70
formalaşması vəzifəsi durur. Amortizasiya siyasəti metodlarının seçilməsi zamanı islahatlar həyata
keçirilmiş müəssisələrin azadlıq dərəcəsinin yüksəldilməsinə yönəldilmiş aşağıdakı dəyişiklikləri
aparmaq zəruridir:
- işləyən və işləməyən əsas fondları müəyyən etmək məqsədilə müəssisələrin əsas fondlarının
siyahıya alınmasının həyata keçirilməsi;
- əsas vəsaitlərin siyahıya alınması ilə və işləməyən əsas fondları təsərrüfat dövriyyəsindən
çıxarmaqla eyni vaxtda əsas vəsaitlərin növbəti yenidən qiymətləndirilməsinin aparılması;
- hesablama normaları, metodları, istifadə istiqamətləri də daxil olmaqla təzələnmiş
amortizasiya sisteminin istifadəsi haqqında əsasnamənin, eləcə də amortizasiya sisteminin tən-
zimlənməsi və dəyişdirilməsi qaydası haqqında əsasnamənin hazırlanması;
- investisiya ehtiyaclarına istifadə olunan amortizasiyadan vergi tutulması haqqında
əsasnamənin işlənib hazırlanması;
- sürətli amortizasiya istiqamətində amortizasiya siyasətinin təkmilləşdirilməsi;
- qeyri-xətti amortizasiya metodlarından, o cümlədən ikiqat amortizasiya normalarının tətbiqi
yolu ilə azalan qalıq metodundan istifadə;
- amortizasiya normalarının sadələşdirilməsi və genişləndirilməsi;
- özəlləşdirmə nəticəsində müəssisə tərəfindən alınan əsas fondlara azaldılmış amortizasiya
ayırmaları normativlərinin müəyyən edilməsi;
- müəssisələrdə təsərrüfat dövriyyəsindən çıxarılmış əsas kapitalın fəallaşdırılması üzrə
tədbirlərin həyata keçirilməsi;
- müəssisələrə xərcləri azaltmaq imkanı vermək məqsədilə amortizasiyanın hesablanması və
əsas fondların qiymətləndirilməsi qaydasının dəyişdirilməsi və s.
Kapital qoyuluşunun stimullaşdırılması üçün amortizasiya siyasətindən istifadə olunması
sərhədləri haqqında bütün yuxarıda qeyd olunanlar eyni dərəcədə vergi stimullarına da şamil edilir.
Təsərrüfat subyektlərinin amortizasiya ayırmalarının təyinatı üzrə istifadə etməsi üçün amortizasiya
ayırmaları haqqında hüquqi-normativ sənəd çox mühüm rol oynaya bilər. Həmin sənəd vasitəsilə
ziyanla işləyən müəssisə də investisiya üçün amortizasiya hesabına vəsait əldə etmiş olar.
Ümumiyyətlə, elə bir qanunun qəbul edilməsinə zərurət vardır ki, məhz bu qanun amortizasiya
ayırmalarının məcburi qaydada əsas kapitala- investisiya mənbəyinə çevrilməsini təmin etsin.
Elmi yeniliyi: məqalədə investisiya qoyuluşlarının artırılmasında amortizasiya siyasətinin rolu
nəzərdən keçirilmiş, əsas kapitalın dövlət tərəfindən icazə verilmiş sürətli amortizasiya silinməsinin
kütləvi tətbiqinin nəticələrinə baxılmış, amortizasiya siyasəti metodlarının seçilməsi zamanı
islahatlar həyata keçirilmiş müəssisələrin azadlıq dərəcəsinin yüksəldilməsinə yönəldilmiş bir sıra
dəyişikliklərin aparılmasının zəruriliyi vurğulanmışdır.
Tətbiqi əhəmiyyəti: Əsas kapitalın sürətləndirilmiş amortizasiyası iqtisadiyyatın dövlət
tənzimlənməsi üçün güclü alətdir və onun köməkliyi ilə ümumi investisiya qoyuluşunun miqyas və
strukturunu proqnozlaşdırmaq olar. Ona görə də respublikamızda sürətləndirilmiş amortizsiyanın
tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir.
ƏDƏBİYYAT
1. Kərimova T.İ. İqtisadiyyatın investisiya potensialı: formalaşması və istifadə mexanizmləri. Bakı:
İqtisad Universiteti, 2008, 225 s.
2. Hüseynova İ.M. Müəssisənin iqtisadiyyatı. Bakı: Bakı Biznes Universiteti, 2013, 304 s.
3. Xodov L.Q. Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi (Rus dilindən tərcümə). Bakı: İqtisad
Universiteti, 2008, 291 s.
Amortizasiya siyasəti investisiya qoyuluşlarının artırılması vasitələrindən biri kimi
71
РЕЗЮМЕ
АМОРТИЗАЦИОННАЯ ПОЛИТИКА КАК ОДНО ИЗ СРЕДСТВ ПОВЫШЕНИЯ
ИНВЕСТИЦИОННЫХ ВЛОЖЕНИЙ
Гусейнова М.С., Ахмедова Т.М.
Ключевые слова: инвестиция, амортизационная политика, основные фонды, финансы,
налоги, воспроизводство.
Одним из основных источников инвестиций предприятия являются амортизационные
отчисления. Увеличение этих средств – одна из основных задач производственных субъектов.
Реализация этих задач составляет основу амортизационной политики предприятия.
SUMMARY
AMORTIZATION POLICY AS A MEANS OF INCREASING INVESTMENTS
Huseynova M.S., Ahmadova T.M.
Key words: investment, depreciation policy, fixed assets, finances, taxes, reproduction.
One of the main sources of venture investment is depreciation. The increase in these funds is one of the
main tasks of the production entities. The implementation of these tasks is the basis of the depreciation
policy of the enterprise.
Daxilolma tarixi:
İlkin variant
28.11.2016
Son variant
27.09.2017
Hüseynova M.S., Əhmədova T.M.
72
UOT 336.7
DÜNYA BANKI VƏ QLOBAL PROBLEMLƏRİN HƏLLİNDƏ ONUN ROLU
1
VƏLİYEVA LALƏ MÜSƏLLİM qızı
2
MƏMMƏDOVA ELNARƏ ŞƏMSİ qızı
Sumqayıt Dövlət Universiteti, 1,2-baş müəllim
e-mail: Tarlan_76@mail.ru
Açar sözlər: dünya bankı,
investisiya, maliyyə, kredit, kapital, iqtisadi siyasət, əhalinin həyat
səviyyəsinin yüksəldilməsi.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı BYİB (Kapital bazarında Dünya Bankı (DB)
adlandırılır) qrupu hökumətlərarası institutlar arasında əksər ölkələrin iqtisadi inkişaf tempinə və
istiqamətinə təsir göstərən təşkilatdır. DB qrupu sənayecə inkişaf etmiş ölkələrin iqtisadi yardım
siyasətini koordinasiya edir, digər beynəlxalq iqtisadi təşkilatların fəaliyyətinə təsir göstərir və
inkişaf etməkdə olan ölkələrə (İEOÖ) onların iqtisadi proqramlarının həyata keçirilməsində texniki
yardım göstərir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını və özünün 3 filialını: Beynəlxalq
İnkişaf Assosiasiyası (BİA); Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İnvestisiya Təminatı
üzrə Çoxtərəfli Agentliyi (İTÇA) özündə birləşdirən bu hökumətlərarası investisiya qrupu dünyanın
ən nəhəng investisiya institutuna çevrilmişdir. BYİB qrupunun payına bütün digər beynəlxalq
təşkilatlar tərəfindən İEOÖ-lərə ayrılan illik vəsaitlərin yarısı düşür [1, 169].
İlk hökumətlərarası investisiya institutu olan BYİB BVF ilə eyni vaxtda – 1944-cü ilin
iyulunda keçirilən Bretton-Vuds konfrasında təsis edilib. BYİB-in yaradılması haqqında saziş 29
dövlət tərəfindən imzalanıb. Bu saziş sonradan onun nizamnaməsi oldu və 27 dekabr 1945-ci ildə
qüvvəyə mindi. Bank isə 25 iyun 1946-cı ildə öz fəaliyyətinə başladı. 1947-ci ildə BMT-nin Baş
Assambleyası BMT və BYİB arasında qarşılıqlı münasibətləri müəyyən edən akt qəbul etdi.
Bankın borc verdiyi vəsaitin əksər hissəsi dünya kapital bazarında fəaliyyət göstərən
investorlardan daxil olur. Onlar bankın istiqrazlarını alır və ya bank tərəfindən verilən borcların
müəyyən hissəsini öz üzərlərinə götürürlər. Əvəzetmə yolu ilə alınmış vəsaitlərə əlavə olaraq Bank öz
gəlirləri və əvvəllər verilmiş borcların qaytarılması hesabina yeni kreditləşdirmə mənbəyi yaradır.
BYİB-nin əməliyyat dairəsi adi kreditləşdirmə ilə müqayisədə çox genişdir. Bankın əsas
fəaliyyət istiqamətlərindən biri üzv ölkələrə texniki kömək göstərmək və məsləhətlər verməkdir. Bu
məqsədlə Bank həmin ölkələrə onun tələbatının ödənilməsi və tövsiyyələr hazırlanması üçün
görkəmli mütəxəssislərdən ibarət komissiya göndərir. Bankın daimi ekspertləri iqtisadi inkişaf
proqramlarının həyata keçirilməsi üçün hökumətlərə köməklik göstərirlər. Bu sahədə Bank BMT-
nin müxtəlif idarə və təşkilatları ilə əməkdaşlıq edir. Belə layihələr problemlərin çox geniş spektrini
əhatə edir: işçi qüvvəsinin öyrənilməsindən tutmuş, kənd yerləri və urbanlaşma rayonlarının
ətrafında su təminatı və çirkab suların tullantılarının ziyanının azaldılması texnologiyasına qədər
qlobal tədqiqatları əhatə edir [2, 323].
İlkin olaraq BYİB Avropanın müharibədən sonrakı dövrdə bərpası üçün kapital ehtiyatlarının
toplanması və yerləşdirilməsi ilə məşğul olmuşdur. 1948-ci ildə bank Avropa bərpa proqramının
həyata keçirilməsinə başladı, amma tezliklə bankın baş məsələsi şəxsi kapitalı məqbul şərtlərlə
istifadə edə bilməyən üzv dövlətlərə borclar verilməsi yolu ilə onlara köməklik göstərməli oldu
[2, 324].
DB BMT-nin ixtisaslaşmış maliyyə institutudur. Dünya Bankının ən ali səviyyədə strateji
vəzifəsi – bütün üzv ölkələrin iqtisadiyyatının dünya təsərrüfatı sisteminin əsas mərkəzləri (ABŞ,
Qərbi Avropa və Yaponiya) ilə inteqrasiyanın həyata keçirilməsinə kömək etməkdir.
DB-nin nizamnaməsində onun fəaliyyət dairəsi ətraflı şəkildə əks olunmuşdur. Bank İEOÖ-
lərin iqtisadiyyatına qoyulan perspektivli layihələrlə bağlı investisyalar üçün kredit verir. Kreditin
verilməsi onun geri qaytarılması ehtimalı nəzərə alınmaqla həyata keçirilir. Ayrılan hər bir kredit
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017