V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

 
132 
 
 
 
        
Kür  çökəkliyinin  sol  sahilində  Kürovdağ,  Qarabağlı,  Babazə-
nən  sahələrində  aparılmıĢ  qravimetrik  kəĢfiyyat  iĢləri  əsasən  Plio-
sen (Məhsuldar Qat) çöküntülərinə görə müəyyənləĢdirilmiĢ struk-
turlar üzərində  lokal  qravitasiya maksimumlarının təzahür etdiyini 
göstərir.  Kürovdağ  strukturu  üzərində  intensivliyi  1,5-2,0  mQal 
olan  lokal  qravitasiya  maksimumu  ayrılır  [42].  Qarabağlı  struk-
turundan Babazənən sahəsinə doğru ağırlıq qüvvəsinin artdığı mü-
Ģahidə  olunur  ki,  bu istiqamətdə  MQ  çöküntüləri  Qarabağlı  struk-
turunun  tağ  hissəsində  2600-2700  m  dərinlikdən  Babazənən 
strukturunun Ģmq qanadının tağa yaxın hissəsində yer səthinə cıxır. 
Qarabağlı  strukturu  0,6-0,8  mQal,  Babazənən  strukturu  isə  2,0-   
ġəkil 5.20. Profillər üzrə ağırlıq qüvvəsi (Δg
B
) və MQ 
çöküntülərinin dərinliyi (H
mq
) arasında korrelyasiya asılılığı 
qrafikləri (Bəndovan sahəsi) 


 
133 
2,5 mQal amplitudlu lokal qravitasiya  maksimumu  ilə  qeyd olu-
nur. Bu strukturlar arasında intensivliyi 2 mQal-dan artıq olan yeni 
lokal  maksimum  aĢkar  edilmiĢdir.  Göytəpə  lokal  maksimumu  ad-
landırılan  bu  anomaliyanın    planda  eni  ≈  4  km,  uzunluğu  isə           
≈ 6 km-dir (Ģəkil 5.21). Anomaliyanın ən intensiv hissəsi  2-4  saylı 
profillərin üzərində, 40-50-ci piketlər rayonunda müĢahidə edilir. 
                
 
 
ġəkil.5.21.  Ağırlıq qüvvəsinin lokal maksimumlar xəritəsi 
(Göytəpə sahəsi) 
 


 
134 
Qarabağlı strukturundan Babazənən sahəsinə doğru Məhsuldar 
Qat çöküntülərinin səthinin qalxımına uyğun olaraq ağırlıq qüvvə-
sinin artması bu parametrlər (H
MQ
 və 
Δ
g
B
) arasında korrelyasiyanın 
olduğunu göstərir. Bu baxımdan, Göytəpə lokal qravitasiya maksi-
mumunun  məhz  MQ  çöküntülərinin  lokal  qalxımı  ilə  əlaqədar 
olduğu güman olunur.   
  
 
5.3. Tektonikanın müəyyənləĢdirilməsində  
qravi-maqnit sahələrin horizontal qradiyentlərinin 
öyrənilməsinin rolu 
 
Kür  çökəkliyində  profillər  boyu  müĢahidə  edilən  qravitasiya, 
eləcə də, geomaqnit sahələrinin analizi göstərir ki, təbii sahənin də-
yiĢmələri  səlis  olmayıb,  ayrı-ayrı  hissələrdə  kəskin  qradiyentlərlə 
ifadə  olunur.  Yəni,  potensial  sahələrin  dəyiĢmə  sürəti  (qradiyent) 
sabit qalmayır. Qradiyentin  bu  cür  kəskin dəyiĢdiyi zonalar  (yer-
lər) çox zaman bir-birinə paralel profillərdə böyük məsafədə izləni-
lir  və  onların təsadüfi  xarakter daĢımağı  aydınlaĢır.  Belə dəyiĢmə-
lərin  geoloji  kəsiliĢdəki  qırılmalar,  eyni  zamanda  pazlaĢmalarla 
əlaqədar  olduğu  faktiki  materiallarla  (seysmik,  quyu)  müəyyən-
ləĢdirilmiĢdir (bax:  Fəsil 4, Ģəkil 4.14; 4.16 – 4.18). 
Yevlax-Ağcabədi  çökəkliyinin cənub-Ģərq hissəsində  (Cəfərli, 
Pənahlı,  Oruclu,  Qaralı  sahələri)  profillər  üzrə  müĢahidə  edilmiĢ 
ağırlıq  qüvvəsi  və  geomaqnit  sahələrin  mikrostrukturları  vizual 
olaraq  analiz  edilərkən  onların  bəzən  kəskin  qradiyentlərlə  dəyiĢ-
diyi  müĢahidə  edilir  (bax:  Ģəkil  5.1  c).  Belə  kəskin  qradiyentli 
zonaların Mezozoy çöküntü kompleksinin tektonik amilləri ilə əla-
qədar  olması  müəyyən  edilmiĢdir.  Belə  ki,  Muradxanlı  sahəsi  və 
onun ətrafında aparılmıĢ qravimetrik tədqiqatlar ağırlıq qüvvəsi ilə 
Mezozoyun  dərinliyi  arasında  müəyyən  asılılığın  mövcudluğunu, 
quyularla  müəyyənləĢdirilmiĢ  qırılmaların  qravitasiya  sahəsində 
pilləvari dəyiĢmələrlə əks olunduğunu göstərir 

15, 73




 
135 
7  (Cəfərli),  23  (Muradxanlı),  1  (Həsənli)  quyularından  Qaralı 
sahəsinə  doğru  ağırlıq  qüvvəsinin   

  3-3,5  mQal  artdığı  və  həmin  
istiqamətdə Mezozoy çöküntüləri səthinin 150-200 m qalxdığı mü-
Ģahidə edilir. Bu, onu göstərir ki, Mezozoyun hipsometriyasının ki-
çik dəyiĢmələri belə, ağırlıq qüvvəsi sahəsində öz əksini tapır. 
Cəfərli-7,  Həsənli-1,  Qaralı-2  quyularında  effuziv  süxurların 
açılması  bu  rayonda  həmin  süxurların  geniĢ  yayıldığını  göstərir. 
Maqnit  sahəsi  əyrilərinin  mürəkkəbliyi,  intensivliyinin  profil  bo-
yunca  tez-tez  dəyiĢməsi  effuziv  süxurların  ərazi  üzrə  paylanma-
sının murəkkəbliyindən xəbər verir. 
Göstərilən sahələrdə, nümunə olaraq  6 profildə  (9, 10, 12, 14, 
15,  17-2007  saylı)  ağırlıq  qüvvəsinin  qradiyentlərinin  dəyiĢ-
mələri analiz olunmuĢdur (cədvəl 5.3). Cədvəldən göründüyü kimi 
profillər boyu ağırlıq qüvvəsinin horizontal qradiyentinin dəyiĢməsi 

1- 3 mQal/km təĢkil edir. Hesab edilir ki, profillərin bəzi interval-
larında 

g-nin  qradiyentinin  belə  kəskin  dəyiĢmələri  anomaliya 
yaradan izafi sıxlıqlı horizontların tektonik xüsusiyyətləri ilə, geo-
maqnit sahəsində müĢahidə olunan kəskin dəyiĢmələr  isə  kəsiliĢdə 
yüksək maqnit xüsusiyyətlərinə malik olan effuziv süxurların pay-
lanma zonaları ilə əlaqədardır.               
                                                                                 Cədvəl 5.3 
Qravimetrik profillərdə ağırlıq qüvvəsinin horizontal 
qradiyentlərinin dəyiĢmələri (Pənahlı-Oruclu sahəsi)     
                                                                                        
Ağırlıq 
qüvvəsinin 
kəskin 
dəyiĢdiyi 
piketlər 
GötürülmüĢ 
intervallar, 
     
        Pk 
Ağırlıq qüvvəsinin 
qradiyenti 
Qeyd olunan 
piketdə 
qradiyentin 
dəyiĢməsi, 
mQal/km 
mQal/m 
mQal/km 





09-2007 saylı profil üzrə 
 
12 
8 - 12 
12 - 15 
-0.3/400 
0/300 
-0,75 

0,75 
28 
26 - 28 
28 - 32 
-0,1/200 
0,2/400 
-0,5 
0,5 
1,0 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə