təqdim
etməkdən daha çox, bu əvəzsiz mənəvi
dəyərlərimizə soyuq münasibətə işarə vurmaq
məqsədi daşıyır.
Dairəvi xalça məmulatı üzərinə səpələnmiş
rəngbərəng başmaqlar (“Başmaqlar”) da tama ‐
şaçı duyğularını qanadlandırmaq gücün dədir.
Belə ki, onların toxunma səthindəki təzadlı
düzülüşündə məna daşıyıcılığı və rəmzi məqam ‐
lar kifayət qədərdir. Başmaqların “hik mət”ini
özünəməxsus bədii şərhlə təqdim edən Cəlal
Ağayev həm də xalqımızın “düşüncə boğçası”nı
çözələməyi tövsiyyə edir...
Rəssamın qaralı‐yaşıllı məkanda divara
dirənən və işığa doğru can atan çox sadə biçimli
taxta nərdivanları (“Nərdivanlar”), əslində, hər
kəsin məramını özü və yaradanı bilən ömür
yolunun necəliyinə bədii işarədir. Yan‐yana sı ‐
ra lanmış bu “yüksəliş” vasitəsi ilə üz‐üzə, göz‐
gözə qalan seyrçi, əslində, iç dünyası ilə dialoqa
dəvət edilir. Yaşananları saf‐çürük edən hər
kəs, təbii ki, ilk növbədə hələlik əlçatmaz gö ‐
rünən “işığ”a çıxa bilib‐bilməyəcəyini düşünür...
Cəlal Ağayev “Samovar” əsərində sanki
təlatümlü, bəlkə də, əfsanəvi bir məkanda baş
verən görüntünü bədiiləşdirib. Zahiri görkəminə
görə nə qədər ənənəviliyini qoruyub saxlasa
da, hiss olunur ki, rəssam təqdimatında bu
heç də bu gün dünyanın ən nüfuzlu firmalarının
is tehsalı olan bahalı samovarlardan deyil.
Müəllif, əslində, onu əskiləşdikcə öləziyən ru ‐
hu muzun qida mənbəyi kimi qəbul edir. Bunu
başa düşənlər nəyin bahasına olursa‐olsun,
onu fəth etməyə çalışırlar. Zirvəsi çaydanlı nə ‐
həng “eliksir qaynağı”na yaxın düşməksə
çoxları düşündüyü kimi bir o qədər də asan
deyil...
Cəlal Ağayevin yaradıcılığında mənzərə
janrı bir o qədər geniş yer tutmasa da, bu
yöndə ərsəyə gətirilənlərə rəğmən, demək olar
ki, onlarda da rəssamın özünəməxsusluğu
mövcuddur. Qənaətimizcə, janrından asılı
olmayaraq, elə onu başqalarından fərqləndirən
də budur. Böyük şairimiz Rəsul Rza rəngləri
sözlə mənalandırdığı kimi, gənc rəssam da
müxtəlif mənzərələrdə hifz olunan sirr saxlanclı
boyaların rəmzi tutumunu üzə çıxarmağa çalışır.
“Kəndin şəcərə ağacı”nda rəssamın təxəy ‐
yülündə canlandırdığı mənzərə azman ağacın
budaqlarında və yarpaqlarındadır. Bu gün
ancaq xatirələrdə yaşayan kənddən xəbər verən
də minarəsi göylərə ucalan yeganə qədim
məsciddir. Bu əsər də, əslində ismarışdır, özü
də birbaşa müxtəlif səbəblərdən dədə‐baba
yurdunu Allahın ümidinə qoyub firavanlığı
şəhərlərdə axtaranlara yönəlidir...
Rəssamın “İçərişəhər”i də bütün əsər lə rin ‐
dəki kimi obrazlı görkəmə malikdir. Dolambac
‐ labirintəbənzər küçələri ilə özünü yayın
istisindən, qışın “Xəzri”sindən qoruyan bu
İçərişəhərin bəyaz hörgülü, qır damlı tikililərinin
ritmindəki gözəlliyi müəllif böyük ustalıqla
üzə çıxarıb. Odur ki, belə məkanlar Cəlal
Ağayevin təqdimatında qürurvericidir, desək,
yanılmarıq...
Cənc rəssamın bədii‐texniki sahədə təcrübəsi
vaxt etibarilə qısa olsa da, əsərlərinin bədii
həllində bunun əksini görürük. Әslində, hər
bir əsərin yaranmasına böyük vaxt sərf etməyən
rəssam, hər dəfə kətan üzərində şaşırdıcı
təəssürat oyadan rəng qatı yaratmağa nail olur.
Qənaətimizcə, bu, onun yaradacaqlarını öncə
iç dünyasında tam ərsəyə gətirib ‐ “bişirib”
gerçəkləşdirməsinin nəticəsidir. Elə bu səbəbdən
də gənc olmasına baxmayaraq, Cəlal Ağayevin
heyrət dolu əsərləri tamaşaçı qəlbinə yol
tapandır...
Ziyadxan ӘLİYEV
Azərbaycan Respublikasının
Әməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Aylıq ədəbiyyat dərgisi
Dünya bina olandan...
Dünya bina olandan insanlar da bina qur ‐
ma ğa, yurd salıb yuva tikməyə meyilli olub; da ‐
xili bir fəhmlə, fitrətindən gələn təbii instinkt lə.
Nələr yaratmayıb insan əli? İbtidai icma
quruluşundan tutmuş ta müasir günümüzə
qədər tikilənlərə, qurulanlara ötəri bir nəzər
yetər. Yetər ki, bu ali varlığın düşüncə tərzində
olan inkişaf tempini mərhələlərlə müşahidə
edək. Nələr görərik?
Bir vaxtlar otdan, ağacdan, daşdan özünə
koma, mağara düzəldib daldalanan insan indi
nəinki göydələnlərlə göyə ucalır, hətta üzən,
uçan binalar, bina‐şəhərlər, beş yüz min insan
üçün nəzərdə tutulan nəhəng memarlıq
layihələri üzərində çalışır.
Әlbəttə, “uçan bina”, “üzən bina” ifadələri
çoxlarına utopiya təsiri bağışlayacaq. Həyatsa
o qədər sürətlə dəyişir ki, biz heç müşahidə
etməyə belə macal tapmırıq.
Uzağa niyə gedək, uşaqlıq illərində bax ‐
dığımız “Sehrli xalat” filmini (rejissoru Әlisəttar
Atakişiyev) xatırlayaq. Bizim dövrün şagirdi
olan Rəşiddən “gələcəyin uşaqları” çəkdiyi
fotoşəkli dərhal çıxarmağı, səsli, hərəkətli foto
çəkməyi (video) tələb edir. Rəşidsə mat‐məəttəl
qalır. Bu gün o uşaqların dövründə yaşayırıq.
Mobil telefonla danışır, səsli görüntü paylaşır,
Whatsapp‐la şəkil video göndəririk. Daha nələr,
nələr...
Yəqin, yazını bura qədər oxuyan əziz
oxucum elə biləcək ki, mən cəmiyyətin, elmin,
texniki tərəqqinin yeni istiqamətlərindən danışıb
müqayisəli təhlil aparmaq niyyətindəyəm.
Yox, məqsədim bu deyil.
Məsələ ondadır ki, bütün kəşflər, ixtiralar,
yeniliklər ibtidaidən aliyə doğru irəlilədikcə
yenidən bir çevrə boyu fırlanıb bu dəfə alidən
ibtidaiyə ‐ ilkə, başlanğıca, başqa sözlə desək,
təbiətə qayıdır. Və nə qədər zəngin elmi bilikərin
sahibi olursa‐olsun, insan hər bir halda, hər
bir zamanda təbiətin bir parçasıdır. Odur ki,
onunla harmoniyada olmalı, onu öyrənməli,
ondan öyrənməlidir. Və nə öyrənsə, nələri
yaratsa, o uca Yaradanın yaratdıqlarına söy ‐
kənməli, necə deyərlər, ondan iqtibas etməlidir.
68
ULDUZ /
Yanvar 2016
Hicran HÜSEYNOVA
SÖZÖNÜ