V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   2   3   4   5   6   7   8   9   ...   57

 
17 
FƏSIL I 
 
KÜR ÇÖKƏKLĠYĠNĠN STRUKTUR-TEKTONĠK     
XÜSUSĠYYƏTLƏRĠ 
 
Dağlararası  Kür  çökəkliyi  Qafqaz  regionunda  ən  iri  struktur 
elementlərdən biri olub, Böyük və Kiçik Qafqaz dağlarını bir-birin-
dən ayıraraq Ģimal-qərbdə Dzirul massivindən cənub-Ģərqdə Xəzər 
dənizinə qədər böyük bir ərazini əhatə edir. Bu çökəklik 3 hissəyə -
Yuxarı,  Orta  və  AĢağı  Kür  çökəkliklərinə  bölünür.  AĢağı  Kür 
çökəkliyi bütövlükdə və Orta Kür çökəkliyinin isə böyük bir hissəsi 
Azərbaycanın ərazisində yerləĢir. 
Kür çökəkliyinin tektonik xüsusiyyətləri barədə ilk məlumatlar 
XX  əsrin  30-cu  illərində  V.P.Renqarten,  A.D.Arxangelsk, 
Ġ.M.Qubkin  tərəfindən  verilmiĢdir.  Sonrakı  illərdə  V.V.Belousov, 
M.Ġ.Varentsov,  V.Y.Xain,  A.N.ġardanov,  Ə.A.Əlizadə,  H.Ə.Əh-
mədov, Ə.V.Məmmədov, K.M.Kərimov,  E.ġ.ġıxəlibəyli, V.Ġ.Kuli-
kov, Ə.Ə.Əliyev və b. Kür çökəkliyinin formalaĢması və geoloji tə-
biəti haqqında müxtəlif fikirlər (onun “plitə”, “aralıq massivi”, plat-
forma, geosinklinal olması) irəli sürmüĢlər [1, 13, 19, 20, 30, 38]. 
Müxtəlif  morfoloji  və  genetik  xarakterli  mürəkkəb  qırıĢıqlıq 
sistemini özündə əks etdirən Kür çökəkliyi özünəməxsus tektonika-
sı, çöküntülərin böyük qalınlığı və stratiqrafik diapazonu ilə fərqlə-
nir. Geoloji-geofiziki məlumatların  analizi  göstərir ki,  bu çökəklik 
uzununa və eninə qırılmalar sistemi üzrə enmiĢ və kristallik bünöv-
rənin bloklu quruluĢunu yaratmıĢdır.Ümumiyyətlə, blokların enmə-
si  qərbdən  Ģərqə  və  bortlardan  çökəkliyin  mərkəzinə  doğru  müĢa-
hidə edilir. Kristallik bünövrədəki pilləli qırılmalar ağırlıq qüvvəsi 
sahəsində kəskin qradiyentlı zolaqlar Ģəklində əks olunur [38]. 
Kür  çökəkliyinin  Azərbaycan  ərazisi  daxilində  Ə.Ə.Əliyevə 
görə aĢağıdakı tektonik elementləri ayırmaq mümkündür

Mezozoy 
bünövrəsi  üzərində  inkiĢaf  etmiĢ  Ceyrankeçməz,  Alazan-Əyriçay, 
Kiçik Qafqazönü, TalıĢönü  çökəkliklər; Mezozoydan qabaqkı bü-


 
18 
növrə üzərində inkiĢaf etmiĢ AĢağı və Orta Kür çökəklikləri; Ələt 
və  Acınohur  kənar  qırıĢıqlıq  zonaları;  Yavandağ-Səngəçal,  Mil-
Muğan və Kürdəmir-Sabirabad qravitasiya maksimumlarına uyğun 
gələn fundament  bloklarının qalxmıĢ zonaları [1]. 
Digər tədqiqatçılar tərəfindən bu çökəklik daxilində 5 iri struk-
tur element ayrılır:
 
Qobustan-AbĢeron, AĢağı Kür, Yevlax-Ağcabə-
di,  Qabırrı-Acınohur  çökəklikləri,  Kürdəmir-Sabirabad  qalxım  zo-
nası.  Eyni  zamanda,  burada  orta  ölçülü  10  struktur  element  qeyd 
edilir:  ġamaxı-Qobustan,  AbĢeron,  AĢağı  Kür,
 
TalıĢönü,  Yevlax, 
Acınohur
 
çökəklikləri,  Kiçik  Qafqazönü  monoklinal,  ġəmkir  qal-
xım  zonası,  Qabırrı-Acınohur  çökəkliyinin  cənub  yamacı,  Böyük 
Qafqazönü monoklinal (Ə.N.Hüseynov, F.A.ġirinov, 1985). 
Göstərilən  struktur  elementlər  daxilində  geoloji-geofiziki  mə-
lumatlar  əsasında  çoxsaylı  (365-dən  artıq)  lokal  qalxım,  qeyri- 
antiklinal  tələ  müəyyənləĢdirilmiĢdir.  ġamaxı-Qobustan  çökəkli-
yində  120,  AbĢeron  çökəkliyində  48,  AĢağı  Kür  çökəkliyində  40, 
Yevlax-Ağcabədi çökəkliyində  80-ə  yaxın,  TalıĢönü  çökəklikdə  9, 
Kür-Qabırrı  çaylararası  sahədə 40-a  yaxın,  Acınohur çökəkliyində 
31 qalxım aĢkar edilmiĢdir. Mezozoy, Paleogen-Miosen və Pliosen-
Antropogen çöküntülərinə aid edilən bu qalxımların içərisində 40-
dan çoxunda neftlilik-qazlılıq müəyyənləĢdirilmiĢdir. 
AĢağı  Kür  çökəkliyində  Ģimal-Ģərqdən  cənub-qərbə  doğru 
Kürqala  sinklinoriumu  (Nəvahi  çökəkliyi),  Hərami-Salyan  antikli-
noriumu  və  məxsusi  AĢağı  Kür  sinklinoriumu  ayrılır.  Hərami-Sal-
yan  antiklinoriumu  Ģimal-qərbdə  sıxılaraq  Ələt-Ləngəbiz  qalxım 
zonasına  söykənir,  cənub-Ģərqə  doğru  isə  Cənubi  ġirvan  çökəkliyi 
ilə Kəlaməddin-Bəndovan və Kürovdağ-Neftçala qalxım zonalarına 
ayrılır.  Cənubi  ġirvan  çökəkliyi  isə  Kürsəngi  və  Cənubi  Kürsəngi 
gömülmüĢ  qalxımı  ilə  mürəkkəbləĢmiĢdir  [1].  Bu    çökəkliyin  bö-
yük  hissəsi  Dördüncü  dövr,  Ģimal-Ģərq  hissəsi  isə  Pliosen  çökün-
tüləri ilə örtülmüĢdür. Dərin qazıma ilə, əsasən Məhsuldar qat, bəzi 
quyularda  isə  Pont,  Oliqosen-Miosen  yaĢlı  çöküntülər  açılmıĢdır. 
K.M.Kərimova  görə  (1975)  təxminən  7  km-dən  aĢağıda  Mezo-
zoyun karbonatlı-vulkanik süxurları iĢtirak edir. 


 
19 
Qərbdə  TalıĢ-Vəndam  qravitasiya  körpüsünə  söykənən  Orta 
Kür çökəkliyi cənubda Kür dərinlik qırılması ilə Kiçik Qafqazönü 
çökəklikdən,  Ģimalda  isə  Acınohur  dərinlik  qırılması  ilə  Alazan-
Əyriçay  çökəkliyindən  (Böyük  Qafqazönü  monoklinal  zonadan) 
ayrılır.  Qazıma  və  geofiziki  tədqiqat  məlumatları  ilə  bu  çökəklik 
daxilindəki strukturlar əsasən Qafqaz istiqamətli olub, Yevlax-Ağ-
cabədi  çökəkliyində  orogen  kompleksində  (üst  TəbaĢir-Miosen), 
Kür-Qabırrı  çaylararası  sahədə  Miosen-Pliosen  çöküntülərində  in-
kiĢaf etmiĢdir. Maykop erasından baĢlayaraq Kiçik və Böyük Qaf-
qaz  intensiv  qalxmaya  məruz  qalmıĢ,  dağlarönü  çökəkliklərin  ya-
ranmasına səbəb olmuĢdur. Miosen erasında isə Orta Kür çökəkliyi 
çöküntütoplanmanın  vahid  hövzəsini  əmələ  gətirmiĢ,  Kür-Qabırrı 
çaylararası sahə daha çox enməyə məruz qalmıĢdır. 
AĢağı  və  Orta  Kür  çökəkliklərini  bir-birindən  ayıran  TalıĢ-
Vəndam qalxım zonası geoloji xüsusiyyətinə  görə mürəkkəb sahə-
lərdən biridir. Dərin qazıma və geofiziki məlumatlara əsasən bura-
da, Pliosen və Dördüncü dövr çöküntülərinin qırıĢıqlıqda iĢtirak et-
mədiyi aydın olur. Dərinə getdikcə strukturlar daha dəqiq qeyd olu-
nur və əsasən, Paleogen və Mezozoy çöküntü kompleksi ilə əlaqə-
dardır. TalıĢ-Vəndam qalxım zonası çökmə qatın qalınlığının azal-
ması, çöküntütoplanmada böyük fasilələrin olması ilə səciyyələnir. 
Mezokaynozoy  kompleksinin  qalınlığı  TalıĢönü  zonada  7-8  km, 
Saatlı-Kürdəmir  zonasında  isə  9-10  km  təĢkil  edir.  Burada  çökmə 
örtüyünün  qalınlığı  4-5  km  təĢkil  edir.  Hər  iki  zona  daxilində 
çökmə  süxurlar  Mezozoy  yaĢlı  vulkanogen  kompleksi  örtür  [13]. 
Vulkanik  süxurların  quyularla  açılmıĢ  qalınlığı  Sor-Sor-Carlı 
sahələrində 800-1000 m, Saatlıda ≈4800 m («СГ-1») təĢkil edir. 
Kür çökəkliyinin maraq doğuran əsas struktur elementlərindən 
biri  burada  geniĢ  inkiĢaf  etmiĢ  pazlaĢma  zonalarıdır.  Ġri  çökəklik-
lərin (Yevlax-Ağcabədi, AĢağı Kür) yamaclarında, Böyük və Kiçik 
Qafqazönü  monoklinallarda quyu və seysmik kəĢfiyyatı məlumat-
ları  əsasında  100  km-lərlə  uzanan  pazlaĢma  zonaları  aĢkar  edil-
miĢdir ki, neft-qaz tələləri əmələ gətirmək baxımından çox əhəmiy-
yətlidir.  Çökəkliklər  daxilində  pazlaĢan  komplekslərin  stratiqrafik 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə