V. Q. Belinski haqlı olaraq demişdir ki, qrammatika olmadan da dili öyrənmək mümkündür. Doğrudan da, ulu babalarımız qrammatikanı bilmədən dili nəsillərdən-nəsillərə ötürmüşlər, lakin V. Q. Belinski onu da qeyd edir k



Yüklə 82,86 Kb.
səhifə2/5
tarix09.06.2022
ölçüsü82,86 Kb.
#89201
növüQaydalar
1   2   3   4   5
adtm imtahan

Xəbərdarlıqlı imla yazdırılarkən xəbərdarlığın müxtəlif yollarından istifadə etmək mümkündür:
Çətin orfoqramlı sözün bir qədər ucadan və aydın tələffüz edilməsi;
Sözün hecalarla deyilməsi (mü-vaf-fa-qiy-yat, nü-mu-na və s.);
Sözdəki çətin orfoqramın xüsusi vurğu altında deyilməsi (qəhrəman, vağzal və s.);
Sözün necə yazılacağına dair müəllimə sual verilməsi (şagird ekskursiya sözünün necə yazıldığını soruşur, müəllim birinci k samitindən sonra i-nin işlənmədiyini başa salır):
Sözün yazılışına dair orfoqrafik və ya qrammatik qaydaların izah edilməsi (müəllim şəhər adının böyük hərflə,da, da bağlayıcılarının ayrı yazılmasını öyrədir, alacağam sözündə kökün alacaq olmasını, iki sait arasında q-nın ğ-ya keçməsini bildirir və onları başa salır ki, alacam yazmaq olmaz);
Sözün tələffüzü ilə yazılışı arasında fərqin aydınlaşdırılması (müəllim [Nayilə, radiyo, ayilə, teyatr] şəklində tələffüz etdiyimiz sözlərin Naila, radio, ailə, teatr şəklində yazıldığını izah edir);
Sözün analogiyaya əsasən yazılmasının xatırladılması (pencək sözünü yazarkən pendir; dovğa sözünü yazarkən dovşan; dövran sözünü yazarkən dövr, dövlət sözlərinin yada salınması);
Sözün yazı taxtasında yazılması;
Sözün kök və şəkilçiyə ayırmaqla yazı taxtasına yazılması;
Sözün yazı taxtasına yazılaraq lazımi orfoqramın altından xətt çəkilməsi;
Sözün yazılışı ilə əlaqədar orfoqramın xəbər alınması (şagirdlər səndən sözünü yazacaqlarsa, ismin çıxışlıq halının şəkilçilərinin xəbər alınması onların sənnən şəklində yazmalarının qarşısını alır);
Şagirdlərə istiqamətverici, onların diqqətini səfərbəredici xəbərdarlıq ("Diqqətli olun", "Qoşasamitli sözdür", "Hansı sözlərin bitişik yazılacağına fikir verin", "Çay və göl adlarının yazılışına fikir verin", "Mənim [o] səsini [a] kimi tələffüz etdiyim sözlərə fikir verin" və s.);
Sözün tələffüzü ilə yazılışının şagirdlərin özləri tərəfindən tutuşdurulması;
Yazılışı çətin söz hər bir şagird tərəfindən qaralama dəftərdə (kağızda) yazıldıqdan sonra yanındakı yoldaşı tərəfindən ona düzəlişin verilməsi;
Şagirdlərin diqqətinin orfoqrafik divar cədvəlinə yönəldilməsi;
Şagirdlərin dərslikdəki lüğətdən, həmçinin məktəblinin orfoqrafiya lüğətindən istifadə etmələrinə icazə verilməsi;
Müəllimin partaların arası ilə gəzərək səhvə yol verən şagirdlərə fərdi kömək göstərməsi və ss Şagirdlərin hələ kifayət qədər vərdişlərə yiyələnmədikləri dövrdə fonematik təhlil hərfburaxma, hərfartırma, hərfləri başqaları ilə əvəzetmə hallarının qarşısını alır. III-IV siniflərdə isə şagirdlər iki-üç cümləni orfoqrafik cəhətdən təhlil etdikdən sonra müəllimin diktəsinə əsasən yaza bilərlər. Orfoqrafik hazırlığı yüksək olan siniflərdə mətn bir dəfə oxunduqdan sonra cümlə-cümlə oxuyub bütövlükdə təhlil etmək və diktə edib yazdırmaq mümkündür.Müəllim diktəni başa çatdırdıqdan sonra şagirdlər öz yazılarını oxuyub, düzəliş aparmalarına nəzarət etməlidir. Nəhayət, müəllim mətni bütöv oxuyur, hamı öz yazdığını yoxlayır.

Yüklə 82,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə