68
kapitalın sıradan çıxması və köhnəlməsinin maliyyə ifadəsi olaraq onun vergi tutulmayan dəyərinin
bir hissəsinin hər il amortizasiya fonduna çıxılmasıdır. Belə ki, bu fond mənfəətdən deyil, istehsal
xərcləri hesabına yaradılır. Bu fond təsərrüfat obyektini iş qabiliyyətli vəziyyətdə saxlamaq üçün
istifadə olunan kapital qoyuluşlarını maliyyələşdirən mənbədir. Amortizasiya ayırmaları hesabına
maliyyələşdirilən kapital qoyuluşları istehsal prosesi nəticəsində köhnəlmiş və sıradan çıxmış əsas
fondların təkrar istehsalının obyektiv və açıq zərurət olmasını əks etdirir. Əgər avadanlığın fiziki və
mənəvi aşınması təmir olunmasa, yeniləşməsə, onda əmtəə və xidmətlərin istehsalı dayanar. Əsas
fondların geniş təkrar istehsalı mexanizminin mahiyyəti ondan ibarətdir ki, amortizasiya
çıxılmalarının başlanğıcı ilə sıradan çıxmış avadanlığın, alətlərin, binaların əvəz olunması zərurəti
arasında vaxt ayrılığı mövcuddur. Bu vaxt ayrılığı əsas kapitalın maddi daşıyıcılarının xidmət
müddətinə bərabərdir.
Amortizasiya çıxımları avadanlığın ilkin işləmə anından başlayır, aşınmış maşınların yenisi ilə
əvəz olunması zərurəti isə avadanlığın ləğvi ilə başlayır. Əgər amortizasiya fonduna daxil olan
vəsaitlər o dəqiqə investisiyalara istifadə olunarsa, onda istehsal güclərinin başqa mənbələrdən
əlavə kapital qoyuluşu olmadan genişlənməsi, yəni istehsal güclərinin təbii artımı baş verər.
Qeyd olunduğu kimi, amortizasiya ayırmalarının illik ölçüləri avadanlığın xidmət
müddətindən asılıdır və məsrəflərin məbləğinə və vergi tutulan mənfəətin ölçülərinə təsir edir.
Bununla belə, avadanlığın, binanın, nəqliyyat vasitələrinin xidmət vaxtı nisbi məna kəsb edir. Bir
sahibkar köhnə qurğuları istifadə etməyə hazırdır, digəri isə texniki yeniliklər ortaya çıxdıqca maşın
parkını təzələndirməyə maraqlıdır. Sahibkarlar amortizasiya fonduna ayırmaların artımında
maraqlıdırlar. Belə ki, bu vəsaitləri mənfəətlə müqayisədə investisiyaların maliyyələşdirilməsində
istifadə olunması daha sərfəlidir və bu vəsaitlərdən vergi ödənilmir.
Amortizasiya ayırmalarının ölçülərinə dövlətin də xüsusi marağı vardır. Çox kiçik
amortizasiya ayırmaları - milli miqyasda kapital qoyuluşları üçün, geniş, təkrar və sadə istehsal
üçün məşğulluğun, tələbin təmin olunması üçün kifayət etmir. Böyük miqyasda ayırmalar
investisiyaların artımına, əsas kapitalın yeniləşməsinə gətirsə də, vergitutma bazası olan, elan
olunmuş mənfəətin azalmasına gətirir, yəni, büdcəyə vergi daxilolmalarını azaldır. Həddindən çox
amortizasiya çıxılmaları süni investisiya bumuna, konyunkturanın şişməsinə gətirib çıxara bilər.
Onlar sosial-siyasi nöqteyi-nəzərdən də çox təhlükəlidir. Dövlət büdcəsinin gəlir hissəsində
mənfəətdən vergi gəlirlərinin azalması digər qrup vergi ödəyicilərinin narazılığına gətirib çıxara
bilər. Əsas kapitalın maddi daşıyıcılarının xidmət müddətinin və onların sıradan çıxması qaydasının
müəyyən edilməsi bazar iqtisadiyyatlı ölkələrdə dövlətin funksiyası olmuşdur.
Əsas
fondların
dəyərinin
qiymətləndirilməsində
və
amortizasiya
normasının
müəyyənləşdirilməsində, həmçinin ayrılmış amortizasiyanın istehsalın yenilənməsi məsələsinin həlli
baxımından məqsədli istifadə olunmasının təmin olunmasında müəssisələrin müstəqilliyi az
əhəmiyyət kəsb etmir. Sürətləndirilmiş amortizasiya sferasının genişləndirlməsi də zəruridir.
Amortizasiya prosesinin sürətləndirlməsinin təbii məhdudlaşdırıcısı müəssisənin səmərəli
işinin təmin olunmasının zərurliyidir. Müəssisənin reallaşdırdığı məhsula elastik tələbin
mövcudluğu şəraitində onun amortizasiyanın artımına adekvat qiymət artımı imkanı mövcud olmur.
Ona görə də sürətləndirilmiş amortizasiya metodundan istifadə edilən zaman ayırmaların məbləği
balans mənfəətini aşmamalıdır. Sürətli amortizasiya əsas vəsaitlərin həqiqi istismar dövründən daha
qısa müddətdə amortizasiya fonduna silinməsidir. Bu halın iqtisadi mahiyyəti maşın, avadanlıqların,
binaların və qurğuların fiziki köhnəlməsi prosesi dövründə kalkulyasiya olunan istehsal xərclərində
əsas kapitalın əşya daşıyıcılarının dəyərinin istehsal olunan mallara və xidmətlərə aid edilməsindən
ibarətdir. Dövlət nizamlayıcı orqanları amortizasiya silinmələrinin dərəcələrini və qaydalarını
dəyişdirməklə istehsal xərclərinə aid edilərək vergidən azad olunan və yeni kapital qoyuluşlarının
maliyyələşdirilməsi üçün amortizasiya fonduna keçirilən sərbəst mənfəət hissəsini müəyyən edir.
Müasir şəraitdə əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə amortizasiya ayırmaları
investisiya qoyuluşlarının maliyyələşdirilməsinin əsas mənbəyi hesab olunur. Bu, müxtəlif illərdə
Amortizasiya siyasəti investisiya qoyuluşlarının artırılması vasitələrindən biri kimi
69
müxtəlif ölkələrdə məcmu investiyanın 50%-dən 80%-ə qədərini təşkil edir. Əsas kapitalın
amortizasiya silinmələrinin norma və modellərinin dəyişdirilməsi iqtisadiyyatın dövlət
tənzimlənməsinin ən əsas alətlərindən biridir.
Sürətli amortizasiya silinmələri mənfəətin kapitallaşdırılması formalarından biridir.
Mənfəətin kapitala belə çevrilməsi daha tez, rahat və ucuz başa gəlir. Belə ki, o nə azad kapital
bazarından cəlb edilmiş vəsait, nə də satılmış səhmlər üzrə səhmdarlara ödənilən dividend
ödənişlərinin vasitəsilə ifadə olunur və başlıca olaraq büdcəyə vergi ödənişi ilə müşayiət olunmur.
Əsas kapitalın müasir sürətli amortizasiya silinmələri, mənfəətin vergidən azad olunması yolu ilə
avadanlıq, bina və tikililərin həqiqi köhnəlməsi prosesindən tez, məcburi investisiya olunması şərti
ilə təkrar istehsalın dövlət tərəfindən nizamlanmasının miqyasını əks etdirir.
Əsas fondların surətli amortizasiyası korporativ biznesin investisiya fəallığına təsir
göstərməyin ən mühüm yollarından biri kimi çıxış edir. Sürətli amortizasiya mexanizmi vasitəsilə
kapital qoyuluşunun spesifik xüsusiyyəti ondan ibarətdir ki, kapitallaşdırılan mənfəətin əhəmiyyətli
hissəsi mənfəət şəklində deyil, malların və xidmətlərin istehsal xərclərinin tərkib hissəsi şəklində
özünü göstərir.
Amortizasiya ayırmalarının həcminin azalmaması və istifadəsinin səmərəsiz qalmaması üçün
amortizasiya fonduna bütün ayırmalar dərhal əsas kapitalın yeni investisiyasına sərf olunmalıdır.
Respublikamızda amortizasiya ayırmalarının və amortizasiya fondundan vəsaitlərin istifadəsi
sisteminin qaydaya qoyulması üçün bir sıra tədbirlər həyata keçirilməlidir. İlk növbədə, kiçik və
orta müəssisələrə silinmələr üzrə bəzi güzəştlər verilməlidir. Amortizasiya fondlarının indeksləş-
dirilməsi aparılmalıdır. Sürətli amortizasiya silinmələrinin dinamik və diferensial sistemlərinin
tətbiqinin zəruriliyi dövlət büdcəsinin gərginliyi və bununla bağlı olaraq mənfəətdən vergi yığımları
hissəsindən imtina etməyin mümkünsüzlüyü ilə üzləşir [2].
Əsas kapitalın dövlət tərəfindən icazə verilmiş sürətli amortizasiya silinməsinin kütləvi
tətbiqi aşağıdakılarla nəticələnər:
- kapitalın dövriyyəsi artar;
- amortizasiya fondunda gizlədilmiş mənfəət yığım və istehlaka bölgü nəticəsində tutulduğu
üçün yığımın milli gəlirdəki payı və tempi artar;
- sürətli amortizasiya silinməsi süni şəkildə istehsal xərclərini artırmaqla yanaşı, qiymət
artımına şərait yaradar;
- sürətləndirilmiş silinmə nəticəsində balans mənfəətinin süni surətdə azalması, mənfəətdən
büdcəyə vergi daxilolmalarının azalmasına səbəb olar, büdcə gəlirlərinin strukturu dəyişər;
- balans mənfəətinin azalması dividendlər şəklində ödənilən mənfəətin mütləq həcmini və
ümumilikdə onların səviyyəsini aşağı salar;
- sürətləndirilmiş amortizasiya silinməsi əsas fondların balans dəyərinin bazar dəyərindən
kənarlaşmasını şərtləndirər;
- kapital qoyuluşunun ənənəvi maliyyələşdirmə metodları zamanı pul vəsaitləri çoxsaylı
mərhələlərlə kapitala çevrildiyi halda, sürətləndirilmiş amortizasiya silinməsi hesabına investisiya
təminatı zamanı bu proses çox sadə, sürətli olmaqla yanaşı, onun əhəmiyyətli hissəsinin vergilərdən
azad olunması ilə müşahidə olunar.
Antiböhranlı tənzimləmə vasitəsi kimi əsas kapitalın sürətli amortizasiya silinməsi siyasətinin
daxili ziddiyəti aşağıdakılardan ibarətdir: böhran dövrü istehsal güclərinin yüklənməsi və məhsul
buraxılışı azalır, eyni zamanda hökumət əsas kapitalın ilkin dəyərinin daha böyük hissəsini silməyə
icazə verir ki, bu da mənfəətin əhəmiyyətli hissəsini amortizasiya fondunda, daha doğrusu, istehsal
xərclərində vergidən yayındırmaq imkanı verir. Lakin istehsal xərcləri böhran vaxtı onsuz da artır:
alıcıların ödənişi çətinləşir, malsatanlar müflisləşir, məhsulların saxlanması və satışına çəkilən
məsrəflər artır, kredit bahalaşır [3].
Yuxarıda qeyd olunanları nəzərə almaqla, hesab edirik ki, Azərbaycanda dövlətin
amortizasiya siyasəti sahəsində hesablamanın real bazasına malik amortizasiya sisteminin
Hüseynova M.S., Əhmədova T.M.