Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

 
71 
 
Dünya  iqtisadiyyatında  qloballaşma  genişləndikcə  təsərrüfat  həyatında  baş  verən  qarşılıqlı 
proseslər də artır. Belə şəraitdə milli dövlətlər bir çox hallarda öz mənafelərinin ödənilməsini dünya 
bazarı vasitəsilə həyata keçirməyə üstünlük verirlər. 
Ayrı-ayrı  müəssisə  və  dövlətlər  məhsul  satışı  və  xammal  mənbələri  uğrunda  gedən 
rəqabətdə  bir-birilə  maddi  və  maliyyə  baxımından  öz  qüvvələrini  birləşdirməklə  bir  çox  əlavə 
xərclərdən azad olur və birgə qüvvə ilə rəqabətə girmək imkanı əldə edirlər. Beləliklə, milli dövlət 
mənafeyi  regional  mənafeyə  çevrilir.  Buradan  da  dünya  təsərrüfatındakı  qloballaşma  prosesi 
regionallaşma  prosesi  ilə  tamamlanmış  olur.  Adətən,  inteqrasiya  prosesi  az  və  ya  çox  mənada 
qarşılıqlı  ticarətin  liberallaşdırılması  ilə  başlanır.  Bu  hal  əmtəələrin,  xidmətlərin  və  kapitalın 
hərəkətinin  məhdudlaşdırılmasını  aradan  qaldırır.  Tədricən  vahid  iqtisadi,  hüquqi,  informasiya 
məkanı yaranır. Buradan da yeni keyfiyyətli beynəlxalq iqtisadi münasibətlər meydana gəlir. Qeyd 
etməliyik  ki,  regional  inteqrasiya  bir  çox  əlamətləri  ilə  dövlətlərarası  digər  əlaqə  və  formalardan 
fərqlənir. Beləliklə: 
1.
 
İnteqrasiyaya daxil olan hər ölkə öz iqtisadi siyasətlərində müəyyən razılığa gəlirlər. 
2.
 
Onlar öz milli qanun vericiliklərinə norma və standartlarını uyğunlaşdırırlar, vahid hala salırlar. 
3.
 
Region daxililində istehsal prosesində vahid texnologiya mövcud olur. 
4.
 
İstehsalda,  elm  və  texnikada  beynəlxalq  ixtisaslaşma  və  kooperasiyanın  inkişafına  zəmin 
yaranır. 
5.
 
İnteqrasiya prosesinin tənzimlənməsi məqsədilə vahid idarəçilik orqanları yaradılır. 
Beləliklə,  inteqrasiya  əmtəə  itehsalçılarına  bir  tərəfdən  daha  təminatlı  xammal,  maliyyə, 
əmək, və elmi ehtiyatlardan istifadə etmək imkanı verir, digər tərəfdən isə daha böyük bazar üçün 
əmtəə istehsal etməyə zəmin yaradır. 
Bir  çox  alimlər  1990-cı  illəri  inteqrasiya  proseslərinin  yüksək  həddi,  BİM-də  isə 
regionlaşmanın  intensivləşməsi  dövrü  adlandırılar.  Bu  inteqrasiyalaşma  2  formada  təzahür  edir: 
kəmiyyət və keyfiyyət baxımından. 
Kəmiyyət  baxımından  son  onilliklərdə  makroregionçuluğun  daha  geniş  xarakter  alması, 
əvvəlki müvafiq razılaşmaların təzələnməsi və sairəni qeyd etmək olar. 
Keyfiyyət baxımından dərininə regional təsərrüfatçılığın artması, inteqrasiyanın daha yetkin 
formalarından istifadə edilməsi cəhətləri diqqəti cəlb edir. 
Demokratiya  və  iqtisadi  inkişaf  uğrunda  təşkilat  -  GUAM,  beynəlxalq  regional  təşkilatdır. 
Onun tərkibinə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova daxildir. GUAM-ın rəsmi dili ingilis 
və  rus  dilləridir.  Əvvəllər  təşkilatın  tərkibinə  Özbəkistan  da  daxil  idi,  buna  görə  də  təşkilatın  adı  
GUÖAM  kimi  səslənirdi.  Lakin  sonradan,  2005-ci  ilin  may  ayında  Özbəkistan  təşkilatın  üzvləri 
sırasından çıxmışdır. Nəticədə təşkilatın adı bərpa edilmişdir. 
GUAM-ın  yaranma  tarixinə  baxsaq,  GUAM  hazırki  institusional  formasına  çatanadək  bir 
neçə mərhələ keçmişdir: 
1.
 
GUAM-ın  məşvərət  forumu-  1997-ci  ilin  oktyabr  ayının  10-da  Avropa  Şurasının  Strasburqda 
keçirilən sammiti zamanı təsis edilmişdir
2.
 
GUAM-ın  inteqrasiyası  –  Dövlət  başçılarının  sammiti  çərçivəsində  2001-ci  il  iyun  ayının  7-də 
GUÖAM-ın Yalta Xartiyası imzalanmışdır; 
3.
 
Demokratiya  və  İqtisadi  İnkişaf  uğrunda  Təşkilat  -  GUAM.  2006-cı  ilin  may  ayının  23-də 
GUAM-ın Kiyev sammitində yaradılmışdır. Elə burada təşkilatın Nizamnaməsi imzalanmışdır.[1] 
Təşkilatın Nizamnaməsinə uyğun olaraq, GUAM-ın əsas məqsədləri aşağıdakılardır: 

 
demokratiya  dəyərlərinin  möhkəmləndirilməsi,  qanunun  aliliyinin  təmin  edilməsi  və  insan 
hüquqlarına hörmət; 

 
dayanıqlı inkişafın təmin edilməsi

 
beynəlxalq və regional təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsi; 

 
ümumi  təhlükəsizlik  məkanının  yaradılması  üçün  Avropaya  inteqrasiyanın  gücləndirilməsi  və 
həmçinin, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi; 

 
tərəflərin  sosial-iqtisadi,  nəqliyyat,  enerji,  elmi-texniki  və  humanitar  potensialının  inkişaf 
etdirilməsi; 
Rüstəmova G.R. 
 


 
72 
 

 
qarşılıqlı maraq kəsb edən  sahələrdə siyasi əlaqələr və praktiki əməkdaşlığın fəallaşdırılması. 
GUAM-ın stukturu. 
Təşkilati  strukturuna  Şura  və  Katiblik  daxildir.  Şura  təşkilatın  əsas  orqanıdır  və  öz  işini 
dövlət  başçıları  (sammit),  xarici  işlər  nazirləri,  milli  kordinatorlar  və  daimi  nümayəndələr 
səviyyəsində  təşkil  edir.  GUAM-ın  Kiyev  sammitinin  qərarlarına  uyğun  olaraq,  Kiyev  şəhərində 
təşkilatın  katibliyi  yerləşir  və  bu  orqan  Baş  katib  tərəfindən  idarə  olunur.  Kiyevdə  həmçinin 
GUAM-ın informasiya ofisi fəaliyyət göstərir. Müxtəlif sahələr üzrə əməkdaşlığın əlaqələndirilməsi 
işlərinə  işçi  qrupu  baxır.  Təşkilatın  işçi  və  köməkçi  orqanları  daimi  və  ya  müvəqqəti  əsasda 
fəaliyyət  göstərir  və  xarici  işlər  nazirlərinin  Şurasının  qərarına  uyğun  olaraq  yaradılır.  İşçi 
dairələrində  əməkdaşlığın  inkişaf  etdirilməsi  məqsədilə  təşkilatın  nəzdində  GUAM-ın  işçi  şurası 
fəaliyyət göstərir. 2004-cü ildə GUAM-ın üzv ölkələri müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində 
xüsusilə,  BMT  və  ATƏT  ilə  sıx  əlaqələr  qurur.  2003-cü  ildə  GUAM  BMT  Baş  assambleyasında 
müşahidəçi statusu əldə etmişdir. [1] 
İlk  öncə  GUAM  Azərbaycan  Respublikası,  Gürcüstan,  Moldova  Respublikası  və  Ukrayna 
Prezidentlərinin  10  oktyabr  2007-ci  ildə  Strasburqda  Birgə  Kommünike  imzalamaqla  bu  dörd 
dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmünikedə Prezidentlər suverenlik, ərazi bütövlüyü, 
sərhədlərin  toxunulmazlığı,  demokratiya,  hüququn  aliliyi  və  insan  hüquqlarına  hörmət  prinsipləri 
əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın 
inkişaf edirilməsinin vacibliyinin vurğulamışlar.  
22  may  2005-ci  il  tarixində  GUAM-ın  Kişinyovda  keçirilmiş  Zirvə  Toplantısı  üzv 
dövlətlərin  demokratik  cəmiyyət,  Avropaya  inteqrasiya,  iqtisadi  inkişaf,  regionda  sabitlik  və 
təhlükəsizlik  məsələlərinə  dair  vahid  baxışlarını  nümayiş  etdirmişdir.  Dövlət  başçıları  GUAM 
əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla 
əlaqədar  GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər. [2] 
Dövlət  başçılarının  bu  qərarı  22-23  may  2006-cı  il  tarixində  GUAM-ın  Kiyev  Zirvə 
Toplantısı  zamanı  həyata  keçmişdir.  Belə  ki,  1997-ci  ildən  mövcud  olmuş  birlik  əsasında 
Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat – GUAM təsis olunmuşdur.  
7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk Zirvə Toplantısı onun beynəlxalq 
struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. [3] 
  
Dövlət başçıları tərəfindən imzalanmış GUAM-ın Yalta Xartiyası iştirakçı dövlətlər arasında 
əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir.  
Kiyev Zirvə Toplantısında Prezidentlər GUAM-ın Nizamnaməsini qəbul etmişdir. GUAM-
ın  Nizamnaməsinə  görə  demokratik  dəyərlərin  bərqərar  olunması,  davamlı  inkişafın  təminatı, 
beynəlxalq  və  regional  təhlükəsizliyin  gücləndirilməsi,  Avropaya  inteqrasiya,  üzv  dövlətlərin 
iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişlənməsi təşkilatın başlıca məqsədlərini 
təşkil edir.  
GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Toplantısında qəbul olunmuş “Demokratiya 
və  İqtisadi  inkişaf  naminə  Təşkilat  –  GUAM-ın  yaradılması  haqqında  Kiyev 
Deklarasiyası”nda aşağıdakı məqamlar və vəzifələr qeyd olunmuşdur:  
- demokratiyanın  möhkəmləndirilməsi,  əsas  insan  hüquqları  və  azadlıqlarının  qorunması, 
dövlətlərin  iqtisadi  inkişafının  və  təhlükəsizliyinin  və  sabitliyin  təmin  olunması; 
- GUAM  dövlətlərinin  davamlı  inkişafı  məqsədilə  dinamik  iqtisadi  artım,  sosial  ahənglik  və  ətraf 
mühitin mühafizəsi vasitəsilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi
- bu  dövlətlərin  suverenliyini,  ərazi  bütövlüyünü  və  azadlığını  dağıdan,  tam  miqyaslı  demokratik 
islahatların  həyata  keçirilməsini  və  regionun  iqtisadi  inkişafını  çətinləşdirən,  Avro  inteqrasiyaya 
mənfi  təsir  göstərən  və  bütün  dünya  birliyinə  çağırış  törədən  həll  olunmamış  münaqişələrin 
nizamlanması məqsədilə fəal əməkdaşlıq; 
- beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm, həmçinin onunla bağlı olan digər mənfi 
hallarla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi; 
-   iqtisadiyyat,  ticarət  və  nəqliyyat    sahəsində  əməkdaşlığın    dərinləşdirilməsi    və    Azad    Ticarət  
Zonası haqqında  sazişin  həyata keçirilməsi
Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova (GUAM) – MDB məkanında 
 inteqrasiyanın bariz nümunəsi kimi 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə