V. Q. Belinski haqlı olaraq demişdir ki, qrammatika olmadan da dili öyrənmək mümkündür. Doğrudan da, ulu babalarımız qrammatikanı bilmədən dili nəsillərdən-nəsillərə ötürmüşlər, lakin V. Q. Belinski onu da qeyd edir k



Yüklə 82,86 Kb.
səhifə3/5
tarix09.06.2022
ölçüsü82,86 Kb.
#89201
növüQaydalar
1   2   3   4   5
adtm imtahan

İzahlı imla. İzahlı imla daha çox müstəqillik tələb edir.Əgər xəbərdarlıqlı imlada xəbərdarlıq mətnin yazılmasında aparılırsa, izahlı imlada xəbərdarlıq (izahat) yazıdan sonra aparılır. Bu cəhətdən elə bil imlanın bu növləri bir-birinin əksidir.İzahlı imla yazdırmazdan əvvəl onun aid olduğu qrammatik qaydanı yada salmaq, təkrarlamaq lazımdır.Müəllim imlanın mətnini əvvəlcə heç bir xəbərdarlıq etmədən, təhlil aparmadan bütöv oxuyur. Sonra hər bir cümlə ayrıca oxunur.Cümlə bir-iki şagird tərəfindən təkrar olunduqdan sonra yazılır. Şagirdlərdən biri yazdığı cümləni ucadan oxuyur. bu va ya digər sözü nə üçün məhz belə yazdığını izah edir. Düzgün izahat verə bilmədikdə yoldaşları (və ya müəllim) kömək göstərirlər. Hər kəs öz yazısını yoxlayır və müvafiq düzəliş aparır.İmla bu cür davam edir. İzahlı imlanın yazdırılmasına I sinifdən başlanır. I-II siniflərdə hər bir cümlə, III sinifdə hər bir abzas, IV sinifdə isə bütün mətn yazılıb qurtardıqdan sonra izahat aparılır.İzahlı imla şagirdlərin diqqətini bir növ səfərbər edir, araşdırmalara yönəldir.Şagirdlər köməksiz şəraitdə, müstəqil yerinə yetirdikləri tapşırığın doğru olub-olmadığı üzərində düşünür,düzəliş aparırlar. Bir sözlə, öz qüvvələrini sınaqdan keçirirlər.
Kommentarili yazı .Yazılı çalışmanın bu növü də izahlı imlanı xatırladır. Son illərdə kommentarili (izahlı, şərhli) təmrinlərdən orfoqrafiya tə'liminin mühüm vasitəsi kimi geniş istifadə olunur. İzahetmə, şərhetmə xarakterinə görə kommentarili yazı xəbərdarlıqlı və izahlı imlaya yaxınlaşır. Kommentarili yazı necə aparılır? Müəllim IV sinifdə belə bir cümləni ucadan deyir: «Müəllim Azərbaycan xalqının qəhrəman oğlu, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadə haqqında danışdı»Kommentari vermək üçün dörd şagird seçilir. Onlardan biri cümləni ucadan təkrarlayır.Şagirdlərdən ikincisi sözləri bir-bir aramla deyir və izah edir. O, da səhvə yol verdikdə müəllimin əvvəlcədən seçdiyi digər şagirdlər düzəliş verirlər.Şagird deyir:
-Müəllim cümlənin ilk sözü olduğundan böyük hərflə başlamaq lazımdır. Bu sözü mə:lim şəklində tələffüz edirik, lakin müəllim kimi yazmaq lazımdır. M samitindən sonra ü yazılır, i iki dənədir.O, müəllim sözünü hecalarla (mü-əl-lim) deyir, hamı yazır.
-Azərbaycan. Xüsusi isim olduğundan böyük hərflə yazılır.Azarbaycan şəklində tələffüz etsək də elə yazmaq olmaz. A-zər-bay-can şəklində yazırıq (hamı yazır).
-Xalqının. Bu söz tanışdır. Tələffüz etdiyimiz kimi də yazılır.Bə'zən xalxının, xəlqinin şəklində tələffüz edənlər də olur. Bu sözdə l samitindən sonra q gəlir.
-Qəhrəman. Bu sözü qəhraman şəklində tələffüz edirik, lakin yazanda r samitindən sonra ə yazılmalıdır. Qəh-rə-man (hamı yazır).
-Oğlu. Bu sözün kökü oğul şəklindədir. Tələffüzdə oğulu şəklində səhvə yol versək də, yazıda ğ samitindən sonrakı u düşür, I samitindən sonra u yazılır.
-Əfsanəvi. S samitindən sonra a yazılır. Əf-sa-na-vi. (hamı yazır).
-Kəşfiyyatçı. Yanaşı gələn iki y ilə yazılır. Kaş-fiy-yat-çı.(hamı yazır).
-Mehdi. İnsan adı olduğundan böyük hərflə başlanır. Bu sözü Mehti şəklində tələffüz etsək də Meh-di şəklində yazılır (hamı yazır).
-Haqqında. İki q ilə yazılır. Haq-qın-da. (hamı yazır).
-Danışdı. Bu söz tanışdır. Tələffüz etdiyimiz kimi də yazırıq(hamı yazır) Cümlənin sonunda nöqtə qoyulur.
Hər dəfə kommentarili yazı üçün bir-iki cümlə ayırmaq məsləhət görülür.Yazının bu yolla aparılması səhvlərin tezliklə aradan qaldırılmasına hətta səhvsiz yazmağa kömək göstərir. Kommentarili yazı şüurluluq prinsipinə əsaslandığından hər bir sözün yazılışı öyrənilmiş qayda ilə ifadə olunur, şagirdlərdə özünənəzarət vərdişi yaranır. Kommentarili yazı prosesində bir şagirdin izahı bütün sinfi fəallaşdırır, onların diqqətini oyaq saxlayır. Şagird yazdığı mətnin üzərində müşahidə və təhlil aparır, qrammatik qaydanı ayrı-ayrı sözlərin yazılışına tətbiq edir.Kommentarili yazı prosesində (xüsusilə III-IV siniflərdə)Azərbaycan dilindən əvvəllər keçilmişlərin təkrarı üçün də gözəl imkan yaranır. Bu baxımdan seçmə kommentari daha əlverişlidir. Belə yazı zamanı şagirdlər yalnız çətin sözləri, möhkəmləndirilməmiş orfoqramları yazırlar. IV sinifdə bir çox hallarda kommentarini bir orfoqramla (məsdər, da, də bağlayıcıları və s.)əlaqədar vermək mümkündür.Kommentarili yazı işin gedişi prosesində yoxlanılır. Yazının bu növü şagirdlərin biliyinin aşkara çıxarılması və qiymətləndirilməsini asanlaşdırır.
33. Görmə ,seçmə və yaradıcı imlaların aparılması metodikası

Yüklə 82,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə