Uot 902 İlyas babayev (amea arxeologiya və Etnoqrafiya İnstitutu) Hİdayət cəFƏrov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix04.07.2018
ölçüsü1 Mb.
#53509
1   2   3   4   5   6   7

14

Известия  НАН  Азербайджана.  Серия общественных наук,  2017,  №3

daxil  olan predmetlərin  çoxu,  əsasən  saxsı mə­

mulatı  demək  olar  eyni  tiplidir.  Ona görədə  bu 

abidələrin bütünlüklə Xocalı-Gədəbəy arxeoloji 

mədəniyyətinə  aid  olması  heç  bir  şübhə 

yaratmır.

Burada  Qarabağ  abidələrindən  danışarkən 

Qarabulaq  kurqanlarından da bəhs  etmək  zəru­

ridir.  Onlar böyük torpaq  kurqanlardır.  1896-cı 

ildə  A.A.İvanovski  onların beşində və daş  qutu 

qəbirlərində  qazıntı  aparmışdır.  Bu  kurqanlar 

formalarına,  dəfn  avadanlığına  və  mərasiminə 

görə  Qarabağın  zəngin kurqanlarından  az  fərq­

lənirlər.  Lakin  bu  kurqanların  birində,  sədəflə, 

qızılla  inkrustasiya  olunmuş  çoxlu  bəzəklərlə 

dəvələr  dəfn  olunmuşdur  [22,  s.  143-184].  Də­

vələrin  dəfn  olunması  bu  heyvanlara  inamla 

əlaqədar  ola  bilər.  Görünür,  qədim  Qarabağ 

əhalisi arasında dəvə kultuna inam olmuşdur.

Kurqan  və  daş  qutu  qəbirlərində  müxtəlif 

silah və bəzək əşyalan da tapılmışdır (şək.  12).

E.ə  II  minilliyin  sonu-I  minilliyin  əwələ- 

rinin  abidələrinin  sadalanarkən  A.A.İessenin 

tədqiq  etdiyi  mövsümü  səciyyə  daşıyan Üçtəpə 

yaşayış yeri və kiçik kurqanı da qeyd etməliyik. 

E.ə X-IX  əsrlərə  aid  Üçtəpə  yaşayış  yeri yarım 

köçəri  maldarlara  məxsus  olmuşdur.  Görünür, 

bu yaşayış  yerindən ancaq qış  vaxtı  istifadə  et­

mişlər.  Orada  yaşayış  tikililəri  yarımzirzəmi 

formalı  olub  üstləri  yüngül  materiallarla  örtül­

müşdür.


Üçtəpə  yaşayış  yerində  tapıntılar  müxtəlif 

saxsı  qablardan  (səhənglər,  küpələr,  camlar, 

manqal və s.),  daş alətələri və silahlar (dən daş­

ları,  oraq  dişləri,  itiuclular,  nazik  löhvələr,  ox 

uclan  və  s.),  sümük  bizlər,  metal  əşyalardan 

(tunc  və  dəmir  löhvələr)  ibarətdirlər.  Yaşayış 

yerinin  sümük  materialının  əksəriyyəti  xırda 

buynuzlu heyvanlara məxsusdur.

Yaşayış  yerinin  bütün  materialları  tikinti 

qalıqları,  məişət  avadanlığı,  sümük  materialı 

göstərir  ki,  buarada  yaşayanlar  heyvandarlıqla 

məşqul olmuşdur.

Uzun  müddət yaşayış  yeri  Qarabağda  gös­

tərilən  dövrə  aid  yeganə  öyrənilən  yaşayış  yeri 

olmuşdur. XX əsrin 80-ci illərində Qarabağ əra­

zisində  bu  dövrə  aid  abidələrdə  kəşfiyyat  sə­

ciyyəli  tədqiqatlar  nəticəsində  xeyli  məişət  abi­

dələri qeydə  alınmışdır (Göytəpə,  Qaratəpə, Mi­

sir qışlağı, Toxmaq təpə, Binnət təpə, Canavartə- 

pəsi,  Şortəpə,  Böyük təpə,  Su təpəsi,  Bəşir təpə, 

Şomutəpə,  Namazalı  təpəsi,  Rəsul  təpə  və  s.). 

Bu  abidələrdə  əsasən  kəşfiyyat  xarakterli  ar­

xeoloji  qazıntılar aparılmış və yerüstü material­

lar  toplanmışdır.  Bəzilərində  (Qaratəpə,  Şor­

təpə,  Göytəpə,  Toxmaxtəpə  və  s.  arxeoloji  qa­

zıntılar da həyata keçirilmişdir).  Əldə  olan ma­

teriallar göstərir ki,  onlar ilk və orta tunc dövrü 

abidələri  ilə  müqayisədə  say  hesabına  görə 

xeyli  dərəcədə  “kasıbdırlar”.  Burada  “kasıblıq” 

mədəni  təbəqələrin  nazikliyinə  aiddir.  Bir  çox 

hallarada  bu  tapıntılar  son  tunc  dövrünün  ilk 

mərhələrinə aiddirlər.

Ola  bilsin  bu  vəziyyət  əhalinin  təsərrüfat 

həyatında baş verən dəyişdiklə  əlaqədar olmuş­

dur.  Görünür,  bu  dövrdə artıq  köçmə maldarlıq 

(yaylaq-qışlaq  maldarlığın)  tam  formalaşmışdır 

[5, s.  69-70].

Bu  cəhətdən  Ağdam  rayonunun  Şıxbabalı 

kəndi yaxınlığında yerləşən Qaratəpə müstəsna­

lıq təşkil edir. Kəşfiyyat qazıntıları ilə müəyyən 

olunmuşdur  ki,  bu  yaşayış  yeri  4  m-dən  qalın 

müdafiə  divarı  və  dördkünc  bürclərlə  əhatə 

olunmuşdur.  Eyni  sözləri  Misir  Qışlağı  abidəsi 

haqqmda da demək olar.  Bu abidələr Borsunlu, 

Bəyimsarov,  Sançoban  kurqanı  materiallar  ilə 

birlikdə həmin dövrdə ibtidai cəmiyyətin dağıl­

ması  və  sinifli  cəmiyyətin  formalaşmasını, 

“hərbi demokratiya”  deyilən mərhələnin bərqə­

rar olmasını göstərən danılmaz faktlardır.

Yuxanda  yazılanlara  yekun  vuraraq  qeyd 

etmək lazımdır ki, Qarabağda göstərilən dövrlə­

rə aid hələ öyrənilməyən abidələr çoxdur. Bura­

da yalmz bu vaxta  qədər qazıntılar aparılıb  öy­

rənilən  abidələrdən  qısa  şəkildə  bəhs  olunmuş­

dur.  Qarabağ  ərazisində  çoxsaylı  qeydə  alman, 

lakin hələ arxeoloji cəhətdən öyrənilməyən abi­

dələr daha çoxdur. Heç şübhəsiz onlar özlərində 

hələlik çoxlu açılmayan sirrlər saxlayırlar.



e.ə VII-IV əsrlər dövründə siyasi hadisələr 

və dövrün abidələri

E.ə  VII-IV  əsrlərdə  Ön  Asiyada,  Cənubi 

Qafqaza,  o  cümlədən Azərbaycanda bir  sıra  si­

yasi  və  sosial-iqtisadi  dəyişdiklər  baş  verdi. 

Şübhəsiz  bu  dəyişiklikləri  həmişə  Azərbayca­

nın  ayrılmaz  hissəsi  olan  Qarabağa  da  aid  et­

XƏBƏRLƏR 

•  


TRANSACTIONS 

• 

ИЗВЕСТИЯ




Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2017,  №3

15

mək  lazımdır.  Bu  dövrdə  dəmirdən  geniş  isti­



fadə Cənubi Qafqazda da sosial-iqtisadi inkişafı 

daha  da  sürətləndirdi.  Dəmirdən  daha  keyfiy­

yətli  əmək  alətləri  və  silahlar hazırlanırdı.  Belə 

alətlər  daha  çox  məhsul  istehsal  etməyə  imkan 

verirdi.  Bu  dövrdə  Şimali  Azərbaycanda  da 

sinifli  cəmiyyət  və  dövlətin  yaranması  üçün 

tam  sosial-iqtisadi  baza  yarandı.  Qafqazda  və 

Ön  Asiyada  baş  verən  siyasi  hadisələrdə  bu 

prosessə öz təsirini göstərdi.

Qədim  yazılı  mənbələrdə  qeyd  olunur  ki, 

e.ə VII əsrin  1-ci yarısında şimaldan köçəri skif 

tayfaları  Qafqaz  dağları  onların  sağ  tərəfində 

olmaqla,  yəni  Dərbənd  keçidindən  keçərək 

Kaspi  dənizinin  Qərb  sahilləri  boyu  cənuba 

hərəkət etdilər.

E.ə.  V  əsrdə  yaşayan  yunan  tarixçisi  He­

rodot  yazır ki,  onlar  burada  (mətndən  belə  ay­

dın  olur  ki,  indiki  Azərbaycan  Respublikasının 

yerləşdiyi Cənubi Şərqi Qafqazda) midiyalılarla 

vuruşaraq  onları  məğlub  etdilər.  (Her.1,104, 

106).  Herodotun  yazdığından  belə  məlum  olur 

ki,  o  zaman  Cənubi  Şərqi  Qafqaz  e.ə  VII  əsrin 

70-ci  illərində  yaranan Midiya dövlətinin nəza­

rəti  altında idi.  Herodotun bu hadisələrlə  əlaqə­

dar  məlumatından  aydın  olur  ki,  e.ə  VII  əsrə 

skiflər cənuba doğru bir neçə dəfə yürüş  edir və 

əvvəlcə  onlarda  midiyalara  qoşulur.  (Her.I, 

104).  Lakin  Assuriya  hökümdarı  Asarxaddon 

öz  qızım  skiflərin  başçısı  Partatuaya  ərə  verib, 

onunla  qohum  olur.  Bununla  əlaqədar  skiflər 

midiyalılardan  ayrılır.  Lakin,  görünür  midiya­

lılar assurlarla mübarizəni  davam  edərək onlara 

tabə olmurlar.

E.ə  VII  əsrin  ortalarında  assurlar Midiyanı 

özlərinə tabe  etmək üçün yenidən onlarla vuru­

şurlar. Bu zaman yenidən skiflərin Cənubi Qaf­

qazda  adlan  çəkilir.  Görünür,  bu  yürüş  onların 

bu  əraziyə  yeni  yürüşü  idi.  Bu  dəfə  skiflər 

assurlann  müttəfiqi  kimi  midiyalılarla  vuruşur. 

Midiya  hökmdarı  Fraorta-Kaştariti  iki  cəbhədə 

vuruşaraq  məğlub  olur  və  bundan  sonra  Hero­

dotun  məlumatına  görə  (Her.I, 106)  skiflər 

burada  öz  padşahlıqlarını  yaradaraq  28  il(e.ə. 

653-625)Ön  Asiyada  ağalıq  edirlər.  Tədqiqat­

çılar  bu  ağalığın  28  il  davam  etdiyini  yazırlar 

[37, s. 220].

Onlar  skif  padşahlığım  Urmiya  gölündən 

şimalda,  əsasən  indiki  Azərbaycan  Respublika­

sının  ərazisində  lokalizə  edirlər  [21,  s.  339- 

340].  Doğurdan  da  Azərbaycan  ərazisində  ar­

xeoloji  qazıntılar  zamanı  skiflərin  mədəniyyəti 

ilə  əlaqədar  silahlar,  tunc  güzgülər  tapılır.  Bu 

tapıntılar  və  yunan  tarixçisi  Herodotun  məlu­

matı  əsasında  arxeoloqlar  qədim  Azərbaycan­

dakı  e.ə  I  minilliyin  VII-IV  əsrlərinə  aid  abi­

dələrin  tədqiqi  ilə  məşqul  olarkən  skif proble­

minə dəfələrlə toxunmuşlar.  Bu problemə ümu­

miləşdirilmiş əsərlər və ayrı-ayrı məqalələr həsr 

olunmuşdur [10;38].

Herodot  yazır  ki,  Skiflər  Qafqaz  dağları 

sağda  olmaqla  (yəni  Dərbənd  keçidindən  ke­

çərək)  Cənubi  Qafqaza daxil  oldular və  burada 

midiyalarla vuruşdular.  Tədqiqatçılar haqlı  ola­

raq  hesab  edirlər  ki,  döyüş  indiki  Azərbaycan 

Respublikasının  ərazisində  olmuşdur  [33,  s. 

245].  Deməli,  hələ  o  zaman,  Cənubi-Şərqi  Qaf­

qaz (indiki Azərbaycan Respublikasının ərazisi) 

Midiyanın  nəzarəti  altında  idi  [13,  s.  43-44]. 

Şübhəsiz,  Azərbaycanın Qarabağ  bölgəsi  də  bu 

əraziyə daxil idi.

Herodot  yazır  ki,  Midiya  padşahı  Kiaksar 

(e.ə  625-585-ci  illər)  skifləri  qonaq  çağırıb 

içirtdi və onları öldürtdü,  qalan skifləri  ölkədən 

qovdu  və  nəticədə  yenidən  Midiyanın  əvvəlki 

tam  hökmranlığım  bərpa etdi.  Deməli,  Cənubi- 

Şərqi  Qafqazda yaranan  skif padşahlığının  əra­

zisində  yenidən  Midiya  dövlətinin  hakimyyəti 

bərpa  olundu.  Mənbələr  bu  hadisənin  e.ə  VI 

əsrin 90-cı illərində baş verdiyini göstərir.

E.ə 553-cü ildə Midiyanın tabeliyində olan, 

Fars vilayətinin hökümdarı Əhəmənilər nəsilin­

dən  olan  II  Kuruş  üsyan  qaldıraraq  üç  ildən 

sonra axrıncı Midiya padşahı Astiaqı (mənbələ­

rin məlumatına görə, Kuruş  ana tərəfdən Astia- 

qın  nəvəsi  idi)  hakimiyyətdən  salaraq  Əhəmə­

nilər  dövlətini  yaratdı.  Bu  dövlətin  ilk  padşah­

ları  II  Kuruş  (e.ə  550-530),  onun  oğlu  Kambis 

(530-523),  I  Dapa (e.ə  522-486)  bu dövləti  nə­

həng imperiyaya çevirdilər. Bu imperiya qərbdə 

Misir  daxil  olmaqla  Şimali-şərqi  Afrikadan, 

şərqdə  Hindistana  qədər,  cənubda  Hind  okeanı 

və  İran  körfəzindən  şimalda  Böyük  Qafqaz 

dağlarına qədər böyük ərazini  əhatə  edirdi.  He­

rodotun  məlumatına  görə  Şimalda  Əhəməni-

XƏBƏRLƏR 

•  


TRANSACTIONS 

•  


ИЗВЕСТИЯ


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə