80
UOT 394
XAQANİ ŞİRVANİ YARADICILIĞINDA AİLƏ-ÖVLAD TƏRBİYƏSİ
DADAŞZADƏ ƏHLİMAN İBRAHİM oğlu
Sumqayıt Dövlət Universiteti, müəllim
e-mail: ehliman.@gmail.com
Açar sözlər: Xaqani, Azərbaycan, tərbiyə, saray, qayğı, sənətkar, hörmət
Böyük Azərbaycan şairi Xaqani 1120-ci ildə Şamaxı şəhəri yaxınlığındakı Məlhəm kəndində
sənətkar ailəsində anadan olmuşdur. Xaqani şairin ədəbi təxəllüsü, Əfzələddin onun kamillik ləqəbi,
adı isə İbrahimdir. Şair babasından tutmuş yaxın qohumlarına qədər bütün ailə üzvlərinə şeir
yazmış, onların xarakterinin əsas cizgilərini vermişdir.
Xaqaninin şair kimi yetişməsində, tərbiyəsində əmisi Ömər Osman oğlunun xüsusi rolu
olmuşdur. O, Xaqanini övladlığa götürüb doğma balası kimi səbr və təmkinlə onun təlim-tərbiyəsi
ilə məşğul olmuş, ona ilahiyyat, nücum, təbabət, fəlsəfə, riyaziyyat elmlərinə dair bilikləri
öyrətmişdir. Xaqani ilk şeirləri Həqayiqi (həqiqətləri sevən) təxəllüsü ilə yazmışdır. Bu təxəllüsü
ona əmisi vermişdir. Xaqani dərin kədərlə qarşılamış, çoxlu mərsiyələr yazmışdır. Xaqani şeir
sənəti sahəsində təkmilləşməsinə müəllimi, Şirvanşahlar sarayının məlum üş-şüərası (şairlər
padşahı) Əbü-Əla Gəncəvi güclü təsir göstərmiş, onu şagirdlərindən üstün tutaraq yeganə qızını
Xaqaniyə vermiş, Şirvanşahlar sarayına apararaq III Mənuçöhrə tanıtmış, saray şairləri sırasına
daxil olmasına şərait yaratmışdır. Ona Xaqani ləqəbini də o vermişdir. III Mənuçöhrün vəfatından
sonra hakimiyyətə gələn Axsitanın dövründə Xaqaninin sarayda vəziyyəti xeyli çətinləşmişdir.
Xaqaninin səylərinə baxmayaraq, Axsitan ona münasibətini dəyişməmişdir. Ona görə də sarayda
Xaqani dərin mənəvi və ruhi iztirablar keçirmişdir. O, həmin illərdə Kəbə hesab etdiyi vətəni
Şamaxıdan çıxmağa çalışmışdır. Xaqani 1156-cı ildə 36 yaşında Məkkəyə getmək bəhanəsi ilə
Şirvanşahdan çıxmağa icazə ala bilir. Bir ilə qədər çəkmiş səfər zamanı bir çox Şərq ölkələrini,
Ərdəbil, Həmədan, Bağdad, Şam, Mosul, İsfahan kimi mədəniyyət mərkəzlərini gəzib görkəmli
alimlər və dövlət xadimləri ilə görüşür. O gəzib gördüyü yerlərin iqlimi, coğrafi şəraiti, əhalinin
məişəti, əxlaqı, adət-ənənələri ilə tanış olur. Həmin səfərin nəticəsində Xaqani Azərbaycan
ədəbiyyatına Sasanilər dövlətinin dəbdəbəsini, keçmiş mədain sarayının zər-zinətini, xərabələrini
yüksək poetik bir dillə təsvir edir.
“Töhfət-ül-İraqeyn” adlı məzmun səfərnaməsində isə Xaqani ata və anasından, onlara
səmimi münasibətindən, qohumlarından, gəzdiyi ölkələrdən, rast gəldiyi adlı-sanlı adamlarından
söhbət açır. Xaqani ikinci dəfə Şamaxıdan çıxmaq istəyərkən tutulub Şabran qalasına salınır. Yeddi
aydan sonra Xaqani həbsxanadan buraxılır. Zindandakı ağır günlərini “Həbsiyyə” əsərində təsvir
edir. Xaqani Məkkə ziyarəti bəhanəsi ilə Şamaxını tərk edir. Məkkəyə ikinci səfərindən sonra o,
Şirvana qayıdır. Onun həyatının son illəri çox kədərli olmuşdur. Bir-birinin ardınca arvadı, qızı,
oğlu vəfat edir. Şirvanda həyatı ağır keçdiyindən Xaqani Təbrizə köçür.
Xaqani 1199-cu ildə Təbrizdə vəfat edir. Xaqani elmə, elm öyrənməyə yüksək qiymət
vermiş, böyüklərin ağıl və elmindən sağ və sol əli doldurmağı, özünü elm və bilik kölgəsində
saxlamağı, dövlətə zəhmətlə, biliklə çatmağı zəruri saymışdır. O, biliyi, etibarı kişinin şərəfi
adlandırırdı. Ağıllı insanlar xalq üçün qənimətdir. Ağıllı adamlar ziyan çəksə də, xalq üçün
çalışırlar. Loğvalanmayan adamları xalq çox sevər. İnsanlar var-dövləti ilə deyil, hikməti ilə
öyünməlidirlər. Xaqani ata qayğısı və ana nəvazişini yüksək qiymətləndirərək uşaqların
tərbiyəsində onların xidmətlərini xüsusi qeyd edir. Anasının köməyi sayəsində müdriklik zirvəsinə
yüksəldiyini yazır. O, bütün övladlara nəsihətində deyirdi: -“Hər nə etsən, ana haqqını unutma. Ana
canını sənə qurban edib”. [1,49]
Xaqani deyirdi ki, olmasaydı ana zəhməti, qazana bilməzdim mən bu şöhrəti [2,59].
Xaqani Şirvani övlad tərbiyəsində ata-ananın roluna yüksək qiymət verərək “Töhfət-ül İraqeyn”
adlı əsərində yazırdı: Atam Nəccar Əlidir, o, məni böyüdüb, çörək verəndir. Mənim borcum onun
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 1 2017
81
bütün zəhmətinin əvəzini ödəməkdir. Atam öz ailəsini çox sevirdi, mənim borcum ailəni qoruyub
saxlamaqdır, atam mənə toxunub zərər gətirən hər bir şey üçün canını verməyə hazır idi.
Səhv edib dadsaydım dünyada əgər
Canları məhv edən acı bir zəhər.
Satardı ən əziz hər nəyi vardı,
O, zəhəri məhv edən dərman alardı.
O, can sərf edən hər istəyimə,
Əgər quş südü də istəsəm, yenə
Hansı yolla olsa, tapardı, inan;
O, mənə canını edərdi qurban.
O bir soltan kimi əmr verərkən,
Quş kimi hazırdım qulluğunda mən. [3,58]
Xaqani onun inkişafına ruh verən ananın tərifinə bir neçə şeir həsr etmişdir. Xaqani yazırdı:
“Mənim şeirimin az-çox şöhrət qazanmasının səbəbi anamdır. Anam ismət aləmində çox möhtərəm
bir şəxsiyyət idi. O, Züleyxa kimi bir xanım, hüsnündə isə Rum gözəli idi. Anam övladlarına xüsusi
qayğı göstərirdi. Atam anama Quranı qəbul etdirmişdir. Anam öz paklığı və ləyaqəti ilə nəinki
övladlarına, hətta bütün qadınlara nümunə idi. Bütün şirvanlılar anamdakı yüksək keyfiyyətlərə
görə şirvanlı olmaları ilə fəxr edirdilər. Mənim başıma Şirvanda min bəla gəlsə də, hara getsəm,
yenə Şirvana qayıtmalı olurdum”.
Onun ruzu ilə xoş olar halım,
Onun duası ilə gülər iqbalım.
Onun hər sözündən alıram nüvvət;
Qəlbini şum etdi, verdi nəsihət,
Düşmən tənəsilə kəsilsə yolum,
O zəif qarıdan güc alar qohum.
Onun duaları olmasaydı, ah!
Ömrüm puç olardı, yəqin bir sabah! [3,59]
Xaqani Şirvanı özünün “gənclərə nəsihət” adlı şeirində bu gün də müasir gənclik üçün böyük
əhəmiyyət kəsb edən fikirlər söyləmişdir. Xaqani deyirdi ki, ey cavanlar, fitnə törətməkdən, fitnəkar
olmaqdan həmişə uzaq olmağa çalışın. Xaqani daha sonra gənclərə nəsihət edirdi ki, bilin və agah
olun ki, hiyləgərlik və oğurluğun əvvəli xoşdursa, sonluğu isə əlin kəsilməsi ilə qurtarır.
Xaqani gənclərə məsləhət görürdü ki, bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün heç
vaxt əlindən getməz. Xaqani daha sonra gəncliyə nəsihət edirdi ki, gördüyü hər kəsi insan zənn
etmə, elə insanlar var ki, zatən, onlar şeytandır.
Boyun böyüklüyü deyildir gərək,
Hümmət böyük olsun, bir də ki, ürək...
Dünyada ağıl tək bir ustad varmı?
O bir qul yanında şagird olarmı?
Ədəbdən canına bir tilsim düzəlt,
Kəsranın ğacına ədəbdir zinət.
Qorun pis adamadan, anla ki, onlar
Əqrəb tək kor olar, ilan tək lal, kar. [3,178]
Xaqani həddən artıq ailəcanlı adam olmuş həyat yoldaşını, uşaqlarını dərin məhəbbətlə
sevmişdi. Həyat yoldaşının və oğlunun ölümünə həsr etdiyi şerindən bu daha aydın görünür:
Var idi mənim vəfalı yarım,
Xoş keçdi onunla ruzigarım.
Yıxdı evimi də bu bədnəzərlər,
Soldu mənim o bağım, baharım
Barlı, bərəkətli, bollu süfrəm,
Oldu nə yaman bu gün-güzarım.
Zövcəm var ikən şirin gülüşlə,
Göz yaşları oldu indi yarım.
Dadaşzadə Ə.İ.