__________________Milli Kitabxana___________________
260
R ü s t ə m b ə y. Həzərat! Təvəqqə edirəm stola əyləşin; bir qədər boğazımızı yaş
edək.
Hamı oturur, M ə ş ə d i İ b a d d a n başqa.
R z a b ə y. Bəs Məşdi İbad?
M ə ş ə d i İ b a d, Xeyr məni bağışlayın, mən pəhrizəm. Siz öz işinizlə məşğul olun,
mən buradaca əyləşərəm. (Bir tərəfdə bir kresloda əyləşir).
H ə s ə n q u l u b ə y. Həzərat! Təvəqqə edirəm stakanlarınızı doldurasınız və mənə
də izn verəsiniz ki, bir neçə kəlmə söz deyim.
H a m ı. Buyur, buyur.
H ə s ə n q u l u b ə y. Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır,
yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur; öylə ki, hamının qəlbi
pozulub, min cür hiylə ilə dolur, yəni mən onu demək istəyirəm ki, bu dünyada təmiz və
saf qəlbli adam tapmaq çətindir.
M ə ş ə d i İ b a d (kənara). Ələlxüsus mənim kimi axmağı ki, sənə iki yüz manat
verib, iki ildir ki, ala bilmirəm.
H ə s ə n q u l u b ə y. Yəni mən onu demək istəyirəm ki, bu qədər çirkin ürəkli və
qara qəlbli adamlar içində bir nəfər də saf dərun və qəlbi pak adam görmək necə böyük
xoşbəxtlikdir. İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad
həmin saf dil adamların ən böyüyüdür, ona görə qalxızaq bu badəni onun sağlığına.
Yaşasın Məşədi İbad!
H a m ı. Yaşasın, yaşasın, Məşədi İbad!
Ə s g ə r (Ayağa durur, çox bərk danışır). Günlərin bir günü, axşam saat doqquzda
bazardan gəlirdim. Ada, bir də gördüm ki, birisi dalımca gəlir. Bir az getdim gördüm ki,
yenə gəlir. Dedim, yəqin ki, mənimlə düşməndir, o saat piştovu belimdən çıxartdım
(göstərir), çəkdim yuxarı ayağa, dedim: ədə, dayan! Bir də gördüm dalımca gələn
götürüldü; ədə, dayan, ədə dayan!... Dayanmadı, part, bir güllə!... Bir də gordum: sarap!...
Yıxıldı yerə. Dedim, baxım görüm kimdir? Bir də gordum kim?... Həmin bu Məşdi İbad!
Dedim, yəqin kişini öldürmüşəm. Amma, allahdan olan kimi, güllə dəyməmişdi. (Gəlir
yanına). Sağ ol Məşdi İbad! Sağlığına içirəm.
M ə ş ə d i İ b a d. Çox sağ ol! (Kənara). Heç görün dəxli var?!
R z a b ə y (durur). Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi
ehtiyacım vardır. (Heç kəs dinməyir). Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə
vermiyorsinizmi! (Yenə heç kəs dinmir). Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu
__________________Milli Kitabxana___________________
261
mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Bəkləyürəm,
əfəndilərim! (Yenə heç kəs dinməyir). Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var
idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə əda etmək qabil
dəyildimi?
R ü s t ə m b ə y. Çox sağ ol, çox razıyam!
R z a b ə y (acıqlı). Canım, siz anlamıyorsınızmı ki, mən nə diyorəm; ya həqarətmi?
Oylə isə, mən burada oturmam? (Tələsik papağını geyir).
R ü s t ə m b ə y. Rza bəy, hara buyurursan?
R z a b ə y. Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən
söz deməyə izn istəyirəm, amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah
bunu qəzetəmdə yazaram.
H ə s ə n q u l u b ə y. Deməli, sən bizdən izn istəyirmişsən? Əşi, vallah, mən elə
bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim.
O b i r i l ə r i. Vallah, biz də başa düşmədik.
M ə ş ə d i İ b a d. Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən.
Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram.
Bu bisavadlar neyləsin? (Rüstəm bəy durub Rzanı oturdur).
R ü s t ə m b ə y. Sən allah, bizi məyus eyləmə, bağışla, anlamadıq. Bisavad adamıq.
H ə s ə n b ə y (ayağa durur). Ğaspoda, mənə pazvolt eyləyin, bir-iki kəlmə Rüstəm
bəy haqqında söz söyləyim!
H a m ı. Buyur-buyur!
M ə ş ə d i İ b a d. Görək, bu nə deyir?
H ə s ə n b ə y. Ğaspoda! Platon demişdir ki, çelovek civotnoye obşestvennoye, yəni
insan bir sürü heyvandır.
M ə ş ə d i İ b a d. Heyvan özünsən!
H ə s ə n b ə y. Məşhur uçonıy Darvin də bütün hamıya dokazat eylədi ki, insan
meymundan əmələ gəlibdir. Darvinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı
"buşmen"lərə və "kontintot"lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu
məclisimizdə oturan Məşədi İbada baxmaq lazımdır. (Hamı başını aşağa salır). Bu sözlər
ilə mən Məşədi İbadı askarbit eyləmək istəmirəm, mən özüm də meymuna bənzəriyəm.
Amma bir o qədər yox. No Məşədi İbad isə lap aranğutan meymunudur ki, durubdur. Mən
yenə povtarit eyləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir. Ancaq
__________________Milli Kitabxana___________________
262
mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş
gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad,
ərz eylədim ki, çirkindir.
M ə ş ə d i İ b a d. Mürtəd oğlu mürtədi yıxıb ağzına-ağzına vurasan.
H ə s ə n b ə y. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? Neujeli Məşədi
İbadın pulu, malı, dövləti? Xeyr, xeyr; Rüstəm bəy pulagir adam deyildir. Nakones, bəs
nəyi? Bu saat ərz eyləyim. Bax, biz burada şərab içirik, amma Məşədi İbad içmir. Deməli,
Məşədi İbad nədir? Məşədi İbad istinni müsülmanindir; i tak, Rüstəm bəy öz qızını,
mənim mneniyama görə, Məşədi İbadın istinni müsülmanin olmağına görə veribdir, ona
görə yaşasın Rüstəm bəy!
H a m ı (yavasdan). Yasasın, yasasın!...
R z a b ə y. Maşallah bu kəlama!
H ə s ə n q u l u b ə y. Daha nitq demək lazım deyildir. Duraq ayağa!
H a m ı. Duraq! (Dururlar).
Ə s g ə r. Yavaş-yavaş getmək vaxtı dəyildirmi?
H a m ı. Bəli, vaxtdır.
H ə s ə n q u l u b ə y. Rüstəm bəy, xudahafiz (əl verir). Məşədi İbad, xudahafiz (əl
verir).
Ə s g ə r. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz.
H ə s ə n b ə y. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz (əl verir).
M ə ş ə d i İ b a d (acıqlı). Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra
da əl verirsən?
R ü s t ə m b ə y. Nə oldu, nə oldu?
H ə s ə n b ə y. Pozvolte, pozvolte, ya yemu zadam merzavsu!
Hamı yığılır. "Nə oldu, nə oldu?" deyib, aralaşdırırlar, şuluqluq düşür.
M u s i q i
H ə s ə n b ə y.
Mən sənə tay-tuş deyiləm, vurram başın, (2 dəfə)
Darbadağın lap dağılar, rədd ol burdan. (2 dəfə)
H ə s ə n q u l u b ə y.
A gedə, Həsən, bəs deyilmi, eyb olsun ki,
İntiligent ola-ola savaşırsan. (2 dəfə)
M ə ş ə d i İ b a d.
Qoy məni bir ağzın əzim bu mürtədin, (2 dəfə).
Meymun özü ola-ola mənə deyir.
Dostları ilə paylaş: |