Uot 902 İlyas babayev (amea arxeologiya və Etnoqrafiya İnstitutu) Hİdayət cəFƏrov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix04.07.2018
ölçüsü1 Mb.
#53509
1   2   3   4   5   6   7

6

Известия  НАН Азербайджана.  Серия общественных наук,  2017,  №3

də  iki  diş  (biri  tam,  digərinin  yarısı)  qalmışdır 

(şək.3)  Bu  tapıntı,  «Azıx  adamı»  (Azıxantrop) 

adı  ilə  tanınan  çox  qiymətli  tapıntı  sayılır.  İn­

sanlar  özlərinin  həmin  inkişaf  mərhələsində 

məhsul  istehsal  etmir,  təbiətin hazır  məhsulları 

ilə qidalanırdılar. Azıx adamı ovçuluq və topla- 

yıcılıq məhuslları ilə qidalanmışdır.  Onlar müx­

təlif heyvanları  çox  bəsit  üsullarla  ovlayır,  bit­

kilərin dəni və köklərinini, meyvələrini toplaya­

raq  qidalanırdılar.  Azıx  mağarasında  aşel  döv­

rünə  aid  tapılan  bir  qədər  yanmış  sümüklər, 

ocaq  qalıqları  göstərir ki,  o  zaman insanlar od­

dan yemək bişirmək  və  özlərini  yırtıcı  heyvan­

lardan qorumaq üçün istifadə edirdilər. Çox gü- 

manki,  o  zaman  hələ  insanlar  süni  yol  ilə  od 

əldə  etməyi  bilmir  və  odu  uzun  müddət  sön­

məyə qoymurdular.

Tapıntılar  qədim  daş  dövründə  insanların 

həyat tərzini,  onların necə və nə ilə  qidalanma­

sım,  onların düşüncə tərzini, o dövrdə iqlim şə­

raitini öyrənməyə imkan verir.  Sümük material­

ları  göstərir  ki  azıxantroplar  mağara  ayılarını, 

boz  ayıları,  nəhəng  və  xallı  maralları  ovlayır­

dılar.  Onlar  heyvanların  dərisindən,  ətindən və 

sümüklərindən istifadə edirdilər.

Bəzi  tapıntılar  azıxantropların  orta  aşel 

dövründə mənəvi  həyatlarım  da  işıqlandırmağa 

imkan  verir.  Mağaranın  V  təbəqəsinin  divarın­

da  hündürlüyü  1,5  m,  eni  0,8  m,  dərinliyi  1  m 

olan taxça formalı çatda bir neçə mağara və boz 

ayıların kəllələri  qoyulmuşdur.  Onların üstündə 

məqsədyönlü  çəkilən  cızma  xətlər  vardır 

(şək.4).  Bu  tapıntılar  çox  güman  ki,  o  dövrdə 

yaşayan  insanların  əmələ  gəlməkdə  olan  ilk 

inamları  ilə əlaqədar olmuşdur. Bu cızma xətlər 

ola bilsin  o  dövrdə  say  haqqında təsəvvürlərini 

və  ya  heyvanlara  inamların  (totemizm)  yaran­

ması ilə əlaqədar olmuşdur.

Azıx mağarasının yaxınlığında,  Quru çayın 

sol  sahilində,  Taqlar  kəndinin  ərazisində  pa­

leolit  dövrünə  aid  digər  mağara  düşərgəsi  də 

(Tağlar)  öyrənilmişdir  [18].  Mağarada  mədəni 

təbəqələr  orta  paleolit-mustye  dövrünə  aiddir. 

Bu  mağarada  altı  təbəqədə  5000-ə  qədər  daş 

məmulatı  aşkar  edilmişdir.(şək.5)  Daş  alətlər 

əsasən  çaxmaq  daşından  və  bir  qədər  az  obsi- 

dian  və  digər  daşlardan  da  düzədilmişdir.  Ta­

pıntılar  alətlər  hazırlamaq  üçün  istifadə  olunan

nukleuslar  (onlardan  alətlər  düzəltmək  üçün 

qəlpələr  qopardılmışdır),  bu  dövr  üçün  səciy­

yəvi  olan itiuclular,  qaşovlar və digər növ alət­

lərdən ibarətdirlər (şək 5).

M.Hüseyinovun  rəhbərlik  etdiyi  arxeoloji 

ekspedisiyanin  aşkar  etdiyi  Şuşa paleolit  dövrü 

mağarası  da  ibdai  insanların  həyat  tərzinin  öy­

rənilməsində  dəyərli  materiallar  əldə  etməyə 

imkan vermişdir.

Qarabağda  aşkar  olunan  başqa  bir  paleolit 

dövrü  mağarası  M.Mansurovun  elmi  dövrüy- 

yəyə  daxil  etdiyi,  Kəlbəcər  rayonunun  yüksək 

dağlıq zonasında yerləşmiş Zar mağarasıdır.

Palelolit  dövrünə  aid  abidələr  Azərbay­

canın  digər bölgələlərində  də  aşkar  edilmişdir. 

Bu  abidələr  Azərbaycanda  insanların  çox  qə­

dim  zamanlardan  başlayaraq  məskunlaşdığını 

göstərir.



Eneolit dövrü abidələri

Yuxanda  qeyd  olunan  kimi  Qarabağ  əra­

zisində  insan  cəmiyyətinin  mövcudluğunu  və 

onun  inkişafının  bütün  mərhələrini  əks  etdirən 

müxtəlif  tipli  arxeoloji  abidələr  vardır.  Lakin 

başqa  yerlərdə  olduğu  kimi  burada  da  bütün 

dövrlərin  abidələri  eyni  dərərcədə  öyrənilmə­

mişdir.  Məsələn,  hələlik  bu  bölgədə  orta  daş- 

mezolit (yunanca mezos-orta,  litos-daş) və yeni 

daş  -neolit (yun.neos-yeni,  litos-daş)  dövrlərinə 

aid  abidələr  demək  olar  ki  araşdırılmamışdır. 

Çox vaxt mezolit dövrünü neolitin birinci-saxsı 

məmulatı  istehsalına  qədərki  mərhələsi  hesab 

edirlər.  Mezolit  və xüsusilə  də neolit  dövründə 

insanlar  mənimsəmə  təsərrüfatlarından  (ovçu­

luq  və  toplayıcılıq),  istehsal  təsərrüfatlarına 

(maldarlıq və  əkinçilik) keçmişlər.  Əslində  əsil 

həqiqət  bundan  ibarətdir  ki,  mezolit  dövründə 

istehsal təsərrüfatının rüşeyimləri meydana gəl­

məyə  başlamışdır.  İstehsal  təsərrüfatının  tam 

formalaşması  isə  neolit  dövrünə  təsadüf  edir. 

İnsan  cəmiyyətinin  inkişafındakı  bu  böyük  ye- 

niliklər-yəni  əkinçilik, maldarlıqla yanaşı,  saxsı 

qablar istehsalının,  toxuculuğun və  s.  təşəkkülü 

və  inkişafı  elm  aləmində  inqilabı  dəyişikliklər 

sayılır.  Ona görə  də  elmi  ədəbiyyatda bu  dəyi­

şiklik neolit  inqilabı  adlanır.  Bu  dövrə  aid  abi­

dələr  bilvasitə  Qarabağda  az  öyrənilib.  Lakin 

ətraf ərazidə belə abidələr yaxşı öyrənilib.  Şüb­

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 



•  

ИЗВЕСТИЯ



Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2017,  №3

7

hə  etmədən,  demək  olar  ki,  o  zaman  Azərbay­

canın  digər bölgələrində  əhalinin həyatında baş 

verən  bu  inqilabi  dəyişikliklər  Qarabağda  da 

olmuşdur [34].

Görkəmli  Qafqazşünas  alim  İdeal  Nərima­

novun  fəaliyyəti  sayəsində  Qarabağın  eneolit 

dövrü  abidələri  yetərincə  öyrənilmiş  və  geniş 

tədqiqat obyekti olmuşdur.

E.ə.  VI-IV minilliklərə  aid edilən Eneolit  - 

«Eneus» - latm dilində mis,  «litos» yunan dilin­

də  daş  deməkdir.  Bu  dövrü  bəzən  hər  iki  söz 

yunanca  olmaqla  xalkolit  də  adlandırırlar.  Qa­

rabağ  düzənliyində  onlarla  bu  dövr  abidəsi 

mövcuddur.  Əhalinin  oturaq  həyat  keçməsini 

göstərən  bu  yaşayış  yerləri  əsasən  çay  kənar­

larında,  axmazlara,  bulaqlara,  bir  sözlə,  daimi 

su mənbələrinə  yaxın  yerlərdə  salınmışdır.  Ət­

rafında  əkinçilik  və  maldarlıq  üçün  əlverişli 

şərait olmuşdur.

Bu  dövrdən  insanlar  metaldan-ilk  olaraq 

misdən  istifadə  etməyə  başlamışdılar.  Lakin 

metal  hələ  məişətə  geniş  daxil  olmamışdı. 

Arxeoloji  qazıntılar zamanı  bu  dövrün  abidələ­

rində metal əşyalara çox az hallarda rast gəlinir. 

Bunlar  da  əsasən  nadir  hallarda  tapılan  bəzək 

predmetləridir.  Hər  halda  metal  məişətə  daxil 

olurdu.  İnsanlar  metalın  əhəmiyyətini  dərk  et­

məyə başlamışdılar.

Qafqaz,  o  cümlədən  Azərbaycan  ərazisi 

dünyada metaldan istifadə edən ilk regionlardan 

biri  olmuşdur.  Bunun bir  səbəbi  burada zəngin 

mis yataqlarının olması idi.

Yuxanda  qeyd  olunduğu  kimi  bu  dövrdən 

də  əwəllər(neolit  dövründə)  insanlar  artıq  mə­

nimsəmə  təsərrüfatından  (ovçuluq  və  toplayı- 

cılıq) istehsal təsərrüfatına (əkinçilik və maldar­

lığa)  keçmişdilər.  Bu  dövrə  aid  bütövlükdə 

Azərbaycanda,  o  cümlədən  Qarabağda  çoxlu 

yaşayış yerləri aşkar edilib öyrənilmişdir. Bura­

ya İ.Nərimanovun tədqiq etdiyi İlanlıtəpə, Çala­

ğan Təpə, Bənövşələr Təpə, Şomulu Təpə, Ley­

la  təpə,  Şah  Təpə  və  s.  daxildir.  Bunların  sıra­

sında Ağdam rayonu ərazisindəki Leylatəpə ya­

şayış yeri xüsusilə diqqəti cəlb edir.

1984-1990-cı  illərdə burada arxeoloq İ.Nə- 

rimanov qazıntılar apararaq o vaxta qədər Azər­

baycanda məlum olmayan yeni  arxeoloji mədə­

niyyətin qalıqlarını aşkar etdi.

İ.Nərimanov  Sovet Arxeoloji  ekspedisiyası 

tərkibində  Mesopotamiyanın  Xalaf-Übeyd  mə­

dəniyyətləri  abidəsi  olan  III  Yarımtəpə  qazıntı­

larında iştirak etmişdi. Leylatəpədə aşkar edilən 

məişət qalıqları  III  Yarımtəpə  abidəsinin  tapın­

tılarına çox  oxşayırdı.  Bu fakta  əsasən  müəllif 

Leylatəpə mədəniyyətinin daşıyıcılarının qədim 

zamanlarda  Mesopotamiyadan  köçüb  gələnlərə 

məxsus  olması  ideyasını  irəli  sürmüşdür.  Son- 

ralar Azərbaycanın digər bölgələrində (xüsusilə 

Bakı-Tbilisi-Ceyhan  neft  kəməri  boyu  tapılmış 

Böyük-Kəsik,  Soyuqbulaq  abidələri)  də bu mə­

dəniyyətə  aid  abidələr  aşkar  edildi.  İ.Nərima­

nov  Azərbaycanda  bu  mədəniyyətin  yaran­

masını  Mesopotamiyadan  (V  minilliyin  sonu -  

IV  minilliyin  1-ci  yarısı)  Übeyd  mədəniyyəti 

qəbilələrinin  buraya  köçməsi  ilə  əlaqəndirmiş- 

dir  [35].  Mesopotamiyada,  o  cümlədən  III  Ya- 

rımtəpədə  qazıntılar  aparan  ekspedisiyaya  rəh­

bərlik  edən  Rusiya  Elmlər  Akademiyasının 

müxbir üzvü,  həmyerlimiz professor  R.Munça- 

yev  hesab  edir ki,  Leylatəpə  mədəniyyəti  həqi­

qətən  Mesopotamiyadan  metal  mənbələri  axta­

rışı  ilə  əlaqədar köç  edən tayfalara  məxsusdur. 

Lakin  onlar  Übeyd  mədəniyyəti  dövründə  de­

yil,  e.ə  IV  minilliyin  axırları-III  minilliyin  əv­

vəllərinə  aid  Uruk  mədəniyyəti  tayfalarına 

məxsusdur.  Belə  ki,  Übeyd  mədəniyyəti  döv­

ründə ümumi Mesopotamiya mədəniyyəti yara­

nır, Uruk dövründə isə bu mədəniyyət Mesopo­

tamiyadan xaricə  də  yayılmışdır.  Bu  fikir  daha 

inandırıcı  görsənir  [32,  s.  8-9].  Arxeoloq Nəcəf 

Müseyibli Leyla Təpə mədəniyyəti daşıyıcıları­

nın  miqrasiya  prosesi  ilə  bağlı  olmasına  qəbul 

etsə də dövr etibarilə son xalkolit mərhələsi ide­

yasına üstünlük verir  [9].  Hərçənd ki, bu məqa­

lənin  müəlliflərindən  biri  Hidayət  Cəfərov  hə­

min mədəniyyətin yerli zəminlə bağlı olmasının 

tərəfdarlarıdır və bu barədə israrlıdır.

Tədqiqatçılar  e.ə  IV  minillikdə  insanların 

Mesopotamiyadan  buraya  köçmələrini,  metalın 

insanların məişətinə daxil  olması, Mesopotami­

yada  metal  yataqlarının  olmaması,  orada  yaşa­

yanların  metal  mənbələrinin  axtarışı  ilə  əlaqə­

dar  dağlıq  ərazilərə,  o  cümlədən  Qafqaza köç­

mələri ilə əlaqələndirirlər.  Əlbətdə, bununla ya­

naşı köçgünləri bizim ərazilərin təsərrüfatın bü­

tün  sahələri  üçün  əlverişli  olması  da  cəlb  edə

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 



•  

ИЗВЕСТИЯ



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə