Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

 
75 
 
 
UOT 334.341                     
 
ƏRZAQ TƏHLÜKƏSİZLİYİ ƏSAS QLOBAL İQTİSADİ PROBLEM KİMİ 
 
ABDULLAYEV LOĞMAN İMRAN oğlu 
Sumqayıt Dövlət Universiteti, dosent 
ƏZİZOVA KƏMALƏ VAQİF qızı 
Sumqayıt Dövlət Universiteti, baş müəllim 
e-mail: Elnare Memmedova @ box.az
 
Açar sözlər:  iqtisadi inkişaf, təbii sərvətlər, ərzaq təhlükəsizliyi, süni zülal, aqrar sektor 
Son  15-20  ildə  qlobal  problemlərin  müxtəlif  aspektləri  elmin  müxtəlif  sahələri  üzrə  ətraflı 
tədqiq  edilməkdədir.  Artıq  qloballıq  anlayışı  kompleks  elmi  istiqamət  kimi  bir  çox  təbii  və 
humanitar elmlərin tədqiqat predmetinə daxil olmuşdur. Bu mənada, qloballıq hər şeyi əhatə edən, 
iri  miqyaslı,  planetar  əhəmiyyətli  anlayış  kimi  bütün  dünyanın  və  bəşəriyyətin  taleyinə  toxunan 
problemləri özündə əhatə  edir. Özü də bu problemlərin sayı çoxalmaqdadır. Hazırda  tədqiqatçılar 
dünyanın  taleyinə  toxunan  təbii  ehtiyatlardan  səmərəli  və  kompleks  istifadə  edilməklə  alternativ 
ərzaq mənbələrinin axtarılıb  tapılması,  ərzaq təhlükəsizliyi,   dünya əhalisini ərzaqla təmin  etmək, 
düşünülmüş  siyasət  yürüdülməklə  əhali  artımı  problemlərinin  düzgün  tənzimlənməsi  və  s.  bu  cür 
problemləri qlobal problemlərdən hesab edirlər.    
 İnsan  övladının  öz  ehtiyaclarını  təbiətin  hazır  resursları  ilə ödəyərək  yaşadığı “mənimsəmə 
iqtisadiyyatı”  mərhələsindən  “istehsal  iqtisadiyyatı”  mərhələsinə keçdiyi andan ilk fəaliyyət sahəsi 
olan aqrar sektor, iqtisadiyyatın ən qədim sahəsi olmaqla uzun bir  tarixi  yol  keçmişdir. Aqrar  sektor  
fəaliyyətlərinin    iqtisadi    həyatdakı    rolunun    daim  dəyişildiyi    və  iqtisadi    inkişafın    hər    bir  
mərhələsində yeni  məzmun  kəsb  etdiyi  bu müddət  ərzində təbii  olaraq  bu  fəaliyyətlərlə bağlı  
nəzəri  baxışlar  və bir  növ  bu baxışların ümumiləşdirilərək  gerçək həyatda  reallaşdırlma  forması 
olan  iqtisadi  siyasət  doktrinaları    da    dəyişərək    inkişaf    etmiş  və  bu    günkü    səviyyəsinə  gəlib  
çatmışdır.    Bu  dəyişiklikləri  dünya  iqtisadi  inkişaf  tarixinin  üç  böyük  mərhələsi  üzrə  xarakterizə 
etmək  mümkündür:   “Birinci  dalğa”  (first  wave)  kimi  ifadə olunan,  kənd  təsərrüfatı  və təbii  
resurslara əsaslanan inkişaf mərhələsi dayanır;   İkinci  dalğa”  (second  wave)  kimi  ifadə bütövlükdə 
həmin  dövrə qədər  olan  sosial,  iqtisadi,  siyasi  və mədəni həyatı dəyişdirmiş sənayeləşmə prossesi 
iqtisadi  nəzəriyyələri  və  dövlət  siyasətini  də  bu  prossesin  sürətləndirilməsi  və  sənaye  sektorunun 
inkişaf  etdirilməsi  yolunda  aqrar  sektorun  rolunun  qiymətləndirilməsi  və  artırılması  istiqamətinə 
yönəltmişdir;      “Üçüncü  dalğa”  (third  wave)  kimi  ifadə  olunan  post-sənaye  mərhələsi:  1960-70-ci 
illərdən başlayan elmi-texniki inqilabla ortaya çıxan və 1980-ci illərdən başlayaraq liberallaşma  və 
qloballaşma  prossesləri  ilə birləşən  və digər  adı  informasiya cəmiyyəti dövrü adlanan bu mərhələ 
iqtisadi  nəzəriyyələr  və  həyata  keçirilən  iqtisadi  siyasət  mexanizmlərində  də  yeni  reallıqları  ortaya 
çıxarmışdır ki, bu aqrar sahədən də yan keçməmişdir.  
Əhalinin ərzaq təhlükəsizliyi problemi XX əsrin 70-ci illərində inkişaf etməkdə olan ölkələrdə 
baş verən sosial-iqtisadi  proseslərlə  əlaqədar olaraq dünya ictimaiyyəti tərəfindən güclü  müzakirə 
predmetinə çevrildi. O zamanlar qlobal ziddiyyət meydana gəlmişdi. İnkişaf etmiş ölkələrdə ərzaq 
məhsullarının ifrat istehsalı bir sıra 3-cü dünya ölkələrində əhalinin kütləvi aclığı və yeməməzliyi 
ilə müşayiət olunurdu. 
Bəşəriyyət yarandıgı  vaxtdan indiyə kimi onu əhatə edən təbiətə təsir göstərir. Hələ ilk ibtidai 
yaşayış dövründən insanlar ətraf mühitlə hesablaşmağa məcbur olmuşlar.  Çünki   müvafiq,əlverişli 
sığınacaq  yeri  seçmək,  ərzaq  əldə  etmək  üçün  ətraf  mühitin  xüsusiyyətlərini,    vegetasiya, 
heyvanların artıb çoxalması, miqrasiya prinsiplərini və s. öyrənmək lazım gəlmişdir. Yüz min illər 
ərzində  insanlar  təbiətin  sabit  qanunlarına  qarşı  çıxmaqla,  istər-istəməz  ətraf  mühitin  sabitliyinin 
pozulmasına  cəhd  göstərmişlər.  Bu  vəziyyət  müasir  dövrdə,  yəni  elmi-texniki  tərəqqi  əsrində 
xüsusilə kəskinləşmişdir [1]. 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 
76 
 
 Təbii  sərvətlərdən    yüz  illərdən  bəri  kortəbii  istifadə  etmək  ətraf  mühitin  bütün    dünya 
miqyasında dəyişilməsinə gətirib çıxarmışdır. Məsələn, təbiətin bir milyard il ərzində yarada  bildiyi 
təbii  sərvəti  bəşəriyyət  cəmi  yüz  il  müddətində  istifadə  etmişdir.  Təbii  sərvətlərin  qənaətsiz 
istismarı, həmçinin ətraf mühit üçün “əlavə yük” sayılan tullantıların yeni-yeni əraziləri tutmasına 
səbəb olmuşdur. 
 Dünya əhalisini ərzaqla təmin etmək dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu mühüm 
problem  Birləşmiş  Millətlər  Təşkilatında,  Ümumdünya  müşavirələrində  dəfələrlə  müzakirə 
edilmişdir. Yer kürəsində üzvi aləmin yaradılması və sərf edilməsi yolları qlobal bir problem kimi 
dünya alimləri tərəfindən tədqiq edilmişdir. Son 15 il ərzində “dünya aclığı” problemi üzrə aparılan 
tədqiqatlardan məlumdur ki, həqiqətən indi dünya əhalisinin hər üç nəfərindən biri tam ac, biri isə 
yarımacdır.    Bununla  yanaşı,  ümumiyyətlə,  insanlar  arasında  zülal  aclığı  hökm  sürür,  müxtəlif 
fikirlər  söylənilsə  də  zülal  çatışmazlığının  labüdlüyü  mübahisə  yaratmır.    Dünyada  ərzaq 
çatışmazlığının əsas səbəblərindən biri istehsal edilən məhsulun qeyri-mütanasib bölüşdürülməsidir.   
BMT-nin məlumatına görə mövcud dünya əhalisinin ərzaq təhlükəsizliyini  təmin etmək üçün 
indi istehsal olunan məhsulun miqdarını  2 dəfə artırmaq lazımdır. 
Ərzaq probleminin yaranmasına səbəb inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının zəif 
inkişafı,  onun  birtərəfli  istiqamətdə  aparılması  və  məhsullarının  əsas  hissəsinin  ixrac  edilməsidir. 
Ərzaq probleminin həlli üçün onun kəskin olduğu ölkələrdə kənd təsərrüfatının inkişafı ekstensiv və 
intensiv  yollarla  aparılması  lazımdır.  Kənd  təsərrüfatının  ekstensiv  inkişaf  yolu  çoxlu  maliyyə 
vəsaiti tələb edir. Ona görə beynəlxalq maliyyə təşkilatlarının və inkişaf etmiş ölkələrin geri qalmış 
ölkələrə  köməyi  lazımdır.  Dünyada  kənd  təsrrüfatına    yararlı  olan  3,2-3,4  mlrd  ha  torpaqlardan 
hələlik yalnız yarısı istifadə edilir. Lakin dünyanın əksər ölkələrində intensiv yol kənd təsərrüfatının 
əsas  inkişaf  istiqaməti  kimi  qəbul  edilir.  Əkinçilik  məhsullarının  artımının  9/10  hissəsi  bunun 
hesabına olur.  
Dünya Bankının proqnozlarına görə planetin əhalisi 2025-ci  ildə 3 mlrd. nəfər artacaq. Bu, əsasən 
Asiya regionları hesabına baş verəcək. 3 mlrd. insan qlobal su ehtiyatları böhranı ilə üzləşəcək və su 
çatışmazlığından  əziyyət çəkəcək, urbanizasiya böhranı olacaqdır ki, nəticədə də  yaxın 30 ildə şəhər 
əhalisi 3 dəfə artacaq. 2020-ci ildə Afrika əhalisinin üçdə ikisi bu gün heç də iqtisadi artım müşahidə 
edilməyən  şəhərlərdə  yaşayacaqdır.  Yaxın  15  ildə  dünya  əhalisini  ərzaqla  təmin  etmək  üçün  ya 
məhsuldarlığı  3  dəfə  artırmaq,  yaxud  da  əkin  sahələrini  3  dəfə  artırmaq  lazım  gələcək,  lakin  reallıq 
budur ki, əksər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta hesabla 50%-i təşkil edəcəkdir. Yaxın 30 
ildə ərzaq məhsullarının istehsalı yalnız 2 dəfə artacaq. Deməli, demoqrafik böhran, qlobal su ehtiyatları 
böhranı, urbanizasiya probleminə ərzaq böhranı da əlavə olunacaq.  
Texniki  tərəqqinin  müasir  və  getdikcə  artan  inkişafı  ilə  əlaqədar  quru  sahənin  xeyli  hissəsi 
çirklənir və yarasızlaşır. Müasir hesablamalara görə, hər adamın orta təminatı üçün 0,4 hektar əkin 
sahəsi  lazımdır.  Dünya  əhalisini  qida-ərzaqla  təmin  etmək  üçün  yararlı  torpaq  sahələrinin 
imkanlarını azaldan əyani səbəblərdən biri də torpağın çirklənməsidir.  Beləliklə, torpaq fondundan 
səmərəli  istifadə  olunarsa,  qida  qıtlığı  azalar.  Göstərilən  faktlar  bir  daha    sübut  edir  ki,  Yer 
kürəsinin quru sahəsinin bütün  imkanlarından  hələlik hərtərəfli və səmərəli istifadə edilmir. 
 Ötən  əsrin  90-cı  illərinin  sonlarindan  başlayaraq  ərzaq  təhlükəsizliyi  qlobal  əhəmiyyətli 
problemə  çevrilmişdir.  Xeyli  vaxtdır  ki,  dünya  miqyasında  ərzaq  təhlükəsizliyi    qlobal  problem 
kimi  öz  həllini  gözləyir.  Bununla  əlaqədar  olaraq,  bəşəriyyətin  qarşısında  duran    “zülal  aclığı” 
aktual problemlərdən biridir. İnana bilmirsən ki, elm və texnikanın yüksək səviyyədə tərəqqi etdiyi 
bir dövrdə dünya əhalisinin üçdə iki hissəsi zülal aclığı çəkir.  Bugünki təlabata görə bəşəriyyətin 
heyvan mənşəli zülala olan ehtiyacı daha kəskindir. Hesablamalara görə hər adamın normal inkişafı 
üçün  gündə  50-60  qram    təbii  zülal  tələb  olunur.    Təcrübələr  göstərir  ki,  zülal  aclığı  zamanı 
orqanizmdə  ağır    keçən  və  çox  vaxt  ölümlə  nəticələnən  xəstəliklər  əmələ  gəlir  [2].  Ərzaq 
təhlükəsizliyinin  qarşısının  alınması  öz    növbəsində    zülal  aclığına  son  qoyar  və  on  milyonlarla 
insan    həyatının  qorunub  saxlanılmasında  lazımi  yardım  göstərər.  Təbii  sərvətlərin  qənaətsiz  
istismarı, həmçinin ətraf mühit üçün “əlavə  yük” sayılan tullantıların yeni-yeni əraziləri tutmasına 
səbəb olmuşdur . 
Ərzaq təhlükəsizliyi əsas qlobal iqtisadi problem kimi 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə