V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

 
85 
rılmıĢ  qravi-maqnit  kəĢfiyyatının  nəticələri  göstərir  ki,  xüsusi  ya-
naĢma  ilə  məlum  neft-qaz  yataqları  üzərində  xarakterik  lokal  qra-
vitasiya və maqnit anomaliyalarını ayırmaq mümkündür [4, 15, 18, 
42,  67,  68,  69,  76,  77,  78].  Bunun  üçün  ilk  növbədə  4.2.1-də 
göstərildiyi qaydada regional fon qurulur. Sonra ağırlıq qüvvəsi sa-
həsindən ayrılmıĢ lokal maksimumlar, onların kənar hissələrindəki 
qradiyent  üzrə  (ağırlıq  qüvvəsinin  horizontal  qradiyentlərinin  də-
yiĢmələri üzrə) bərpa edilir. Bu zaman, müĢahidə və bərpa edilmiĢ 
sahə  arasındakı fərq  neft-qazlılıqla  əlaqələndirilən xarakterik  lokal 
qravi-maqnit anomaliyanı (yataq tipli anomaliya) əks etdirir. Ağır-
lıq qüvvəsi sahəsi əyrisinin müəyyən istiqamətlər üzrə bərpa olun-
ması hələ 1967-ci ildə  L.D.Nemtsov  tərəfindən  təklif edilmiĢdir 
[49]. Bu zaman, Laqranj polinomundan istifadə etməklə strukturun 
qanadlarında  seçilmiĢ  nöqtələr  üzrə  strukturun  mərkəzi  hissəsində 
Δg  əyrisi  bərpa  olunur.  Əgər  müĢahidə  və  bərpa  olunmuĢ  sahələr 
arasında  fərq  yaranarsa,  bu,  yataqla  əlaqələndirilir.  Lakin,  yanaĢ-
manın  riyazi  əsasları  zəif  iĢlənilmiĢ,  interpolyasiya  düyün  nöq-
tələrinin sayı və seçilmə xüsusiyyəti dəqiqləĢdirilməmiĢdir [10].  
Tümen,  Özbəkistan,  Dnepr-Donetsk  çökəkliyi,  Belorusiya, 
Krım, Volqa boyu sahələrində aparılmıĢ qravimetrik kəĢfiyyat iĢlə-
rinin  nəticələri  göstərmiĢdir  ki,  geoloji  kəsiliĢdəki  strukturların 
konturları müsbət qravitasiya anomaliyalarının konturları ilə, neft-
qaz yatağının konturları isə lokal minimumların konturları ilə üst-
üstə düĢür. Müxtəlif ərazilərdə müĢahidə edilən bu əlamətlər onun 
təsadüfdən  yaranmadığını  göstərir  [46].  Beləliklə,  ağırlıq  qüvvəsi 
sahəsinin  mikrostrukturlarının  analizi  əsasında  neft-qaz  yataq-
larının qravitasiya sahəsində əks olunmasının aĢağıda göstərilən bir 
çox qanunauyğunluqları aĢkar edilmiĢdir: 
-  bütün  növ  karbohidrogen  (KH)  yataqları  ağırlıq  qüvvəsi  sa-
həsində  xarakterik  lokal  minimumlarla  səciyyələnir.  Lokal  mini-
mumlar  qanadlarda  kəskin  qradiyentə  malik  olur  və  profildən 
profilə izlənilir; 
-  lokal  minimumların  amplitudu  0,1-0,3  mQal  və  daha  çox 
olur; 


 
86 
-  praktiki  olaraq  KH  yatağının  qravitasiya  sahəsində  əks 
olunması  geoloji  quruluĢun  mürəkkəbliyindən,  tələnin  tipindən, 
yatağın dərinliyindən asılı deyil; 
-  horizontal  qradiyentlərin  kəskin  dəyiĢmə  zonalarından  isti-
fadə  etməklə  ayrılmıĢ  lokal  minimum  konturları  əksər    hallarda  
neft-qaz yatağının konturlarına uyğun gəlir və s. [23]. 
Neft-qaz yataqlarının kənarlarında (su-neft, su-qaz kontakt zo-
naları) müĢahidə edilən anomal dəyiĢmələrin (məsələn, qravitasiya 
sahəsində qradiyentin dəyiĢməsi) təbiətinə gəldikdə, onlar yataqdan 
kənar, bəzən yer səthinə qədər gəlib çatan  tektonik gərginlik və de-
formasiya amilləri ilə əlaqələndirilir. Yataq ətrafındakı belə subver-
tikal qeyri-bircins zonalar qravitasiya sahəsinin kəskin dəyiĢmələri,   
qradiyentin  dispersiyasının    anomal  qiymətləri  ilə  səciyyələnir  [8, 
9].Azərbaycanın  müxtəlif  neftli-qazlı  rayonlarında  aparılmıĢ  qra-
vimetrik tədqiqatlar da məlum qalxımlar və neft-qaz yataqları üzə-
rində ağırlıq qüvvəsi anomaliyalarının müĢahidə edildiyini və ano-
maliyaların konturlarının goloji obyektlərin konturlarına uyğun gəl-
diyini göstərir [4, 15, 18, 42, 78]. 
Göstərilən  bu  faktlara  baxmayaraq,  neft-qazlılıqla  əlaqələndi-
rilən  lokal  qravitasiya  minimumlarının  ayrılması  məsələsi  mürək-
kəb olub çox zaman birmənalı həll olunmur. Bu, müĢahidə edilmiĢ 
Buge  anomaliyasının  mürəkkəb  xarakterə  malik  olması,  eyni  for-
malı anomaliyaların müxtəlif geoloji amillərdən yarana bilməsi, tət-
biq  olunan  alqoritm  və  metodların  bu  tipli  məsələlərə  dayanaqsız 
olması,  neft-qaz  yığımlarını  əks  etdirən  anomaliyaların  diaqnostik 
əlamətlərinin  müəyyənləĢdirilməməsi,  çöl  metodikasındakı  çatıĢ-
mazlıqlar və digər səbəblərlə əlaqədardır. 
MüĢahidə edilmiĢ ağırlıq qüvvəsi əyrisindən (sahəsindən) neft-
qazlılıqla  əlaqələndirilən  xarakterik  lokal  minimumu  (yataq  tipli 
anomaliya-YTA  )  etibarlı  ayırmaq  üçün  çöl  iĢlərindən  baĢlayaraq, 
emal  və  interpretasiya  iĢləri  müəyyən  ardıcıllıqla  və  dəqiqliklə 
həyata keçirilməlidir (Ģəkil 4.13). Çöl iĢlərinin aparılma metodika-
sı, məlumatların  emalı, Buge anomaliyasının hesablanması, dəqiq-
liyə  olan  tələbatlar,  regional  fonun  qurulması,  3-cü  fəsildə  Ģərh 


 
87 
edilmiĢdir.  Struktur  quruluĢla  əlaqələndirilən  lokal  maksimumlar 
4.2.1-də  göstərilən  qaydada  müĢahidə  edilmiĢ  Δ
g
B
 
və  Z  potensial 
sahələrindən regional  fon  vasitəsilə  ayrılandan  sonra onun  
 
 
 
 
ġəkil 4.13. Qravimetrik tədqiqatların aparılmasının blok diaqramı 


 
88 
qanadlarında  seçilmiĢ  nöqtələrdən  istifadə  etməklə  maksimumlar 
bərpa  edilir. Bərpa edilmiĢ əyri ilə lokal maksimum əyrisi arasında 
yaranan  fərq  isə  neft-qazlılıqla    əlaqələndirilən    lokal    anomaliya  
olacaqdır.  
Muradxanlı  yatağı  üzərində  aparılmıĢ  tədqiqatlar  göstərir  ki, 
yuxarıda  göstərilən  üsulla  lokal  qalxımları,  qırılmaları,  effuziv  sü-
xurların   paylanmasını və neft-qaz  yataqlarını aĢkar etmək   müm-
kündür  (Ģəkil  4.14).  Göründüyü  kimi,  qravitasiya  və  maqnit  sahə-
lərindən  regional  fon  vasitəsilə  ayrılmıĢ  lokal  maksimumlar  194, 
77,  45,  213,  58,  61  saylı  quyularla  müəyyənləĢdirilmiĢ  struktur 
qalxıma,  13  saylı  quyu  rayonunda  qravitasiya  və  geomaqnit  sahə-
lərdə müĢahidə edilən kəskin qradiyentli zona isə quyu və seysmik 
kəĢfiyyatla  təsdiq  edilən  qırılmaya  uyğun  gəlir.  Qeyd  edək  ki,  bu 
qalxımın  nüvəsini  effuziv  süxurlar  təĢkil  edir.  Lokal  qravi-maqnit 
maksimumlarının  fonunda  qradiyentlərin  dəyiĢmə  zonalarına  görə 
ayrılmıĢ  xarakterik  lokal  qravitasiya  və  maqnit  anomaliyaları 
(YTA-lar)  quyularla  müəyyənləĢdirilmiĢ  yatağın  konturlarına 
uyğun gəlir (Ģəkil 4.14). 
Analoji olaraq, son illərdə Orta  və AĢağı Kür çökəkliklərinin  
ġm.Naftalan-Gödəkboz,  Qazanbulaq,  Cəfərli,  Pənahlı,  Oruclu, 
Bəndovan  və  d.  sahələrində  aparılmıĢ  qravimetrik  kəĢfiyyat  iĢləri 
ilə düzxətli və paralel profillərdə neft-qazlılıqla əlaqələndirilən xa-
rakterik qravitasiya minimumları ayrılmıĢdır (Ģəkil 4.15). 
ġm.Naftalan  sahəsində  ağırlıq  qüvvəsi  müsbət,  Bəndovan  sa-
həsində isə mənfi qiymətlə səciyyələnir. Birinci halda regional fon 
maksimumla,  ikinci  halda  isə  minimumla  ifadə  olunmuĢdur.  Bun-
lara baxmayaraq, hər iki sahədə lokal maksimumların fonunda neft-
qazlılıqla  əlaqələndirilən  xarakterik  qravitasiya  minimumlarını 
ayırmaq mümkün olmuĢdur.
  
 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə