Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


§6. Səhm   Maddə 1077. Səhm anlayışı və onun məzmunu



Yüklə 493,18 Kb.
səhifə29/35
tarix25.08.2018
ölçüsü493,18 Kb.
#64176
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
§6. Səhm

 

Maddə 1077. Səhm anlayışı və onun məzmunu

 

1077.1. Səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.



1077.2. Səhm adi və ya imtiyazlı növündə buraxıla bilər. Səhmin nominal dəyəri səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir. Səhmlərin nominal dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.

1077.3. Adi səhmlərin hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir.

1077.4. İmtiyazlı səhmlərin bir buraxılışı daxilində hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir.

1077.5. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür.

1077.6. İmtiyazlı səhm emitentin //çıxarılıb// fəaliyyətinin nəticəsindən asılı olmayaraq, mülkiyyətçisinə //çıxarılıb// səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür.

1077.7. Səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə birləşdirə bilər və bir səhmi bir neçə həmin növ səhmə dəyişdirilmə yolu ilə xırdalaya bilər. Ümumi yığıncaqda səhmlərin birləşdirilməsi və ya xırdalanması haqqında qərar qəbul edildikdə, səhmdar cəmiyyətinin nizamnaməsində də müvafiq dəyişikliklər edilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin birləşdirilməsi və xırdalanması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

 



§ 8. Daşınmaz əmlak sertifikatı

 

Maddə 1078-1. Daşınmaz əmlak sertifikatı

 

1078-1.1. Daşınmaz əmlak sertifikatı fiziki və hüquqi şəxslər arasında yerləşdirilən, mülkiyyətçilərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin, qeyri-yaşayış sahələrinin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağızdır.

1078-1.2. Daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanıtərəfindən müəyyən edilir.

 

 



§ 9. Girov kağızı və ipoteka kağızı

 

Maddə 1078-2. Girov kağızı və ipoteka kağızı

 

1078-2.1. Öhdəliklərin təminatını təsbit edən qiymətli kağızlara girov kağızı və ipoteka kağızı daxildir.



1078-2.2. İpoteka kağızı mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağızdır.

1078-2.3. Girov kağızı girov qoyanla, o borclu deyilsə, həm də borclu ilə girov saxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağızdır.

1078-2.4. Əmlakın və hüquqların girovu və ya ipotekası ilə təmin edilmiş öhdəliklər üzrə girovsaxlayanın və ya ipotekasaxlayanın hüquqları girov kağızının və ya ipoteka kağızının tərtibi ilə rəsmiləşdirilə və təsdiq edilə bilər.

1078-2.5. Girov və ya ipoteka ilə təmin olunmuş öhdəliklər üzrə borclu //çıxarılıb// girov kagızı və ya ipoteka kağızı üzrə cavabdeh şəxsdir. Borclu, qirovqoyan və ipotekaqoyan eyni və ayrı-ayrı şəxslər ola bilər.

1078-2.6. Əmlaka girov və ya ipoteka hüququnu təsbit edən girov kağızının və ya ipoteka kağızının mülkiyyətçisi (girov saxlayan və ya ipoteka saxlayan (kreditor) borclunun və girov qoyanın razılığı olmadan borc üzrə tələbini digər şəxsə, girov kağızında və ya ipoteka kağızında yazdığı ötürücü yazı vasitəsilə o şərtlə ötürə bilər ki, həmin ötürücü yazı (indossament) öhdəliyin mahiyyətinə, onun borclu və girov qoyanla və ya ipoteka qoyanla razılaşmasına və mövcud qanunvericiliyə zidd olmasın.

//çıxarılıb//

1078-2.8. Girov kağızının və ya ipoteka kağızının mülkiyyətçisi ilə (girov saxlayan və ya ipoteka saxlayan) digər şəxs arasında bağlanmış müqavilə üzrə öhdəliyin təminatı məqsədilə girov kağızı və ya ipoteka kağızı müvafiq olaraq girov və ya ipotekaya qoyula bilər. Bu halda girov və ya ipoteka hüququ ümumi qaydada dövlət qeydiyyatından keçməlidir, lakin bu hüquq girov kağızı və ya ipoteka kağızı ilə təsbit edilə bilməz.

1078-2.9. Girov kağızı və ipoteka kağızına dair dövlət qeydiyyatı rəsmi dövlət reyestrində aparılır. Rəsmi dövlət reyestrinin aparılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//



//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

 



§ 11. Özəlləşdirmə qiymətli kağızları

 

Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları

 

1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.



1078-4.2. Dövlət əmlakının özəlləşdirilməsi zamanı buraxılan qiymətli kağızların növləri, emissiyası, tədavülü qaydaları və sair məsələlər bu Məcəllə və digər normativ hüquqi, o cümlədən normativ xarakterli aktlarla müəyyən edilir.

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//



//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//



//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

 



§ 14. Qiymətli kağızların tədavülü

 

Maddə 1078-20. Qiymətli kağızlar üzrə əqdlər

 

1078-20.1. Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir.



1078-20.2. Qiymətli kağızlar üzrə əqdlər bu Məcəlləyə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bağlanılır və həyata keçirilir.

//çıxarılıb//

1078-20.4. Qiymətli kağızların tədavülü zamanı qiymətli kağızlarla əqdlərin bağlanması və icrasına dair bu Məcəllədə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərin pozulması aşkar edildikdə maliyyə bazarlarına nəzarət orqanı qanun pozuntusu ilə müşayiət olunan əqdlərin bağlanılmasını dayandırır və ya klirinq baş verdikdə tərəflərinin hesablarını dondurur.

1078-20.5. Qiymətli kağızların növləri üzrə alqı-satqı əqdlərinin bağlanması qaydaları bu Məcəllə və ona müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

1078-20.6. Hüquqi və fiziki şəxslərin borclarının qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

1078-20.7. İnvestisiya qiymətli kağızlarla əqdlər investisiya şirkəti vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili investisiya şirkəti olmadıqda həmin əqdlər notarial qaydada təsdiq olunmalıdır.

1078-20.8. Ünvanlı satış istisna olmaqla, səhmdarların sayı əllidən artıq olan səhmdar cəmiyyətlərinin yerləşdirilmiş səhmlərlə alqı-satqı əqdləri fond birjası vasitəsilə bağlanmalıdır. Tərəfləri bir-birinə məlum olan və qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan qiymətli kağızların alğı-satqı müqaviləsi ünvanlı satış əqdidir.



1078-20.9. Veksellər, ipoteka və girov kağızları ötürülərkən qiymətli kağızın arxa tərəfində tələbin güzəşti haqqında qeyd (indossament) etmək zəruridir. Qiymətli kağızda icra edilmiş indossament qiymətli kağızla təsdiqlənmiş bütün hüquqları o şəxsə (indossat) keçirir ki, qiymətli kağız üzrə hüquqlar ona və ya onun sərəncamı ilə verilir.

1078-20.10. İndossament blanklı (icranın həyata keçirilməli olduğu şəxs göstərilmədən) və ya orderli (icranın həyata keçirilməli olduğu və ya əmri ilə həyata keçirilməli olduğu şəxs göstərilməklə) ola bilər. İndossament yalnız qiymətli kağızla təsdiqlənmiş hüquqları həyata keçirmək tapşırığı ilə, bu hüquqlar indossata verilmədən (təkrar tapşırılan indossament) məhdudlaşdırıla bilər. Bu halda indossat nümayəndə kimi çıxış edir.

1078-20.11. İndossament aşağıdakı tələblərə uyğun gəlməlidir:

1078-20.11.1. onda indossat haqqında məlumatlar və indossantın imzası olmalıdır;

1078-20.11.2. sadə olmalı və heç nə ilə şərtlənməməlidir (indossamenti məhdudlaşdıran hər cür şərt etibarsız sayılır; qismən indossament də etibarsızdır.);

1078-20.11.3 qiymətli kağızda və ya ona əlavə edilmiş vərəqdə (əlavə vərəq) yazılmalıdır.

1078.20.12. İnsayder ticarəti və ya manipulyasiya həyata keçirilməsi nəticəsində zərər vuran şəxs zərər vurulmuş şəxs qarşısında vurduğu zərərin üç misli miqdarında məsuliyyət daşıyır.

 

Maddə 1078-21. Qiymətli kağızla təsdiqlənmiş hüquqların ötürülməsi

 

1078-21.1. Qiymətli kağızla təsdiqlənmiş hüquqlar bu Məcəllənin 993-cü maddəsinə və bu maddədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun olaraq ötürülür.



1078-21.2. Adsız sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar onun sertifikatının yeni sahibinə verilməsi ilə ötürülür.

1078-21.3. Mərkəzi depozitarda saxlanılan adsız sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar qiymətli kağızların yeni mülkiyyətçisinin “depo” hesabına köçürülməsi yolu ilə ötürülür.



1078-21.4. Sənədsiz qiymətli kağızla təsdiqlənmiş hüquqlar qiymətli kağızlar üzrə depozitar sistemində qiymətli kağızlar mülkiyyətçisinin depo hesabından yeni mülkiyyətçinin depo hesabına köçürülməsi yolu ilə ötürülür.

1078-21.5. Adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar yeni mülkiyyətçiyə qiymətli kağızları (sertifikatları) verməklə qiymətli kağız mülkiyyətçilərinin reyestrində müvafiq qeydin aparılması yolu ilə və ya indossament əsasında ötürülür. Mərkəzi depozitarda saxlanılan adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar mülkiyyətçinin “depo” hesabından yeni mülkiyyətçinin“depo” hesabına qiymətli kağızların köçürülməsi yolu ilə ötürülür.

1078-21.6. Qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar əldə edən şəxsə həmin kağızlara mülkiyyət hüququ keçən andan keçir.

1078-21.7. Veksel, ipoteka və girov kağızları ilə təsdiqlənmiş hüquqlar ixtiyarlı mülkiyyətçinin kağız üzərində etdiyi sərəncam vasitəsi ilə yeni mülkiyyətçiyə ötürülür.

1078-21.8. Qanunvericiliklə bu Məcəllənin tələbləri nəzərə alınmaqla qiymətli kağızların ayrı-ayrı növləri üzrə hüquqların keçməsinə əlavə üsul və xüsusatlar müəyyən edilə bilər.

1078-21.9. Adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqların ötürülməsi zamanı qiymətli kağızın sertifikatının yeni mülkiyyətçinin adına rəsmiləşdirilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

1078-21.10. Yeni mülkiyyətçi hüquqların keçməsi üzrə qanunvericiliklə müəyyən edilmiş hərəkətlərin icrası və hüquqların qeydiyyatından sonra qiymətli kağızla təsdiqlənmiş hüquqları əldə edir.

1078-21.11. Veksel, ipoteka və girov kağızları ilə təsdiqlənmiş hüququ ötürən şəxs (indossant) təkcə hüququn mövcudluğuna görə deyil, həm də onun həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Digər növ qiymətli kağızla təsdiqlənmiş hüququ ötürən şəxs müvafiq tələbin etibarsızlığına görə məsuliyyət daşıyır, lakin onun icra edilməməsi üçün məsuliyyət daşımır.

 

Maddə 1078-22. Qiymətli kağızlarla təsdiqlənmiş hüquqların həyata keçirilməsi

 

1078-22.1. Sənədli qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar qiymətli kağızların mülkiyyətçisi tərəfindən həmin qiymətli kağızların sertifikatının təqdim edilməsi ilə həyata keçirilir.



1078-22.2. Sənədsiz qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar həmin qiymətli kağızlar barədə reyestr və ya "depo" hesablarında mülkiyyətçi, yaxud nominal saxlayıcı barədə olan məlumatlarla reyestrdə qeydə alınmış şəxs barədə məlumatların eyniləşdirilməsi ilə həyata keçirilir.

1078-22.3. Sənədli qiymətli kağızların sertifikatları mərkəzi depozitarda saxlandıqda həmin qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar mülkiyyətçinin tapşırığı ilə mərkəzi depozitardasaxlanılan qiymətli kağızın sertifikatının (mülkiyyətçilərin siyahısı əlavə olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə həyata keçirilir.

 

Maddə 1078-23. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi

 

1078-23.1. Qiymətli kağızlar girovla və bu Məcəllədə nəzərdə tutulmuş digər öhdəliklərlə yüklənə bilər və belə yüklənmə qiymətli kağızlar üzrə depozitar sistemində qeydiyyata alındığı andan qüvvəyə minir.

1078-23.2. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi qaydası bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilir.

//çıxarılıb//

1078-23.4. Qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsi həmin əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsidir. Qiymətli kağızlarla rəsmiləşdirilmiş hüquqlar (daşınmaz əmlakın ipotekası da daxil olmaqla) üzrə mülkiyyətin əldə edənə keçməsi həmin qiymətli kağızın verilməsi ilə həyata keçirilir.



1078-23.5. Girov kağızı və ipoteka kağızının tədavülü qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

1078-23.6. Qiymətli kağızlar üzrə girov hüquqları yalnız onların mülkiyyətçilərinin tapşırıqları əsasında depozitar sistemində qeydiyyata alınnmalıdır.

1078-23.7. Bu Məcəllənin 1078-23.6-ci maddəsində nəzərdə tutulmuş tapşırıqda aşağıdakılar öz əksini tapmalıdır:

1078-23.7.1. mülkiyyətçinin və hüquqların xeyrinə qoyulduğu üçüncü şəxslər barədə məlumatlar (hüquqi şəxs olduqda - onun tam adı, ünvanı; fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, ünvanı);

1078-23.7.2. mülkiyyətçinin və hüquqların xeyrinə qoyulduğu üçüncü şəxsin mərkəzi depozitarda olan fərdi eyniləşdirmə nömrələri;

1078-23.7.3. qiymətli kağızların növü, forması, qeydiyyat nömrəsi və sayı;

1078-23.7.4. qiymətli kağızlar üzrə yüklənən hüquqların növü və qüvvədə olma müddəti (olduqda);

1078-23.7.5. qiymətli kağızlar üzrə hüquqların ötürülməsini təsdiq edən sənədlər;

1078-23.7.6. mülkiyyətçinin imzası.

1078-23.8. Qiymətli kağızlar üzrə girov hüquqları onların depozitar sistemində qeydiyyata alındığı andan yaranır. Girov saxlayan girovda olan qiymətli kağızlar üzrə gəlirlərin əldə olunması hüququna malikdirsə, həmin hüquqlar girovla birgə depozitar sistemində qeydiyyata alınır.

1078-23.9. Qiymətli kağızlarla girov predmetinə tutmanın yönəldilməsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda məhkəmədən kənar qaydada həyata keçirilir.

1078-23.10. Borclu öhdəliyi icra etmədikdə girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında girov qoyana aşağıdakı məlumatları özündə əks etdirən bildiriş göndərməlidir:

1078-23.10.1. girovun mərkəzi depozitarda uçota alındığı tarixi;

1078-23.10.2. girov predmeti barədə məlumat (qiymətli kağızların emitentinin adı, qiymətli kağızların qeydiyyat nömrəsi, növü, forması, sayı, nominal dəyəri);

1078-23.10.3. icra olunmalı öhdəlik barədə məlumat;

1078-23.10.4. girov predmetinə tutmanın yönəldilməsinin girov müqaviləsində nəzərdə tutulduğu və ya girov kağızının verildiyi hallar istisna olmaqla, girov predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya girov predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq;

1078-23.10.5. bildirişin tarixi, bildirişi verən şəxsin vəzifəsi, adı və imzası.

1078-23.11. Girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi girov qoyana göndərildiyi tarixdən etibarən yeddi iş günü ərzində mərkəzi depozitara göndərilməlidir.

1078-23.12. Mərkəzi depozitar üç iş günü ərzində bildirişi qeydə alır, girov qoyulmuş qiymətli kağızlarla əməliyyatları dayandırır və bu barədə girov saxlayana məlumat verir.

1078-23.13. Girov predmetinə tutmanın yönəldilməsi məhkəmədən kənar qaydada həyata keçirildikdə, girov predmeti girov qoyanla girov saxlayanın razılaşması əsasında fond birjasında satışa çıxarılır.

1078-23.14. Məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır.

1078-23.15. Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır.

1078-23.16. Girov predmeti fond birjasında satılmadıqda, girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur.

1078-23.17. Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

1078-23.18. Girov müqaviləsi tənzimlənən bazarlarda maliyyə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə bağlanıldıqda və həmin müqavilədə girov predmeti pul və ya tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlar və ya törəmə maliyyə alətləri olduqda və girov saxlayan və ya girov qoyan Azərbaycan Respublikasının Mərkəzi Bankı, mərkəzi depozitar, bank, sığorta şirkəti və ya investisiya şirkəti olduqda və girovla təmin edilmiş borc yalnız tənzimlənən bazarda alğı-satqı əməliyyatlarının keçirilməsi üçün istifadə olunduqda bu cür girov maliyyə girovu hesab olunur.

1078-23.19. Girov saxlayanla girov qoyan arasında bağlanılan girov müqaviləsində nəzərdə tutulduğu halda maliyyə girovu üzrə öhdəliklər borclu tərəfindən icra edilmədikdə, girov predmeti məhkəmədənkənar qaydada girov saxlayanın mülkiyyətinə keçir. Bu maddədə nəzərdə tutulmuş müqavilənin notariat qaydada təsdiq edilməsi tələb olunmur.

 


Yüklə 493,18 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə