V mövzu. DƏRi öRTÜKLƏri sistemi



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix12.10.2018
ölçüsü2,77 Mb.
#73656
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

ribosomlarında hasil olan tirozinaza fermenti tirozinin əvvəl 3,4-dihidroksifenilalaninə (DOFA), 

sonra  dofaxinona  çevrilməsini  katalizə  edir.  Bu  ferment  Holci  kompleksində  oval  dənələr  - 

premelanosomlar kimi formalaşır( şək 11). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şək 11 

.Premelanosomlarda  sintez  olunan  melanin  melanositlərin  çıxıntılarından  hüceyrəni  tərk  edib 

(sitokrin sekresiya), tikanlı qat keratinositlərinin sitoplazmasına daxil olur ( şək 12) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şək. 12


Yetkin  melanin  dənələri  -  melanosomlar  ellipsoid  formalı  olub,  uzunluğu  1µm,  diametri 

0,4  µm  olur.  Təxminən  36  keratinositlə  funksional  əlaqələnən  hər  bir  melanosit  epidermal 

melanin  vahidinin  təşkil  olunmasında  iştirak  edir.  Dərinin  müxtəlif  nahiyələrində  tək-tək 

yerləşən  qonşu  hüceyrələrlə  desmosom  əlaqələri  yaratmayan  melanositlərin  miqdarı  müxtəlif 

olub, hər 1 mm

2

 800-2300 arasında dəyişə bilər. İnsan dərisində 2 tip melanin: eumelanin (tünd 



qara  piqment)  və  feomelanin  (qırmızı  piqment)  ayırd  olunur.  Feomelanin  eumelanindən 

strukturunda  sistein  olması  ilə  fərqlənir.  Elektron  mikroskopik  şək.  də  zəif  boz  rəngli  görünən 

melanositin  sitoplazmasında  çoxsaylı  kiçik  mitoxondrilər,  yaxşı  inkışaf  etmış  Holci  kompleksi, 

dənəli  endoplazmatik  şəbəkənin  qısa  sisternləri  seçilir.  Ultrabənövşəyi  şüaların  təsirindən 

melanositlər  ölçü  və  funksional  aktivliyini  artırır.  Ağ  dərili  insanlarda  melanosomlar  kiçik  və 

azsaylı, qara dərili insanlarda isə iri, çoxsaylı olur.  

Mezodermadan  inkişaf  edən  derma  (corium)  epidermisin  altında  yerləşib  2  qatdan:  səthi 

kövşək  məməcikli  və  sıx  torlu  qatdan  ibarətdir.Bu  qat  epidermisə  dayaq  olub  əsasən  kollagen, 

retikulyar  və  elastik  liflər  şəbəkəsindən  ibarət  formalaşmamış  lifli  birləşdirici  toxumadan 

ibarətdir.  Dermanın  qalınlığı  da  epidermis  kimi  müxtəlif  nahiyələrdə  fərqli  olaraq  0,  6-3mm 

arasında  dəyişir.  Belə  ki,  xüsusi  dəri  kişilərdə  qadınlardan,  bədənin  dorzal  səthində  ventral 

səthindən daha qalın olur.  

Epidermisdən  bazal  membranla  ayrılan  dermal  məməciklər  (bəzi  nahiyələrdə  dermal 

daraqlar  adlanan)  formalaşdıran  dermanın  məməcikli  qatı    əsasən  III  tip  kollagen  və  elastik 

liflərin  əmələ  gətirdiyi  kövşək  lifli  formalaşmamış  birləşdirici  toxumadan  təşkil  olunmuşdur. 

Bazal  səfhədən  məməcikli  qata  uzanan  VII  tip  kollagen  liflərdən  ibarət  bəndləyici  (anchoring) 

liflər  epidermisi  dermisə  bağlayır.  Epidermisin  qidalanmasında  iştirak  edən  məməcikli  qat 

hüceyrəarası  amorf  maddəsinin  qlikozaminoqlikanlardan  hialuron  turşusu,  xondroitin  sulfat, 

heparan  sulfat  və  dermatan  sulfatın  çoxluğu  dərinin  turqorluğunu  təmin  edir.  Fibroblast, 

makrofaq,  plazmatik  hüceyrələr,  tosqun  hüceyrələrlə  zəngin  olan  məməcikli  qatın  epidermis-

dermis  birləşməsində  bədən  temperaturunun  tənzimlənməsində  xüsusi  rolu  olan  çoxsaylı 

kapilyar şəbəkəyə malikdir.  

Epidermal törəmələrlə (tər və piy vəziləri, tük follikulları) zəngin torlu qat əsasən müxtəlif 

istiqamətlərdə  paylanan  qalın  I  tip  kollagendən  ibarət  sıx  lifli  formalaşmamış  birləşdirici 

toxumadan təşkil olmuşdur. Köndələn  yerləşmiş kollagen liflər dərinin üzərinə düşən ağırlığı və 

zərbəni  bir  növ  amortizasiya  edərək  onun  gərilmə  və  davamlılığını  təmin  edir.  Dəri  səthinə 

paralel  dəstələrlə  yerləşən  qalın  kollagen  liflər  arasında  isə  elastik  liflərin  əmələ  gətirdiyi  tor 

şəbəkədə  piy  və  tər  vəziləri  çoxdur.  Torlu  qatın  hüceyrəvi  elementləri  (fibroblast,  tosqun 

hüceyrələr,  limfositlər,  makrofaqlar,  dərin  qatlarda  piy  hüceyrələri)  məməcikli qata  nisbətən  az 

olsa da hüceyrəarası amorf maddə proteoqlikanlardan dermatan sulfatla zəngindir. Embriogenez 

dövründə  epidermisdən  inkişaf  edən  tər  və  piy  vəziləri,  tük  follikulları  torlu  qatın  dərinliyinə 

doğru  uzanır.  Məməcikli  və  torlu  qat  arasındakı  şərti  sərhədi  piy  vəzilərinin  sekretor  şöbəsinin 

yerləşdiyi səviyyə təyin edir.  

Dəri törəmələrinə tər (ekkrin və apokrin) və piy vəziləri, süd vəziləri, tüklər və dırnaqlar aiddir. 

Bütün dəri boyunca yayılan, sayı 3-4 milyona çatan, 0,4mm diametrli sadə borulu şaxələnməyən 

qıvrılmış ekkrin tər vəziləri doğuşdan həmən  sonra fəaliyyətə başlayır. Bu vəzilər  vazodilatator 

bradikinin  sekresiya  edərək  həm  termotənzimə,  həm  də  dərinin  qanla  təchizinə  təsir  edir. 

Dermanın torlu qatının dərinliyində hipodermisə yaxın  yerləşən sekretor şöbəsi 3 tip (tünd, açıq 

və  mioepitel)  hüceyrədən  təşkil  olunmuş  ekkrin  tər  vəzilərinin  nazik  axacağı  derma  və 

epidermisdən  keçərək tər dəlikləri səviyyəsində dəri səthinə açılır Sekresiya tipi merokrin olub, 

sutkada 10 litrə qədər tər ifraz edə bilən bu vəzilər simpatik sinir sisteminin postqanqlionar lifləri 

ilə  innervasiya  olunur.  Ətraf  birləşdirici  toxumadan  bazal  zarla  ayrılan  sekretor  şöbənin 

mənfəzinə  yaxın yerləşən selik hasil edən tünd hüceyrələr (mucoid cell) dar, nazik əsas və geniş 




apikal hissəyə malik olduğu halda suyun sekresiyasında iştirak edən açıq hüceyrələr geniş əsasla 

bazal səfhəyə söykənir ( şək 13) 

 

 

 



 

 

 



 

 

 



 

 

Şək 13 

Tünd  hüceyrələr  apikal  sitoplazmasında  qlikoproteinlə  zəngın  sekretor  dənələrlə,  açıq 

hüceyrələr  isə mitoxondri, qlikogen  və bazal  səthlərində transepitelial  nəqlolunmanı təmin  edən 

büküşlərlə  xarakterizə  olunur.  Sekretor  şöbəni  hər  tərəfdən  səbət  kimi  əhatə  edən 

sitoplazmasında  asidofil  rənglənən  aktin  və  miozin  kompleksli  təqəllüs  qabiliyyətli  mioepitel 

hüceyrənin  yığılması  nəticəsində  sekret  axacağa  nəql  olur.  İki  qatda  yerləşən  coxsıralı 

kubabənzər  epiteldən  təşkil  olunan  axacaq  hissə  bazal  və  lüminal  hüceyrələrdən  ibarətdir.  İri, 

heteroxromatin  nüvəyə  malik  bazal  hüceyrələrin  sitoplazması  çoxsaylı  mitoxondrilərlə,  qeyri-

düzgün  nüvəli  lüminal  hüceyrələr  isə  az  sitoplazma  və  bir  neçə  orqanel,  çoxsaylı  keratin 

filamentlər və terminal şəbəkə ilə xarakterizə olunur. Sekretor şöbədə hasil olan sekret elektrolit 

tərkibinə  görə  qanın  plazmasına  yaxın  olsa  da  axacaq  hüceyrələri  tərəfindən  K

+

,  Na



+

,  Cl


 

ionlarının reabsorbsiyası və sidik cövhəri, süd turşusu, digər maddələrin ekskresiyası nəticəsində 



tərkibini dəyişir.  

Yalnız xüsusi nahiyələrdə (qoltuqaltı-axilla, döş giləsi ətrafı-areola of the nipple, anus-anal 

region)  olan  sadə  borulu  3mm  diametrli  apokrin  tər  vəzilərinin  axacaqları  ekkrin  vəzilərdən 

fərqli  olaraq  dəri  səthinə  yox,  tük  follikulu  kanalına  açılır.  Simpatik  sinir  sisteminin 

postqanqlionar  lifləri  ilə  innervasiya  olunan  apokrin  tər  vəzilərinin  yumaqcıq  şək.  li  qıvrılmış 

sekretor  şöbəsi  təkqatlı  kubabənzər  və  ya  alçaq  prizmatik  hüceyrələrdən  təşkil  olunsa  da  vəzin 

mənfəzi  sekretor  məhsulla  dolduqda  bunlar  yastı  hüceyrələrə  çevrilirlər.  Yaxşı  inkişaf  etmış 

dənəli  endoplazmatik  şəbəkə,  holci  kompleksi,  çoxsaylı  mitoxondri  və  ribosomlarla  zəngin 

hüceyrələrin  apikal  səthlərində  mikroxovlar  və  sitoplazmalarında  15-50  nm  ölçülü  lipid  və 

dəmirlə  zəngin  bazofil  dənələrin  olması  bu  hüceyrələrin  xarakter  xüsusiyyətidir.  Qeyd  edək  ki, 

daha  iri  mənfəzə  malik  zülallarla  zəngin  apokrin  tər  vəzilərinin  sekretinin  iyli,  qoxulu  olması 

sekretə  bakteriya,  müxtəlif  metabolitlərin  qarışması  ilə  əlaqədardır.  Tük  follikulu  epitelindən 

tumurcuq  kimi  başlanğıc  götürən  bu  vəzilərin  sekresiyası  hormonların  təsiri  altında  olub  cinsi 

yetkinlik dövrünə qədər fəaliyyət göstərmir. Şəklini dəyişmiş apokrin tər vəzilərinə xarici qulaq 

keçəcəyində  yerləşən  seruminoz  vəziləri  və  göz  qapaqlarında  olan  Moll  vəzilərini  misal 

göstərmək olar.  




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə