V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

 
164 
 
 
Keçən  əsrin  40-50-ci  illərindən  baĢlayaraq  Gəncə  NQR-nin 
Qazanbulaq,  Dəlməmmədli  sahələrində  sənaye  əhəmiyyətli  neftin 
ġəkil 6.10. Qravimetrtik və seysmik məlumatlar əsasında Mezozoy 
çöküntülərinin səthi üzrə qurulmuĢ struktur xəritələrin müqayisəsi  
(Cəfərli-Pənahlı-Oruclu sahəsi) 
1 və 2 - qravimetrik və seysmik məlumatlara görə Mezozoy çöküntülərinin səthinin 
izohipsləri; 3, 4 və 5 - bax: Ģəkil 6.9 


 
165 
alınması, Borsunlu, Gödəkboz, Duzdağ sahələrində neft təzahürlə-
rinin  və  kiçik  neft axınının olması bu sahələrin neft-qaz  perspek-
tivliyinin yüksək olduğunu göstərir. Ona görə də, bu sahələrdə mü-
tamadi  olaraq  geofiziki  kəĢfiyyat  iĢləri  aparılmıĢdır.  1974-cü  ildə 
“Azərneftgeofizika”  tresti  tərəfindən  aparılmıĢ  qravimetrik  kəĢfiy-
yat iĢləri nəticəsində Gödəkboz və Naftalan sahələri arasında lokal 
qravitasiya  maksimumu,  1989-1990-cı  illərdə  isə  ÜDN  üsulu  ilə 
asimmetrik  braxiantiklinal  quruluĢlu  ġimali  Naftalan  strukturu 
aĢkar edilmiĢdir. 
Bütün bunlarla yanaĢı Yevlax-Ağcabədi çökəkliyinin Ģmq his-
səsində  2004-cü  ildə  ġm.Naftalan-Gödəkboz-Duzdağ,  2007-ci  ildə 
Qazanbulaq-Borsunlu-Ziyadxan sahələrində Geofizika ETĠ tərəfin-
dən aparılmıĢ qravimetrik kəĢfiyyat iĢləri  bir sıra yeni məlumatlar 
əldə etməyə imkan vermiĢdir. Qravimetrik çöl  iĢləri bir-birinə pa-
ralel  profillər  üzrə,  müĢahidə  addımı  100  m  olmaqla  aparılmıĢdır. 
Buge anomaliyasının  orta kvadratik xətası 
08
,
0

 mQal  olmuĢdur. 
Bütün profillər üzrə regional fon çəkilmiĢ, lokal anomaliyalar ayrıl-
mıĢ və izlənərək korrelyasiya olunmuĢdur. 
Qravimetrik  məlumatlar  əsasında  izafi  sıxlıqlı  Mezozoy  çö-
küntülərinin  struktur  quruluĢunu  öyrənmək  üçün  ağırlıq  qüvvəsi 
(

g
B
) və Mezozoy çöküntülərinin dərinliyi (H
mz
) arasında korrelya-
siya asılılığı qurulmuĢdur (bax: cədvəl 6.1). Bu asılılıqdan istifadə 
edərək, ağırlıq qüvvəsinin qiymətləri əsasında ġm.Naftalan-Gödək-
boz-Duzdağ sahələri üzrə Mezozoy çöküntülərinin dərinliyi hesab-
lanmıĢ və struktur xəritəsi qurulmuĢdur (Ģəkil  6.11). 
Xəritədən göründüyü kimi, ġm.Naftalan qalxımının tağ hissəsi 
2  s.  ġm.Naftalan  quyusundan  2-2,5  km  qərbdə  yerləĢir.  Burada 
Mezozoyun səthinin ən dayaz hissəsi 2700 m təĢkil edir. 10 s. Gö-
dəkboz quyusundan Ģimala, 

 5 km məsafədə yeni struktur mürək-
kəbləĢmə-hemiantiklinal  müĢahidə  edilir.  Bu  hemiantiklinal 
seysmik  kəĢfiyyat  məlumatları  ilə  Mezozoyun  səthi  üzrə  müəy-
yənləĢdirilmiĢ  Gödəkboz  qalxımının  yalnız  qərb    hissəsini    əhatə  
edir. 10 və 4 s. quyu  rayonunda, qravimetrik məlumatlar əsasında 
qurulmuĢ  xəritədə,  dərinlik  3200 - 3300 m-dir.  ġm.Naftalan  və 


 
166 
Gödəkboz strukturlarının Mezozoy üzrə dərinlik fərqi seysmik mə-
lumatlarda  100  m  olduğu  halda,  qravimetrik  məlumatlarda    500-
600 m  təĢkil edir. Həmin sahədə ağırlıq qüvvəsinin 5-6 mQal azal-
ması müĢahidə edilir. 
        
ġəkil 6.11. Qravimetrik məlumatlara görə Mezozoy çöküntülərinin səthi üzrə 
struktur xəritə (ġimali Naftalan-Gödəkboz-Duzdağ sahəsi) 
1 və 2 - qravimetrik və seysmik məlumatlara görə Mezozoy çöküntülərinin səthinin izohipsləri; 
3, 4 və 5 - bax Ģəkil 6.9;  6 - seysmik məlumatlara görə dərinlik qırılma zonası; 7 – lokal 
strukturlar: 1 - ġimali Naftalan, 2 - Gödəkboz, 3 – C. Qızılhacılı, 4 - Qızılhacılı,  
5 – ġmġ. Qızılhacılı, 6 -Duzdağ, 7, 8 və 9 - Aran.  


 
167 
     Duzdağ  sahəsində  də  maraq  doğuran  faktlar  əldə  edilmiĢdir. 
Duzdağ  strukturu  tektonik  cəhətdən  Neogen  çöküntüləri  üzrə  en 
dairəsinə    yaxın  istiqamətli  qırıĢıqdır.  Seysmik  məlumatlara  görə 
üst TəbaĢir-Paleogen və Neogen çöküntüləri arasında kəskin struk-
tur uyğunsuzluq qeyd olunur. Belə ki, en dairəsi istiqamətli Neogen 
antiklinalına planda submeridional istiqamətli üst TəbaĢir-Paleogen 
hemiantiklinalının uyğun gəldiyi göstərilir 

65

. Seysmik məlumat-
lara  görə  Mezozoyun  səthi  üzrə  qurulmuĢ  struktur  xəritədə  həmin 
hemiantiklinalın  tağ  hissəsi  1M  s.  Duzdağ  quyusundan 

1,5  km 
qərbdən keçir. Qravimetrik məlumatlar isə Mezozoyun səthi ilə əla-
qədar  olan  qalxımın  en  dairəsi  istiqamətli  olduğunu,  yəni  Neogen 
strukturunu  təkrarladığını  göstərir.  Bu  mənzərə  ayrı-ayrı  profillər-
də,  ağırlıq  qüvvəsinin  Buge  anomaliyası  xəritəsində,  lokal  maksi-
mumlar  və  Mezozoy  çüküntülərinin  struktur  xəritələrində  (bax: 
Ģəkil 5.2; 5.15; 6.11) kifayət qədər dolğun əks olunmuĢdur. Duzdağ 
qalxımının tağı 1M quyusundan Ģimal-Ģərqə təsadüf edir. Belə çıxır 
ki,  Duzdağın  yer  səthindəki  qalxımı  Mezozoy  çöküntülərinin  sət-
hinə qədər davam edir. 
6.1 cədvəlindəki riyazi asılılıqdan istifadə edərək Qazanbulaq-
Borsunlu-Ziyadxan  sahəsi  üzrə  Mezozoy  çöküntülərinin  səthinin 
dərinliyi  hesablanmıĢ,  kompüterdə “Surfer”  proqramı vasitəsilə  bu 
səthi  əks  etdirən  struktur  xəritə  (plikativ  variantda)  qurulmuĢdur 
(Ģəkil  6.12).  Xəritədən  göründüyü  kimi  Mezozoy  (üst  TəbaĢir) 
çöküntülərinin səthi tədqiqat sahəsinin qərb hissəsində ≈ 400 m-dən 
Ģərqə  doğru  ≈  3600  m  -ə  qədər  enmiĢdir.  Təxminən  14÷15  km 
məsafədə  bu  səthin  enməsi  3000  m  təĢkil  edir  ki,  bu  da  yatım 
bucağının orta hesabla 10-12° təĢkil etdiyini göstərir. Lakin, sahə-
nin bəzi hissələrində izohipslərin sıxlaĢması, bəzi yerlərdə isə sey-
rəkləĢməsi  yatım  bucağının  eyni  olmadığını  göstərir.  Izohipslərin 
formasının mürəkkəbləĢmələri isə Mezozoy çöküntülərinin səthinin 
çoxsaylı  lokal  qalxmalar  və  enmələrlə  mürəkkəbləĢdiyini  söylə-
məyə əsas verir. 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə