Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

 

80 


 

 

UOT 394 

 

XAQANİ ŞİRVANİ YARADICILIĞINDA AİLƏ-ÖVLAD TƏRBİYƏSİ 

 

DADAŞZADƏ ƏHLİMAN İBRAHİM oğlu 

Sumqayıt Dövlət Universiteti, müəllim 

e-mail: ehliman.@gmail.com 

 

Açar sözlər: Xaqani, Azərbaycan, tərbiyə, saray, qayğı, sənətkar, hörmət  

 

Böyük Azərbaycan şairi Xaqani 1120-ci ildə Şamaxı şəhəri yaxınlığındakı Məlhəm kəndində 



sənətkar ailəsində anadan olmuşdur. Xaqani şairin ədəbi təxəllüsü, Əfzələddin onun kamillik ləqəbi, 

adı  isə  İbrahimdir.  Şair  babasından  tutmuş  yaxın  qohumlarına  qədər  bütün  ailə  üzvlərinə  şeir 

yazmış, onların xarakterinin əsas cizgilərini vermişdir. 

  Xaqaninin  şair  kimi  yetişməsində,  tərbiyəsində  əmisi  Ömər  Osman  oğlunun  xüsusi  rolu 

olmuşdur. O, Xaqanini övladlığa götürüb doğma balası kimi səbr və təmkinlə onun təlim-tərbiyəsi 

ilə  məşğul  olmuş,  ona  ilahiyyat,  nücum,  təbabət,  fəlsəfə,  riyaziyyat  elmlərinə  dair  bilikləri 

öyrətmişdir.  Xaqani  ilk  şeirləri  Həqayiqi  (həqiqətləri  sevən)  təxəllüsü  ilə  yazmışdır.  Bu  təxəllüsü 

ona  əmisi  vermişdir.  Xaqani  dərin  kədərlə  qarşılamış,  çoxlu  mərsiyələr  yazmışdır.  Xaqani  şeir 

sənəti  sahəsində  təkmilləşməsinə  müəllimi,  Şirvanşahlar  sarayının  məlum  üş-şüərası  (şairlər 

padşahı)  Əbü-Əla  Gəncəvi  güclü  təsir  göstərmiş,  onu  şagirdlərindən  üstün  tutaraq  yeganə  qızını 

Xaqaniyə  vermiş,  Şirvanşahlar  sarayına  apararaq  III  Mənuçöhrə  tanıtmış,  saray  şairləri  sırasına 

daxil olmasına şərait yaratmışdır. Ona Xaqani ləqəbini də o vermişdir. III Mənuçöhrün vəfatından 

sonra  hakimiyyətə  gələn  Axsitanın  dövründə  Xaqaninin  sarayda  vəziyyəti  xeyli  çətinləşmişdir. 

Xaqaninin  səylərinə  baxmayaraq,  Axsitan  ona  münasibətini  dəyişməmişdir.  Ona  görə  də  sarayda 

Xaqani  dərin  mənəvi  və  ruhi  iztirablar  keçirmişdir.  O,  həmin  illərdə  Kəbə  hesab  etdiyi  vətəni 

Şamaxıdan  çıxmağa  çalışmışdır.  Xaqani  1156-cı  ildə  36  yaşında  Məkkəyə  getmək  bəhanəsi  ilə 

Şirvanşahdan  çıxmağa  icazə  ala  bilir.  Bir  ilə  qədər  çəkmiş  səfər  zamanı  bir  çox  Şərq  ölkələrini, 

Ərdəbil,  Həmədan,  Bağdad,  Şam,  Mosul,  İsfahan  kimi  mədəniyyət  mərkəzlərini  gəzib  görkəmli 

alimlər  və  dövlət  xadimləri  ilə  görüşür.  O  gəzib  gördüyü  yerlərin  iqlimi,  coğrafi  şəraiti,  əhalinin 

məişəti,  əxlaqı,  adət-ənənələri  ilə  tanış  olur.  Həmin  səfərin  nəticəsində  Xaqani  Azərbaycan 

ədəbiyyatına  Sasanilər  dövlətinin  dəbdəbəsini,  keçmiş  mədain  sarayının  zər-zinətini,  xərabələrini 

yüksək poetik bir dillə təsvir edir. 

  “Töhfət-ül-İraqeyn”  adlı  məzmun  səfərnaməsində  isə  Xaqani  ata  və  anasından,  onlara 

səmimi  münasibətindən,  qohumlarından,  gəzdiyi  ölkələrdən,  rast  gəldiyi  adlı-sanlı  adamlarından 

söhbət açır. Xaqani ikinci dəfə Şamaxıdan çıxmaq istəyərkən tutulub Şabran qalasına salınır. Yeddi 

aydan  sonra  Xaqani  həbsxanadan  buraxılır.  Zindandakı  ağır  günlərini  “Həbsiyyə”  əsərində  təsvir 

edir.  Xaqani  Məkkə  ziyarəti  bəhanəsi  ilə  Şamaxını  tərk  edir.  Məkkəyə  ikinci  səfərindən  sonra  o, 

Şirvana  qayıdır.  Onun  həyatının  son  illəri  çox  kədərli  olmuşdur.  Bir-birinin  ardınca  arvadı,  qızı, 

oğlu vəfat edir. Şirvanda həyatı ağır keçdiyindən Xaqani Təbrizə köçür. 

  Xaqani  1199-cu  ildə  Təbrizdə  vəfat  edir.  Xaqani  elmə,  elm  öyrənməyə  yüksək  qiymət 

vermiş,  böyüklərin  ağıl  və  elmindən  sağ  və  sol  əli  doldurmağı,  özünü  elm  və  bilik  kölgəsində 

saxlamağı,  dövlətə  zəhmətlə,  biliklə  çatmağı  zəruri  saymışdır.  O,  biliyi,  etibarı  kişinin  şərəfi 

adlandırırdı.  Ağıllı  insanlar  xalq  üçün  qənimətdir.  Ağıllı  adamlar  ziyan  çəksə  də,  xalq  üçün 

çalışırlar.  Loğvalanmayan  adamları  xalq  çox  sevər.  İnsanlar  var-dövləti  ilə  deyil,  hikməti  ilə 

öyünməlidirlər.  Xaqani  ata  qayğısı  və  ana  nəvazişini  yüksək  qiymətləndirərək  uşaqların 

tərbiyəsində onların xidmətlərini xüsusi qeyd edir. Anasının köməyi sayəsində müdriklik zirvəsinə 

yüksəldiyini yazır. O, bütün övladlara nəsihətində deyirdi: -“Hər nə etsən, ana haqqını unutma. Ana 

canını sənə qurban edib”. [1,49] 

Xaqani deyirdi ki, olmasaydı ana zəhməti, qazana bilməzdim mən bu şöhrəti [2,59].  

Xaqani Şirvani övlad tərbiyəsində ata-ananın roluna yüksək qiymət verərək “Töhfət-ül İraqeyn” 

adlı  əsərində  yazırdı:  Atam  Nəccar  Əlidir,  o,  məni  böyüdüb,  çörək  verəndir.  Mənim  borcum  onun 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

81 


 

bütün  zəhmətinin  əvəzini  ödəməkdir.  Atam  öz  ailəsini  çox  sevirdi,  mənim  borcum  ailəni  qoruyub 

saxlamaqdır, atam mənə toxunub zərər gətirən hər bir şey üçün canını verməyə hazır idi.  

Səhv edib dadsaydım dünyada əgər 

Canları məhv edən acı bir zəhər. 

Satardı ən əziz hər nəyi vardı, 

O, zəhəri məhv edən dərman alardı. 

O, can sərf edən hər istəyimə, 

Əgər quş südü də istəsəm, yenə 

Hansı yolla olsa, tapardı, inan; 

O, mənə canını edərdi qurban. 

O bir soltan kimi əmr verərkən,  

Quş kimi hazırdım qulluğunda mən. [3,58] 

Xaqani onun inkişafına ruh verən ananın tərifinə  bir neçə şeir həsr etmişdir. Xaqani yazırdı:  

“Mənim şeirimin az-çox şöhrət qazanmasının səbəbi anamdır. Anam ismət aləmində çox möhtərəm 

bir şəxsiyyət idi. O, Züleyxa kimi bir xanım, hüsnündə isə Rum gözəli idi. Anam övladlarına xüsusi 

qayğı  göstərirdi.  Atam  anama  Quranı  qəbul  etdirmişdir.  Anam  öz  paklığı  və  ləyaqəti  ilə  nəinki 

övladlarına,  hətta  bütün  qadınlara  nümunə  idi.  Bütün  şirvanlılar  anamdakı  yüksək  keyfiyyətlərə 

görə  şirvanlı  olmaları  ilə  fəxr  edirdilər.  Mənim  başıma  Şirvanda  min  bəla  gəlsə  də,  hara  getsəm, 

yenə Şirvana qayıtmalı olurdum”. 



Onun ruzu ilə xoş olar halım, 

Onun duası ilə gülər iqbalım. 

Onun hər sözündən alıram nüvvət; 

Qəlbini şum etdi, verdi nəsihət

Düşmən tənəsilə kəsilsə yolum, 

O zəif qarıdan güc alar qohum. 

Onun duaları olmasaydı, ah! 

Ömrüm puç olardı, yəqin bir sabah! [3,59] 

Xaqani Şirvanı özünün “gənclərə nəsihət” adlı şeirində bu gün də müasir gənclik üçün böyük 

əhəmiyyət kəsb edən fikirlər söyləmişdir. Xaqani deyirdi ki, ey cavanlar, fitnə törətməkdən, fitnəkar 

olmaqdan həmişə uzaq olmağa çalışın. Xaqani daha sonra gənclərə nəsihət edirdi ki, bilin və agah 

olun ki, hiyləgərlik və oğurluğun əvvəli xoşdursa, sonluğu isə əlin kəsilməsi ilə qurtarır. 

Xaqani  gənclərə  məsləhət  görürdü  ki,  bir  kiçik  adama  nəvaziş  etsən,  sənin  böyüklüyün  heç 

vaxt  əlindən  getməz.  Xaqani  daha  sonra  gəncliyə  nəsihət  edirdi  ki,  gördüyü  hər  kəsi  insan  zənn 

etmə, elə insanlar var ki, zatən, onlar şeytandır. 



Boyun böyüklüyü deyildir gərək, 

Hümmət böyük olsun, bir də ki, ürək... 

Dünyada ağıl tək bir ustad varmı? 

O bir qul yanında şagird olarmı? 

Ədəbdən canına bir tilsim düzəlt, 

Kəsranın ğacına ədəbdir zinət. 

Qorun pis adamadan, anla ki, onlar 

Əqrəb tək kor olar, ilan tək lal, kar. [3,178] 

Xaqani həddən artıq ailəcanlı adam olmuş həyat yoldaşını, uşaqlarını dərin məhəbbətlə 

sevmişdi. Həyat yoldaşının və oğlunun ölümünə həsr etdiyi şerindən bu daha aydın görünür: 

Var idi mənim vəfalı yarım, 

Xoş keçdi onunla ruzigarım.  

Yıxdı evimi də bu bədnəzərlər, 

Soldu mənim o bağım, baharım 

Barlı, bərəkətli, bollu süfrəm, 

Oldu nə yaman bu gün-güzarım. 

Zövcəm var ikən şirin gülüşlə

Göz yaşları oldu indi yarım. 

 

Dadaşzadə Ə.İ.  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə