V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

 
70 
     Bu profil üzrə ortalaĢdırma (radiuslar 2 km və 1,5 km olmaqla) 
və  son  variasiyalar  üsulları  ilə  lokal  anomaliyalar  (3,  4  və  5 
əyriləri) hesablanmıĢdır. 25-55 saylı piketlər arasında  ortalaĢdırma 
üsulu  ilə təxminən  1 və  0,5 mQal  intensivliyə  çatan lokal mini-
mumlar  ayrılmıĢdır.  Son  variasiyalar  üsulunda    isə  həmin  hissədə 
lokal anomaliyanın qiymətləri sıfıra bərabərdir. Yalnız  son varia-
siyalar üsulunda  75-95-ci  və 100-112-ci  piketlər arasında məhdud 
sahədə  0,3-0,4  və  0,2-0,3  mQal-lıq  lokal  maksimumlar  qeyd  olu-
nur. Bütövlükdə, bu üsullarla profil üzərində,  lokal qalxımlarla əla-
qələndirilə  bilən  inamlı  maksimumlar  ayrılmamıĢdır.  Bu,  əslində 
onunla əlaqədardır ki, ağırlıq qüvvəsi sahəsinin regional fonu çök-
müĢ  əyri  formasındadır.  Belə  sahələrdə  analitik  üsullarla  hesabla-
nan lokal anomaliyalar əsasən mənfi qiymətlərlə səciyyələnir. 
 
 
ġəkil 4.4.
 
MüĢahidə olunmuĢ ağırlıq qüvvəsi sahəsindən analitik üsullarla 
hsablanmıĢ lokal anomaliyalar.  
( ġm. Naftalan-Gödəkboz-Duzdağ sahəsi, pr. 01-04) 
ġərti iĢarələr bax: Ģəkil 4.3 


 
71 
        ġimali Naftalan, Gödəkboz, Duzdağ sahələrindən keçən 01-04 
saylı  profil  üzrə  ağırlıq  qüvvəsinin  ortalaĢdırma  və  son  variasiya 
üsulları  ilə hesablanmıĢ lokal  anomaliyalarının (3, 4 və 5 əyriləri) 
dəyiĢmə  xüsusiyyətlərini  nəzərdən  keçirək  (Ģəkil  4.4).  Profilin  əv-
vəlində    ağırlıq  qüvvəsi  sahəsinin  regional  fonu  (2)  qabarıq,  son-
larında isə çökmüĢ əyri formasındadır. OrtalaĢdırma  və  son  varia-
siya  üsulları  15-65-ci  piketlər  arasında  intensivliyi  0,5-1,5  mQala 
çatan  maksimumları  ayırır.  65-ci  piketdən  sonra  isə  lokal  anoma-
liyalar  mənfi  qiymətlərlə  xarakterizə  olunur  və  qalxımlarla  əlaqə-
ləndirilən lokal qravitasiya maksimumları müĢahidə edilmir. 
 
 
ġəkil 4.5.
 
MüĢahidə olunmuĢ ağırlıq qüvvəsi sahəsindən analitik üsul-larla 
hesablanmıĢ lokal anomaliyalar ( Bəndovan sahəsi, pr. 13-06) 
ġərti iĢarələr bax: Ģəkil 4.3
 


 
72 
AĢağı Kür çökəkliyində Bəndovan sahəsinin cənub-qərb qana-
dından  Ģmq-cĢ  istiqamətində  keçən  13-06  saylı  profildə  ortalaĢ-
dırma və son variasiya üsulları ilə lokal anomaliyalar hesablanmıĢ-
dır  (Ģəkil  4.5).  34-38,  46-55,  76-83-cü  piketlər  arasında  təzahür 
edən kiçik ölçülü ahomaliyaları nəzərə almasaq, profil boyu inamlı 
lokal  maksimumlar  qeyd  olunmamıĢdır.  Bu  profil  üzrə  müĢahidə 
olunmuĢ  ağırlıq  qüvvəsi  sahəsinin  ümumi  dəyiĢmə  fonu  çökmüĢ 
əyri formasındadır. Belə dəyiĢən sahələrdə, qeyd edildiyi kimi, ana-
litik üsullarla hesablanan lokal anomaliyalar adətən mənfi qiymət-
lərlə səciyyələnir. 
Göründüyü  kimi,  tədqiq  edilən  bu  müxtəlif  sahələrdə  lokal 
qalxımlarla  əlaqələndirilən  maksimumları  qravitasiya  sahəsindən 
ayırmaq üçün  regional fonun Ģəkil 4.1-də izah edildiyi kimi, müĢa-
hidə  olunmuĢ  əyriyə  aĢağıdan  toxunan  istiqamətdə,  yəni  ağırlıq 
qüvvəsinin  minimal  qiymətli  nöqtələrindən  keçməklə  çəkilməsi 
daha məqsədəuyğundur (bax: Ģəkil 4.3, 4.4, 4.5). 
 
4.2.2.Qalxımların  potensial  sahələrdə  lokal  maksimum  və 
minimumlarla  əks  olunması.  Qravitasiya  sahəsindən  qalxımlarla 
bağlı lokal anomaliyaların ayrılması məsələsi qravimetrik məlumat-
ların interpretasiyasında xüsusi yer tutur. Ona görə də, geoloji kəsi-
liĢdəki  lokal  qalxımların  yaratdığı  anomaliyanın  təbiətinin  və  for-
masının  öyrənilməsi  olduqca  vacibdir.  Ümumiyyətlə,  ədəbiyyat 
məlumatlarında  lokal  qalxımların  qravitasiya  sahəsində  həm  mak-
simum, həm də minimumlarla əks olunmaları göstərilir [15, 23, 41, 
51, 55, 59 ]. 
ġərqi Sibirin bir çox sahələrində, Cənubi Qazaxstanda  Buzaçı 
yarımadasında,  Azərbaycanda  Yevlax-Ağcabədi  çökəkliyində  və 
digər sahələrdəki antiklinal strukturların qravitasiya sahəsində lokal 
maksimumlarla, Türkmənistan, Kuban, Qərbi Sibir və d. sahələrdə 
isə  qalxımların  lokal  minimumlarla  əks  olunmaları  kəĢfiyyat  iĢləri 
ilə təsdiq olunmuĢdur. Diapirizmlə əlaqəli qalxımların ağırlıq qüv-
vəsinin lokal minimumları ilə xarakterizə olunması fikri də kifayət 
qədər əsaslandırılmıĢdır. Struktur qalxımların qravitasiya sahəsində 


 
73 
həm  lokal  maksimumlarla,  həm  də  lokal  minimumlarla  əks  olun-
ması  ağırlıq  qüvvəsi  sahəsinin  geoloji  interpretasiyasını  çətinləĢ-
dirməklə yanaĢı geoloji məsələnin birmənalı həllini də Ģübhə altına 
alır.  Bəs  müxtəlif  mənĢəli,  o  cümlədən    diapirizmlə    əlaqəli  lokal 
qalxımlar həqiqətdə qravitasiya 
  
sahəsində necə əks olunurlar? Bu 
baxımdan,  qalxımların  qravitasiya  sahəsində  yaratdığı  anomali-
yaların  formasının  riyazı  modellər  üzərində  öyrənilməsi  çox 
maraqlıdır [75].  
ġəkil 4.6-da  paralel  səthlər arasında göstərilən formalı,  δ
1  
və 
δ
2
  sıxlıqlı geoloji obyekt (kütlə) təsvir olunmuĢdur. Burada çəkil-
miĢ  seqment  antiklinalı  təqlid  edir.  δ

=  δ
1
  olarsa,  onda  paralel 
səthlər  arasında  qalan  kütlənin  yaratdığı  ağırlıq  qüvvəsi  (1)  düz 
xətt  Ģəklində  olacaqdır.    δ

> δ
1
  olarsa,  yəni  antikinalı  təqlid  edən 
seqmentin  sıxlığı  onu  əhatə  edən  kütlənin  sıxlığından  çoxdursa, 
onda  Δg  əyrisi özündə 
lokal  maksimumu  əks 
etdirməklə  (2)  forması-
nı  alacaqdır.  δ

<  δ
1
 
olan  halında  seqment 
daxilində  kütlənin  azal-
ması hesabına Δg əyrisi 
özündə  lokal  minimu-
mu  əks  etdirməklə  (3) 
formasını alacaqdır. Gö-
ründüyü  kimi,  qalxım 
vizual  olaraq  bir  halda 
maksimumla  (  2  əyrisi, 
δ
2


olanda),  digər hal-
da isə minimumla (3 əy-
risi,  δ

<  δ
1
  olanda)  əks 
olunur.  
Ġndi  Ģəkil  4.6-daki 
seqmentin  (antiklinalın) 
və  onu  əhatə  edən  küt-
ġəkil 4.6. Müxtəlif sıxlıqlı geoloji ob- 
yektin qravitasiya sahəsi
 
qravitasiya sahələri: 1 - (δ

= δ
1
);  2  - (δ

> δ
1
); 
3 - (δ

< δ
1
);  4 - (δ

= 0); 5 - (δ

= 0). 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə