V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
57 
Göstərilən  piketlərdən  profil  üzrə  hər  iki  tərəfə  Buge 
anomaliyasının  σ =2000 kq/m

üçün hesablanmıĢ qiyməti (2 əyrisi) 
σ =2300 kq/m
3
 üçün hesablanmıĢ qiymətdən (1 əyrisi) ≈ 0.4 mQal 
az olduğu halda, həmin piketlər əhatəsində  ≈1 mQal çoxdur. 
Bu  misallar  qravimetrik  məlumatların  emalı  prosesində  aralıq 
qat  sıxlığının  real  sıxlığa  yaxın  götürülməsinin  nə  qədər  əhəmiy-
yətli olduğunu göstərir.  
 
 
3.3. Dəqiqliyə olan təlabat 
 
Qravi-maqnitometrik planalmaların dəqiqliyi həll edilməsi nə-
zərdə  tutulan  geoloji  məsələlərin  xüsusiyyətindən  bilavasitə  asılı-
dır. Geoloji kəsiliĢdəki çöküntülərin neftli-qazlılığının öyrənilməsi 
kimi  incə  məsələdə  qravimetrik  və  maqnitometrik  müĢahidələrin 
dəqiqliyinə  olan  təlabatı  aĢağıdakı  qaydada  müəyyənləĢdirmək 
olar.  Məlum  neft-qaz  yataqları  üzərində  aparılmıĢ  qravi-maqnito-
metrik tədqiqatlar yataqlar üzərində ≈ (0.20-0.35) mQal qravitasiya 
və  20-30  nTl  maqnit  anomaliyasının  təzahür  etdiyini  göstərir  [11, 
15, 23, 36, 42, 67]. Nəzəri hesablamalarda isə neft-qaz yataqlarının 
hesablanmıĢ qravitasiya  və maqnit  effekti daha kiçik olur. Ağırlıq 
qüvvəsi sahəsindən belə kiçik effektləri ayırmaq üçün Buge anoma-
liyasının  (0,05-0,07)  mQal  və  geomaqnit  sahənin  isə  3-5  nTl  və 
daha kiçik xəta ilə hesablanması tələb olunur.  
Ümumiyyətlə,  qravi-maqnit  planalmalarının  dəqiqliyini  qiy-
mətləndirmək üçün ümumi iĢin 3-5% -i həcmində (50 nöqtədən az 
olmamaq  Ģərtilə)  təkrar  müĢahidələr  aparılır  [23,  36].  Bunun  əsa-
sında  qravimetrik  və  maqnitometrik  müĢahidələrin  orta  kvadratik 
xətaları hesablanır: 
             
n
m
E
qr




2

         
və     
    
n
E
maq
2
2



 
burada,

-təkrar  nöqtələrdə  müĢahidələrin  orta  qiymətdən  olan 
fərqi,  m  -  müĢahidələrin  sayı,  n  -  təkrar  müĢahidə  nöqtələrinin 
sayıdır. 


 
58 
Buge anomaliyasının təyin olunmasının orta kvadratik xətası 
aĢağıdakı düsturla hesablanır  [27]:  
 
2
2
2
2
2
r
k
h
s
d
B
E
E
E
E
E
E





 
 
burada, 
d
   və   
s
E
-  dayaq  və  sıravi  nöqtələrdəki  orta  kvadratik 
xətadır. 
h
  və  
k
- müĢahidə nöqtələrinin hündürlükləri və koor-
dinatlarından  asılı  olan  xətalardır, 
r
 -ərazinin  relyefi  ilə  əlaqədar 
olan xətalardır. 
Buge  anomaliyasının  göstərilən  dəqiqliyini  almaq  üçün  orta    
kvadratik xətaların dayaq nöqtələrində (0,03 – 0,035) mQal, sıravi 
nöqtələrdə isə (0,04-0,045) mQal olması tələb olunur. Müasir qra-
vimetrlərlə (o cümlədən, QNU-KS və QNU-KV tipli qravimetrlər) 
4  saatlıq  reyslərdə  0,03  mQal  xəta  ilə  iĢləmək  mümkündür.  Bu 
cihazların  həssaslıq  astanası  0,006  mQal  təĢkil  edir  [23].  Yüksək 
dəqiqlikli qravimetrik planalma iĢlərini yerinə yetirdikdə  müĢahidə 
reyslərinin  vaxtının  qısaldılması  və  bir  reysdə  eyni  zamanda  2  və 
daha  artıq  cihazdan  istifadə  edilməsi  müĢahidələrin  dəqiqliyini  ar-
tırmaq baxımından olduqca əhəmiyyətlidir.  
MüĢahidə nöqtələrinin hündürlükləri və koordinatlarından asılı 
olan xətalar isə aĢağıdakı ifadələr əsasında hesablanır: 
                                     
h
h
m
E



)
0419
.
0
3086
.
0
(

 
                               
k
k
m
n
E


 
burada, 
h
 və   
k
 -  müĢahidə  nöqtələrinin  hündürlüklərinin 
və koordinatlarının təyin olunmasının orta kvadratik xətalarıdır, n - 
sahə üzrə normal en dairəsi qradiyentidir. 
Texniki  nivelirləmə  zamanı  müĢahidə  nöqtələrinin  hündür-
lüklərini və koordinatlarını  Dövlət   trianqulyasiya  məntəqələrinə  
bağlamaqla,  uyğun  olaraq, 10-15 sm və 15-20 m dəqiqliklə təyin 
etmək  mümkündür.  Müasir  cihazların  (məs.GPS-lər)  tətbiqi  ilə  bu 
parametrləri daha yüksək dəqiqliklə tapmaq olar. 


 
59 
Azərbaycan  ərazisində  iri  tektonik  strukturların  sərhədlərinə 
uyğun  gələn  yüksək  qradiyentli  zonaların  olmasına  baxmayaraq, 
(məs.  TalıĢ-Vəndam  qravitasiya  pilləsi  (qərbi  Xəzər  qırılması) 
boyunca horizontal qradiyent  4 mQal/km-ə çatır), ümumən neftli-
qazlı  rayonlarda  ağırlıq  qüvvəsinin  qradiyenti  1-1.5  mQal/km-dən 
çox  deyildir.  Bu  parametrlərin  minimal  və  maksimal  qiymətlərini 
nəzərə  alsaq  Buge  anomaliyasının  0,056-0,073  mQal  dəqiqliklə 
təyin etməyin mümkünlüyünü görürük. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə