V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

 
89 
 
ġəkil 4.14. Fiziki-geoloji model və neft-qazlılıqla əlaqələndirilən lokal qravi- 
              maqnit anomaliyaların ayrılması (Muradxanlı sahəsi, pr.01-81). 
1 və 2 – müĢahidə olunmuĢ Δg və Z;  3 – regional fon;  4 – interpolyasiya düyün nöqtələri; 
 
5 və 6 – lokal maksimum və minimum; 7 – bərpa olunmuĢ maksimum;  8 – axtarıĢ-kəĢfiyyat 
quyuları;  9 – neft yatagı; 10 – effuziv süxurlar. 


 
90 
 
ġəkil 4.15. Neft-qazlılıqla əlaqələndirilən lokal anomaliyaların ayrılması 
(ġimali Naftalan-Gödəkboz (a) və Bəndovan (b) sahələri 
1 – müĢahidə olunmuĢ Δ
g; 
2 – regional fon; 3 – lokal maksimum; 4 – bərpa olunmuĢ  
maksimum; 5 – lokal minimum. 


 
91 
 
4.3. Qeyri-antiklinal tələlərin (pazlaĢma zonalarının) 
      qravitasiya sahəsində əksi (təcrübi tədqiqatlar) 
  
AraĢdırmalar  göstərir  ki,  dünya  neft  ehtiyatının  yarıdan  çoxu 
gömülmüĢ  rif  və  bankaların,  duz  gümbəzlərinin  payına  düĢür 
(N.V.Nevolin  və  b.,  1977;  M.M.Qraçevskiy,  A.S.Kravçuk,  1989). 
Odur  ki,  hazırda  neft-qaz  hasilatının  artırılması  üçün  qeyri-an-
tiklinal  tələlərin  aĢkar  edilməsinə  xüsusi  diqqət  yetirilir.  Qeyri-
antiklinal  tələlərə  litoloji-stratiqrafik,  tektonik  tip  tələləri,  rif  qu-
rumlarının, qədim çay dərələrinin, pazlaĢmaların əmələ gətirdiyi tə-
lələri və s. misal  göstərmək olar. Geofiziki üsullarla bu tipli tələlə-
rin axtarıĢı mürəkkəb, bəzən isə effektsiz olur. 
Yer qabığının üst hissəsində mövcud olan qırılmaların və paz-
laĢmaların  müəyyənləĢdirilməsi  qeyri-antiklinal  tipli  neft  və  qaz 
tələlərinin  axtarıĢı  baxımından  olduqca  əhəmiyyətlidir.  Seysmik 
kəĢfiyyatın  ÜDN  üsulu  belə  məsələlərin  həllində  önəmli  rol  oy-
nayır.  Belə  ki,  dalğa  mənzərəsində  qırılma  və  pazlaĢmaları  vizual 
olaraq  görmək  belə  mümkündür.  Bəs  bu  cür  tektonik  elementlər 
ağırlıq qüvvəsi sahəsində necə əks olunur? 
Qeyri-antiklinal tələlərin qravimetrik kəĢfiyyat üsulu ilə müəy-
yənləĢdirilməsi  zamanı  tələni  və  onu  əhatə  edən  süxurların  sıx-
lıqlarının paylanması mühüm əhəmiyyət kəsb edir. Ədəbiyyat mə-
lumatlarında  rif  qurumlarının,  duz  gümbəzlərinin  ağırlıq  qüvvəsi 
sahəsində  əks olunma imkanları  göstərilir [23]. ġərqi və  Qərbi Si-
birdə, Perm vilayətində, Volqa-Ural NQR-da pazlaĢma zonalarında 
neft-qaz tələlərinin axtarıĢında qravimetrik və maqnit kəĢfiyyatının 
tətbiqinin səmərəliliyi göstərilmiĢdir [12, 37]. 
Ġzafi sıxlığa malik olan geoloji horizontlar adətən ağırlıq qüv-
vəsi  sahəsində  nəzərə  çarpacaq  dəyiĢmələr  yaradır.  Məsələn,  Orta 
Kür çökəkliyində aĢkar edilmiĢ qalxımlar, əsasən Mezozoy komp-
leksinin səthi ilə əlaqədardır və ağırlıq qüvvəsi sahəsində müxtəlif 
intensivlikli  lokal  maksimumlarla  əks  olunur.  AĢağı  Kür  çökəkli-
yində, ġamaxı-Qobustan və AbĢeron NQR-lərində Üçüncü dövr çö-


 
92 
küntüləri ilə (Məhsuldar qat) əlaqədar olan qalxımlar isə lokal qra-
vitasiya minimumları ilə səciyyələnir. Ġzafi sıxlıqlı horizontlar üzə-
rində quyular və seysmik kəĢfiyyatla müəyyənləĢdirilmiĢ qırılmalar 
adətən ağırlıq qüvvəsi sahəsinin horizontal qradiyentinin kəskin də-
yiĢmələri ilə müĢahidə edilir. PazlaĢma zonalarının isə ağırlıq qüv-
vəsi sahəsində əks olunması məsələsi demək olar ki, öyrənilməmiĢ-
dir. Qeyd edək ki, Azərbaycan ərazisində də qeyri-antiklinal tələlər 
əsasən, pazlaĢma zonaları ilə əlaqədardır. Yevlax-Ağcabədi çökək-
liyinin Ģimal-Ģərq və cənub-qərb yamaclarında Eosen, Paleosen çö-
küntülərinin, Muğan monoklinalında Məhsuldar Qat çöküntülərinin 
aĢağılarının  böyük  məsafədə  (100  km-lərlə)  Mezozoyun  səthinə 
pazlaĢması müĢahidə edilir.  
Qravimetrik kəĢfiyyatın düz məsələsinin həllində geoloji kəsi-
liĢdəki  horizontun  pazlaĢmasını  təqlid  edən  maili  pillənin  (maili 
müstəvi ilə kəsilmiĢ və sonsuz  uzanmıĢ  yarımlay)  yaratdığı   ağır-
lıq qüvvəsi  sahəsinin  riyazi  ifadəsi verilir 

23

. Göstərilir ki, maili 
pillənin  amplitudası  (pazlaĢan  layın  qalınlığı)  onun  üst  səthinin 
dərinliyindən böyük olduğu halda ağırlıq qüvvəsi sahəsində nəzərə 
çarpacaq dəyiĢiklik yarada bilər. Geoloji kəsiliĢdə isə əksinə, adə-
tən  pazlaĢan  layların  qalınlığı  onun  dərinliyindən  qat-qat  az  olur. 
Belə  halda,  kəsiliĢdəki  pazlaĢmaların  qravitasiya  sahəsində  əks 
olunması praktiki olaraq mümkün deyil. 
Lakin,  Azərbaycanın  müxtəlif  neftli-qazlı    sahələrində  aparıl-
mıĢ təcrübi qravimetrik kəĢfiyyat iĢləri zamanı müĢahidə edilmiĢdir 
ki,  seysmik  kəĢfiyyat  və  ya  quyularla  müəyyənləĢdirilmiĢ  pazlaĢ-
malar üzərində ağırlıq qüvvəsi sahəsinin horizontal qradiyentlərinin 
kəskin dəyiĢmələri baĢ verir. Deyilənlərə ən bariz nümunə kimi son 
illərdə  (2006-cı  il)  Bəndovan  strukturu  (cənub-qərb  qanadı)  üzə-
rində aparılmıĢ geofiziki tədqiqatları  misal göstərmək olar. 
2004-cü ildə “KəĢfiyyatgeofizika” idarəsi tərəfindən göstərilən 
sahədə  çoxsaylı ÜDN profilləri iĢlənilmiĢdir. Bu profillər əsasında 
strukturun  tağ  və  cənub-qərb  qanad  hissəsində  çoxlu  qırılma  və 
pazlaĢmalar müəyyən edilmiĢdir. 2006-cı ildə burada aparılmıĢ qra-
vimetrik  tədqiqatlarla  maraqlı  faktlar  aĢkar  edildi.  Müəyyən  edildi 


 
93 
ki,  burada  müĢahidə  olunmuĢ  ağırlıq  qüvvəsi  sahəsi  olduqca  mü-
rəkkəbdir və bu sahənin horizontal qradiyentlərinin paralel profillər 
üzrə izlənən kəskin, pilləvari dəyiĢmələri mövcuddur. Seysmik kəĢ-
fiyyatla  müəyyənləĢdirilmiĢ  qırılma  və  pazlaĢmaların  ağırlıq  qüv-
vəsi  sahəsinin  pilləvari  dəyiĢmələrinə  uyğun  gəldiyi  müĢahidə 
edilmiĢdir. 
040911,  040206,  040306,  040606,  041211,  041311,  041411, 
041511,  041711, 042011 saylı ÜDN seysmik profilləri analiz edil-
miĢ, bu profillərdə qeyd edilən pazlaĢma və qırılmalar, onlara yaxın 
qravimetrik profillər üzrə Δg  sahəsinin horizontal qradiyentlərinin 
dəyiĢmə yerləri ilə müqayisə olunmuĢdur (Ģəkil 4.16). Ağırlıq qüv-
vəsi sahəsinin  pilləvari  dəyiĢmələri  profildən  profilə korrelyasiya 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə