V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

 
77 
sərhədlərin  çökən  his-
səsində  ayrıca  lokal 
qalxımın  mövcud  ol-
duğunu göstərir. 
Bu  cür  yanaĢma 
ilə  Kür-Qabırrı  çay-
lararası vadinin cənub-
Ģərq  hissəsində  (Tərs-
dəllər, 
Ceyrançöl, 
C.Palantökən  sahələri) 
ağırlıq  qüvvəsi    sahəsi 
minimumlarla    ifadə 
olunmuĢ profillər  üzə-
rində  intensivliyi  0,6-
0,8  mQal  olan  lokal 
maksimumlar 
aĢkar 
edilmiĢ  və  onların 
müxtəlif  dərinliklərdəki 
lokal  qalxımlarla əlaqə-
dar    olduğu  göstərilmiĢ-
dir 
(S.H.Məmmədov, 
F.Ġ.Əliyev,  V.Q.  Qədi-
rov, 1987).  
Beləliklə, belə nəticəyə gəlmək olar ki: 
-  “struktur  qalxımlar  qravitasiya  sahəsində    lokal  maksimum-
larla və lokal minimumlarla əks olunur” ifadəsi düzgün iĢlədilmir; 
-  qalxımlar  qravitasiya  sahəsində  hər  zaman  maksimumlarla 
əks olunur;   
-  qalxım və  onu əhatə  edən süxurların  sıxlığından asılı  olaraq 
qalxımların  üzərində    vizual  olaraq  lokal  maksimumlar  və  mini-
mumlar müĢahidə edilə bilər; 
-  qalxımın sıxlığı ətraf süxurların sıxlığından çoxdursa toplam 
sahə vizual olaraq   maksimumla, azdırsa minimumla ifadə olunur; 
 
ġəkil 4.8. MüĢahidə olunmuĢ ağırlıq qüvvəsi      
sahəsindən lokal maksimumun ayrılması 
(Tərsdəllər sahəsi, pr. 09-86) 
1 – müĢahidə olunmuĢ Δ

əyrisi; 2 – approksimasiya əyrisi; 
3 – lokal maksimum; 4 – axtarıĢ-kəĢfiyyat quyuları;  
5 – vulkanik qurum 
 
 


 
78 
-    vizual  olaraq  minimumla  ifadə  olunmuĢ  sahədən  qalxımla 
əlaqəli  lokal  anomaliyanı  ayırmaq  üçün  horizontal  qradiyentin 
dəyiĢdiyi  hissələri  seçərək  Laqranj  interpolyasiya  çoxhədlisi 
vasitəsilə  approksimasiya  edib,  toplam  sahədən  lokal  anomaliyanı 
(maksimumu) ayırmaq lazımdır. 
Ümumiyyətlə,  geoloji  strukturların  geomaqnit  sahədə  əks 
olunmaları üçün onları təĢkil edən süxurların maqnit xüsusiyyətlə-  
rinin ətrafa nisbətən nəzərə çarpacaq dərəcədə  dəyiĢməsi vacibdir. 
Belə geoloji strukturlara maqmatik əmələgəlmələr, duz gümbəzləri, 
palçıq  vulkanları,  rif  qurumları  və  digər  tektonik  quruluĢlar  misal 
ola bilər. 
Maqnit kəĢfiyyatın tətbiqi imkanları geoloji kəsiliĢi təĢkil edən 
süxurların  petrofiziki xüsusiyyətləri-  maqnit  qavrayıcılığı  və  qalıq 
maqnitlənmə  ilə  müəyyənləĢir.  Maqmatik  süxurların  (intruziv  və 
effuziv) yayıldığı rayonlarda (məs. Orta Kür çökəkliyi) maqnit qav-
rayıcılığının  qeyri-bərabər  paylanması  müxtəlif  intensivlili  maqnit 
anomaliyalarının  yaranmasına  səbəb  olur.  Orta  Kür  çökəkliyində 
effuziv süxurlar intruzivlərə, əsas süxurlar isə turĢ tərkibli süxurlara 
nisbətən daha yüksək maqnit qavrayıcılığına malikdir. Bu regionun 
ayrı-ayrı sahələrində andezit, bazalt, porfiritlərdən və s. təĢkil olun-
muĢ effuziv süxurların maqnit qavrayıcılığı (1100-4800)·10
-6
  SQS 
arasında dəyiĢir (bax. Fəsil 2). Bu, onların geomaqnit sahəsində əks 
olunması üçün əlveriĢli Ģərait yaradır. AparılmıĢ tədqiqatlar göstərir 
ki,  amplitudu 400-500 m olan, 3 km  dərinlikdə  yerləĢən  antiklinal 
qalxım formalı effuziv əmələgəlmələr geomaqnit sahədə 15-20 nTl 
müsbət  lokal  anomaliya  yarada  bilər.  Beləliklə,  geoloji  kəsiliĢdə 
qalxım əmələ gətirən vulkanik qurumları müasir cihazlarla qeyd et-
mək mümkündür [15]. 
Çökmə süxurların maqnit qavrayıcılığı effuzivlərə nəzərən çox 
aĢağıdır və Orta Kür çökəkliyində AbĢeron-üst TəbaĢir yaĢlı çökmə 
süxurlarda (60-900)·10
-6
 SQS intervalında dəyiĢir. Duz gümbəzləri, 
palçıq vulkanları, rif qurumları daha  az (və ya mənfi) maqnit qav-
rayıcılığına malikdirlər. Ona görə də, onlar maqnit sahəsində lokal 
minimumlarla ifadə olunur. 


 
79 
Maqnit  anomaliyaları  əsasında  Uralönü  çökəklikdə  tektonik 
tipli qalxımlar və alt Perm riflərini örtən strukturlar aĢkarlanmıĢ və 
onların konturları təyin edilmiĢdir [21]. Maqnit kəĢfiyyatı məlumat-
ları əsasında müxtəlif təbiətli qalxımların yerini, konturlarını, uzan-
masını, ölçülərini, eləcə də, qalxımı təĢkil edən qatların tərkibi və s. 
müəyyənləĢdirilir.  Horst-antiklinal  tipli  strukturların  kənarında 
maqnit sahəsinin yüksək qradiyentli zonaları müĢahidə edilir [36]. 
Orta  Kür  çökəkliyinin  müxtəlif  sahələrində  aparılmıĢ  maqnit 
kəĢfiyyat  iĢləri  maqmatik  süxurların  əmələ  gətirdiyi  qalxımların 
maqnit  anomaliyaları  əsasında  aĢkarlanmasının  mümkünlüyünü 
göstərir [15, 43, 61]. 
ġəkil  4.9  və  4.10  -da  Muradxanlı  sahəsində  strukturun  tağın-
dan  keçən  Ģmq-cĢ  və  cq-ĢmĢ  istiqamətli  iki  profildə  geomaqnit 
sahənin  müĢahidə  əyriləri  göstərilmiĢdir.  Hər  iki  profildə  regional 
fon  çəkilərək  lokal  maqnit  maksimumları  ayrılmıĢdır.  Bu  maksi-
mumların intensivlikləri 50-70 nTl intervalında dəyiĢir. 
Qeyd  etmək  lazımdır  ki,  bu  regionda  (Yevlax-Ağcabədi  çö-
kəkliyində) geomaqnit sahə üç əsas effektdən - çökmə kompleksin, 
kristallik  bünövrə  ilə  Küri  səthləri  arasındakı  qatın  və  lokal  maq-
matik  qurumların  yaratdığı  effektlərin  cəmindən  əmələ  gəlmiĢdir. 
Geomaqnit sahəsinin analizi göstərir ki, müĢahidə olunmuĢ əyridən 
regional  fon  vasitəsilə  ayrılmıĢ  lokal  maqnit  maksimumları  lokal 
vulkanik qurumları əks etdirir [15].  
59-84  saylı  profildə (Ģəkil 4.9)  41 və 23 saylı quyuların ara-
sında  vulkanogen  qurumun  olması  həmin  quyularla  təsdiq  olunur 
və  23  saylı  quyudan  41  saylı  quyuya  doğru  vulkanogen  qurumun 
yer  səthinə  yaxınlaĢması  müĢahidə  edilir.  Digər  profildə  də  (Ģəkil 
4.10)  quyularla  vulkanogen  süxurlar  açılmıĢ,  burada  lokal  maqnit 
maksimumunun  yaranma  səbəbini  təsdiqləmiĢdir.  59-84  saylı  pro-
filin  100-140    piketləri  arasında  müəyyənləĢdirilmiĢ  lokal  maqnit 
maksimumun  da  lokal  vulkanogen  qurumlarla  əlaqədar  olduğu 
göstərilir. Bu zonada isə hələlik dərin quyu qazılmamıĢdır. 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə