V mövzu. DƏRi öRTÜKLƏri sistemi



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix12.10.2018
ölçüsü2,77 Mb.
#73656
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

 

 

 



 

 

 



 

 

 

Şək 9 

Tikanlı  qatın  keratinositləri  eozinofil  olub,  sitoplazmalarında  tonofibrillər  və  0,1-  0,4µm 

diametrli  membranlı  dənələrə  malikdir.  Tərkibi  lipid  mənşəli  olan  bu  dənələr  səfhəli  dənələr 

(lamellar  granule)  də  adlanır.  Bu  dənələr  üst  qatlarda  hüceyrəarası  sahəyə  ekzositoz  olunaraq 

həm  hüceyrələrin bir-birinə  bağlanmasını təmin  edir, həm də lipidlərlə zəngin suyu  keçirməyən 

qat əmələ gətirir.  

Epidermisin dənəli qatı hələ də nüvəyə malik olan 3 - 5 qatda yerləşən yastı formalı dənəli 

keratinositlərdən  ibarətdir.  Bunların  sitoplazmalarında  keratohialin  dənələri,  keratin  filamenti 

dəstələri  və zarlı səfhəli dənələr toplanır. Artıq bu qatda keratin ara filamentinin sintezi zəifləsə 

də filamentlərin dəstələrdə cəmlənməsini təmin edən histidin və sistinlə zəngin zülalların sintezi 

baş  verir  ki,  bu  da  keratohialin  dənələrinin  formalaşmasına  səbəb  olur.  İri,  qeyri-müntəzəm 

quruluşlu,  sıx,  bazofil,  membransız  keratohialin  dənələrinin  tərkibinə  keratinositlərin  spesifik 

zülalları:  involyukrin,  lorikrin  və  s.  daxildir.  Dəstələrlə  yerləşən  keratin  tonofilamentləri 

keratohialin  və  zarlı  dənələrlə  birləşərək  Ca

2+

  üçün  keçirici  olub  plazmolemmanın  altında  10-



12nm qalınlıqlı elektron sıx qatın əmələ gəlməsinı təmin edir .  

Əsasən qalın dəridə mövcud olan parlaq və ya şəffaf qat homogen, açıq rəngli, nazik olub, 

nüvə və orqanelləri olmasa da sitoplazmasında yüksək lizosomal aktivlik, dəri səthinə paralel və 

sıx  yerləşən  keratin  filamentləri,  keratohialinin  transformasiya  olunmuş  forması  olan  eleidin 

zülalı  ilə  zəngin  eozinofil  yastı  keratinositlərdən  ibarətdir.  Parlaq  qat  keratinositlərinin  qalın 

kortikal  sitoplazmaya  malikliyi  burada  keratinləşməyən  zülal-involyukrinin  toplanması  ilə 

əlaqədardır.  Bu  qatda  olan  hüceyrə  strukturları  və  hüceyrələr  arasında  toplanan  maddələrin 

(səfhəli  dənələrdən  xaric  olan,  hüceyrələrin  bir-birinə  bağlanmasını  təmin  edən)  işığı  sındırma 

əmsalı eynı olduğu ücün hüceyrə sərhədləri secilmir və bütöv parlaq sahə kimi görünürlər.  

Buynuz qat qalın  dəridə 15- 20 sırada, nazik dəridə 3-4 sırada sıx  yerləşən,  keratinləşmiş 

qalın  plazmolemmaya  malik,  müntəzəm  olaraq  desmosom-hüceyrəarası  əlaqəsini  itirib,  14 

bucaqlı  formalı  tökülən  yastı  ölü  hüceyrələrdən  -  buynuz  pulcuqlardan  (korneositlər)  təşkil 

olmuşdur.  Keratinosit  sitoplazmasını  bütöv  tutan  lifli  skleroprotein  –  keratin  molekulyar  çəkisi 

40-70  kD  olan  ən  azı  6  müxtəlif  polipeptidlərdən  təşkil  olmuşdur.  Epidermal  hüceyrələr 

differensiasiya  etdikcə  tonofilamentlərin  tərkibi  dəyişir.  Belə  ki,  bazal  hüceyrələrdə  nisbətən 

aşağı,  differensiasiya  etmiş  keratinositlərdə  isə  yüksək  molekulyar  çəkili  polipeptidlər  sintez 

edilir.  Buynuzlaşma  prosesi  nəticəsində  buynuz  pulcuq  –  korneosit  yəni  qalınlaşmış 

plazmolemma  və  lifli,  amorf  zülallı  sitoplazmaya  malik  hüceyrə  əmələ  gəlir.  Membran 

qovuqcuqları  və  lövhəli  cisimciklərin  tərkibindəki  lipidləri  parçalayan  hidrolitik  fermentlər 

əsasən  dənəli  qatdan  buynuz  qata  daxil  olaraq  sitoplazmada orqanellərin  itməsi  ilə  nəticələnir. 



Epidermis  qatlarında  keratinositlər  arasında  hüceyrəarası  matriks  tərkibinin  təyini  xüsusi 

əhəmiyyət  kəsb  edərək  dəri  örtüyünün  keçiriciliyini  müəyyənləşdirir.  Buynuz  qat  pulcuqları 

arasında  xolesterin,  onun  efirləri,  seramidlər,  sərbəst  yağ  turşularının  olması  hüceyrəarası  mat-

riksin lipofil maddələr üçün keçiriciliyini təmin edir . 

Adətən bazal səfhəyə paralel, bu qatdakı  keratinostlərdən  iri olub onların arasında tək-tək 

yerləşən  Merkel  hüceyrələri  barmaq  ucunda,  tük  follikulları  əsasında,  ağız  boşluğu  selikli 

qişasında  çoxluq  təşkil  edir.  Tünd  və  paycıqlı  nüvə,  sitoplazmasında  Holci  kompleksi,  zəif 

inkişaf  etmiş  endoplazmatik  şəbəkə,  ribosomlar,  qlikogen  əlavələri,  perinuklear  sahədə  və 

sitokeratinlərin  əmələ  gətirdiyi  barmaq  şək.  li  çıxıntılarında  80-200  nm  ölçülü  osmiofil  tünd 

özəkli  dənələrlə  xarakterizə  olan  bu  hüceyrələr  ətrafdakı  keratinositlərlə  desmosomlarla 

əlaqələnir.Merkel hüceyrələri mielinsiz sinir lifləri ilə əlaqə yaradaraq mexanoreseptor funksiya 

yerinə  yetirən  Merkel  hüceyrə-neyral  kompleks  əmələ  gətirir.  Sinaptofizinə  bənzər  maddələr 

sintez edən bu hüceyrələr həm də neyrokrin təbiətli maddələr hazırlayaraq endokrin funksiya da 

yerinə yetirir.  

Epidermal  populyasiyasının  2-4%  təşkil  edən  ulduz  şək.  li  və  uzun  çıxıntılara  malik  adətən 

tikanlı  qatda  yerləşən  epidermis  daxili  makrofaq  -  Langerhans  hüceyrəsinə  bəzən  dendritik 

hüceyrə də deyilir  (şək 10)  

 

 



 

 

 



 

 

 

Şək. 10 

Miqdarı  epidermisin  hər  1  mm

800  qədər  olan  antigen  təqdim  edən  bu  hüceyrəyə 



dermada, ağız boşluğu, qida borusu və uşaqlıq yolu çoxqatlı yastı buynuzlaşmayan epitelində də 

rast  gəlinir.  İşıq  mikroskopunda  sıx  nüvə,  zəif  boyanmış  sitoplazma,  keratinositlərin  arasında 

uzanan  hüceyrə  cismindən  ayrılan  uzun  silindrik  çıxıntıları  ilə  xarakterizə  olan  Langerhans 

hüceyrəsinin  elektron  mikroskopik  görünüşündə  polimorfoz  nüvə,  sitoplazmada  bir  neçə 

mitoxondri,  zəif  dənəli  endoplazmatik  şəbəkə,  lizosomlar,  multivezikulyar  cisimciklər,  kiçik 

qovuqcuqlarla  səciyyələnsə  də  ara  filamentlər  yoxdur.  Langerhans  hüceyrəsi  qeyri-bərabər 

nüvəyə  malikliyi,  sitoplazmasında  tonofilamentlərin  yox,  tenis  raketinə  bənzər  15-50  nm 

uzunluqlu,  4  nm  qalınlıqlı  zarlı  Birbek  dənələrinin  olması  ilə  ətrafdakı  keratinositlərdən  kəskin 

seçilir.Mononuklear foqositlər sisteminə aid olan, aktivliyi məhdudlaşan, immun cavabda iştirak 

edən  bu  hüceyrələrin  sümük  iliyindəki  sələf  hüceyrələrdən  başlanğıc  götürdüyü  güman  olunur. 

Səthində Fc (anticisim) və C3 (complement)  reseptorları, membran zülalları MHC I  və MHC II 

olan  Langerhans  hüceyrəsi  yad  antigenləri  faqositoz  edərək  limfa  düyününə  miqrasiya  edir, 

antigen  epitoplarını  T-limfositlərə  təqdim  edir.  Məhz  buna  görə  də  onları  antigen  təqdim  edən 

hüceyrə də adlandırırlar. Bu hüceyrələrin markeri langerin qlikoproteinidir.  

Sinir  darağından  miqrasiya  edən  bazal  və  tikanlı  qat  keratinositləri  arasında,  dermanın  səthi 

qatında  yerləşən uzun çıxıntılı, dairəvi əsasa  malik melanositlərin dənəli endoplazmatik şəbəkə 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə