Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 1078-24. Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması qaydaları



Yüklə 493,18 Kb.
səhifə30/35
tarix25.08.2018
ölçüsü493,18 Kb.
#64176
1   ...   27   28   29   30   31   32   33   34   35

Maddə 1078-24. Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması qaydaları

 

Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.



 

Maddə 1078-25. Xarici investorlar tərəfindən qiymətli kağızların əldə edilməsi

 

Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının xarici investorlar tərəfindən əldə edilməsi, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məhdudlaşdırılmır.



 

Maddə 1078-26. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası

 

1078-26.1. Qiymətli kağızların birləşdirilməsi bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib azaldılması yolu ilə dəyişdirilməsidir. Qiymətli kağızların nominal dəyəri olduqda, onların birləşdirilməsi nominal dəyərin mütənasib artırılması ilə müşayiət olunur.



1078-26.2. Qiymətli kağızların xırdalanması (bölünməsi) bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir.

1078-26.3. Qiymətli kağızların konvertasiyası bir emitentin bir növ investisiya qiymətli kağızların digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına (həmin emitent yenidən təşkil edildikdə) əvəzsiz dəyişdirilməsidir (səhmin istiqraza dəyişdirilməsi istisna olmaqla). Bu zaman dəyişdirilmiş qiymətli kağızlar ləğv olunur.

1078-26.4. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağızların yerləşdirilməsi zamanı emitent tərəfindən cəlb edilmiş vəsaitlərin miqdarının dəyişdirilməsinə gətirmir, qiymətli kağızlar mülkiyyətçilərindən geri alınan qiymətli kağızların dəyərinin qaytarılması üçün əsas deyil və qiymətli kağızlar mülkiyyətçiləritərəfindən əlavə xərclər edilmədən həyata keçirilir.

1078-26.5. Emitentin yerləşdirilmiş qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında qərarı maliyyə bazarlarına nəzarət orqanında qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır.

1078-26.6. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

1078-26.7. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası və ödənilməsi bu qiymətli kağızların əvvəlki sertifikatlarının ləğv olunması ilə müşayiət olunur.

 

Maddə 1078-27. Qiymətli kağızların dövriyyədən çıxarılması //çıxarılıb//

 

1078-27.1. Qiymətli kağızların dövriyyədən çıxarılması //çıxarılıb// aşağıdakı hallarda həyata keçirilir:



1078-27.1.1. səhmlər barəsində səhmdarların ümumi yığıncağının qərarı ilə;

1078-27.1.2. qiymətli kağızların emissiyasının baş tutmamış hesab edildiyi halda maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə;

1078-27.1.3. qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə;

1078-27.1.4. emitentin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verildikdə;



1078-27.1.4-1. tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə;

1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

1078-27.2. Dövlət qeydiyyatına alınmış qiymətli kağızlar dövriyyədən çıxarıldıqda //çıxarılıb//maliyyə bazarlarına nəzarət orqanı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər etməlidir.

1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması //çıxarılıb// haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) maliyyə bazarlarına nəzarət orqanıtərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi kütləvi informasiya vasitələrində dərc olunmalıdır.

1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması //çıxarılıb// barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.

1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması //çıxarılıb// bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.

1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması //çıxarılıb// qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

 

 



//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//



//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//



//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//



//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//



//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

 



55-ci fəsil.

 

Xüsusi mükafatlandırmanın açıq elan edilməsi. Müsabiqə

 

Maddə 1079. Xüsusi mükafatlandırmanın açıq elan edilməsi anlayışı

 

Hər hansı hərəkəti yerinə yetirməyə, məsələn, hər hansı müəyyən nəticəyə nail olmağa görə açıq elan çərçivəsində mükafat təyin edən şəxs həmin hərəkəti yerinə yetirmiş şəxsə mükafat ödəməlidir. Bu qayda şəxsin həmin hərəkəti yerinə yetirərkən mükafat gözləmədiyi halda da qüvvədədir.



 

Maddə 1080. Xüsusi mükafatlandırmanın açıq elan edilməsinin ləğvi

 

1080.1. Mükafatlandırma vədi açıq elanda nəzərdə tutulan hərəkətin yerinə yetirilməsinə qədər ləğv edilə bilər.



1080.2. Açıq elanda nəzərdə tutulan mükafatlandırmanın ləğv edilməsi yalnız o halda etibarlıdır ki, mükafatlandırmanın təyin edilməsi hansı qaydada elan olunmuşdusa, ləğv edilməsi də o cür elan olunsun, ya da xüsusi məlumatda elan olunsun.

1080.3. Mükafatlandırmanın açıq elanında ləğvetmənin mümkünlüyü istisna oluna bilər. Şübhə yarandıqda bu cür istisnaya o halda yol verilir ki, açıq elanda nəzərdə tutulan hərəkəti yerinə yetirmək üçün müddət müəyyənləşdirilmiş olsun.

 

Maddə 1081. Açıq elanda nəzərdə tutulan mükafatın verilməsi

 

1081.1. Mükafat təyin edilmiş hərəkəti bir neçə şəxs yerinə yetirdikdə, mükafatı həmin hərəkəti birinci yerinə yetirmiş şəxs alır.



1081.2. Hərəkəti bir neçə şəxs eyni zamanda yerinə yetirdikdə, mükafat onların arasında bərabər bölünür.

1081.3. Mükafat təyin edilmiş nəticəyə nail olmaqda bir neçə şəxs iştirak etdikdə mükafatı təyin etmiş şəxs ayrılıqda onlardan hər birinin nəticəyə nail olmaqda iştirak payını nəzərə alaraq, mükafatı onların arasında ədalətli mülahizə əsasında bölür. Açıq-aşkar ədalətsiz bölgünün məcburi qüvvəsi yoxdur və iştirakçılardan birinin ərizəsinə əsasən məhkəmənin qərarı ilə dəyişdirilə bilər. İştirakçılardan biri bölgünün məcburi qüvvəsini qəbul etmədikdə, mükafatı təyin etmiş şəxsin, bütün iştirakçılar kimin nəyə ixtiyarı çatdığı barədə aralarındakı mübahisəni həll edib qurtarmayınca, mükafatı verməkdən imtina etmək hüququ vardır. İştirakçıların hər biri mükafatın hamı üçün depozitə qoyulmasını tələb edə bilər.

1081.4. Bu Məcəllənin 1081.2 və 1081.3-cü maddələrində nəzərdə tutulan hallarda mükafat öz xarakterinə görə bölünmədikdə və ya elana əsasən bir şəxs üçün nəzərdə tutulduqda, püşkatma yolu ilə verilir.

 

Maddə 1082. Müsabiqə anlayışı və onun hüquqi nəticələri

 

1082.1. Müsabiqə müəyyən hərəkəti yerinə yetirməyə görə mükafatlandırma barədə açıq elandır; bu zaman hərəkəti yerinə yetirən şəxslər (iştirakçılar) bir və ya bir neçə nəfərdən ibarət münsiflər heyətinin və ya mükafatı təyin etmiş şəxsin verdiyi prizi almaq üçün müsabiqədə iştirak etməkdən ötrü işlərin təqdim edilməsi barədə ərizə verirlər. Priz qalibə sifariş veriləcəyi vədindən də ibarət ola bilər.



1082.2. Mükafatlandırmaya dair açıq elanın predmeti priz verilməklə müsabiqədə iştirak etmək üçün işlərin təqdim edilməsi barədə ərizə olduqda bu elan yalnız işlərin təqdim edilməsi müddəti göstərildikdə qüvvəyə malikdir.

1082.3. Vaxtında təqdim edilmiş işin müsabiqənin şərtlərinə uyğun gəlib-gəlmədiyi və iştirakçılardan kimin üstünlük verilməyə layiq olduğu barədə qərar müsabiqənin şərtlərində göstərilən şəxs tərəfindən, şərtlərdə bu göstərilmədikdə isə müsabiqəni elan etmiş şəxs tərəfindən qəbul olunur. Qərar bütün iştirakçılar üçün məcburi qüvvəyə malikdir və ondan məhkəməyə şikayət verilə bilməz. Əgər prizin verilməsi proseduru və şərtləri başqa şəkildə tənzimlənmişsə, bu qayda tətbiq olunmur.

1082.4. İşlər eyni məziyyətli olduqda, müsabiqə prizinin verilməsinə bu Məcəllənin 1081.2 və 1081.4-cü maddələrinin müddəaları tətbiq edilir.

1082.5. Müsabiqə elan etmiş şəxs priz almaqdan ötrü iştirakçılardan birinin təqdim etdiyi əsərə mülkiyyət hüququnun verilməsini yalnız o halda tələb edə bilər ki, müsabiqənin şərtlərində hüququn bu cür keçməsini təsbit etmiş olsun.

1082.6. Əgər layihə işlənməsi üçün müsabiqənin şərtlərində müsabiqə elan etmiş şəxsin layihənin sonrakı işlənməsini priz alana tapşırmaq niyyəti göstərilmişsə, müsabiqə elan etmiş şəxs layihə həyata keçirildikdən sonra onun sonrakı işlənməsini priz alanlardan birinə tapşırmağa borcludur.

1082.7. Müsabiqədə iştirak müsabiqəni elan etmiş şəxsdən mallar və ya digər xidmətlər alınması ilə əlaqələndirildikdə onun keçirilməsi qadağandır. Müsabiqədə iştirak etməklə əlaqədar bağlanmış, mallar və ya digər xidmətlər alınması barədə müqavilələrin qüvvəsi yoxdur.

 

56 – cı fəsil.

 

Oyunların və mərclərin keçirilməsi

 

Maddə 1083. Oyunlar və mərclər anlayışı

 

1083.1. Oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir.



1083.2. Aşağıdakılar oyun və mərc kimi qiymətləndirilir:

1083.2.1. oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi;

1083.2.2. oyun və ya mərc xarakteri daşıyan əmtəə əqdləri və ya qiymətli kağızlarla əməliyyatlar.

 

Maddə 1084. Oyun və mərc üzrə tələblərin istisna edilməsi

 

Oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir.



 

Maddə 1085. Könüllü ödənişlər

 

1085.1. Oyun və mərc prosesində könüllü verilmiş ödənişlər geri tələb edilə bilməz.



1085.2. Oyunda və ya mərcdə uduzulan məbləği ödəmək məqsədi ilə oyunçunun və ya mərc gələnin imzaladığı, mövcud borcun etirafına dair müqavilə və ya qiymətli kağız, onun verilməsinə baxmayaraq, reallaşdırıla bilməz.

 

Maddə 1086.Lotereyalar üzrə tələb

 

Lotereyanın qanunvericiliklə nəzərdə tutulmuş hallarda dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibinin lotereya təşkilatçısına qarşı uduşların verilməsi (ödənilməsi) tələbini istisna etmir.



 

Səkkizinci bölmə

 

QANUNDAN ƏMƏLƏ GƏLƏN ÖHDӘLİKLӘR

 

57-ci fəsil.

 

Özgə işlərini tapşırıqsız aparma

 

 

Maddə 1087. Özgə işlərini tapşırıqsız vicdanla aparma



 

1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

 

Maddə 1088. Xəbərdaretmə vəzifəsi

 

1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.



1088.2. İcraçı başladığı işləri sahibkarın özünün fəaliyyət göstərə biləcəyi vaxtadək davam etdirməlidir.

 

Maddə 1089. İcraçının məsuliyyəti

 

1089.1. İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır.



1089.2. İşlərin aparılmasından məqsəd sahibkarı yaxınlaşmaqda olan təhlükədən qorumaq olduqda, icraçının məsuliyyəti qəsd və kobud ehtiyatsızlıq üçün məsuliyyətin hədləri ilə məhdudlaşır.

1089.3. Əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır, amma icraçının öz müdaxiləsi olmadan da zərərin yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

1089.4. İcraçı fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, yalnız hüquqa zidd hərəkətlər və əsassız varlanma haqqında müddəalara uyğun məsuliyyət daşıyır.

 

Maddə 1090. İcraçının hüquqları

 

1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.



1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.

1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun.

 

58 – ci fəsil.

 

Əsassız varlanma

 

Maddə 1091. Əsassız varlanma anlayışı

 

1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.



1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

 

Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi

 

1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:



1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

 

Maddə 1093. Qaytarma tələbi

 

1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.



1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir:

1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə;

1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

 

Maddə 1094. Varlanmış şəxsin xərclərinin kompensasiyası

 

Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.



 

Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi

 

Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.



 

Doqquzuncu bölmə

 

MÜLKİ HÜQUQ POZUNTULARINDAN (DELİKTLƏRDƏN) ƏMƏLƏ GƏLƏN ÖHDƏLİKLƏR

 

59 – cu fəsil.

 

Mülki hüquq pozuntuları (deliktlər)

 

Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı

 

1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).



1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

1096.3. Çıxarılmışdır. 

 

Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları

 

1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.



1097.2. Çıxarılmışdır. 

1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

1097.4. Çıxarılmışdır. 

1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

 


Yüklə 493,18 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə