V. Q. Belinski haqlı olaraq demişdir ki, qrammatika olmadan da dili öyrənmək mümkündür. Doğrudan da, ulu babalarımız qrammatikanı bilmədən dili nəsillərdən-nəsillərə ötürmüşlər, lakin V. Q. Belinski onu da qeyd edir k



Yüklə 82,86 Kb.
səhifə4/5
tarix09.06.2022
ölçüsü82,86 Kb.
#89201
növüQaydalar
1   2   3   4   5
adtm imtahan

Görmə imla. Yazılışı çətin sözlərin yazılışının öyrədilməsində imlanın bu növü mühüm rol oynayır. Təlimin hər bir mərhələsində (xüsusilə II sinifdə), hər hansı orfoqramın öyrədilməsi ilə əlaqədar görmə imla vermək olar.Görmə imlanın üzündənköçürmə yazıdan fərqi orasındadırki, mətn təhlil edildikdən sonra onun üstü örtülür, müəllimin diktəsi ilə yazılır. Şagirdlər yazdıqlarını yoxlayırlar.Görmə imla həm görmə, həm də eşitmə qavrayışına istinad etdiyindən şagirdlər çox səhvə yol vermirlər.
Görmə imla məktəb təcrübəsində müxtəlif tərzdə aparılır.Mətn yazı taxtasına yazılır, şagirdlər hər bir sözün yazılışı ilə tanış olduqdan sonra mətnin üstü örtülür, müəllim diktə edir,şagirdlər yazırlar. Başqa variant: yazı taxtasına yazılmış mətnə şagirdlər diqqətlə baxır, həmin dövrdə istənilən orfoqrama (imlanın yazdırılmasının məqsədi ilə bağlı cəhətə) xüsusi diqqət yetirirlər. Birinci cümlə bir şagird tərəfindən oxunur, yazarkən səhvə yol verəcəkləri güman edilən sözlərin orfoqrafik təhlili aparılır. Əgər sözlər morfoloji prinsipə əsasən yazılırsa, şagird həmin prinsipi, qrammatik qaydanı izah edir. Mətnin üstü örtüldükdən sonra müəllim cümləni diktə edir, şagirdlər yazırlar. Hamı yazıb qurtardıqdan sonra mətnin üstü açılır, şagirdlər yazdıqlarını yazı taxtasındakı ilə yoxlayırlar. İmla bu cür davam edir.III-IV siniflərdə görmə imlanın aparılması bir qədər çətinləşdirilir. Belə ki, müəllim şagirdlərin diqqətini yazı taxtasında yazdığı, yaxud dərslikdən seçdiyi mətndə rast gələ biləcəkləri çətin orfoqramlara yönəldir. Sonra yazı taxtasındakı mətnin üstü örtülür, şagirdlər müəllimin diktəsinə əsasən mətni yazırlar. Yazı işi qurtardıqdan sonra onlar öz yazılarını yazı taxtasındakı mətnlə tutuşdurub, düzəliş edirlər.
Seçmə imla. Seçmə imla yazarkən şagirdlər oxunmuş mətndən yalnız tərkibində öyrənilməsi, möhkəmləndirilməsi, qarşıda məqsəd qoyulmuş orfoqramların olduğu sözləri və ya ifadələri seçib yazırlar. Belə bir əməliyyatın yerinə yetirilməsi şagirdlərdən nəzəri hazırlıq, diqqətlilik və fəallıq tələb edir. Seçmə imlada şagirdlər tərəfindən yerinə yetirilmiş işin nəticələri bir-birindən fərqlənir, seçilmiş sözlər və ifadələrdə müxtəliflik özünü göstərir. Bunu nəzərə alaraq müəllim yazıya başlamazdan əvvəl onun məqsədi və tapşırığın yerinə yetirilmə qaydası haqqında aydın izahat verməli, nəticələrin təhlili prosesində fərqlərin meydanagəlmə səbəblərini aydınlaşdırmalıdır.
Yazıya başlamazdan əvvəl möhkəmləndirilməsi qarşıda qoyulmuş qayda təkrarlanmalıdır. Şagirdlər seçəcəkləri formanı müəyyənləşdirdikdən sonra müəllim mətni aramla diktə edir,cümlə bir-iki şagird tərəfindən təkrar edilir. Onlar bir qədər fikirləşdikdən sonra lazımi söz və ya ifadəni seçib yazırlar.Seçmə imlaların xarakteri və məzmunu sinifdən-sinfə dəyişir. Əgər II sinifdə yalnız müəyyən çətin orfoqramla bağlı sözləri (məsələn, qoşasamitli sözlər, axırı q samiti ilə bitən sözlər,d ilə tələffüz edilib, ilə yazılan sözlər, mürəkkəb sözlər və s.)seçib yazmaq tələb oluna bilərsə, III-IV siniflərdə lazımi orfoqramlarla yanaşı, onun aid olduğu sözləri (ifadələri) də yazmağı tələb etmək mümkündür: məsələn, yaşıl yarpaqlar; teatr binası: gəzməkdən avval və s. söz birləşmələrində orfoqrafik cəhətdən diqqəti cəlb edən yarpaq, teatr və avval sözləridir.
Seçmə imla söz birləşmələri üzrə aparılanda şagirdlər cümlədə sözlər arasındakı əlaqəni yaxşı başa düşürlər. Seçmə imlanın bir neçə orfoqram üzrə aparılması da maraqlıdır. Bu zaman hər bir orfoqramla əlaqədar sözlər qruplaşdırılıb ayrı-ayrı sütunlarda yazılır.

Yüklə 82,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə