V. Q. QƏDĠrov


Geologiya-mineralogiya elmləri namizədi



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   2   3   4   5   6   7   8   9   ...   57

 

Geologiya-mineralogiya elmləri namizədi 
Vaqif Qədir oğlu Qədirovun 
 
“Azərbaycanın  Kür çökəkliyində neftli-qazlı strukturların 
axtarıĢında qravi-maqnit kəĢfiyyatının tətbiqi” 
monoqrafiyasına 
 
 
RƏY 
 
Kür depressiyasının Azərbaycan hissəsində AĢağı Kür çökək-
liyi bütövlükdə, Orta Kür çökəkliyinin isə böyük bir hissəsi yerlə-
Ģir. Çökmə kompleksin qalınlığı Orta və AĢağı  Kür çökəkliklərin-
də, uyğun olaraq, 12-14 və 20 km kimi qiymətləndirilir. Bu region-
da yüzlərlə lokal qalxım aĢkar edilib, 40-dan çoxunda neft-qazlılıq 
müəyyənləĢdirilib, onlarla yataq istismardadır. 
1927-ci  ildən  baĢlayaraq  Kür  çökəkliyinin  ayrı-ayrı  sahələ-
rində  qravimetrik  və  maqnitometrik  tədqiqatlar  aparılmaqdadır. 
Keçən əsrin 70-ci illərin ortalarından isə Geofizika ETĠ tərəfindən 
bu regionda aparılmıĢ yüksəkdəqiqlikli qravi-maqnit tədqiqatları ilə 
sahələrin  geoloji  quruluĢu  öyrənilmiĢ,  yeni  lokal  qalxımlar  aĢkar-
lanmıĢ, onların neft-qazlılığı proqnozlaĢdırılmıĢdır. Təqdim olunan 
monoqrafiya da qravi-maqnit materialları ilə alınmıĢ geoloji nəticə-
ləri  əhatə  edir  və  müəllifın  özü  isə  çöl  planalma  iĢlərindən  baĢla-
mıĢ, geoloji interpretasiya iĢlərinə qədər bilavasitə iĢtirak etmiĢ və 
onlarla  yeni  struktur  xəritələr,  proqnoz  sxemləri  qurmuĢ,  nəzəri, 
model tədqiqatları aparmıĢ, məqalələr yazmıĢdır. 
Monoqrafiyada müəllif Kür çökəkliyinin geoloji-geofiziki öy-
rənilməsini, burada geoloji kəsiliĢi təĢkil edən süxurların petrofiziki 
parametrlərinin  sahə  üzrə  paylanmasını  analiz  edir  və  bunlardan 
qravi-maqnit  kəĢfiyyatın  tətbiqini  əsaslandırmaq  üçün  məharətlə 
istifadə edir. Müəllif izafi sıxlıqlı sərhədlərdə sıxlıq artımını hesab-
lamaq  üçün  həmin  kompleksin  sıxlığını  ondan  üstdə  yatan  bütün 
çöküntü  kompleksinin  orta  sıxlığı  ilə  müqayisə  olunmasını  daha 


 

doğru sayır və qravimetrik kəĢfiyyat materiallarının interpretasiya-
sında bunun böyük əhəmiyyət daĢıdığını göstərir. 
Müəllif  Yevlax-Ağcabədi  çökəkliyinin  cənub-Ģərq  hissəsində 
qravimetrik  məlumatlarla  bir  çox  lokal  qalxımın  aĢkarlandığını  və 
onların  Ģmq-cĢ  istiqamətli  tektonik  zonalar  daxilində  zəncirvari 
düzüldüklərini  göstərir.  Bunlardan  Pənahlı  və  Oruclu  strukturları 
son  illərdə  müəllifin  apardığı  yeni  tədqiqatlarla  daha  da  dəqiqləĢ-
dirilmiĢ və onların neft-qaz perspektivliyinin yüksək olduğu göstə-
rilmiĢdir. Müəllif burada axtarıĢ quyusunun qoyulması üçün müva-
fiq  tövsiyə  vermiĢ,  Cəfərli  sahəsində  olduğu  kimi,  burada  da  orta 
Eosen çöküntülərində (mergel dəstəsi) neft-qaz yığımının olduğunu 
söyləmiĢdir. Göstərilən qalxımların  Yevlax-Ağcabədi  çökəkliyinin 
mərkəzi hissəsindən miqrasiya edən karbohidrogenlərin yolu üstün-
də  olduğunu  və  buna  yaxın  sahələrdə  məhz  orta  Eosen  çöküntü-
lərindən  neft  alındığını  nəzərə  alsaq,  onda  müəllifin  gəldiyi  qərarı 
müsbət saymaq olar. 
Monoqrafiyada maraq doğuran məqamlardan biri də Orta Kür 
çökəkliyində Mezozoy çöküntü  kompleksinin səthinin dərinliyinin 
qravimetrik məlumatlar  əsasında təyin  edilməsidir. Burada müəllif 
Mezozoyun dərinliyi ilə Buge anomaliyası arasında korrelyasiyanın 
olduğunu  göstərir  və  hər  bir  konkret  sahə  üçün  riyazi  ifadələrin 
çıxarılmasını məqsədəuyğun sayır. Bunların əsasında müəllif müx-
təlif  sahələr  üçün  üst  TəbaĢir  çöküntülərinin  səthini  əks  etdirən 
struktur  xəritələr  tərtib  etmiĢ  və  onların  3-ölçülü  təsvirlərini  ver-
miĢdir. 
Bunlardan baĢqa, Kür-Qabırrı çaylararası vadidə, Qazanbulaq-
Borsunlu-Ziyadxan,  ġm.Naftalan-Gödəkboz-Duzdağ,  Ərəbqubalı, 
Bəndovan,  Nəvahi  və  d.  sahələrdə  çöküntülərin  neft-qazlılığının 
yeni  aspektlərdə  araĢdırılması  həyata  keçirilmiĢ,  axtarıĢ-kəĢfiyyat 
iĢlərini  istiqamətləndirmək  üçün  verilmiĢ  tövsiyələr  elmi  əsaslan-
dırılmıĢ  və  qrafiki  sənədlərlə  (xəritə,  sxem,  kəsiliĢ)  aydınlaĢdırıl-
mıĢdır. 
Müəllif  təcrübi  tədqiqatlarla  müəyyən  edilmiĢ  geoloji  pazlaĢ-
maların qravitasiya sahəsində qradiyentli zonalarla əks olunmasının 


 

qravimetrik  kəĢfiyyat  qarĢısında  yeni  perspektivlər  açdığını  gös-
tərir.  Bunun  əsasında,  müəllif,  Bəndovan  strukturunun  cənub-qərb 
qanadında,  Ərəbqubalı,  Hacıqabul  və  bu  kimi  digər  sahələrdə  gü-
man  olunan  neft-qaz  yatağının  qeyri  antiklinal  tələlərlə  əlaqədar 
olmasını  ehtimal  edir.  Qeyd  edək  ki,  neft-qazlılığı  güman  olunan 
bu tələlərin karbohidrogenlərin generasiya mənbələrinə doğru açıl-
dığını (meyilliyini), və onların miqrasiya yolu üzərində olması hə-
min sahələrdə neft-qaz yatağının əmələ gəlməsi ehtimalını artırır. 
Hesab  edirəm  ki,  müəllif  tərəfindən  tərtib  edilmiĢ  struktur  və 
proqnoz  xəritələri,  tektonik  sxemlər  neft-qaz  yataqlarının  axtarıĢı 
ilə  məĢğul  olan  istehsalat  təĢkilatları  üçün  olduqca  əhəmiyyətlidir. 
Monoqrafiyada təqdim olunan elmi fikirlər, geoloji nəticələr müəl-
lifin bu iĢlərə böyük həssaslıq və diqqətlə yanaĢdığını, Dağlararası 
Kür  çökəkliyində  kompleks  geofiziki  kəĢfiyyat  iĢlərinə  yeni  pers-
pektivlər açdığını göstərir. 
Monoqrafiya yüksək elmi səviyyədə, eyni zamanda, sadə dildə 
yazılmıĢ, çoxsaylı xəritə, kəsiliĢ, qrafik və cədvəllərlə zənginləĢdi-
rilmiĢdir və dərc olunmaq üçün tövsiyə edilir. Bu elmi əsər neftçi-
geoloqlar,  geofiziklər,  elmi  iĢçilər,  bu  sahə  üzrə  hazırlanan  baka-
lavr, magistr, aspirantlar üçün dəyərli kitab ola bilər. 
 
 
 
Geofizika ETĠ-nin “Kompleks  
geofiziki-geoloji tədqiqatlar”  
laboratoriyasının baĢ elmi iĢçisi, 
g.-m.e.d., professor                                         R.R. Rəhmanov   
 
 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə