V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

 
122 
 
iki lokal maksimum qeyd olunur ki, bunlar da  Pənahlı və  Oruclu  
strukturlarını  əhatə edir  (Ģəkil 5.16).  Lokal  maksimumlar intensiv-
liklərinə görə mozaik xarakter daĢısa da, eni ≈ 4 km sahə   daxilin-
də Cəfərli strukturundan cənub-Ģərqə doğru 9 km məsafədə uzanır. 
ġəkil 5.15. Ağırlıq qüvvəsinin lokal maksimumlar xəritəsi (ġimali 
Naftalan-Gödəkboz-Duzdağ sahəsi)
  
 lokal strukturlar: 1 - ġimali Naftalan, 2 - Gödəkboz, 3 - C Qızılhacılı,  
4 - Qızılhacılı, 5 - ġmġ Qızılhacılı, 6 -Duzdağ, 7, 8 və 9 - Aran.  
 


 
123 
 
  
 
 
 
 
Bu  zona  daxilində  dərin  qazıma  quyuları  yoxdur.  Cəfərli  və 
Qaralı  strukturlarına  analoji  olaraq  bu  lokal  maksimumların  da 
lokal qalxımlarla əlaqədar olduğunu söyləmək olar. 
ġəkil  5.17-də  Qazanbulaq  sahəsində  2007-ci  ildə  Geofizika 
ETĠ  tərəfindən  eyni  xətt  üzrə  iĢlənilmiĢ  qravimetrik  (15-07  saylı)  
ġəkil 5.16. Ağırlıq qüvvəsinin lokal maksimumlar xəritəsi 
 ( Cəfərli-Pənahlı-Oruclu sahəsi) 
 


 
124 
və    seysmik    (03-07  saylı)  profil    nəticələrinin  analizi  verilmiĢdir. 
Göründüyü  kimi,  ağırlıq  qüvvəsinin  qiymətləri  profilin  baĢlan-
ğıcından  sonuna  doğru  azalır.  Lakin,  Δg  əyrisi  düzxətli  olmayıb 
qravitasiya  sahəsinin  nisbi  artımı  və  azalması  ilə  səciyyələnir. 
Profil  üzərində  regional  fon  (2)  vasitəsilə  ayrılmıĢ  lokal  maksi-
mumlar  (3)  bir-birindən  ağırlıq  qüvvəsi  qradiyentlərinin  kəskin 
dəyiĢmələri  ilə  (1,  2,  3,  4  nöqtələrində)  ayrılmıĢdır.  2  və  3  xətləri 
arasında  qalan  və  intensivliyi  0,7  mQal  olan  lokal  qravitasiya 
maksimumu  “KəĢfiyyatgeofizika”  Ġdarəsi  tərəfindən  müəyyənləĢ-
dirilmiĢ Qazanbulaq qalxımına uyğun gəlir. Yeni iĢlənilmiĢ  ÜDN  
(03-07  saylı)    profilində  də  həmin  xətlər  arasında  ≈  800-900  m 
dərinlikdə  üst  TəbaĢir  (K
2
)  çöküntülərinə  aid  edilən  horizontun      
≈ 150-200 m amplitud ilə qalxdığı müĢahidə edilir (Ģəkil 5.17). 
Ġstər  əvvəlki  illərdə,  istərsə  də  yeni  alınmıĢ  seysmik  mate-
riallar  əsasında  Qazanbulaq  qalxımından  Ģimal-Ģərq  istiqamətində 
digər  struktur  mürəkkəbləĢmələr  qeyd  olunmur  və  bu  istiqamətdə 
üst  TəbaĢirin  monoklinal  yatım  əmələ  gətirdiyi  göstərilir.  Qravi-
tasiya  sahəsində  isə  3-3  və  3-4  xətləri  arasında  da  intensivlikləri 
uyğun olaraq  ≈ 0,5 və 0,4 mQal olan lokal maksimumlar qeyd olu-
nur. Bəs bu maksimumlar hansı geoloji amillərlə əlaqədardır? Doğ-
rudan da, əgər ağırlıq qüvvəsi əyrisində lokal maksimumlar təzahür 
edirsə  və  üst  TəbaĢir  çöküntülərinin  səthində  heç  bir  dəyiĢiklik 
(qalxma  və  ya  enmə,  üstdə  yatan  horizontların  pazlaĢmaları  və  s.) 
yoxdursa,  onda  lokal  maksimumlar  Mezozoyun  struktur  quruluĢu 
ilə  deyil,  digər  geoloji  amillərlə  (məs,  kəsiliĢin  üst  hissəsində  sıx-
lıqların  anomal  olaraq  dəyiĢməsi,  vulkanogen  süxurların  yaratdığı 
əlavə təsirlər və s.) izah edilməli idi. Lakin, 03-07 saylı ÜDN pro-
filinin  dinamik  dərinlik  kəsiliĢinə  diqqət  yetirdikdə  üst  TəbaĢir 
çöküntülərinə  aid  edilən  horizontun  düzxətli  olmadığı  aydın  olur.  
3-3  xətləri  arasında  üst  TəbaĢir  çöküntülərinin  səthini  əks  etdirən 
dalğa fazasının hər hansı  birini götürüb düz xətlə müqayisə etsək, 
orada  1300-1400  m  dərinlikdə  amplitudu  50  m  -dən  böyük  lokal 
qalxımın  olduğunu  görərik.  3-4  xətləri  arasında  da  ≈  1600-1700  m 
dərinlikdə eyni ilə, amplitudu ≈ 50 m olan nisbi qalxım müĢahidə edilir.  


 
125 
 
ġəkil 5.17. Profil üzrə alınmıĢ qravimetrik və seysmik məlumatların müqa-
yisəsi (Qazanbulaq sahəsi, 15 və 3 saylı qravimetrik və seysmik profillər) 
1- müĢahidə olunmuĢ Δg əyrisi; 2- regional fon; 3- lokal qravitasiya maksimumları; 
 4- kəskin qradiyentli zonalar və onların Ģərti nömrələri; 5- kəĢfiyyat quyuları; 
 6- seysmik dinamik dərinlik kəsiliĢi.   


 
126 
Bu  araĢdırma  qravitasiya  sahəsindəki  lokal  maksimumların 
məhz üst TəbaĢir çöküntülərinin lokal qalxımları ilə əlaqədar oldu-
ğunu göstərir. Lakin, çox təəssüf ki, seysmik dərinlik kəsiliĢlərinin 
interpretasiyası  zamanı  vizual  olaraq  yaxĢı  görünən,  böyük  amp-
lituda  malik  olan  qalxımlar  qeyd  olunduğu    halda,  strukturların 
intensiv  enməyə  məruz  qalan  yamaclarında  lokal  bir  sahəni  əhatə 
edən,  kiçik  amplitudlu  qalxımlar  nəzərdən  qaçırılır.  Nəticədə  isə 
geofiziki məlumatlarda uyğunsuzluq olduğu bildirilir və qravitasiya  
maksimumlarının digər səbəblərdən yarandığı söylənilir. 
Bir-birindən 300-400m məsafədə paralel olaraq iĢlənilmiĢ, təx-
minən  qərb-Ģərq  istiqamətli  05  saylı  qravimetrik  və  06  saylı  sey-
smik  profillərin  birgə  analizi  nəticəsində  də  geoloji-tektonik  quru-
luĢ üçün maraq kəsb edən məlumatlar əldə edilmiĢdir (Ģəkil 5.18). 
Profillərin baĢlanğıcından sonuna doğru ağırlıq qüvvəsinin azaldığı 
(≈12 mQal), həmin istiqamətdə izlənilən və üst TəbaĢirə aid edilən 
seysmik sərhədin dərinə endiyi müĢahidə edilir. Bu profildə də Δg 
əyrisi  düzxətli  deyil  və  qeyd  olunan  lokal  qravitasiya  maksimum-
ları bir-birindən qradiyentlərin kəskin dəyiĢmələri ilə (1, 2, 3, 4, 5 
nöqtələrində) ayrılmıĢdır. Δg əyrisində qradiyentlərin dəyiĢdiyi yer-
lərdə üst TəbaĢirə aid sərhədin vəziyyəti analiz olunmuĢdur. 
Təxminən 13 və 28-ci piketlər arasında (1 və 2 xətlərinin ara-
sında)  seysmik  yazılar  pisləĢmiĢdir.  13-17-ci  piketlər  arasında  və 
28-ci piketdən sonra seysmik sərhədin enməsi 13-28-ci piketlər ara-
sında qalxımın olduğunu göstərir (səlis olmasa da). Bu hissədə qra-
vitasiya sahəsində ≈ 0,5 mQal lokal maksimum  qeyd olunur. Təx-
minən  51-52-ci  piketlərdə,  lokal  qravitasiya  maksimumunun  zir-
vəsində  seysmik  sərhədin  nəzərə  çarpacaq  əyilməsi  (qalxımı)  mü-
Ģahidə  edilir.  Dərinlik  kəsiliĢi  əsasında  K
2
-yə  aid  edilən  səthin 
hesablanmıĢ yatım bucağı 40-51-ci piketlər arasında 20º,  51-60-cı  
piketlər    arasında  isə  24  º-dir.  40  və  58-ci  piketlərə  nəzərən  52-ci 
piket  rayonunda  üst  TəbaĢirin  ümumi  enməyə  məruz  qalmıĢ  səthi 
üzərində 1600-1800 m dərinlikdə ≈ 60 m-lik nisbi qalxım müĢahidə 
edilir.  77-93-cü  piketlər  arasında  (0,5-0,75  mQal  amplitudlu 
maksimum əsasında) da  K
2
-yə  aid edilən  seysmik sərhədin 2700- 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə