V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

 
66 
olan regional anomaliyaların ayrılması lazım gəlir. Qalıq anomaliya 
isə  lokal  sahədə  yayılmıĢ  və  lokal  (məhdud  ölçülü)  strukturların 
yaratdığı anomaliya kimi qiymətləndirilir. 
MüĢahidə  olunmuĢ  sahənin  regional  və  lokal  təĢkiledicilərinə 
bölünməsi  və  ya  regional  təĢkiledicinin  (fonun)  çıxarılaraq  qalıq 
(lokal)  anomaliyanın  hesablanması  üçün  bir  çox  üsullar  mövcud-
dur.  OrtalaĢdırma,  yuxarı  və  aĢağı  yarımfəzalara  davam  etdirmə, 
hamarlama,  ikinci  və  üçüncü  tərtib  törəmələrin  hesablanması, 
sahənin  bölünməsinin  approksimasiya,  ekstrapolyasiya  üsulların-
dan və s. geniĢ istifadə edilir [23, 36].  
Bütün bu üsullarda əsas məqsəd  müxtəlif  “süzgəclər” tətbiq 
etməklə, yer qabığının üst hissəsində lokal strukturlarla (qalxımlar, 
qırılmalar,  sinklinallar,  vulkanogen  qurumlar  və  s.)  bağlı  lokal 
anomaliyaların ayrılması, müəyyənləĢdirilməsidir. Lakin, müĢahidə 
olunmuĢ  sahənin  süzgəclənməsi  zamanı  lokal  sahəni  yaradan 
mənbə  haqqında  informasiyalar  bəzən  nəinki  artır,  əksinə  azalır, 
bəzən isə  tamamilə itirilə bilər. 
Təcrübə  göstərir  ki,  müĢahidə  olunmuĢ  potensial  sahənin  re-
gional  dəyiĢməyə  nəzərən  vizual  olaraq  analiz  edilməsi  daha  əl-
veriĢlidir. Bu zaman,  eyni nöqtələrdə regional fon qiymətlərindən 
çox  və  ya  az  olan  müĢahidə  qiymətlərinin  ardıcıl  çoxluqları  lokal 
maksimumları  və  ya  minimumları  əmələ  gətirəcəkdir.  Lakin,  re-
gional fonun qurulması üçün regional fon əyrisinin keçəcəyi düyün 
nöqtələrinin  seçilməsinin  böyük  əhəmiyyəti  vardır.  Bunun  üçün, 
müĢahidə  sahəsində  üzə  çıxan  lokal  maksimum  və  minimumların 
fiziki dəyərlərinin aydınlaĢdırılması vacibdir.  
   ġəkil 4.1 a -da  çəkilmiĢ regional fon (2) müĢahidə əyrisinin 
(1) ortasından keçərək onu lokal maksimum və minimumlara (3 və 
4) ayırmıĢdır. MüĢahidə əyrisinin I və III hissələrində amplitudu  a

və  a
3
  olan  lokal  maksimumlar,  II  və  IV  hissədə  isə  a
2
  və  a

amplitudlu minimumlar ayrılmıĢdır. ġəkil 4.1 b-də isə regional fon 
(2) müĢahidə əyrisinə (1) aĢağıdan toxunan istiqamətdə çəkilmiĢdir. 
Bu  zaman,  lokal  minimumların  amplitudu  (a
2
  və  a
4
)
  sıfıra 
endirilmiĢ,  lokal  maksimumların  qiymətləri  isə  bir  o  qədər  artmıĢ 


 
67 
kimi olur.  Belə olduqda müĢahidə əyrisi üzərində zəif maksimum-
lar itirilmir, əksinə gücləndirilir. 
Beləliklə, müĢahidə  olunmuĢ  ağırlıq  qüvvəsi  sahəsindən lokal 
anomaliyaları ayırmaq məqsədilə müĢahidə əyrisinin minimum qiy-
mətlərindən  keçməklə  düyün  nöqtələri  seçilir  və  Laqranj  interpol-
yasiya  çoxhədlisindən  istifadə  edərək  həmin  nöqtələrdən  keçən  ap-
proksimasiya  -regional  fon  əyrisi  qurulur.  SeçilmiĢ  düyün  nöqtələri 
profil  üzrə  bərabər  addımla  paylanmayıbsa,  onda  fərdi  kompüterlər-
dəki approksimasiya proqramlarından istifadə etmək daha əlveriĢlidir. 
 
 
 
ġəkil  4.2-də profil üzrə ağırlıq qüvvəsinin müĢahidə olunmuĢ 
əyrisi (1) göstərilmiĢdir. Regional fonun keçəcəyi düyün nöqtələri 
(2) seçildikdən sonra, bu nöqtələri daha yaxĢı approksimasiya edən 
6-cı  dərəcəli  tənlik  (polinominal)  Ģəklində  regional fon (3 əyrisi, 
I variant) qurulmuĢdur.  
ġəkil 4.1. Lokal anomaliyanın ayrılması 
1 - müĢahidə əyrisi; 2 - regional fon; 3 - lokal maksimum;  
4 - lokal minimum; a
1
- a
4
 – anomaliyaların amplitudu 


 
68 
 
 
Göründüyü kimi,  burada   ən iri maksimum 30-95-ci  piketlər 
arasında  təzahür  edir.  95-170-ci  piketlər  arasındakı  sahədə  də 
nəzərə çarpacaq (0,25-0,4 mQal) amplitudlu  maksimumlar  ayrılır. 
Lakin,    regional  fonun    keçəcəyi    düyün  nöqtələri    II  variantdakı 
kimi seçilsəydi, o zaman 95-ci piketdən sonrakı lokal maksimumlar 
demək olar ki, tamamilə itirilərdi

Nisbətən sakit yatım Ģəraitinə malik və sıxlığı onu əhatə edən 
kütlələrin  sıxlığından  çox  olan  qalxımları  qravitasiya  sahəsindən 
müxtəlif üsullar (ortalaĢdırma, davam etdirmə, yüksək törəmələrin 
hesablanması,  approksimasiya  və  ekstrapolyasiya  üsulları  və  s.) 
tətbiq  etməklə  ayırmaq  mümkündür.  Lakin,  kütlə  çatıĢmazlığına 
malik  qalxımlar  üzərində  minimum  qravitasiya  sahəsi  yarandığın-
dan  göstərilən  üsulların  tətbiqi  qalxımla  bağlı  lokal  maksimumun 
ayrılmasına imkan vermir. Bu cür mənzərə izafi  sıxlığa malik,  la-
kin, ağırlıq qüvvəsi qradiyentinin böyük olduğu zonalarda  (çökək-
ġəkil 4.2. MüĢahidə olunmuĢ ağırlıq qüvvəsi sahəsindən lokal 
anomaliyanın ayrılması (Muradxanlı sahəsi, pr. 3-05) 
1- müĢahidə olunmuĢ ağırlıq qüvvəsi sahəsi (Δ
g
); 2- interpolyasiya  
düyün nöqtələri; 3- regional fon 


 
69 
liklərin yamacında) yerləĢən qalxımlar üzərində də müĢahidə edilir. 
Belə qalxımlarla bağlı anomaliyalar  ya  yüksək qradiyentli sahə ilə 
örtülür, ya da anomaliya qiyməti o qədər kiçik alınır ki, onu nəzərə 
almamaq da olar.  
Muradxanlı  sahəsində  41,  16,  8,  23  saylı  quyulardan  keçən 
Ģmq-cĢ istiqamətlı  59-84 saylı  profili nəzərdən keçirək (Ģəkil 4.3). 
8 saylı quyu  rayonunda  ağırlıq qüvvəsi sahəsi ən az qiymətə ma-
likdir. Ondan Ģimal-qərb və cənub-Ģərq istiqamətdə Δg-nin qiymət-
ləri artır.  
 
ġəkil 4.3
 
MüĢahidə olunmuĢ ağırlıq qüvvəsi sahəsindən analitik üsullarla 
hesablanmıĢ lokal anomaliyalar ( Muradxanlı sahəsi, pr. 59-84 ). 
1- müĢahidə olunmuĢ Δg; 2- regional fon; hesablanmıĢ lokal anomaliyalar: 3 və 4 - orta-laĢdırma 
üsulu ilə ( L= 2 km və L = 1.5 km ), 5 – son variyasiya üsulu ilə ( L = 2 km ). 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə