Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   26   27   28   29   30   31   32   33   ...   37


Çünki insan ən gözəl xəyallarında belə, təbiətdən

gözəl heç bir şey yaratmağa qadir deyil, ‐ bunu

isə mən demirəm, Alfons de Lamartin (fransız

şairi) deyir. 

Təbiətin yaratdıqları incəsənətdə yaradılan

əsərlərdən daha mükəmməldir, ‐ bunu da Mark

Siseron (natiq, filosof, siyasi xadim) deyir. 

Təbiətin qanunlara tabe olduğuna inan ma ‐

dan heç bir elm yarana bilməz, ‐ bunu da

Norbert Viner (Amerika riyaziyyatçısı, kiber ‐

netikanın atası) deyir. 

Mən, əlbəttə, maraqlı, faydalı olsa da, bu

fikirlərimlə, eləcə də sitat gətirdiyim alimlərin

fikirləriylə Amerika açmıram, bütün bunları

başqa kamil düşüncə sahibləri də düşünə bilər

və düşünür də. 

Odur ki, məqsədim bu da deyil. 

Demə, çox vaxt fərqinə varmasaq belə, ət ‐

rafı mızda çox maraqlı hadisələr baş verir. 

Arılar riyazi hesablamalarla özləriyçün ev

qurur. 

Hörümçəklər spiralvari tor hörür.



Ağacların budaqlarında da yarpaqlar spiral

şəklində yerləşir. 

Günəbaxanın tumlarında, küknarın qoza ‐

larında “qızıl bölgü” qanunu hökm sürür. 

Ağaclarda budaq və onun şaxələnməsini

canlı orqanizmin qan daşıyıcı sistemində

görürük. 

Milçəyin göz quruluşunda, tısbağanın

qınında, bitki damarlarının köndələn kəsik ‐

lərində altıbucaqlıya rast gəlirik. 

Gül ləçəklərində, ağac yarpaqlarında, balığın

pulcuqlarında, böyürtkən, moruq və s. gilə mey ‐

vələrdə eynitipli elementlərin təkrar lan masını

görürük.


Ağac yarpaqlarında, insan və heyvanların qan

damarlarının düzülüşündə, mərcan şə bə kə lərində

diferensiallaşma qanununu müşa hi də edi rik... 

Və memarlar təbiətdə olanları – “ən böyük

ölçüb‐biçən”in (“Qurani‐Kərim”) yaratdığı,

nizamladığı gözəllikləri təbii qanunauyğunluğa,

harmoniyaya, “qızıl bölgü” qanununa, qədim

təcrübəyə, müasir bilgilərə əsaslanaraq elmə

gətirdilər. Adına bionika dedilər. Bu elm canlı

təbiət formalarının (yuxarıda bəhs etdiklərimiz

də daxil olmaqla) müəyyən xüsusiyyətlərindən,

təbiətdən götürülmə kompozisiyaların memar ‐

lıqda istifadə edilməsindən yarandı. 

Leonardo da Vinçi nahaq demirdi: “Təbiət

hər şeyin qayğısına elə qalıb ki, hər yerdə sənin

öyrənməyinçün nəsə var”. 

Və Leonardo da Vinçiyə “Bionikanın atası”

deyirdilər. O, uçan hərbi aparatın konstruk si ‐

yalaşmasında canlı təbiət formalarını təkrar ‐

lamış, quşun qanadının quruluşundan istifadə

edərək uçan maşın cihazını hazırlamışdı. 

Başqa bir nümunə: İtaliya renessansının

memarı F.Brünelleski Florensiya kilsəsi

günbəzinin konstruksiyasını həll edən zaman

prototip kimi yumurta qabığının formasını

götürmüşdü. 

Bəzi tikililərin bionik xüsusiyyətləri isə

uzun əsrlərdən sonra aşkar olunub. Məsələn,

keçən əsrin ikinci yarısında tikilən məşhur

Eyfel qülləsinin konstruksiyasının insanın baldır

sümüyünün düzülüşünə bənzədiyi aydın olub.

Sən demə, istedadlı mühəndisin şüurlu şəkildə

axtardığını Yaradan məqsədyönlü şəkildə canlı

orqanizmdə yaradıbmış. Təzəlikcə alimlər kəşf

ediblər ki, leyləyin skeleti eynilə müasir dəmir‐

beton konstruksiyaların armaturu kimi qurulub. 

Diqqət etsək, son illərdə memarlıqda

prototip kimi təbiət formalarından (balıqqulağı,

zirehli tısbağa, gül, bükülmüş yarpaq, ilan,

spiral və s.) uğurla istifadə edilməsinin şahidi

olarıq. Elə paytaxtımızdakı Alov dilimləri də

bu qəbildəndir. 

Göründüyü kimi, hələ e.ə. yaranan memarlıq

abidələrindəki bionik elementlər (Qədim

Misirdə, Yunanıstanda, İtaliyada) bu gün bütöv

bir elm kimi – bionika elmi kimi öz yüksək

inkişaf dövrünü yaşayır. 

Әlbəttə, memarlıqda bionika çox maraqlı

sahədir və ən əsası odur ki, canlı təbiət ele ‐

mentləri təkcə həndəsi forma baxımından yox,

həm də estetik baxımdan gözəl görünür. Ancaq

məqsədim canlı və cansız təbiət arasındakı

bağlılıqdan, təbii, yaxud elmi qanuna uyğun ‐

luqlardan danışmaq da deyil, yox, bununçün

dialektik materializm var...

Məqsədim... Məqsədim odur ki, bu maraqlı,

mən deyərdim, canlı yazını mənə yazdıran

“Bədii konstruksiyalaşdırmada bionika” kitabını

dəyərli oxuculara təqdim edim: memarlıq üzrə

fəlsəfə doktorları Sabir Orucov və Məlahət

Eynul layevanın müəllifliyi ilə.

Aylıq ədəbiyyat dərgisi

70

ULDUZ /

Yanvar 2016



Mücirəddini bir dəfə də olsun görmə mişəm.

Şeirlərini İnternet səhifələrində  oxu muşam.

Mənə elə gəlir ki,  o, ucsuz‐bucaqsız bir çöldə

tək yaşayır. Onun haqqında tə səv vürüm ancaq

şeirindən  və şəklindən başlayır. Şəkillərində

də ancaq özü olur, özündən başqa heç kim.

Elə bil adam tapmır  şəkil çəkdirməyə. Şəkillərin

bəs  kimi çəkir, o maraqlıdır?

Mücirəddin  Mübarizoğlu  Beyləqanın Ey ‐

vazlılar kəndindədir. Fermada olur.  Çobandır.

Təsəvvür edin: çoban və İnternet. Yeni

texnologiya və çoban həyatı, qoyun mələşməsi,

it hürüşməsi, saytlar, feysbuk, kəlin qoyun,

oğursaq quzu, kətəməz, bulama, sərbəst şeir,

arxac, çəhlim, örən, xam və W hərfi. 

Mücirəddin çəmənləri, küləkləri, ilan mələ ‐

yən çölləri,  ilan kimi darıxan adamları  yaxşı

tanıyır. O, yaxşı bilir, küləkləri necə oxumaq

olar və ya küləklər atın yalmanını necə dağıdır,

cin, atın yalmanını necə hörür və atları  çaparaq

necə yorur?

Uşaqlıq illərin, de, necə keçib,

Dizində yamağın heç olubdumu?

Qarğıdan, qamışdan mindiyin atın,

Söyüddən çomağın heç olubdumu?

Açmısan itləri bir köç keçəndə,

Səni yanıyıbmı köçdə keçən də?

Dostlar çağıranda, sən çay içəndə

Pörtdənən damağın heç olubdumu?

Bu şeir nə qədər sadə, səmimi  və aydındır!

Təndir çörəyinin qoxusunu xatırlatdı mənə.

Dizdə yamaq, qarğıdan, qamışdan at, söyüddən

çomaq, pörtdənən damaq ‐ hamısı uşaqlıq

xatirələridir. Uşaqlar məni oynamağa çağıranda

tələsdiyimdən nənəmin süzdüyü  isti çay

damağımı o qədər pörtdədib ki... Məncə, şairlik

ən çox uşaqlıq xatirələrini yaşatmaqdan  baş ‐

layır. Kimin uşaqlıq xatirələri canlı və

güclüdürsə, şeirləri də ürək oxşayan olur.

Kimin şalvarında yamaq, əlində söyüddən ço‐

maq, qarğıdan  tütək, qamışdan atı olubsa, o,

heç vaxt adam öldürməz,  heç kəsi aldatmaz

və satmaz. Şair dostuma kiçik bir ərk: heç vaxt

söyüddən çomaq olmaz. Amma burası da var

ki, Mücirəddin aran uşağıdır, Qarabağ mü ‐

haribəsi olmasaydı, zoğal meşələrimizi yağılar

işğal etməsəydi, zoğal ağacından özünə çomaq

düzəldərdi. Bir də bu, uşaq xatirəsidir axı...

Mücirəddinin  bu saat  ayağının altı şeirlə

doludur, hansına əl atsa, gözəl bir qoşmadır.

Әlbəttə, ayaqda olanları tapan başdır. Ayağına

dolaşan, kətiyən, sirkən, yovşan, qarağan,

quşotu çöllərin qoşmalarıdır, hamısının qafiyəsi

külək, yaxınlıqda ötən bildirçin gəraylıdır ‐

qafiyəsi kərmə sobasının altında xoruldayan

ala‐ bula pişik, tullana‐tullana qaçan dovşan‐

gözəl bir  uşaq şeiridir‐ çarpaz qafiyəsi ağzı

qara itlər, kənarda gövşəyən dəvə‐qıfılbənd ‐

açması yanında xumarlanan  mayası, balaca,

ala‐bula ayaqlarını yerə qoyub anasını əmən

71

ULDUZ /

Yanvar 2016



HÜCRӘ

Qəşəm NӘCӘFZADӘ 

(Mücirəddin Mübarizoğlunun

şeirləri haqda)


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə