V. Q. Belinski haqlı olaraq demişdir ki, qrammatika olmadan da dili öyrənmək mümkündür. Doğrudan da, ulu babalarımız qrammatikanı bilmədən dili nəsillərdən-nəsillərə ötürmüşlər, lakin V. Q. Belinski onu da qeyd edir k



Yüklə 82,86 Kb.
səhifə5/5
tarix09.06.2022
ölçüsü82,86 Kb.
#89201
növüQaydalar
1   2   3   4   5
adtm imtahan

Yaradıcı imla. Yaradıcı imla şagirdlərin daha müstəqil fəaliyyət göstərmələrini təmin etməklə yazılı çalışmalar sistemində xüsusi yer tutur. İmlanın bu növü orfoqrafiya təlimi ilə yanaşı, rabitəli nitqin inkişafına xidmət etdiyindən bir növ inşaya hazırlıq rolunu oynayır. Yaradıcı imlanın müxtəlif növləri var.Ola bilər ki, şagirdlər verilmiş bir neçə söz qrupundan bir sütunda mübtədalar, ikincisində təyinlər, üçüncüsündə tamamlıqlar, dördüncüsündə xəbərlər yazsınlar.Yaradıcı imlanı II sinifdən etibarən yazdırmaq mümkündür.Əvvəllər müəllimin dağınıq verdiyi sözləri dəyişmədən cümlə tərtib edilir. Yuxarı siniflərdə isə yaradıcı imlanın mətni şagirdlər tərəfindən tərtib olunur. Müəllim ən yaxşı cümləni qeydə alır. Onlar müəllimin diktəsinə əsasən yazırlar. İmla belə davam edir. Yaradıcı imlanın yazdırılması üzrə iş ardıcıl, müvəffəqiyyətlə təşkil olunduqda şagirdlər ifadə və inşa yazmağa hazır olurlar.
34. Lüğət üzrə imla,sərbəst imla və onların aparılması metodikası
Lüğət üzrə imla. Lüğət üzrə imla adından məlum edildiyi kimi, ayrı-ayrı sözlərin diktə edilib yazdırılması şəklində aparılır. Lüğət üzrə imla həm orfoqrafiya təlimi, həm də nitq inkişafı ilə-lüğət üzrə işlə əlaqədar xüsusi əhəmiyyət kəsb edir.İmlanın bu növündə diktə üçün proqramdakı yazılışı çətin sözlər və yeni keçilmiş qaydaya dair orfoqramın olduğu sözlər seçilir.
Lüğət üzrə imla 2-10 sözdən ibarət ola bilər. Bəzən şagirdlərin əvvəllər öyrəndikləri sözləri necə yaza bildiklərini yoxlamaq məqsədilə sözlərin sayını 25-30-a çatdırmaq mümkündür.Lüğət üzrə ilk imlalar bir növ xəbərdarlıqlı imla kimi aparılır. Müəllim sözləri ucadan, aydın oxuduqdan sonra hər bir sözün orfoqrafik-qrammatik təhlili aparılır, sonra aramla diktə edilib yazdırılır.Bəzən lüğət üzrə imlanı qrammatik tapşırıqla mürəkkəbləşdirmək mümkündür. Belə hallarda şagirdlər sözü yazdıqdan sonra tələb olunan orfoqramın altından xətt çəkir, onu kök və şəkilçiyə ayırır, ona sinonim (antonim) tapırlar.
Sərbəst imla. Sərbəst imla öz xarakterinə görə ifadəyə çox yaxın olmaqla həm orfoqrafiya təliminə, həm də rabitəli nitqin inkişafına xidmət edir. İmlanın bu növü bütöv bir mövzuya aid yazı qaydalarını təkrarlamağa və möhkəmləndirməyə imkan verir.Sərbəst imla yazılmazdan əvvəl onun həsr olunduğu qayda təkrar edilməlidir. Yazılışı çətin sözlər, bəzi cümlələrin quruluşu yazıya qədər təhlil olunmalı, imlada işlədilməsi zəruri olan bəzi mühüm söz və ifadələr yazı taxtasında yazılmalıdır.Müəllim birinci abzası oxuyub bir qədər fasilə verir. Şagirdlər oxunmuş hissəni yadda saxlayıb, öz sözləri ilə yazırlar.Digər abzaslar üzrə də iş bu cür davam edir. Yazı işinin axırında şagirdlər yazdıqlarını yoxlayırlar.İmlanın bu növündən daha çox III-IV siniflərdə sintaksisdən yeni məlumat verildikdən sonra, həmçinin təkrarın təşkili məqsədilə istifadə olunmalıdır.
35. Şəkil üzrə imlaların aparılması metodikasi

36. Təsvir xarakterli inşaların aparılması metodikası


Məzmununda təsvir elementləri olan inşalar əslində öz təbiəti etibarilə müşahidə üzrə inşalardır. Aydındır ki, müşahidəsiz təsvir etmək mümkün deyil.İlk təsvir xarakterli yazılar müəyyən sadə əşyanın təsviri üzrə aparılır: məsələn, II sinifdə şagirdlərdən tanış olan heyvanların (sərçə, qaranquş, qarğa, inək, pişik və s.) təsvirini tələb etmək olar. Yazı zamanı heyvan və ya quş bilavasitə şagirdlərin gözləri qarşısında olmalıdır. Bu mümkün olmadıqda onların müqəvvalarından, yaxud aydın natural şəkillərindən də istifadə edilə bilər.Əşya dərsində şagirdlərin diqqəti əşyaların müxtəlif əlamətlərinin və əlaqələrinin müəyyənləşdirilməsinə yönəldilir. O.müşahidə fəaliyyəti ilə eşitmə, oxu, inşa arasında əlaqə yaradır. Beləliklə də, yeni söz genişlənən əlaqələr sistemində işlənir. Müşahidədən sözə və sözdən müşahidəyə keçmə prosesində əyani obraz və söz arasında qarşılıqlı əlaqə yaranır.Təbiətdə baş verən bu və ya digər hadisələrin (qarın, yağışın, dolunun yağması, günəşin doğması və s.) üzərində müşahidələrdən sonra onun təsvirini verməyi tələb etmək mümkündür. Bəzən dərsdən kənarda müxtəlif heyvanlar, quşlar, başqa obyektlər üzərində müstəqil müşahidə aparmaq tapşırılır: məsələn, II-III sinif şagirdləri it, pişik, qoyun, inak, at, IV sinif şagirdləri isə məktəbin həyəti, çay, dirrik, xırman, park, stadion və s. üzərində müşahidə apara bilərlər.
Təsvir-inşaların yazılması üzrə vərdişin inkişaf etdirilməsi üçün bənzər əşyaların müqayisə olunmasına geniş yer verilməlidir. III-VI sinif şagirdlərindən qazla ördəyin, pişiklə pələngin,itlə qurdun, küknarla şamın, maralla ceyranın müqayisəsi üzrə təsvir xarakterli inşa yazmağı tələb etmək olar. Bu sahədə müəyyən vərdiş yarandıqdan sonra günəşin çıxması ilə batmasının, payız meşəsi ilə yay meşəsinin müqayisəsinə həsr olunmuş inşalar yazdırmaq mümkündür. Belə yazılar şagirdlərin lüğət ehtiyatının dəqiqləşdirilməsində, onların məntiqi təfəkkürünün inkişafında mühüm rol oynayır.
37. Müşahidə üzrə inşaların aparılması metodikası
Müşahidə sadəcə qavrayış olmayıb, müəyyən niyyətli.məqsədli qavrayış olduğundan, bu prosesdə təfəkkür fəaliyyət göstərir. K.D.Uşinski qeyd edirdi ki, uşaqlara ətrafdakı əşyalara düzgün baxmağı, düzgün fikirləşməyi və öz fikrini ifadə etməyi, fikrində olanları qaydaya salmağı öyrətmək onların şüurunda fəaliyyət yaratmaq deməkdir.Doğma yerlərə ekskursiyalar, gəzintilər, ətraf aləmdəki əşya və hadisələr üzərində müşahidələr uşaqlarda həssaslıq, təbiəta, gözəlliyə məhəbbət, onlardan zövq almaq və onu qorumaq hissini tərbiyə edir. Uşaqlar öz təəssüratını həvəslə ifadə edirlər.Axı gözlə görünən hər bir şeyi təhlil etmək, tutuşdurmaq, onlardan ən mühüm olanları ayırmaq, ümumiləşdirmə aparmaq daha asandır. Müşahidə əsasında yazılı inşaların aparılmasına III sinifdən başlamaq məsləhətdir. Belə inşalara evdə və sinifdə hazırlıq aparıla bilər. Məsələn, yaz haqqında inşadan əvvəl müəllim təbiətə ekskursiya təşkil edir. Ekskursiyadan sonra nələri müşahidə etdiklərini uşaqlardan xəbər alır. Uşaqlar yazın əlamətlərini sadalayırlar (göyün üzü açıq olur; günəş yuxarı qalxır va çox qızdırır; qarın rəngi tündləşir; qar əriyir; güney yerlərdə palçıq olur; söyüdlərin tumurcaqları şişir; küçələrdə gölməçələr əmələ gəlir; sərçələr sevinclə cikkildəşir; onlar qarın əridiyi yerlərdə atılıb-düşür, yem axtarırlar; qaranquşlar özlərinə yuva qurur; bənövşələr görünür; arılar yuvalarından çıxıb uçuşur vəs.)
Müəllim müşahidəni yekunlaşdıraraq şagirdlərə başa salır ki, bu gün yazın əvvəlləri - ilk bahar haqqında söhbət etdilər.Sonra müəllim yazın digər əlamətləri üzərində müşahidə aparmağı tapşırır. Dərslikdən müvafiq mətn də oxunduqdan sonra ümumiləşdirici dərs təşkil olunur. Bu dərsdə yazın əlamətlərindən, yazın gəlməsi ilə təbiətdə baş verən dəyişikliklərdən,ardıcıllıqdan söhbət gedir, yaz haqqında şeirlər oxunur, tapmacalar və atalar sözləri deyilir. Şagirdlərin inşada rast gələ biləcəkləri güman edilən sözlər (bahar, aydın, günəş, qaranquş,tumurcuq, sağsağan, arılar, çəmən və s.) yazı taxtasına yazılır və dəftərə köçürülür. Onların cümlə içərisində işlədilməsi üzrə məşqlər aparılır. Bir neçə gün qrammatika dərslərində yaza aid cümlələr təhlil olunur, imla yazdırılır. Bütün bunlardan sonra şagirdlər heç bir kömək olmadan müstəqil inşa yazırlar.III sinifdə ekskursiyadan sonra əşya dərslərinin təşkili şagirdlərin rabitəli nitqinin inkişafında mühüm rol oynayır.Payızda şagirdlər dirrikdə məhsul toplanışında iştirak edirlər. Dirrikdən gətirilən tərəvəz nümunələri əsasında keçirilən əşya dərsində onlar hər bir tərəvəzin forması, rəngi, dadı, hissələri, hansı hissəsinin yeyilməsi, onlardan haralarda istifadə olunması və s. ilə tanış olurlar.
Əşya dərslərində şagirdlər bir neçə yeni tərəvəzin adını (karaviz, çuğundur, paxla və s.), formasını (uzunsov, şaxəli və s.), rəngini (bənövşəyi, narıncı, açıq yaşıl və s.) öyrənirlər.Müəllim yazılışı çətin olan, ümumiyyətlə, onların dirriyə aid yazacaqları inşada işlədəcəkləri sözləri yazı taxtasına yazır:dirrik, lak, məhsul, yeşik, pomidor, kalam, badımcan, turp,lobya, şüyüd və s. Şagirdlər yarpaqlarına, meyvəsinə görə bir-birinə oxşayan tərəvəzi müqayisə edir, dirrikdə becərilən tərəvəz haqqında bildiklərini danışırlar. Beləliklə, onlar inşa yazmağa hazır olurlar.
38. Fonetikanin tədrisi metodikası

39. Morfologiyanin tədrisi metodikası

40. Əzbər yazıların aparılması metodikası
Əzbər yazı həm üzündənköçürmə,həm də imla ilə bağlıdır.Onu üzündənköçürməyə yaxınlaşdıran cəhət yazacağı mətni dəfələrlə görmək, oxumaq, sözlərin yazılı surətini mənimsətmək imkanının olmasıdır. Mətn əzbərləndikdən sonra yazarkən şagirdin daxili nitqinin köməyi ilə dodaqaltı diktə etməsi isə onu imlaya yaxınlaşdırır. Təsadüfi deyildir ki, orfoqrafik çalışmanın bu növünü "öz-özünə imla" da adlandırırlar. Əzbər yazı şagirdin öz-özünü yoxlama, öz qüvvəsinə inam yaratma vasitəsi hesab olunur.Yaddaşa əsasən yazının müxtəlif variantlarda tətbiqi şagirdlərə sözün səs-hərf, heca tərkibini düzgün müəyyənləşdirməyə geniş imkanlar açır. Sözlərdə hərfburaxma, hərfartırma, bir hərfi başqası ilə əvəzetmə və s. kimi nöqsanların qarşısı alınır.Yaddaşa əsasən, uşaqlar hərfi, onun obrazını yalnız təsəvvürdə canlandırmaqla və dəftərdə yazmaqla kifayətlənmir, eyni zamanda sözü, hecanı, ayrı-ayrı səsləri dodaqaltı (səssiz) tələffüz edir, hər bir səs və hərfin yerini müəyyənləşdirirlər, sonra onu dəftərlərində yazırlar.
Əzbər yazı iki cür aparıla bilər:
1) Müəllimin tapşırığı ilə orfoqrafik cəhətdən əvvəlcədən əzbərlənmiş şerin yazılması;
2) Şagirdlərin əvvəllər öyrəndikləri şerin yazdırılması.
Bu növ üzrə işi həm bir, həm də müxtəlif (hər kəsin daha çox xoşladığı) şeirlər üzrə aparmaq mümkündür. Birinci halda əzbər yazı öyrədici, ikinci halda isə yoxlama xarakteri daşıyır.II sinifdə (bəzən şeirdə çətin sözlər çox olduqda), III-IV siniflərdə də şeri şagirdlərə oxutduqdan sonra yazdırmaq faydalıdır. Bəzən bunun üçün bir gün əvvəl xəbərdarlıq etmək kifayətdir. Belə hallarda uşaqlar evdə şerə diqqətlə baxdıqlarından sinifdə onun təkrarən oxunmasına ehtiyac qalmır.
41. Qrammatika tədrisinin metodları:müəllimin şərhi

42. Nəqli xarakterli inşaların aparılması metodikası

43. Azərbaycan orfoqrafiyasinin tərtibi prinsipləri

44. Qrammatik təhlilin aparılması metodikası



45. Sözün tərkibi mövzusunun öyrədilməsi metodikası
Sözün tərkibinin öyrənilməsi nitq inkişaf və orfoqrafik vərdişlərin möhkəmlənməsi üçün faydalıdır.
"Sözün kökü” mövzusu ilə əlaqədar ilk dərslərdə sözün hissələri - kök və şəkilçi haqqında anlayış verilir.
Şagirdlər "kök" anlayışına aşağıdakı əlamətləri daxil edirlər: “Kök”qohum sözlər üçün ümumi olan başlıca mənanı bildirən hissədir. "Şəkilçi" isə sözün hissəsi olmaqla yeni sözlər əmələ gətirməyə xidmət edir. Müəllim şəkilçinin rolunu başa salmaq məqsədilə yazı taxtasında belə bir cümlə yazır: "Biz İlqarı çağırdıq”. Sonra o, İlqarı sözündəki -ı şəkilçisini pozub,əvəzinə ismin digər hallarının şəkilçilərini əlavə etməyi tələb edir. Şagirdlər İlqar sözünə növbə ilə -in, -a, -da, -dan şəkilçilərini əlavə edir, sözlər arasında heç bir əlaqənin yaranmadığını, heç bir şeyin başa düşülmədiyini görürlər. Deməli, həmin cümlədəki sözlər arasında əlaqə yaradan hissə - şəkilçisidir.
IV sinifdə şagirdlərə şəkilçi qəbul edən bəzi sözlərin kökündəki son saitin düşməsi hadisəsi haqqında məlumatlara yiyələnirlər.
III sinifdə şagirdlər müxtəlif şəkilçlərlə, o cümlədən, -lıq -la, -laş, -dan, IV sinifdə isə -çi, -ban, -keş şəkilçiləri ilə taniş olur və onların hər birini öz yerində işlətməyi öyrənirlər.
III sinifdə şagirdlər tərkibində bir və ya iki "y"olan sözlərlə, qoşasaitli sözlərin yazılışı və deyilişi ilə tanış olurlar,
IV sinifdə qoşasamitli sözlər, mürəkkəb sözlər və onların yazılışı haqqında biliklərə yiyələnirlər.
Şəkilçi haqqında qazanılmış praktik vərdişlər II sinifdə sistemə salınır, təsnif edilir. şagirdlər sözdəyişdirici və sözdüzəldici şəkilçilərlə tanış olurlar.Sözün tərkibinin öyrədilməsi prosesində qarşıya çıxan ən böyük çətinlik şagirdlərə "sözdəyişdirici" və "sözdüzəldici" şəkilçilər (anlayışlar) arasında fərqin başa salınmasıdır. İlk dəfə traktor-traktorçu, məktab-məktəbli misalları əsasında müəyyən obyektdə çalışan, təhsil alan adamdan söhbət getdiyi başa salınır. Növbəti mərhələdə əşya adları ilə yanaşı, tədricən əlamət, nəhayət, həm də hərəkət bildirən eyniköklü sözlərin tapılması üzrə iş gedir; buz, buzlaq, buzlu, buzlayır və s. Nəhayət,dərslikdəki çalışmalarda istifadə olunan hansı şəkilçilərin yeni söz düzəltmək xüsusiyyətinə malik olması izah edilir. Nəticədə uşaqlara başa salınır ki, dilimizdəki bir çox şəkilçilər sözlərin formasını, qismən də olsa mənasını dəyişir, lakin bu zaman ümumi məna saxlanır.
"Sözün tərkibi” mövzusunun tədrisi onun quruluşca növlərinin öyrədilməsi ilə tamamlanır. Şagirdlərə başa salınır ki, dilimizdə elə şəkilçilər də vardır ki, müəyyən sözlərə qoşulmaqla yalnız onların şəklinə deyil, məzmununa da güclü təsir göstərir, tamamilə yeni mənalı sözlər düzəldir. Belə şəkilçilər sözdüzəldici şəkilçilər adlanır. Əgər şagird maktəbin, maktaba,maktabi, maktabda, maktabdan, məktəblər, maktabimiz sözlərində sözdüzəldici şəkilçilərin təsiri ilə məktəb sözündən başqa heç bir yeni söz öyrənmirsə, məktəbli sözünün məktəb sözü ilə bağlı yeni məna qazandığını, söhbətin məktəb binasından deyil.orada təhsil alan insandan getdiyini öyrənir, yaxud gül sözündən güldan sözünü düzəltdikdə o, indiyədək bilmədiyi yeni sözlə tanış olur. Beləliklə, sözdüzəldici şəkilçilər şagirdlərin lüğət ehtiyatını zənginləşdirir, genişləndirir və dəqiqləşdirir.
Mürəkkəb sözlər müxtəlif yollarla əmələ gəlir. İbtidai siniflərdə, əsasən, bitişik və defislə yazılan mürəkkəb sözlar üzrə iş aparuır. Şagirdlər günəbaxan, Qarabağ, ağacdələn, ayaqqabı, davaquşu,Şanapipik, əlüzyuyan və s. kimi mürəkkəb sözləri sözlərin digər növlərinə nisbətən daha asan qavrayır və onların yazılışında o qədər də səhvə yol vermirlər. Defislə yazılan mürəkkəb sözlarla tanışlığa isə xüsusi diqqət yetirmək lazım gəlir. Müəllim avvalca iki eyni sözdən əmələ gələn mürəkkəb sözlər (qaça-qaça, les-lez yavaş-yavaş, asta-asta və s.) verib, onların seçilməsi və yazılması üzrə müəyyən vərdişlər yarandıqdan sonra tərəfləri müxtəlif sözlərdən ibarət mürəkkəb sözlər (bağ-bağat, gül-çiçak, dağ-das.mal-qara, ev-eşik və s.) üzrə, nəhayət, bir tərəfi məna verməyən birləşmədən ibarət (çör-çöp, zir-zibil, mer-meyvə, səs-səmir və s.) mürəkkəb sözlər üzrə iş apara bilər.
Sonralar müəllim mürəkkəb sözlərin yaradılmasına imkan verəcək sözləri yazı taxtasında cüt-cüt yazır (əmi.qız; dəvə, quş, ot, biç; taxıl, döy; günə, bax və s.). Şagirdlər həmin
sözlərdən istifadə etməklə müvafiq sözlər (əmiqızı, davaqușu,otbiçən taxıldöyən, günəbaxan) düzəldirlər. Daha sonra defisla yazılan mürəkkəb sözlərin əmələ gəlməsi üzrə də iş aparmaq olar.
Müəllim yazı taxtasına mürəkkəb sözü buraxılmış bir neçə cümlə
Müəllim yazı taxtasında eynimənalı bir sözlə əvəz edilməsi mümkün olan söz birləşmələri yazır (saçı uzun olan qız; pipyi şana kimi olan quş və s.), şagirdlər hər bir söz birləşmələrini eynimənalı sözlə (uzunsaç, şanapipik və s.) əvəz edirlər. Şagirdlərin diqqəti mürəkkəb sözün necə yaranması ilə yanaşı, onun tələffüzü və yazılışına'da yönəlir

46. Sayın tədrisi metodikası


Bir nitq hissəsi olan sayla şagirdlər III sinifdə tanış olurlar.Onlar artıq öyrəniblər ki, isim varlığın, əşyanın adını, sifət isə onun əlamətini və keyfiyyətini bildirir. Lakin bəzən varlığın miqdarını, yəni nə qədər olduğunu və ya sırasını, yəni neçənci olduğunu göstərmək lazım gəlir. Varlığın sırasını və ya miqdarını bildirən nitq hissəsinə say deyilir. Məhz bu qayda üzərində işləyərək şagirdlərə saylar haqqında, onların rrəqəmlə sözlə yazılışı haqqında məlumat verilir. Şagirdlər sayın xüsusiyyətləri ilə tanış olduqdan sonra onu digər nitq hissələrindən fərqləndirməyə çalışırlar, həmçinin oxşar xüsusiyyətlərini söyləyirlər. Müəllim uşaqlara müxtəlif suallar verərək say haqqındakı məlumatları genişləndirir. Məsələn: Sinfinizdə neça şagird var? İsaxan babanın neçə nəvəsi var? Ünala neçanci sırada oturub? Divardan neça portret asılıb? Elvin dostuna na qədər kömək etdi? Siz neçənci sinifdə oxuyursunuz?Və yaxud, uşaqlara tərcümeyi-hal yazdırmaq. bu zaman miqdar və sıra saylarından istifadə etməyi tapşırmaq olar.
Say haqqında anlayışla şagirdlər III sinifdə tanış olurlar.Təcrübələr göstərir ki, bu işə sayın mənasının və başlıca qrammatik əlamətlərinin mənimsədilməsindən başlanması daha faydalıdır. Bu məqsədlə əvvəlcədən yazı lövhəsinə yazılmış:
"Şagirdlər neça? ağac, neçə? kol akdilər", "Qumrunun na qədər? dəftəri, nə qədər? qələmi var?", "Fidan neçənci? Sinifda oxuyur?". Şagirdlər onları oxuyaraq, sözlərin əvəzinə iki, beş.dörd, üç, altıncı sözlərini yazırlar.
Müəllim soruşur:
- Uşaqlar, sualların yerinə hansı rəqəmləri artırdınız?
- İki, beş, dörd, üç və altıncı rəqəmlərini.,
- Bu rəqəmlər hansı suallara cavab olur?
- İki, beş, dörd, üç rəqəmləri neçə?, altıncı rəqəmi isə neçənci? sualına cavab olur.
- Deyə bilərsinizmi, ağac, kol, daftar, qalam, sinif sözləri hansı nitq hissəsidir?
- İsimdir.
- Doğrudur. Uşaqlar, dilimizdə belə əşyalara aid olan rəqəmləri (iki, beş, dörd, üç, altıncı və s.) bundan sonra say adlandıracağıq. Saylar iki cür olur. Neça? na qadar? Suallarına cavab olanlar əşyanın miqdarını bildirir. Neçənci? sualına cavab olanlar isə əşyanın sırasını. Say ismə aid olur.
Miqdar sayları.Say haqqında ümumi məlumat verilərkən şagirdlər miqdar saylarını, onların suallarını (neça? nə qədər?) öyrənir, bunlarla əlaqədar müəyyən praktik işlər icra edirlər. Ona görə də miqdar saylarının tədrisi prosesində onun müəyyən və qeyri-müəyyən növləri, müəyyən miqdar sayları ilə isim arasında numerativ(taraf, baş, dənə, cüt, ədəd və s.) sözlərin işlənməsi.müəyyən miqdar saylarından sonra isimlərin cam şəkilçisi qəbul etməməsi üzərində ciddi şəkildə dayanmaq lazımdır.
III sinifdə şagirdlər say bildirən sözləri hərflərlə, həmçinin."ərəb rəqəmləri"ni, həm də "Roma rəqəmləri"ni düzgün yazmağı öyrənirlər.
Şagirdlərə miqdar saylarından sonra gələn isimlərin cəm şəkilçisi qəbul etməmələri haqqında məlumat verilir. Məsəlan, "On şagirdlar" demək düz deyil, çünki miqdar saylarından sonra gələn isimlər cəmlənə bilməzlər. Daha sonra təqribi saylar, dəqiq saylar haqqında məlumat verilir, sayların sualları öyrədilir.
Təcrübələr göstərir ki, ibtidai siniflərdə şagirdlər müəyyən miqdar, saylarından sonra digər numerativ (nafar, baş, dəst.ədəd və s.) sözlərin qazandığı üslubi funksiyasını başa düşmədiklərindən yalnız "dənə" sözündən istifadə edirlər. Bu da nəticə etibarı ilə nitqdə məna və üslub pozğunluğunun yaranmasına səbəb olur. Odur ki, IV sinifdə praktik çalışmalarla məktəblilərə çatdırılır ki, numerativ sözləri necə gəldi işlətmək düzgün deyil. Onların hər birinin nitqdə öz yeri var. Belə kki insan bildirən isimlərdən əvvəl yalnız "nəfər" (üç nafar oğlan. dörd nəfər həkim və s.), ət və südündən istifadə edilən ev heyvanlarını bildirən isimlərdən əvvəl "baş" (iki baş inak).tək-tək sayılan cansız isimlərdən əvvəl isə "ədəd", "dənə" sözlərindən biri (beş dənə qarpız, əlli ədəd yumurta) işlədilir. Belə numerativ (ədədi) saylardan sonra gələn isimlər isə heç vaxt cəm şəkilçisi qəbul etmirlər.
Bu da təkrar olunmaz həqiqətdir ki, IV sinif şagirdləri qeyri-müəyyən sayları bir qədər gec mənimsəyirlər. Qabaqcıl müəllimlər müəyyən miqdar sayları və qeyri-müəyyən miqdar saylarını qarşı-qarşıya yazaraq (on uşaq-xeyli uşaq, altı baş qoyun-çoxlu qoyun, yüz nüsxə kitab-onlarla kitab və s.) şagirdlərə təqdim edir, onların ifadə etdikləri mənaları müqayisə va tutuşdurmaların köməyi ilə açırlar. Tədricən məktəblilər şüurlu şəkildə mənimsəyirlər ki, müəyyən miqdar sayları (on altı, yüz) konkret əşyaları (isimləri), qeyri-müəyyən miqdar sayları (xeyli, çoxlu, onlarla, bir az) isə qeyri-müəyyən, yəni dəqiq olmayan kəmiyyəti ifadə edir. Müəyyən miqdar sayları iki suala - neçə? nə qədər?, qeyri-müəyyən miqdar sayları isə yalnız nə qədər? sualına cavab olur.
Sıra sayları.Sıra saylarının öyrədilməsi ilə əlaqədar yazı lövhəsinə "beşinci, onuncu, altıncı, yeddinci, qırxıncı, yüzüncü" və s. sözlər yazılır və şagirdlərdən tələb olunur ki, onları kök və şəkilçiyə ayırsınlar. Tapşırıq yerinə yetirilir. Müəllim izah edir:
-Uşaqlar, ayırdığınız -ncı, -nci, -inci, -inci, -uncu, -üncü şəkilçiləri sıra saylarının şəkilçiləridir. Bundan sonra həmin şəkilçilərin köməyi ilə məktəblilər miqdar saylarından sıra saylarının düzəldilməsi üzrə praktik çalışmalar yerinə yetirirlər.
Miqdar va sıra saylarının yazılışı. IV siniflərdə miqdar və sıra saylarının yazılışı ilə əlaqədar şagirdlərə praktik bilik və bacarıqlar da verilir. Miqdar sayları üzrə işi müxtəlif tipli çalışmalarla həyata keçirmək mümkündür: rabitəli mətndən miqdar saylarının seçilməsi; beş, on iki, yüz, on səkkiz və ss miqdar saylarının cümlədə işlədilməsi; "Qatar saat 12... stansiyaya daxil oldu", "Mağazada tənəffüs saat 2...3...kimidir" və s. Cümlələrdə nöqtələrin əvəzinə uyğun gələn şəkilçilərin artırılması və şəkilçidən əvvəl defis işarəsinin qoyulması;
"Səkkiz mart", "İyirmi səkkiz may” ifadələrində sayların rəqəmlə; 42, 109, 187 və s. rəqəmlərin isə sözlə yazılması və s. Sıra saylarının yazılışını şüurlu şəkildə mənimsətmək üçün sinfə belə bir çalışma təqdim edilir: Altıncı- 6-cı, birinci-1-ci, onuncu-10-cu, üçüncü-3-cü və s. Şagirdlər qarşı-qarşıya yazılmış sıra saylarını tutuşdurur, onlar arasında heç bir məna fərqi olmadığını öyrənir və belə nəticəyə gəlirlər ki, sıra saylarını iki şəkildə yazmaq mümkündür. Sıra sayları sözlərlə yazıldıqda -ici, -ici, -ucu, -ücü, -inci, -inci, -uncu, -üncü şəkilçilərini bütöv qəbul edir. Rəqəmlə yazıldıqda isə saydan sonra defis (-) işarəsi qoyulur, onlara -ci, -ci, -cu, -cü şəkilçilərindən uyğun gələni artırılır. Məktəblilərə praktik şəkildə çatdırılır ki,iki və daha artıq sözdən ibarət olan sıra sayları ayrı yazılır.On dördüncü, yüz otuz altıncı ve s.

47. Əvəzliyin öyrədilməsi metodikası


Uşaqlarda əvəzlik haqqında praktik vərdişlər məktəbəqədər dövrdə yaranır, lakin onlar əvəzlikləbir nitq hissəsi kimi III sinifdə tanış olurlar. Burada əvəzliyin cümlədə isim və sifəti əvəz edə bilməsindən söz açılır. Şagirdlər özlərinin şəxsiyyət, ayrı-ayrı fərdlərin isə şəxs olduğunu anlamalı, "Bu, mənim şəxsi kitabımdır"cümləsində "şəxsi" sözünün mahiyyətini öyrənməlidirlər ki, mən,san, o, biz, siz, onlar sözlərinin şəxs əvəzliyi olduğunu başa düşsünlər. Şagirdlər bilməlidirlər ki, hər bir adam özünü mən, yanındakı adamları biz adlandırır. Birinci şəxs fikir söyləyəndir (mən,biz), ikinci şəxs həmin fikri dinləyəndir (san, siz), üçüncü şəxs isə I və II şəxslər arasında söhbətin kimin haqqında getdiyini bildirəndir, müşahidəçidir (o, onlar).
Şagirdlərə başa salınır ki, dilimizdə elə sözlər var ki, onlar müxtəlif nitq hissələrini əvəz edə bilir. Odur ki, belə sözlər əvəzlik adlanır. Məsələn: Tural yaxşı şahmatçıdır. O, respublika şahmat yarışında qalib gəldi. Biz bilirdik ki, Tural bu yarışda da belə nəticə göstərəcək.
Bu kiçik mətndə "O" əvəzliyi "Tural" sözünün yerində, "bu"əvəzliyi "şahmat" sözünün yerində işlənib. Deməli, nitq hissələrinin yerində işlənə bilən sözlərə əvəzlik deyilir.
Əvəzliklərin xüsusi sualı olmadığını və yalnız əvəz etdikləri nitq hissələrinin suallarına cavab olduğu izah edilir. Əvəzliyin növləri haqqında, şəxs, işarə, sual əvəzlikləri haqqında məlumat verilir. Şəxs əvəzliyinin ismin əvəzində işlənib, kim? na? suallarına cavab verməsi aydınlaşdırılır. Bu zaman III şəxsin təkinə,yəni o əvəzliyinə xüsusi diqqət yetirilməlidir, çünki I və II şəxs həmişə insana aid olduğu halda, III şəxs insana, həm də heyvana,cansız əşyalara aid olur. Odur ki, bunun üzərində xüsusilə dayanmaq lazımdır.İşarə əvəzlikləri haqqında məlumat verilərkən, işarə sözünün mahiyyəti açılmalıdır. Ela, bela, o və s. əvəzlikləri haqqında məlumat verilir və bu zaman o əvəzliyi haqqında xüsusi məlumat verilməlidir. Şagirdlər bilməlidirlər ki, o əvəzliyi kim? na? suallarına cavab verəndə şəxs əvəzliyi olur, hansı? sualına cavab verəndə isə işarə əvəzliyi olur. Məsələn: O, (kim?) mənim bacımdır. O (hansı?) kitabi mənə ver. Burada çətinlik o işarə əvəzliyinin üçüncü şəxsin təki ilə eyni cür səslənməsi və yazılımasındadır.
O şəxs və işarə əvəzliklərinin qarışdırılmasının qarşısını almaq məqsədilə izahatdan əlavə onları cümlə içərisində, həm də hər ikisini eyni cümlədə işlətmək çox əlverişlidir: "O, əlindəki kitabı oxusun, sən də o kitabı". Burada o şəxs əvəzliyindən sonra vergülün işlədilməsini öyrətmək vacibdir.Sual əvəzlikləri haqqında məlumat verəndə izah olunur ki. sual cümlələrində, adətən, sual bildirən sözlər işlənir. Məsələn:Mənija, hara gedirsən? Dərsdə nə öyrəndin? Rafiq yarışda neçənci yerə çıxdı? və s. Sual bildirən sözlər sual əvəzlikləri adlanır. Sual əvəzlikləri ayrı-ayrı nitq hissələrinə və ya cümlə üzvlərinə verilən suallardır. Ona görə də sual əvəzliyi hansı nitq hissəsinin sualından ibarətdirsə, onun da əlamətini daşıyır. Məsələn: Kim yaxşı oxuyur? cümləsində kim? sual əvəzliyi ismin yerində işlənib, adlıq haldadır və təkdədir. Humay, nə edir? cümləsində nə edir? sual əvəzliyi feilin yerində işlədilib, indiki zamandadır. Hüsniyyə necə oxuyur? cümləsində necə? sual əvəzliyi zərfin yerində işlənib və s.
Şagirdlərin şəxs əvəzliklərinin tək və cəm olmaqla iki yerə ayrıldığını mənimsəmələri üçün cəm şəkilçiləri haqqında bildikləri təkrar olunmalıdır: Şagird-şagirdlər anlayışından mən-biz:san-siz; o-onlar anlayışına keçmək asan olur.
48. Nitq inkişafı məşğələlərinə verilən tələblər

49. Sintaksisin tədrisi metodikası


25.1. Cümlə
Cümlə haqqında praktik bacarıq və vərdişlər uşağın dil açdığı dövrdən yaranmağa başlayır. Uşaq hər hansı əşyanı göstərib, onu almağı tələb edirsə, artıq cümlə qurur. Altıyaşlılar təlimin başlanğıcından müəllimin suallarına cümlələrlə cavab verməyi, onun qarşısında sual qoymağı bacarırlar. Bu dövrdə əşya şəkillərindən ibarət kartoçkalar üzrə iş yaxşı nəticə verir. Müəllim bu və ya digər əşya şəklini göstərib "Bu kimdir?", "Bu nədir?”, “Bu neçədir?”. “Bu na edir?" suallarını verir. Belə sual-cavab prosesində şagirdlər "Bu sərçədir”, “Bu çiyələkdir”, “Bu lalədir”, “Bu dovşandır", "Bu uçur", "Bu qaçır", "Bu qırmızıdır", "Bu uzundur”və s. kimi cümlələr qururlar.
I sinifdə cümlə ilə praktik tanışlıq nitqdən cümləni ayırmağa, cümlədə kimin, ya nəyin haqqında danışıldığını,cümləni böyük hərflə başlamağa, axırında nöqta qoymağa imkan verir. Şagirdlər cümlənin tərifini öyrənirlər: "Cümlə bitmiş bir fikri bildirir. Cümlə bir və ya bir neçə sözdən ibarət olur".“Cümlə" anlayışını vermək üçün müəllim şagirdlərin diqqətini yazı taxtasında yazdığı səkkizdə, dərs, saat, başlamaq sözlərinə cəlb edir, onların bir məna verib-verməməsini xəbər alır. Şagirdlər bunların rabitəsiz sözlər olduğunu bildirirlər.Sonra müəllim şagirdlərlə birlikdə "Dərs saat sakkizda başlanır" cümləsini qurur. Şagirdlər əvvəlki sözlərdən fərqli olaraq onun bitmiş fikri bildirdiyini söyləyirlər.Daha sonra müəllim yazı taxtasında əvvəlcədən yazılmış belə bir yazının üstünü açır, şagirdlər "quşlara qulluq", "qulluq etmək", "etmək lazımdır" söz birləşmələri üzərində müşahidə aparır, yenə bitmiş fikir bildirmədiyini söyləyirlər. Müəllim "Quşlara qulluq etmək lazımdır "cümləsinin üstünü açdıqdan sonra şagirdlər onu söz birləşmələri ilə müqayisə edir və sonuncunun cümlə olduğunu bildirirlər. Müəllim bir sözdən ibarət cümlənin olduğunu da başa salmaq üçün yazı taxtasında yazır:"Səid gözlərini açıb qışqırdı:-Səhərdir. Hamı yuxudan qalxdı”. Şagirdlər "səhərdir "sözünün də cümlə olduğunu (yəni"Sahar açılmışdır", "Səhər olub"), bitmiş fikir bildirdiyini anlayırlar.Daha sonra, cümlə anlayışını şüurlu mənimsətmək üçün şagirdlərə böyük harfsiz, nöqtəsiz mətn təqdim olunur. Onlar mətni oxuyarkən cümləni xarici əlamətinə görə deyil, yalnız məzmununa,mənasına, fikrin bitkinliyinə görə müəyyənləşdirir, hər bir cümlənin axırında səsinin tonunu bir qədər alçaldır və fasilə verirlər.
II sinif şagirdləri öyrənirlər ki, cümlədəki bütün sözlər bir-biri ilə bağlı olur. Cümlədəki sözlərin hər biri müəyyən suala cavab verir. Sözlər arasındakı əlaqənin yaxşı başa düşülməsi üçün onların birinə görə digərinə sual qoymağı bacarmaq lazımdır. Məsələn: “Balaca qız çəmənlikdən əlvan çiçəklər dərdi" cümləsi üzrə sualların qoyuluşu belə olmalıdır:
- Kim dərdi?
Qiz dardi.
- Qız nə etdi?
- Çiçak dardi.
- Hansı qız?
- Balaca qız.
- Na dərdi?
- Çiçaklar dərdi
- Necə çiçaklar? - Əlvan çiçəklər.
- Haradan dərdi? - Çəmənlikdən dərdi.
Belə çalışma söz birləşmələri haqqında praktik anlayış verir. Şagirdlər buna əsasən cümləni asanlıqla təhlil edirlər:
II sinifdə sualların köməyi ilə cümlənin genişləndirilməsi üzrə çalışmalar aparılır:"Yağış yağır","Dağlara yağış yağır"."Dağlara güclü yağış yağır","Uca dağlara güclü yağış yağır"və s. III sinifdə cümlənin genişləndirilməsinə dair çalışmalar daha da mürəkkəbləşdirilir.
III sinifdə cümlənin qrammatik mövzu kimi öyrənilməsi üzrə iş bir qədər də dərinləşir. Onlar cümlənin baş və ikinci dərəcəli üzvləri ilə tanış olurlar.
25.2. Cümlə üzvləri
III sinifdə şagirdlər öyrənirlər ki, cümləni təşkil edən sözlər onun üzvləridir. Cümlə üzvlərinin bir qismi birinci dərəcəli -aparıcı, digər qismi ikinci dərəcəli olur. Birinci dərəcəli üzvlər cümlənin baş üzvləri hesab olunur. Baş üzvlər ikidir: mübtəda və xəbər. Cümlədə kimin və nəyin haqqında danışıldığını bildirən söz mübtədadır. Xəbər isə mübtəda haqqında nə deyildiyini bildirir. Cümlədə mübtəda və xəbəri müəyyənləşdirmək üçün şagirdlər onlara sual verirlər. Kim? nə? hara? Suallarının köməyi ilə mübtədanı, nə etdi? na edir? nə olur?nə olacaq? suallarının köməyi ilə xəbəri tapırlar. Mübtədanı xəbərə görə, xəbərə sual qoymaqla tapmaq olur (Kim yazır?Na uçdu?)
Bununla belə şagirdlərə başa salınmalıdır ki, bəzən mübtəda cümlənin ortasında da gələ bilər: "Üç rəngli bayrağımiz dalğalanır".
III sinifdə şagirdlər cümlənin baş üzvlərini fərqləndirə bilir, onları müvafiq terminlə adlandırır, cümlə üzvlərinin sualını müəyyən edir və cümlə üzvü rolunda çıxış edən söz birləşmələrini müəyyən edə bilir.
İbtidai siniflərdə cümlə üzvlərinin hansı nitq hissələri ilə ifadə olunması öyrədilmir. Ona görə də bir çox hallarda mübtəda ilə ismin, xabarla feilin sualları arasındakı eyniyyət şagirdləri çaşdırır, onlar həmin anlayışları dolaşıq salırlar. Bunu nəzərə alaraq müəllim əvvəlcədən hər bir cümlə üzvünün bir neçə nitq hissəsi ilə ifadə oluna bildiyini şagirdlərə başa salmalıdır. Şagirdlər o, bu əvəzliklərinin cümlənin mübtədası.ismin, sifatin, avəzliyin cümlənin xəbəri vəzifəsini ifa edə bildiyini öyrənməlidirlər. O, tətildə Şamaxıya gedəcək. Bu, bizim kəndimizdir. Qrupumuzun komandiri manam.)
Cümlənin ikinci dərəcəli üzvləri haqqında praktik məlumat III sinifdə verilir. Bu məqsədlə əvvəllər tərkibində yalnız bir ikinci dərəcəli üzvün olduğu cümlələr təhlil edilməlidir: "Güclü yağış yağır". Şagirdlər "güclü" sözünün "yağış" sözü ilə bağlı olduğunu asanlıqla tapır və ona düzgün sual verməyi öyrənirlər.
IV sinifdə cümlə, onun növləri, cümlə üzvləri haqqında biliklər təkrarlanır, cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yeri dəqiq müəyyən edilir, həmçinin.cümlənin xəbərinə -lar, -lər şəkilçisinin əlavə edilməsi haqqında məlumat verilir.
Şagirdlər bilməlidirlər ki, bir cümlədə bir neçə mübtəda,bir neçə xəbər və bir neçə ikinci dərəcəli üzv ola bilər. Cümlənin hamcins üzvlərini müəyyənləşdirməyə, həmçinin belə cümlələrdə vergülün, va, ilə bağlayıcılarının işlənilməsinə həsr olunmuş çalışmalara geniş yer verilməlidir. Verilmiş cümlədəki hər bir sözün qarşısında mötərizədə sualını yazmaqla üzündən köçürmə, cümlədə buraxılmış üzvü yerinə qoymaqla köçürmə, sualların köməyi ilə cümləni genişləndirmə və s. kimi çalışmalar faydalıdır.Şagirdlər mübtədanın altından bir, xəbərin altından iki düz xətt, ikinci dərəcəli üzvlərin altından bir dalğalı xətt çəkməyi öyrənməlidirlər.Qrammatik cəhətdən cümlə üzvlərinin sırası, əsasən, aşağıdakı kimi olur: mübtəda cümlənin əvvəlində, xəbər isə axırında gəlir. Təyin təyin etdiyi sözdən əvvəl, tamamlıq zərflikdən əvvəl və mübtədadan sonra, zərflik isə xəbərin yanında gəlir.
Şagirdlər hələ I sinifdə mətnlər oxuyarkən nagli, sual və nida intonasiyası (həmçinin cümlələri) ilə, durğu işarələri ilə rastlaşırlar. II sinifdə öyrənirlər ki, cümlədə bəzən müəyyən məlumat verilir. (İlk baharda ağaclar çiçək açır.), bəzən soruşulur (Hamida, hansı hekayani oxuyursan?), bəzən isə güclü hisslər (sevinc, həyacan, şadlıq və s.) ifadə olunur (Gözünüz aydın, oğlunuz sağ-salamat galdi!).
Cümlənin intonasiyaya görə növləri ilə (nəqli, sual və nida cümləsi) və müvafiq terminlərlə şagirdlər II sinifdə tanış olurlar. "Nəqli cümlə” anlayışı və onu qurmaq şagirdlər üçün asandır. “Sual cümləsi "anlayışı ilk dəfə tərkibində sual bildirən sözün olduğu cümlə ilə verilir. "Sinfinizdə kim daha yaxşı oxuyur?". Sonra sual şəkilçisindən istifadə olunur: "Kənan,qardaşına kitab aldınmı?", Nəhayət, cümlənin axırında səsi uzatmaqla ona sual intonasiyası verməyin mümkünlüyü başa salınır: "Uşaqlar çayı keçə bildilər?"
III sinifdə şagirdlər nəqli, əmr, sual, nida cümlələrini fərqləndirə, cümlənin növündən asılı olaraq düzgün intonasiya ila tələffüz edə, müvafiq durğu işarəsi ilə tamamlamağı bilirlər.
IV sinifdə şagirdlərə "mürəkkəb cümlə" termini verilir.Tanışlıq və təhlil üçün yalnız iki sadə cümlədən əmələ gələn tabesiz mürəkkəb cümlə təqdim olunur. Mürəkkəb cümlə üzrə çalışmalar rəngarəng olmalıdır:mətndən mürəkkəb cümlələrin seçilməsi; mürəkkəb cümlənin tərkibindəki sadə cümlələrin ayrılması; qarışıq verilmiş sadə cümlələrdən mürəkkəb cümlənin düzəldilməsi; hər sadə cümləyə uyğun cümlə tapıb mürəkkəb cümlənin tərtibi; mürəkkəb cümlədə bağlayıcıların işlənməsi; mürəkkəb cümlədəki fikrin sadə cümlədə verilməsi və s.
Sas (harf)- heca -Söz -söz birlaşməsi - cümla- matn.Artıq IV sinifdə şagirdlər bu nitq vahidlərini kiçikdən böyüyə qədər sadalaya bilir, onların hər birinin funksiyası haqqında danışır və izah edə bilirlər.
25.3.
Durğu işarələrinin işlədilməsinə dair vahid qaydaların təliminə ibtidai siniflərdən başlanır. Bu barədə əsaslı bilik isə V-VIII siniflərdə sintaksisin tədrisi ilə əlaqədar verilir.İbtidai siniflərdə durğu işarələrindən dördü: nöqta, sual işarəsi, nida işarəsi və vergül öyrədilir. Vergülün öyrədilməsi ən çox həmcins üzvlü cümlələrin və tabesiz mürəkkəb cümlənin öyrədilməsi ilə bağlıdır. Müəllim durğu işarələri haqqında məlumat verərkən birinci növbədə onun yazılı nitqdəki əhəmiyyətindən bəhs etməlidir. Bu zaman həm yazan, həm də oxuyanın durğu işarələrindən düzgün istifadə etməsi və fikrin düzgün anlaşılmasında bunların rolu məsələsinə şagirdlərin diqqəti cəlb edilməlidir. Bu məqsədlə durğu işarasi qoyulmamış rabitəli mətnin oxusu üzrə iş aparmaq pis olmaz.Məsələn: Eltay yeni mənziliniz yaxşıdır mənzilin eyvanı enli otaqları iridir uşaq otağınız varmı var qardaşım Orxun ila orada oynayırıq.
Müəllim bu mətni oxuyub şagirdlərə başa salmalıdır ki,durğu işarələri yerli-yerində işlənmədikdə fikri qavramaq çətin olur, fikirdə dolaşıqlıq yaranır, şifahi nitqlə yazılı nitq arasında məzmun eyniliyi pozulur.
I sinif şagirdlərinin nöqta, sual va nida işarəsinin qoyuluşu ilə tanışlığı praktiki olaraq savad təlimi dövrünə təsadüf edir. Şagirdlər müəllimin tapşırığı əsasında 3, 4, 5 cümlədən ibarət kiçik mətni cümlələrə ayırır və hər bir cümlədən sonra fasilə edilməsinin mətnin mənasının anlaşılmasındakı əhəmiyyətini dərk edə bilirlər. - Şifahi nitqdə biz bir cümləni digərindən fasilə ilə ayırırıq (nümunə verir), lakin kitab və qəzetdə bu məqsədlə xüsusi işarədən, nöqtədən istifadə edilir. Həmin işarə cümlənin bitdiyinigöstərir. Həmin işarəyə görə də səsin tonunu alçaltmaq və fasilə etmək lazım gəlir.Bu məlumatdan bir qədər sonra artıq I sinif şagirdləri cümlə oxumağa başlayırlar. Onlar nöqtəyə səsin alçaldılması və fasilə edilməsinə dair siqnal kimi baxırlar. Sual va nida işarələrinin öyrədilməsi də əlifba təlimi dövrünə düşür. Müəllim belə cümlələrin oxusuna xüsusi qayğı ilə yanaşmalıdır. Müəllim başa salmalıdır ki, sual cümləsindən bilmədiyimiz hər hansı bir şeyi öyrənmək üçün istifadə edirik.Belə cümlələrin sonuna doğru səs tonu yüksəldilməli və cümlənin sonunda sual işarəsi qoyulmalıdır.Məsələn: Sən sabah dərsə gələcəksən? Nida işarəsinin işlədilməsi də praktiki şəkildə savad təlimi dövrü ilə bağlıdır. Lakin uşaqlar yüksək hiss və həyəcan ifadə edən belə cümlələri çox da asanlıqla dərk etmir, oxu zamanı çoxlu səhvə yol verirlər.
II sinifdən başlayaraq uşaqlar nəqli, sual, nida işarələri barədə daha geniş məlumata yiyələnirlər.Fateh gəldi.Fateh gəldi? Fateh gəldi!
Birinci cümlənin nəqli, ikincinin sual və üçüncünün isə nida cümləsi olduğunu ancaq intonasiya ilə müəyyənləşdirmək olar.
Vergül işarəsi haqqında məlumat verərkən müəllim onu nöqtə ilə müqayisə etməli və aralarındakı fərqi şagirdlərə başa salmalıdır. Məsələn: Cəmila otağın havasını dəyişdi (fikir bitdiyi üçün cümlənin sonunda səs tonu alçalır və fasilə edilir).Cəmilə otağın havasını dəyişdi, güllərə su verdi (bu cümlədə isə birincidən fərqli olaraq "dəyişdi" sözündən sonra ani olaraq fasilə edilir, fikir bitmədiyi üçün səs tonu artırılır, ikinci cümlə -"güllərə su verdi" oxunur).
İbtidai siniflərdə şagirdlər müxtəlif tipli çalışmaları yerinə yetirərkən iki nöqtə, tire, nöqtali vergül və nöqtalar qoyulması ilə praktiki olaraq tanış olurlar.
25.4. Qrammatika dərslərinin təşkili və onlara verilən tələblər
Qrammatik məlumatın verilməsi üzrə işin xarakterindən və məqsəddən asılı olaraq dərsin tipləri müxtəlifdir. Dərsləri yeni materialın izah olunmasına, verilmiş biliklərin möhkəmləndirilməsinə :öyrənilmiş materialın təkrarlanması və sistemə salınmasina::Hər bir tipdə digər tipin elementlərindən istifadə olunur.Qrammatika dərslərinin təşkilinə bir sıra tələblər verilir:
1) Dərs şagirdləri təhsilləndirmalidir.
2) Darsda yen material əvvəllər keçilmişləra istinad etmalidir. Bu məqsədlə dərsin hər bir mərhələsində təkrara az-çox yer verilməlidir.
3)Dərsdə rangarang çalışmalardan istifadə edilməlidir. Hər bir dərsdə həm kollektiv, həm də fərdi, həm şifahi, həm də yazılı çalışmalara yer verilməlidir.Birinci qrammatik tapşırıq üzündənköçürmə, ikinci dəfə imla (onun da müvafiq növü), sonra qrammatik ifadə, nəhayət, qrammatik inşa yazdırılmalıdır.
4)Dərsdə fərdiləşdirməyə ciddi əməl olunmalıdır. Şagirdlərin fərdi fərqlərini nəzərə almaqla onlara fərdi yanaşmaq qrammatik materialın bütün sinif tərəfindən mənimsənilməsini təmin edir.Müəllim bu fərqi vaxtında görməli, yetirməyənləri daim diqqət mərkəzində saxlamalıdır.
5) Dərsdə sorğu düzgün təşkil edilməlidir. Hər bir dərsdə ənənəvi şəkildə ev tapşırıqlarının yerinə yetirilmə vəziyyətini öyrənmək məqsədilə iki-üç nəfərdən onun məzmununun müfəssəl xəbər alınması və qiymətləndirilməsi məsləhət görülmür. Bütün sinfi fəaliyyətə qoşmaq, hamını işə cəlb etmək lazımdır.
6)Qrammatika dərslərində nitq inkişafı prinsipina üstünlük verilməlidir. Fikrin şifahi və yazılı şəkildə aydın, daqiq, rabitəli ifadə olunması tədrisin əsasına qoyulur.
7) Har bir dərs tarbiyaləndirici xarakter daşımalıdır.
8) Hər bir dars inkişafetdirici olmalıdır.
9)Dərsdə vaxta qənaət edilməlidir. Bu məqsədlə müəllim dərsi dəqiq planlaşdırmalı, hər bir mərhələdə lazım olan tədris materialını, əyani vəsait, didaktik material və texniki vəsaitləri hazırlamalıdır. Dərsdə lazım olan bəzi yazılar əvvəlcədən ya yazı taxtasında, ya epilentlərdə, ya da kağızda yazılmalıdır. Didaktik materialın, dəftərlərin paylanması, izahatın verilməsinə çox vaxt sərf edilməməlidir. Şagirdlərin davamiyyəti haqqında məlumatı sinif nümayəndəsi verməlidir.
25.5. Qrammatikanın tədrisində əyanilik
K.D.Uşinskiya görə, şagirdlər əyaniliyin köməyi ila müşahidəçiliyə və öz müşahidələrini sözlərlə ifada etmək,onlardan məntiqi nəticə çıxarmaq bacarığına yiyalanirlər. Təlim-tədris prosesində İKT-dən, onun resurslarından istifadə olunması ilə dərsin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir. Belə dərslərdə vaxtdan səmərəli və düzgün istifadə təmin olunur. Bu zaman lazım olan bilik yükünün əyani şəkildə şagirdlərə çatdxılması dərsi daha maraqlı, canlı, uzun müddətə yadda qalan edir.
25.6. Qrammatikanın tədrisində didaktik oyunlardan istifadə
Şagirdlərin görəcəyi iş, həll edəcəyi tapşırıqlar onlara oyun halında, daha cəlbedici formalarda təqdim olunur. Bu resurslardan istifadə etməklə dərsə qarşı marağı az olan şagirdlərin belə diqqətini dərsə cəlb eləmək mümkündür. Bu, həm də şagirdin yaradıcılığını üzə çıxarır. Oyunlardan istifadə edildiyi zaman dərslər həmişə canlı və maraqlı keçir.Əgər ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırılırdısa, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin öz vasitəsi ilə (tədqiqat nəticəsində) əldə edilir. Təfəkkürü formalaşdırmaq üçün, oyun-yarışlardan, oyun-tapmacalardan da çox istifadə etmək olar, çünki bunlar da şagirdləri fəallaşdırır, onlarda sərbəst fikir söyləmək qabiliyyətini, yaradıcılığı artırır. Məsələn; Azərbaycan dili dərsində "Sifət” bəhsini keçilərkən əşyanın əlamətini təyin etmək məqsədi ilə "Kim daha cəld" oyununu keçirmək olar. Oyun zamanı şagirdlər dairəvi otururlar. Müəllimin yanında içərisi meyvə dolu kiçik səbət olur. Müəllim uşaqlara deyir: "Sabətdəki meyvələrdən birini məsələn, almanı bir-birimiza ataraq onun neca olduğunu deyəcəyik".
2. Cümlə qurmaq üçün kartoçkalar
II sinifdə şagirdlərə cümlə qurmaq vərdişi aşılamaq məqsədi ilə müəllim onların hərəsinə bir zərf verir. Zərfin içərisində hər birinə bir söz yazılmış 3 -5 kartoçka qoyulur. Hər kəs öz zərfindəki sözlərdən cümlə tərtib edib, şifahi cavab verir va yazır.
50. Sifətin öyrədilməsi metodikası
"Sifət" anlayışının mənimsənilməsi üçün şagirdlər II sinifdə "Əşyanın, varlığın necəliyini bildirən, əlamət bildirən sözlər" mövzusu keçilərkən yiyələndikləri bilik, bacarıq və vərdişlərə əsaslanmaqla əlamətin adını bildirən sözləri əşyanın və hərəkətin adını bildirən sözlərdən fərqləndirməyi bacarmalıdrlar.
Məktəb praktikasında “əlamət” və “keyfiyyət" anlayışları şagirdlər tərəfindən çətin mənimsənilir. Ona görə də “Sifət" mövzusu keçilərkən əvvəlcə müxtəlif əşyalar üzərində müşahidə təşkil olunmalı və onların hər birinə xas olan əlamət və ya keyfiyyət müəyyən edilməlidir. Müəllim yazı taxtasına bir neçə isim (şar, kitab, qardaş, hava və s.) yazır, hər birinin qarşısında müvafiq əlamətləri yazmağı tapşırır. Şagirdlər yazırlar: alma- yumru, uzun, sığallı, şirin; qardaş, böyük, mehriban,ağıllı, bilikli və s. Əlamətin əşyanın gözlə görünən, keyfiyyəti isə gözlə görünməyən xüsusiyyət olduğunu şagirdlərə başa salmaq lazımdır: forma (yumru, uzun, əyri, yastı və s.), böyüklük (yeka, kiçik, hündür, alçaq, qoca, cavan və s.), insanın xarici görünüşü (topal, çolaq, gülərüz, qozbel və s.), rəng (qırmızı, göy,yaşıl, çəhrayı · narıncı və s.), əşyanın əlaməti, dad (dadlı.dadsız, şirin, aci, turş, şor və s.), iy (ətirli, üfunətli və s.), insanın daxili əlaməti (yaxşı, pis, xeyirxah, mülayim, gülərüz,rəhmli, ağıllı və s.) keyfiyyətini bildirir. Tədricən şagirdlərə nisbətən mücərrəd əlamətləri bildirən sifətlər (igid, şən, qadim, narazı və s.) də təqdim olunur. Sifətin tədrisi prosesində şagirdlərin bədii parçalar üzərində müşahidələrini təşkil etmək çox faydalıdır. Onlar görürlər ki, sifət hər hansı ismi daha canlı, təbii şəkildə təsəvvür etməyə imkan verir. Nitqdə sifətdən nə qədər çox istifadə olunursa, o, bir o qədər aydın, dəqiq və ifadəli olur.
II sinifdə dil dərslərində sifət üzrə leksik işlər aparılarkən elə çalışmalardan istifadə edilməli, elə nitq şəraiti yaradılmalıdır ki, şagirdlər müəllimin öyrətmək istədikləri sözləri işlətmək məcburiyyətində qalsınlar. “Qara hərflərlə verilmiş hər bir sözü yaxınmənalı sözlə əvəz edib köçürün: səssiz meşə, lazzətli xörək,rəngbərəng çiçəklər, duzlu balıq, gödək don, göyçək qız”. Şagirdlər həmin sözləri müvafiq şəkildə sakit, dadlı, əlvan, şor, qısa, gözəl sözləri ilə əvəz edirlər.
Müəllim cümlələri tamamlayıb köçürməyi tələb edir. Məsələn: "Çayın suyu şirindir, dənizin suyu isa ...". Şagirdlər nöqtələrin yerinə şordur sözünü yazırlar.III sinifdə şagirdlər düzəltmə sifətlərlə (terminsiz), -1, -li, -lu, -lü; -sız, -siz, -suz, -süz və s. sifət düzəldən şəkilçilərlə tanış edilirlər. Bu şəkilçilər söz yaradıcılığına, eyniköklü sözlər üzrə iş aparmağa imkan verir (duzlu, duzsuz; dadlı, dadsız və s.).
Sifətin tədrisi prosesində şagirdlər bitişik və defislə yazılan mürəkkəb sifətlərlə də qarşılaşırlar. Gülərüz, alnıaçıq, zolaq-zolaq, rəngbərəng, tərtəmiz, al-əlvan və s. kimi sifətlərin yazılışına xüsusi diqqət yetirilməlidir.
51. Qrammatika tədrisinin müşahidə metodu

52. Qrammatikada müsahibə metodu

53. Mühakimə xarakterli inşalar ve esseler

54. İnşaya hazırlıq

55. İfadənin planının tərtibi üzrə iş
İfadə ibtidai siniflərdə şagirdlərin' rabitəli nitqinin inkişafinda, ümumiyyətlə, onların ədəbi dilə yiyələnmələrində mühüm rol oynayır. Rabitəli nitqin birinci və mühüm mərhələsi olan ifadə yazı şagirdlərin məntiqi təfəkkürünün inkişafına təsir göstərir.
İfadəni xarakterizə edən cəhət odur ki, onu yazarkən şagird hər hansı mətnə əsaslanır. Mövzu, məzmun, lüğət, hətta nitqin quruluşu onun üçün hazır olur. Şagirdin vəzifəsi yalnız oxunmuş mətnin məzmununu öz sözləri ilə verməkdən ibarətdir. Bu zaman o, fikirləri təhrif etmədən, dəqiq, ardıcıl verməyə, özünəməxsus xarakterik söz və ifadələr hesabına mətnin məzmununu bir qədər dəyişməyə nail olur.
İfadənin planının tərtibi üzrə iş. Planın tərtibi üzrə iş,əsasən, şifahi şəkildə, oxu dərslərində aparılır. I sinifdən etibarən şagirdlər nisbətən irihəcmli mətnləri hissələrə ayırmağı,müəllimin verdiyi planın maddələrinə uyğunlaşdırmağı və nəql etməyi öyrənirlər, II sinifdə bu iş yazılı şəkildə yerinə yetirilir.
Plan üzrə iş getdikcə şagirdlərin müstəqilliyini təmin etməlidir:
Mətn kiçik hissələrə (abzaslara) ayrılır və onların hər birinə başlıq (planın bir maddəsi) verilir.Mətn abzaslara ayrılmır, lakin plan verilir.Mətn iki (sonra üç-dörd) abzasa ayrılır, plan verilmir,kollektiv tərtib olunur (II sinif).Mətn abzaslara ayrılır, plan verilmir, şagirdlər özləri üç-dörd maddədən ibarət plan tərtib edir və ifadəni yazırlar(III sinif).Mətn abzaslara ayrılmır, plan verilmir, uşaqlar müstəqil plan tərtib edir və ifadəni yazırlar (IV sinif).Planın maddələri, adətən, sual cümlələri, nəqli cümlə, adlıq cümlə şəklində olur. Bəzən plan müxtəlif xarakterli maddələrdən ibarət ola bilər.
56. İfadənin növləri

57. Morfoloji sualın quruluşu



58. Yazılışı çətin sözlərin qruplaşdırılması prinsipləri
Məktəb təcrübəsində yazılışı çətin sözlərin qruplaşdırılması imkanları, əsasən, belədir:
1) proqramdakı ardıcıllıqla üç-üç, dörd-dörd qruplaşdırmaq;
2) qrammatik mövzular üzrə (qoşasamitli sözlər, isim, say vəs.) qruplaşdırmaq;
3) semantik ma'na qrupu üzrə (meyvələr, ev heyvanları və s.) qruplaşdırmaq;
4) bir birinə əks olan orfoqramlarına görə (igid-söyüd, əgər-əyri, məgər-ləyən və s.) qruplaşdırmaq;
5) qrafik cəhətdən bənzərliyinə, oxşar orfoqramlarına görə
(dörd, kənd, bənd, süd və s.) qruplaşdırmaq.
Sözlərin mövzu üzrə (semmatik ma'nalarına görə) qruplaşdırılması tə'limin başlanğıcında mühüm rol oynaya bilər. Müəyyən vərdişlər yarandıqdan sonra, əsasən, qrafik əlamətinə görə, nəhayət, qrammatik mövzular üzrə qruplaşdırmaq səmərə verir.
Təcrübə göstərir ki, çətin sözlərin qrafik cəhətdən bənzərliyə,oxşar orfoqramlarına görə qruplaşdırılaraq öyrədilməsi məqsədə daha müvafiqdir. Sözlərin yazılışı belə öyrədilərkən onların yalnız formaca deyil, mo'naca yaxınlığının mühüm olduğu halları da nəzərə almaq yaxşı olar: məsələn, yeddi, səkkiz,dogquz və s. Bu sözlərin üçü də qoşasamitli saydır.Yazılışı çətin sözlər belə qruplaşdırılaraq dərslikdə verildikdə və hər biri bir neçə çalışmaya daxil edildikdə tez öyrənilir və möhkəm yadda qalır.
Yüklə 82,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə