73
üçün banka hökumət zəmanəti verilməlidir. Layihə üzrə alışları hər hansı bir ölkəyə təhkim etmək
banka qadağandır. Dünya Bankı ancaq iqtisadi mülahizələri almaqla kredit verə bilər.
Hazırda bankın 185 üzvü olmasına baxmayaraq, əsas səslərin çoxu burada ABŞ başda olmaqla
inkişaf etmiş ölkələrin kiçik bir qrupunun payına düşür. Böyük “Yeddilik” (ABŞ, Yaponiya,
Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada) səslərin təxminən yarısına malikdir ki, bu da
onların bankın fəaliyyəti ilə bağlı əsas məsələlərin həllində veto qoymaq hüququ əldə etməsinə
şərait yaradır. Nizamnaməyə əsasən mühüm qərarların qəbul edilməsi üçün səslərin 85%-i tələb
olunur. Belə olan şəraitdə qərarların qəbulu ancaq bir ölkənin – səslərin 17%-dən çoxuna malik olan
ABŞ-ın tutduğu mövqedən asılı olur. ABŞ-ın DB-dəki kvotası 140 İEOÖ-nin birlikdə kvotası (0,5
və daha az olan) qədərdir.
DB-nin layihələrlə bağlı fəaliyyəti 6 mərhələdən ibarətdir: layihələrin seçilməsi; işlənib
hazırlanması; qiymətləndirilməsi; danışıqların aparılması və layihənin müzakirə üçün direktora
təqdim edilməsi; layihənin reallaşdırılması və fəaliyyəti üzərində nəzarət; reallaşdırılmış layihənin
nəticələrinin qiymətləndirilməsi. Bir çox layihələr I mərhələdən keçə bilmir, digərləri o biri
mərhələlərdə elə dəyişikliklərə məruz qalır ki, son nəticədə ilkin layihədən xeyli fərqlənir. İl
ərzində DB 200-dən çox layihəni təsdiq edir [3, 48].
Bank tərəfindən maliyyələşdiriləcək layihənin seçilməsi və onun DB-yə təqdim olunması ilə
kredit almaq istəyən ölkə məşğul olur. Həmçinin xüsusi hallarda layihənin seçilməsi ilə həmin
ölkədə ümumi iqtisadi problemlərin təhlilini həyata keçirən DB-nin mütəxəssisləri məşğul ola
bilərlər. Məsələn: dövlətin kənd təsərrüfatı və nəqliyyat sahəsindəki siyasətini təhlil edərək belə bir
qənaətə gəlmək olar ki, fermerlərin daha çox bazarlara çıxması üçün yeni yolların salınması
məqsədəuyğundur. DB BMT-nin energetika bölməsinə kömək proqramını həyata keçirmək üçün
energetika sahəsindəki layihələrin seçilməsi ilə də məşğul olur. Bu mərhələdə planlaşdırma
orqanları aşağıdakı məsələləri həll etməlidirlər: Layihənin reallaşdırılmasından mənfəəti kim
götürəcək? Layihənin reallaşdırılmasından əldə olunan mənfəət onun həyata keçirilməsi üçün
çəkilən xərcləri örtürmü? Bu məqsədə çatmağın digər yolları vardırmı? Layihə yoxlanmalıdır,
məsələn, əgər təxirə salınmaz kənd təsərrüfatı layihəsi vardırsa, onda gəlirli hər hansı bir sənaye
layihəsi təxirə salına bilər. Bütün bu maneələri keçdikdən sonra layihə gələcəkdə
maliyyələşdirilmək üçün ölkəyə kredit verilməsi üzrə çoxillik proqrama daxil edilir.
Layihənin texniki, iqtisadi, sosial və ekoloji standartlara uyğun olmasına görə ölkə özü
cavabdehdir. O, layihənin müxtəlif variantlarını hazırlayır, onlar üzrə gələcək xərcləri və mənfəəti
hesablayır, hər birinin qəbul olunmasının məqsədəuyğunluluğunu yoxlayır. Məsələn: istehsal
müəssisələrinin təkmilləşdirilməsi üçün verilən kreditdən əldə olunan gəlir onun modernləşdirilməsi
ilə əlaqədar olaraq ətraf mühitin çirklənməsindən əmələ gələn ziyanla tutuşdurulur. Buna görə də
layihə texniki-iqtisadi cəhətdən əsaslandırılır və layihənin hazırlanması mərhələsində onun
reallaşdırılmasının qrafiki tərtib olunur. Layihə hazırlanıb qurtarsa belə, DB onu maliyyələşdirməyə
hazır olmur. Çünki o hələ layihəni müstəqil olaraq qiymətləndirməlidir. Hər il yerlərdə 150 layihə
qiymətləndirilir ki, buna 3-4 həftə vaxt sərf olunur. DB-nin mütəxəssisləri və məsləhətçilərdən
ibarət olan qrup ölkə tərəfindən həyata keçirilən tədqiqatların nəticələri ilə tanış olur və sonra
layihəni texniki, iqtisadi, institusional və maliyyə cəhətdən təhlil edir. Layihənin
qiymətləndirilməsinin nəticələri haqqında DB-yə təqdim olunmuş hesabata əsasən ölkəyə kredit
verilməsinin şərtləri müəyyənləşdirilir, bankla və kredit alacaq ölkə arasında layihənin
müvəffəqiyyətlə reallaşdırlıması üzrə görüləcək tədbirlər razılaşdırılır. Qarşılıqlı güzəştlər yolu ilə
bankın və ölkənin nümayəndələri layihənin hazırlanması və qiymətləndirilməsi nəticəsində
meydana çıxan problemləri həll edirlər. Danışıqlar qurtardıqdan sonra bütün dəyişikliklər, düzəlişlər
nəzərə alınmaqla layihənin qiymətləndirilməsinin nəticələri haqqında hesabat, kredit sənədləri üzv
ölkənin nümayəndəliklərində olan direktora təsdiq üçün təqdim olunur. V mərhələdə tikintini həyata
keçirmək üçün lazım olan texnika və avadanlıq, mexanizmlər alınır, kadrların hazırlanması həyata
keçirilir. Üzv ölkələrə DB-dən kreditdən əldə olunan gəlirin həqiqi məqsədlər üçün istifadə
olunması tələbinə əsasən ildə 10 adam həftə ərzində layihənin reallaşdırılmasına nəzarət etmək üçün
göndərilir. Bankın əməkdaşları problemləri aşkar etmək və həllinə yardım göstərmək üçün istehsal
yerlərinə gedirlər. Nəzarət bir də ona görə lazımdır ki, bunun nəticəsində bank iqtisadi inkişaf
Vəliyeva L.M., Məmmədova E.Ş.
74
sahəsində ölkəyə texniki yardım göstərir. Kommersiya banklarından fərqli olaraq DB krediti təsdiq
edib ölkəyə vermir, o yalnız layihədə göstərilən tədbirlər həyata keçirildikdən sonra krediti verir.
Məsələn: vəsait yük maşınları, nasoslar və suvarma sistemi üçün avadanlıqlar alındıqdan sonra
ayrılır. Son 50 ildə yeni problemlərin meydana çıxması və bankın təcrübəsinin artması ilə əlaqədar
olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması onun əsas vəzifələrindən birinə çevrilmişdir.
Kifayət qədər kapitala malik olan Dünya Bankı qrupu qloballaşmanın inkişafı və maliyyə
böhranının dünya qarşısında qoyduğu qlobal məsələlərin həllində aparıcı rol oynamağa qadirdir.
Hazirda DB-nin əsas fəaliyyət istiqamətlərini aşağıdakı kimi qruplaşdıra bilərik:
-- inkişaf etməkdə olan ölkələrə infrastrukturun yaradılması üçün borcların verilməsi;
avtomobil və dəniz yolları, elektrik, rabitə, şəhər limanları, elektrik qurğuları tikintisi ,
eləcə də təhsilin və səhiyyənin inkişafı və kadr hazırlığı.
-- inkişaf etməkdə olan ölkələrə texniki köməklik göstərilməsi.
-- inkişaf etməkdə olan ölkələrdə ətraf mühitin mühafizəsi üzrə layihələrin və ölkələrin bu
sahədə fəaliyyətlərinin maliyyələşdirilməsi və s.
Elmi yeniliyi: Son zamanlar Dünya bakının fəaliyyətinin genişlənməsiylə əlaqədər olan
yeniliklər tədqiq edilmiş və onlar təsnifləndirilmişdir.
Tətbiqi əhəmiyyəti: Dünya bankı ilə əlaqə saxlamaq istəyən ölkələr ücün dəyərli vəsait kimi
əhəmiyyətlidir.
ƏDƏBİYYAT
1. Бородулина Л.П., Кудряшова И.А., Юрга В.А. Международные экономические
организации: Учеб. пособие. М.: Экономистъ, 2005. 298 с.
2. Ələkbərov Ə.H., Vəliyev M.Ə., Məmmədov S.M., Ramazanov M.K. Beynəlxalq iqtisadi
təşkilatlar (Ali məktəblər üçün dərslik). Bakı: Çaşıoğlu, 2010, 384 s.
3. Красавина Л.Н. Mеждународные валютно-кредитные и финансовые отношения: Учебник.
М.: Fинансы и статистика, 2008, 576 с.
РЕЗЮМЕ
МИРОВОЙ БАНК И ЕГО РОЛЬ В РЕШЕНИИ ГЛОБАЛЬНЫХ ПРОБЛЕМ.
Велиева Л.М., Мамедова Е.Ш.
Ключевые слова : мировой банк, инвестиция, финансы, кред
ит, капитал, экономическая
политика, повышение уровня жизни населения.
Мировой банк, выделяя кредит различным страном мира, а также оказывая им
консультативные услуги, техническую помощь, способствует внедрению в жизнь крупномасштабных
проектов. Основная цель при этом - сокращение бедности и повышение жизненного уровня
населения в развивающихся странах.
SUMMARY
THE WORLD BANKK'S ROLE IN SOLVING GLOBAL PROBLEMS
Valieva L.M., Mammadova E.Sh.
Key words: world bank, investment, finance, credit, capital, economic policy, raising the living
standard of population.
World Bank helps to fulfill largescale projects in different countries by giving consultation on issues
related to economic policy and providing technical assistance. It's main purpose is to reduce poverty and to
improve the quality of life in developing countries.
Daxilolma tarixi:
İlkin variant
11.12.2016
Son variant
27.09.2017
Dünya bankı və qlobal problemlərin həllində onun rolu