bitdi. O qədər də yaxşı
atsürən deyildi və təhlükəli uçurumun kənarı
ilə gedən dar cığır onu maqnit kimi özünə
çəkirdi. Bütün yol boyu sayıqlığnı əldən
vermədi, atın atdığı hər bir addıma diqqət
kəsildi, onun üçün qaçılmaz olan baş gicəl lən ‐
mənin qarşısını almaq üçün bütün gücünü
toplamağa çalışdı.
‐ Ora bax!
Xuan səksəndi.
‐ Qorxutdun məni, ‐ dedi. ‐ Elə bilirdim,
yuxulamısan.
‐ Sus! Bax.
‐ Hara?
‐ Ora. Bax.
Demək olar ki, lap şəlalənin hay‐küylə axıb
töklüldüyü yerdə zəif bir işıq oynayırdı.
‐ Alovdu, ‐ David dedi. ‐ Әminəm ki, odur.
Gedək.
‐ Gəl səhərin açılmağını gözləyək, ‐ Xuan
pıçıldadı, boğazının quruduğunu hiss etdi. ‐
Әgər aradan çıxmaq istəsə, bu qaranlıqda onu
tuta bilməyəcəyik.
‐ Şəlalənin şırıltısından bizim səsimizi
eşitməyəcək, ‐ David fikirlərini qətiyyətlə bil ‐
dirib qardaşının qolundan tutdu. ‐ Gedək.
Sanki hara isə tullanmağa hazırlaşırmış
kimi əyilərək gedən David, ehtiyatla irəlilə ‐
məyə başladı. Xuan onunla yanaşı addım
‐
layırdı, gözlərini artıb‐azalaraq sanki onlara əl
edən işartıdan ayırmadan gedirdi. Qardaşlar
alova yaxınlaşdıqca sanki ətrafdakı daş par ‐
çaları, kollar, golun sahili də onlara doğru
gəlirdi, amma hələ ki, insan silueti gözə
dəymirdi.
Xuan dəqiq bilirdi ki, izlədikləri adam
bura
dadır, bu anlarda qaranlıq gecənin
pərdəsinə sığınsa da, haradasa bu işıq mən ‐
bəyinin yaxınlığındadır.
‐ Odur, ‐ David dedi. ‐ Görürsən?
Ocağın oynayan dilimləri ani olaraq oturub
qızınmaq istəyən adamın qaranlıq və aydın
görünməyən üzünün bir tərəfini işıqlandırdı.
‐ Nə edəcəyik? ‐ Xuan dayanıb xəbər aldı.
Amma David artıq onun yanında deyildi,
yüyürərək ocağın işığında görünüb itən adama
tərəf getmişdi.
Xuan gözlərini yumdu, xəyalən sallağı otu‐
ran hindunu, onun qızınmaq üçün ocağa
dartınan əllərini, ocağın zərif qığılcımından
qamaşan gözlərini gördü. Budur, kimsə yu ‐
xarıdan onun üstünə atıldı və hindu bunun bir
heyvan olduğunu zənn etdi, lakin qoşalaşan
əllər onun boğazını sıxmağa başlayanda hindu
hər şeyi başa düşdü. Hindu kölgələrin içindən
sıyrılıb üstünə atılan gözlənilməz hücumdan
özünü itirdi, hətta müdafiə olunmağa səy də
göstərmədi, ancaq bədənini ilbiz kimi yığaraq
ağrılardan qorunmağa çalışdı və gözlərini
bərəldərək ona hücum edən adamın tutqun
çöhrəsini görməyə çalışdı. Və bu zaman onu
səsindən tanıdı: “Әclaf, nə etdiyini bilirsən? İt
oğlu it, nə etdiyini bilirsən sən?”
Xuan Davidin səsini eşitdi və başa düşdü
ki, qardaşı hindunu təpikləyir. Bəzən onun
zərbələri hinduya deyil, sahil boyu səpələnmiş
daşlara dəyirdi və bu onu daha da qıcıq
‐
landırırdı. Әvvəldə Xuan ancaq zəif xırıltı səsi
eşidirdi, sanki hindu boğazını arıtlamağa
çalışırdı, amma sonra Davidin qəzəbli səsi,
hədələri və təhqirləri də şəlalənin şırıltısına
qarışdı.
Birdən Xuan tapançanı əlinə aldı, barmağı
astaca tətiyə doğru dartındı. Dayandı, fikir ‐
ləşdi ki, əgər tətiyi çəksə, güllə qardaşına da
dəyə bilər, amma silahı yerə salmadı, əksinə,
işığa doğru hərəkət etdikcə tamamilə arxayın ‐
laşdı.
Aylıq ədəbiyyat dərgisi
26
ULDUZ /
Yanvar 2016